Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3870/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, 3-cü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 297/2019 saylı qətnaməsinə əsasən Cavabdeh 94632,35 manat əsas, 33121,32 manat faiz, 2000 manat cərimə borcu olmaqla, ümumilikdə 129753,67 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 600000 manat müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı-yə olan borcunun ödənilməsi, əmlakın satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalığının Cavabdeh ümumi qaydada tutularaq banka ödənilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində həmin əmlakın boşaldılması qət edilmişdir. xx.xx.2019-cu il tarixdə iş üzrə iddiaçı olan İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin sonradan apellyasiya şikayətindən imtina etdiyindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətindən imtina qəbul edilərək apellyasiya icraatına xitam verilmişdir. Qətnamənin çıxarılmasından təxminən 1 il 4 ay sonra iş üzrə müstəqil tələb irəli süməyən üçüncü şəxs X2 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayət xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev, iş № 2(001)-297/2019) apellyasiya şikayəti geri qaytarılmışdır. Bayır Ramilə həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)- 297/2019 saylı qətnaməsi ümimiyyətlə ona çatdırılmamış və bu barədə mülki işin materiallarında heç bir sənəd ola bilməz. Əgər hər hansı sənəd varsa, həmin sənəd saxtadır. Qətnamə xx xxxxxx 2021-ci il tarixli qərardad kimi ondan gizli çıxarılmış və məhkəmə baxışı günü barədə ona məlumat verilməmişdir. Qərardad əsassız olduğundan ləğv edilməlidir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Bayır Ramilə şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, apelyatorun izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarından və əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixli qətnamənin surəti üçüncü şəxs R.Bayıra xx xxxxxxxx 2019-cu il tarixdə ünvan 2 mən 54 ünvanı üzrə göndərilmiş, xx xxxxxxxx 2019-cu il tarixdə həmin ünvanda qəbul edilməsinə dair xəbərnamə “xxxx” MMC tərəfindən məhkəməyə təqdim olunmuşdur (i.v.307). Hətta qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə bildirişləri də üçüncü şəxsə həmin ünvan üzrə göndərilmiş və təqdim edilmişdir. Qətnamədən şikayət isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmış, həmin müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3870/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3870/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver