Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3866/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh "Araz-2011 A” MMC-nin nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "Araz-2011 A” MMC və Bakı şəhəri Cavabdeh2ə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-491/2024 nömrəli qətnaməsindən cavabdeh "Araz-2011 A” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.B.Əhmədzadə küçəsi 4 saylı binanın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyriyaşayış binasının sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50000 manat maddi kompensasiyanın və mənəvi ziyana görə 10000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdeh2 də cavabdeh qismində mülki işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-491/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) dəyəri olan 27.000 manat pul və vurulmuş mənəvi zərərə görə 2.000 manat pulun, cəmi 29.000 manat məbləğində pulun cavabdehlər "Araz-2011 A” MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 manatının cavabdehlər "Araz-2011 A” MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Cavabdeh2 və "Araz-2011 A” MMC-dən müştərək qaydada tutularaq "Meyar Ekspertiza” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər ayrı ayrılıqda apellyasiya şikayətləri vermiş, "Araz-2011 A” MMC apellyasiya şikayətində qətnaməsinin iddianın ona münasibətdə təmin olunan hissəsində ləğv, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini,cavabdeh Bakı şəhəri Cavabdeh2 apellyasiya şikayətində qətnaməsinin ləğv, iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 889/2025 nömrəli qətnaməsi ilə, cavabdeh "Araz-2011 A” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)491/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-889/2025 nömrəli qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh2in apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)491/2024 nömrəli qətnaməsi cavabdeh Bakı şəhəri Cavabdeh2ə aid hissəsində ləğv edilmiş, iddiaçının cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Cavabdeh1 MMC kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1420/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-889/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 889/2025 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən xx.xx.2025-ci il tarixində kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "Araz-2011 A” MMC-nin nümayəndəsi Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-889/2025 nömrəli qətnaməsindən vermiş olduqları kassasiya şikayətini müdafiə etdiklərini bildirmiş və işin apellyasiya baxışından çıxarılmaqla Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X4 işin apellyasiya baxışından çıxarılmasına zərurət olmadığını qeyd etmiş, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-889/2025 nömrəli qətnaməsindən cavabdeh "Araz-2011 A” MMC tərəfindən verilmiş kassasiya şikayətinə səlahiyyət həddində qiymət verilməsi üçün iş məhkəmə baxışından çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, kassasiya instansiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi cavabdehlərə qarşı yönələn tələb əlaqəli olduğundan, habelə apellyasiya baxışının hədləri baxımından qeyri-müəyyənlik aradan qaldırılmalı və verilmiş kassasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402, 409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-889/2025 nömrəli qətnaməsindən cavabdeh "Araz-2011 A” MMC tərəfindən verilmiş kassasiya şikayətinə səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-3866/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3866/2025
14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver