Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3863/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası; Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili X5 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan 80.000 manat məbləğində verdiyi borc pul, 40.000 manat məbləğində dəymiş ziyan və 5.000 manat məbləğində cərimə olmaqla, cəmi 125.000 manatın və ödədiyi 340 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan xidmət müqaviləsi üzrə vurulmuş ziyana görə 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1011/2023 saylı qərardadı ilə yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir, tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, öz iddia tələbinin təmin edilməsini, cavabdehin ona qarşı verdiyi iddia ərizəsinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki işin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti vəkil X5 tərəfindən imzalanmışdır. Lakin, apellyasiya şikayətinə məhkəmə aktlarından şikayət vermək kimi digər prosessual hüquqların təsbit edildiyi etibarnamə və vəkil orderi əlavə olunmamışdır. Belə olan halda X4 apellyasiya şikayətini imzalamaq üçün hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası; Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3863/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3863/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver