Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3877/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdrəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3877/2025 (Açar sözlər: torpaq sahəsinə daxil olmağa və ölçü işlərinin aparılmasına yaradılan maneələrinin qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X10, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “torpaq sahəsinə daxil olmağa və ölçü işlərinin aparılmasına yaradılan maneələrinin qadağan edilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1081/2025 nömrəli 08 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə edildiyi məlum olmuşdur (torpaq sahəsi istifadəsində deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 011133 torpaq sahəsinin planı və ölçüsündən görünür ki, bu torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 22 saylı qərarı ilə 750 kv.m 3/980 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət Torpaq kadastrı kitabına xx.xx.2007-ci il tarixdə 2369 nömrə ilə uçota alınmışdır.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Əzizbəyov rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 22 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Mərdəkan qəsəbəsində 3/980 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X9 və İddiaçı cavabdehlər X8 və Cavabdeh qarşı “torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(003)-163/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İKnin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/980 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi, Yarıməmməd Əsədullayev küçəsi, ev 164 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Qərardaddan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsi mövcud olduğundan, hazırkı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardaddan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 10/7393 saylı ekspert rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 750.0 kv.m torpaq sahəsi Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X11 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir. Göstərilən 750 kv.m torpaq sahəsinin 81 kv.m hissəsi faktiki hasardan kənarda yerləşməklə yol kimi istifadə olunur (qonşu sahələr). Göstərilən torpaq sahəsi ümumilikdə 750 kv.m təşkil edir. Qeyd olunan torpaq sahəsi digər şəxslər tərəfindən iki hissəyə bölünməklə üzərində iki yaşayış evi inşa edilmişdir. Sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. Qərardad qanuni qüvvəyə minmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-417/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, Cavabdeh) “ayrılmış torpaq sahəsinin ölçülüb təqdim edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qərardaddan görünür ki, iddiaçının tələbi, yəni Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 750 kv.m olan 3/980 nömrəli torpaq sahəsinin ölçülüb ona təqdim edilməsi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardaddan görünür ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2897 nömrəli ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinin yeni ünvan qaydalarına əsasən ünvan 2 ünvanında yerləşdiyi müəyyən edilmiş, həmçinin göstərilən torpaq sahəsinin ümumilikdə 750 m2 təşkil etdiyi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə mövcud hasar arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, torpaq sahəsi üzərində digər şəxslər tərəfindən iki yaşayış evi inşa edildiyi və sözügedən torpaq sahəsindən İddiaçı istifadə etmədiyi müəyyən edilmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 saylı qərardadına əsasən hazırkı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 saylı qərardadı ləğv edilmişdir. Belə ki, iddiaçının hazırki iddia tələbi əvvəlki işlər üzrə tələbləri ilə eynilik təşkil etmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh X4 qarşı Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Yarıməmməd Əsədullayev küçəsi, ev 164 ünvanına daxil olmağa edilən maneələrin Cavabdeh qızma qadağan edilməsi, cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması, müvafiq ərazi idarəsinin mütəxəssislərinin (mühəndis) qeyd olunan torpaq sahəsinə daxil olmasına, ölçü işlərinin aparılması və qapının məcburi açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə daxil olmasına, ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İKnin 18 noyabr 1991-ci il tarixli 22 saylı qərarı ilə Mərdəkan qəsəbəsində 3/980 saylı torpaq sahəsində fərdi ev tikmək üçün ona ayrılmış 750 kv.m torpaq sahəsi Şağan qəsəbəsi, Yarıməmməd Əsədullayev küçəsi, ev 164 ünvanında ayrılmışdır. Torpaq sahəsinə dair plan ölçü sənədi də hazırlanmışdır. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün adiyyatı üzrə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixində cavab verilərək bildirilmişdir ki, torpaq sahəsinə baxış mümkün deyil, buna şərait yaradılmamışdır. cavabdeh buna şərait yaratmamış, süni şəkildə maneələr yaradaraq çıxarışın alınması üçün müayinə işlərinin görülməsinə qanunsuz qadağalar etmişdir. Adiyyəti üzrə cavabdehə bildirilmişdir ki, bu kimi əməllər qanunsuzdur, bu işdən əl çəkilməlidir, ancaq yenədə bunlara məhəl qoyulmamışdır. Bildirir ki, torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İK-nin 18 noyabr 1991-ci il tarixli 22 saylı qərarı ilə 750 kv.m torpaq sahəsi Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində ayrılmışdır. Sonradan ona ayrılmış torpaq sahəsi Xəzər rayonu, Şağan qəsəbə inzibati ərazi vahidliyinə daxil edilmişdir. Torpaq sahəsinin hal-hazırda ünvanı ünvan 4d edilir. Ona məxsus olan torpaq sahəsi X11 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü vardır. Əlavə olaraq torpağa dair sərəncam və digər zəruri sənədlər mövcuddur. Hazırki iş üzrə cavabdehə hərəkətlər qadağan edilməli maneələr aradan qaldırılaraq torpaq sahəsinə baxışın təmin edilməsi zərurəti vardır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 aprel 2025-ci il tarixli 2(003)-1081/2025 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə daxil olmasına, ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
12. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə tərəflər arasında olmuş əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallara əsasən iddia irəli sürülmüş torpaq sahəsi cavabdehin istifadəsindədir. Yəni, cavabdehin istifadəsində olan torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X11 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir.
13. İddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövlət reyesrtində qeydiyyata alınması barədə müraciəti – idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman digər şəxslər tərəfindən hasarlanaraq istifadə edilməsi əsası ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi, iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynidir. İddiaçı ona ayrılmış torpaq sahəsinin, bu torpaq sahəsinə dair verilmiş plan və ölçüsünə əsasən mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmiş, imtinanın əsası isə cavabdehin istifadəsində olması səbəbindən mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerində baxışın (yerində müayinənin) keçirilməsinin mümkün olmamasından ibarət olmuşdur.
15. Torpaq sahəsinin cavabdehin qanuni əsaslarla istifadəsində olması barədə isə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya, ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün və bu məqsədlə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən maneələr yaradılır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinin qanunsuz pozulmasından ibarətdir. Belə ki, müvafiq qaydada mübahisələndirilməmiş torpaq sahəsinin ayrılmasına dair qərar və bu qərar əsasında həmin torpaq sahəsinə dair verilmiş plan və ölçüsü iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29 maddələrinə, Mülki Məcəllənin 139.1, 140, 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 157.4, 178.1, 238.1, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə, 49-cu maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1 və 2-ci hissələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4593/15 saylı, 22 oktyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərarından da göründüyü kimi İddiaçı və Zairov İlqarMeybulla oğlu X2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onlara məxsus Əzizbəyov XDS İK-nin xx.xx.1991-ciil tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrindən M.Vəliyevin çıxarılması, qanunsuz tikililərin sökülməsini tələb etmişdir. Lakin İddiaçı və X5 iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1514/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarında iddiaçıların subyektiv hüquqa malik olmadığı, həmin torpaq sahəsinin onlara məxsus olduğunun öz təsdiqini tapmadığına istinad edərək iddia tələbləri təmin edilməmişdir. Hətta məhkəmə qərarında qeyd edilmişdir ki, Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrinin iddiaçılara ayrılmasına əsas olmuş hər hansı sənəd mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qərar əsasında hər hansı torpaq sahəsi ayrıca akt ilə naturada iddiaçılara təhvil verilməmişdir. AR Dövlət Topraq və Xəritəçəkmə Komitəsinin sədri tərəfindən İddiaçı ünvanlanmış 31 yanvar 2007-ci il tarixli məktubdan da göründüyü kimi, X17 Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin reyestr bazasında Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarına əsasən Mərdəkan qəsəbəsindən fərdi yaşayış evi tikmək üçün ayrılan torpaq sahəsinə dair iddiaçıların adına məlumat yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin2(003)-1758/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən göründüyü kimi İddiaçı və həmin iş üzrə digər iddiaçı Zayirov İlqarMeybulla oğlu mən və həmin iş üzrə digər cavabdeh X6 qarşı “torpaq və qeyriqanuni tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 iddiaçılara məxsus olan torpaq sahəsinin 600 m torpaq sahəsindən və Cavabdeh 900 m torpaq sahəsindən çıxarılmaları və qeyri-qanuni inşa edilmiş tikililərin sökülməsinə” dair iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni mülki iş üzrə iddiaçı 2019-cu il tarixdə məhkəməyə müraciət edərkən onun subyektiv hüququ öz təsdiqini tapmamış, o, torpaq sahəsinin zəbt olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhz buna görə də, iddia tələbi təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, onun təmin edilməməsini xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, cavabdeh 2007-ci ildən torpaq sahəsini alıb, orada ev tikərək bu günədək yaşayır.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi iş üzrə məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 13, İİ hissə. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
26. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
27. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
28. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
39. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
40. Maddə 4, 1-ci hissə. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
41. Maddə 49, 1-ci hissə. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
42. Maddə 84, 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
43. Maddə 84, 2-ci hissə. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. İşin mübahisəsiz halıdır ki, iş üzrə tərəflər arasında olmuş əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallara əsasən iddia irəli sürülmüş torpaq sahəsi cavabdehin istifadəsindədir. Yəni, cavabdehin istifadəsində olan torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X11 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir.
54. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya onları əsassız hesab edir.
55. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4593/15 saylı, 22 oktyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərarında qeyd edilən “Əzizbəyov XDS İKnin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrinin iddiaçılara ayrılmasına əsas olmuş hər hansı sənəd mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qərar əsasında hər hansı torpaq sahəsi ayrıca akt ilə naturada iddiaçılara təhvil verilməmişdir.” münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 011133 torpaq sahəsinin planı və ölçüsündən görünür ki, bu torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 22 saylı qərarı ilə 750 kv.m 3/980 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət Torpaq kadastrı kitabına xx.xx.2007-ci il tarixdə 2369 nömrə ilə uçota alınmışdır.
56. Bundan əlavə ayrıc aktının məhkəmə baxışı zamanı təqdim edilməməsi iddiaçının ümumiyyətlə həmin torpaq sahəsinə subyektiv hüququnun olmaması anlamına gələ bilməz.
57. Belə ki, istinad olunan qərardan sonra iddiaçı məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-417/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, Cavabdeh) “ayrılmış torpaq sahəsinin ölçülüb təqdim edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan da görünür ki, iddiaçının tələbi, yəni Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 750 kv.m olan 3/980 nömrəli torpaq sahəsinin ölçülüb ona təqdim edilməsi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardaddan görünür ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2897 nömrəli ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinin yeni ünvan qaydalarına əsasən ünvan 2 ünvanında yerləşdiyi müəyyən edilmiş, həmçinin göstərilən torpaq sahəsinin ümumilikdə 750 m2 təşkil etdiyi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə mövcud hasar arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, torpaq sahəsi üzərində digər şəxslər tərəfindən iki yaşayış evi inşa edildiyi və sözügedən torpaq sahəsindən İddiaçı istifadə etmədiyi müəyyən edilmişdir.
58. Göründüyü kimi, cavabdehin istifadəsində olan torpaq sahəsi, iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynidir.
59. İddiaçının ona ayrılmış torpaq sahəsinin, bu torpaq sahəsinə dair verilmiş plan və ölçüsünə əsasən mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmiş, imtinanın əsası isə cavabdehin istifadəsində olması səbəbindən mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerində baxışın (yerində müayinənin) keçirilməsinin mümkün olmamasından ibarət olmuşdur.
60. Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında torpaq sahəsinin cavabdehin qanuni istifadəsinə dair hər hansı sübut təqdim edilməmişdir.
61. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sisteminə verilmiş sorğuya əsasən, cavabdehin mülkiyyətində torpaq sahəsi aşkarlanmamışdır.
62. Belə olduqda isə cavabdeh tərəfindən mütəxəssislərin ərazidə müayinə aparılmasına maneyə törətməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
63. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1081/2025 nömrəli iş üzrə 08 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.