Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3862/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mədətova X8, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mədətova X8, Cavabdeh4 və Cavabdeh5 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi tərəfindən verilmiş “Fəhlə və qulluqçuların yoldaşlıq bağçılığı” “Günəş” üzvlük biletinə əsasən Bakı şəhəri, Suraxanı rayinunun Hövsan qsəbəsində yerləşən “Günəş” yoldaşlıq bağçılığının EJ bölməsinin, 6-cı keçidindən 0,05 ha ölçüdə 13 saylı bağ sahəsi cavabdeh X2 ayrılmış və ona bu barədə üzvlük bileti verilmişdir.
2. Notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 462311 saylı etibarnaməyə əsasən cavabdeh X5 Cavabdeh4, sonuncu isə Cavabdeh1 həmin torpaq sahəsinə və tikintilərə dair sənədlər toplamağı, bununla bağlı müvafiq idarə və müəssislərin razılığını almağı, sənədləri aidiyyəti orqanlara təqdim etməyi, özəlləşdirməyə, reyestrdən çıxarış, texniki pasport və forma 1 arayışı almağı, üzərində tikiləcək tikililərlə birlikdə sənədləşdirmə aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı, yüklü etməyi, dəyişməyi, pulunu almağı, onun əvəzindən müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 45 il 7 ay 7 gün müddətinə etibar etmişdir.
3. Notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 108541 saylı etibarnamə əsasən Cavabdeh1 qeyd edilən torpaq sahəsinə dair eyni hərəkətləri etməyi İddiaçı 80 il müddətinə etibar etmişdir.
4. Cavabdeh1 tərəfindən yazılmış və onun, İddiaçı, habelə şahidlər Cavabdeh2 və X4 imzası ilə təsdiq edilmiş qəbzə əsasən Cavabdeh1 faktiki istifadəsində olan torpaq və tikilini 33.000 manat qarşılığında İddiaçı satmışdır.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçı X13 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsindən (0.05 ha) çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdeh X16 öz hesabına sökülməsi qət edilmişdir.
6. X17 ilə İddiaçı arasında bağlanmış AN-İ serialı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha torpaq sahəsi 35.300 manat müqabilində İddiaçı satılmışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin icraat çərçivəsində aparılmış araşdırma zamanı Cavabdeh1 öz izahatında mübahisəli torpaq sahəsini Elşən adlı şəxsdən aldığı formada və sənədlərlə eyni formada və eyni sənədlərlə İddiaçı satdığını, qeyd olunan torpaq sahəsinə məxsus sənədlərin səf olması və ya şəxsin aldadılması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Araşdırma zamanı izahat vermiş Cavabdeh2 da mübahisəli torpaq sahəsinə görə 33.000 manat pulu Azər adlı şəxsdən aldığını, lakin daha sonra Vəsilə adlı şəxsə verdiyini, qeyd edilən torpaq sahəsinə məxsus sənədlərin səf olması və ya şəxsin aldadılması barədə heç bir məlumatının olmadığını sadəcə satılmasında köməklik etdiyini qeyd etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5687 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 24.345 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mədətova X8, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsin müraciət edərək, cavabdehlərdən müştərək qaydada 35.000 manat pulun tutulmasını xahiş etmişdir.
10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2020-ci ilin yay aylarında almaq üçün torpaq sahəsi ilə maraqlanan zaman Cavabdeh2 ilə tanış olmuşdur. Sonuncu ona bildimişdir ki, onun və tanışı Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 0,05 ha ölçüdə torpaq sahəsi var. Onun dediyinə görə, torpaq sahəsində 11x12 metr ölçüdə yarımçıq tikili də mövcuddur. 2020-ci ilin avqust ayında o, həmin şəxslə görüşüb, qeyd edilən torpaq sahəsinə baxmış və həqiqətən də torpaq sahəsinin 5 sot və içində yarımçıq tikili oluduğunu görmüşdür. Cavabdeh2 ona torpaq sahəsinin sənədlərinin olduğunu bildirərək, vaxti ilə mövcud olmuş Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin işçiləri üçün yaradılan “Günəş” yoldaşlıq bağçılığının Cavabdeh3 adına tərtib edilən 1994-cü il tarixli üzvlük biletini göstərmiş və bununla da torpaq sahəsinin sənədinin olmasına onu inandırmışdır. Həmçinin, torpaq sahəsi ilə bağlı heç bir problemin olmadığını, tikilini özü üçün inşa etdiyini, lakin sonradan bu torpağa ehtiyacının qalmadığını, özünə başqa yerdə ev tikdiyini söyləmişdir. Müəyyən danışıqlardan sonra torpağın 33.000 manata satılması ilə razılığa gəlmişdilər. Cavadehdeh Cavabdeh1 ilə də birlikdə görüşüb torpağın alınması ilə bağlı danışıqlar aparmışdır. Ona bildirilmişdir ki, bu evə dair Cavabdeh1 adna etibarnamə verilmişdir və həmin etibarnamə əsasında ona da etibarnamə veriləcək. xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 33.000 manat pulu vermişdir. Pulun verilməsinə dair dəftər vərəqində qeyd yazılmış və həmin qeydi Cavabdeh1 alıcı kimi imzalamışdır. Cavabdeh2 və X10 da qəbzi imzaları ilə təsdiq etmişdilər. Bundan sonra 35 saylı notariat ofisində Cavabdeh1 adından ona həmin torpaqla bağlı etibarnamə verilmişdir. Ona həmçinin, bildirilmişdir ki, ilkin etibarnamə Cavabdeh3 adından digər Cavabdeh4 adına verilmiş, sonuncudan da ona etibarnamə verilmişdir. Torpağı aldıqdan sonra 2020-ci ilin sentyabr ayından başlayaraq, orada tikinti və abadlıq işlərinə başlamış, o cümlədən yarımçıq tikilini inşasını başa çatdırmış və yaşamaq üçün tam yararlı hala salmışdır. Asma tavlar və darvaza quraşdırmış, hasar çəkdirmiş, həyətə daş döşətdirmiş, çoxlu ağaclar əkdirmiş, evin qaz, su, işıq xətlərini çəkdirib təchizatını tamamlamışdır. Bu işlər üçün ümumilikdə 75.000-80.000 manat vəsait xərcləmişdir. 2021-ci ilin noyabr ayında Xanım Mehrabova adlı şəxs və onun Elnarə adlı qızı onu taparaq bu torpağı kimdən aldığını, hansı əsasla bu həyətdə ev tikdiyini soruşmuş və həmin həyətin onlara məxsus olduğunu demişdilər. Onlar həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış əldə etdiklərini, torpağın onlara qanuni əsaslarla məxsus olduqlarını, yarımçıq tikili isə onlar tərəfindən tikildiyini bildirdirmişdilər. Bundan sonra o, həm Cavabdeh2 ilə, həm də Cavabdeh1 ilə görüşmüş, sonra Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək, onu aldadanlar barəsində cinayət işinin qaldırılmasını tələb etmişdir. Lakin ərizəsi təmin edilməmişdir. Beləliklə, birgə cavabdehlərin hər biri öz mülkiyyətlərində olmayan, başqa şəxsə məxsus olan torpaq sahəsini faktiki olaraq satdıqlarına görə ona vurulmuş zərərin də əvəzini ödəməlidirlər. Belə ki, o, torpaq sahəsini üzərində yarımçıq tikili ilə almışdır. Nəticədə Cavabdeh1 və X7 onu aldatmış, onlara hər hansı aidiyyəti olmayan torpaq sahəsini və onlar tərəfindən inşa edilməyən tikintini ona satmışdılar. Bununla da ona cavabdehlərin qanuna və hüquqazidd əməlləri nəticəsində maddi zərər dəymişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-351/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 35.000 manat pulun İddiaçı xeyrinə tutulması, iddianın cavabdehlər Cavabdeh2, Mədətova X8, Cavabdeh4 və Cavabdeh5 qarşı hissələrdə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun İddiaçı tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X21)
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı torpaq almaq niyyəti ilə 33.000 manat pulu Cavabdeh1 vermiş, lakin torpağın qanuni mülkiyyətçisi məhkəmə qaydasında onun həmin torpaq sahəsindən çıxarılmasına nail olmuş, iddiaçı pozulmuş hüququnu bərpa eləmək üçün 35.000 manat xərc çəkmişdir. Nəticədə məhkəmə hesab etmişdir ki, 35.000 manat pul Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh1 həmin məbləğ hesabına əsassız varlanmış, həmin torpaq sahəsinə heç bir hüququ olmadığı halda, torpaq sahəsinə görə 33.000 manat pul vəsaiti əldə etmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia digər cavabdehlərə qarşı rədd ediliəlidir. Belə ki, Cavabdeh2 33.000 manat pulun iddiaçı tərəfindən Cavabdeh1 verilməsini təsdiq etmiş, həmin zaman o, zamin olmamışdır. Digər cavabdehlər isə iddiaçı ilə hər hansı bir hüquq münasibətlərində olmamışdılar.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1091-ci, 1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 101-1.2-ci, 217.4-cü, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, da bu işdə aldanmışdır. Belə ki, o, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini Elşən, Elşən isə Ceyhun adlı şəxsdən almışdır. Onların heç biri həmin torpaq sahəsinin qanuni mülkiyətçisinin olmasını bilməmişlər. O, həmin torpaq sahəsini etibarnamə ilə almış və etibarnəmə ilə də satmışdır. İddiaçı qeyd edir ki, guya ki ona və Xankişiyev Azərə həmin evin alınmasına görə 33.000 manat pul vermişdir. Lakin iddiaçı ona 33.000 manat deyil, 30.000 manat vermiş, ona isə 33.000 manatın alınmasına imza etdirmişlər. Məhkəmə isə əsassız olaraq ondan 35.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Məhkəmə bunu onunla əsaslandırır ki guya ki iddiaçı pozulmuş hüquqlarının bərpası üçün 35.000 manat xərc çəkmişdir. Bununla o, qəti razı deyil. Bu qanunvericiliyə tam ziddir, məhkəmə işdə heç bir sübut olmadan əsassız olaraq 30.000 manat pulun məbləğini 35.000 manata çatdırmışdır. Buna dair heç bir sübut yoxdur. Ona görə də hesab edir ki qətnamə əsassız olduğundan ləğv olunmalıdır. Bundan əlavə məhkəmə tərəfindən həm də prosessual hüquq normaları, AR MPM-nin 7, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuş, həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və prosessual hüququ normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir. Məhkəmə səhv nəticəyə gələrək əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə qətnaməni qəbul edərkən onu əsaslandıra bilməyərək onun hüquqularını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.
25. Məhkəmə kollegiyası iş materiallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ölçüsü 0,05 ha olan “Günəş” b/y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi tərəfindən Cavabdeh3 ayrılmış və ona bu halı təsdiq edən üzvlük bileti verilmişdir. Cavabdeh3 bu torpaq sahəsini etibarnamə əsasında və müəyyən pul müqabilində digər şəxsə (cavabdehə) satmışdır. Bundan sonra digər cavabdehlər həmin torpaq sahəsini eyni forma və qaydada, yəni notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında və müəyyən məbləğdə pul müqabilində biri-birinə, o cümlədən sonuncu dəfə Cavabdeh1 iddiaçıya ötürmüşdür. Bununla bağlı Cavabdeh1 tərəfindən qəbz yazılımış və onun, iddiaçının, habelə şahidlərin imzası ilə təsdiq edilmiş bu qəbzdə o, iddiaçıdan 33.000 manat məbləğində pul aldığını qeyd etmişdir. Bununla belə, həmin qəbzi imzalamaqla tərəflər öz aralarında torpaq sahəsinin alqı-satqısından irəli gələn münasibətlərin yarandığını təsdiq etmişlər. Pul ödənildikdən və etibarnamə verildikdən sonra iddiaçı torpaq sahəsindən istifadə və ona sahiblik etməyə başlamış, həmçinin həmin sahə üzrəində tikinti inşa etmişdir.
26. Məhkəmə kollegiyası ilk növbədə tərəflərin imzaladığı qəbzə hüquqi qiymət verərək, qeyd edir ki, Mülki Məcəllədə belə bir əmlakın alqı-satqısının yalnız notarial qaydada rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu səbəbdən onların hər ikisinin imzaladığı qəbz müqavilə kimi qiymətləndirilə bilməz. Müqavvilə kimi qiymətləndirildiyi təqdirdə belə Mülki Məcəllə ilə müəyyən edilmiş forma tələblərinə (notarial qaydada təsdiq edilmədiyindən) riayət edilməməklə bağlandığından etibarsız hala düşmüş olur və onun yenə də alqı-satqı müqaviləsi kimi qiymətləndirilməsi istisna edilir. Həmin qəbzə ilkin müqavilə kimi qiymət verilməsi də qeyri-mümkündür. Belə ki, mülki qanunvericilik ilkin müqavilənin əsas müqavilə üçün nəzərdə tutulmuş formada, yəni hazırki vəziyyətdə notarial qaydada bağlanmasını tələb edir. Bu məsələ üzrə formaya dair qaydalara riayət edilməməsi də onun bir müqavilə olaraq etibarsız olduğunu təsdiq edir.
27. Ən əsası da ondan ibarətdir ki, qeyd edilən torpaq sahəsi yuxarıda göstərilən qaydada və formada bir cavabdehdən digər cavabdehin, sonuncu dəfə də iddiaçının istifadə və sahibliyinə keçsədə, X17 adlı şəxsin mülkiyyətində olmuş və onun bu sahəyə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla belə, Cavabdeh1 üzərində hər hansı hüququ yaranmamış, nəticə etibarı ilə ona hər hansı aidiyyəti olmayan torpaq sahəsini pul müqabilində iddiaçıya təhvil vermişdir (satmışdır). Bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıdan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmalıdır.
28. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçıdan cəmi 30.000 manat məbləğində pul vəsaitinin alması barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh yuxarıda qeyd edilən qəbzdə torpaq sahəsini iddiaçıya məhz 33.000 manat pula satıldığını göstərmişdir. Suraxanı Rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında da Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin məhz bu məbləğə satıldığını göstərirlər. Bu səbəbdən məhkəmə kollegiyası torpaq sahəsi üçün iddiaçı tərəfindən Cavabdeh1 məhz 33.000 manat məbləğində pulun verilməsi qənaətinə gəlir və hesab edir ki, bu məbləğ hər hansı əsas olmadan onun tərəfindən əldə edilərək, saxlandığından ondan alınmalı və iddiaçıya qaytarılmalıdır. Qeyd edilən məbləğin Cavabdeh1 tərəfindən hər hansı başqa şəxsə verilməsi isə ondan iddiaçının xeyrinə daha aşağı məbləğdə pulun tutulması üçün deyil, onun həmin şəxsə qarşı bu məbləğin qaytarılması barədə tələb irəli sürməsi üçün əsas yaradır.
29. Məhkəmə kollegiyası cavabdehin qalan 2.000 manat pulun əsassız olaraq ondan tutulması barədə dəlilləri ilə bağlı vurğulayır ki, iddiaçı torpaq sahəsinə sahiblik və ondan istifadə etməyə başladıqdan sonra öz şəxsi vəsaiti hesabına həmin sahə üzərində tikinti də inşa etmişdir. Lakin onunla həmin sahənin mülkiyyətçisi arasında yaranmış məhkəmə mübahisəsinin nəticəsi olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun qeyd edilən torpaq sahəsindən çıxarılması və sahə üzrəində inşa etdiyi tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Bundan sonra onlar öz aralarında razılığa gəlmişlər və nəticədə X17 həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 35.300 manata iddiaçıya satmışdır. Bununla belə, 33.000 manat pula Cavabdeh1 aldığı və sonradan xeyli məbləğdə vəsait sərf edərək, tikinti inşa etdiyi əmlakından məhrum olmamaq (onu sökməmək və torpaq sahəsindən çıxmamaq) üçün iddiaçı mülkiyyətçi X13 35.300 manat məbləğində pul vəsaiti ödəməli olmuşdur. Başqa sözlə, 33.000 manat puldan başqa 2.000 manat məbləğində real zərər ona məhz Cavabdeh1 hərəkətləri nəticəsində dəymişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə də əsassız hesab edir və belə qənaətə gəlir ki, bu məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq ondan iddiaçının xeyrinə 35.000 manat məbləğində pul tutmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.