Məhkəmə qərarları › İş №2(103)-3879/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3879/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3879/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh X5 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5643/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X4 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2.878,87 ABŞ dolları əsas, 79,47 ABŞ dolları faiz, 2.599,90 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz 676,80 ABŞ dolları olmaqla, cəmi 6.235,04 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsümunun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə cavabdeh X7 arasında 25 dekabr 2014-cü il tarixdə № 25122014-213342 saylı kredit müqaviləsi bağlanaraq borcalana 12 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə, 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər öz üzərlərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, bunun nəticəsində Amail Əhmədovanın banka cəmi 6.235,04 ABŞ dolları məbləğində borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5643/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2.878,87 ABŞ dolları məbləğində əsas, 79,47 ABŞ dolları məbləğində faiz, 676,80 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və 100 manat məbləğində cərimə olmaqla, cəmi 3.735,14 ABŞ dolları məbləğində pulun, həmçinin ödənilmiş 12 manat dövlət rüsumunun X2, Cavabdeh2 və Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun 18 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X5 nümayəndəsi və vəkili X6 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, banka olan kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya olunan kredit borcları siyahısındadır. Bu faktı təsdiq edən müvafiq sənədlər mülki iş materiallarının içərisində vardır. Hal-hazırda həmin məbləğin restrukturizasiya olunması üçün işlər görülür. Odur ki, məhkəmə kredit borcu restruktizasiya olunmayana qədər borcun tutulmasına dair iddia tələbini təmin edə bilməz. Bundan başqa, kredit borcu restrukturizasiya olunacağı təqdirdə, demək olar ki, borcun hamısı bağlanılmış olacaqdır. Göründüyü kimi, məhkəmə işin nəticəsi üçün xüsusi əhəmiyyət kəsb edən bu halı nəzərə almamış və bu məsələyə mübahisələndirilən qətnamədə toxunmamışdır. Qətnamə hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. İddiaçı ilə aralarında olan kredit müqaviləsi 25.12.2014-cü il tarixdə bağlanmış, kredit müqaviləsi üzrə olan öhdəliklərin icra müddəti 12 ay müəyyən olunmuş, sonuncu öhdəliyin icrası 25.12.2015-ci il tarixdə müəyyən edilmişdir. İddiaçı isə 17.09.2020-ci il tarixində məhkəməyə borc tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, Bank Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunan iddia müddətini ötürmüşdür. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının müddəti 25.12.2015-ci il tarixdə bitir və bu zaman iddiaçının öz hüquqlarını bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımı başlayır. MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunduğundan, müddətin axımı 25.12.2018-ci il tarixində bitir. Məhkəmə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü ümumiyyətlə nəzərə almamış və iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5643/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh X5 nümayəndəsi və vəkili X6 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5643/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5643/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi Sevil Quliyevanın və cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədovun izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan, İddiaçı ASC-nin “Sahil” filialı ilə X7 arasında bağlanmış 25122014-213342 saylı, 25 dekabr 2014-cü il tarixli bank hesabı və kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Sahil” filialı Amail Əhmədovaya illik 30 % dərəcəsi olmaqla 12 ay müddətinə 12.700 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC-nin “Sahil” filialı ilə X9 arasında bağlanmış 25122014-213342 saylı, 25122014-213342 saylı, 25.12.2014-cü il tarixli bank hesabı və kredit müqaviləsinə əlavə olan “ödəniş cədvəli”ndən görünür ki, borcalan Amail Əhmədova illik faiz dərəcəsi 30 % olmaqla 12 ay müddətinə verilmiş 12.700 ABŞ dolları məbləğində əsas borcu 2.168,25 ABŞ dolları məbləğində faizlər olmaqla cəmi 14.868,25 ABŞ dolları məbləğində pulu, 26.01.2015-ci il tarixdən başlayaraq, aylıq 1.239,19 ABŞ dolları məbləği həcmində olmaqla 25 dekabr 2015-ci il tarixə kimi kreditora ödəməlidir. İş materiallarında olan, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh2 arasında bağlanmış 25122014-213342 saylı,25.12.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 25122014-213342 saylı, 25.12.2014-cü il tarixli bank hesabı və kredit müqaviləsi üzrə Amail Əhmədova tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh3 arasında bağlanmış 25122014-213342 saylı, 25.12.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 25122014-213342 saylı, 25.12.2014-cü il tarixli bank hesabı və kredit müqaviləsi üzrə Amail Əhmədova tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 25122014-213342 saylı, 25122014- 213342 saylı, 25.12.2014-cü il tarixli bank hesabı və kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 2.599,90 ABŞ dolları dəbbə pulunun 100 ABŞ dolları həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədovun apelyasiya şikayətində göstərdikləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, apelyasiya şikayətində göstərilir ki, cavabdehin banka olan kredit borcu restrukturizasiya olunan kredit borcları siyahısındadır, hal-hazırda həmin məbləğin restrukturizasiya olunması üçün işlər görülür. Lakin, işə apelyasiya məhkəməsində baxılarkən verilmiş sorğu əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 01 iyun 2021-ci il tarixli, 16-01718-2021 saylı məktubunda göstərilir ki, X4 adı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədovun apelyasiya şikayətinin müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin bank tərəfindən ötürülməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı 20.09.2016-cı il tarixdə məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Xətai Rayon Məhkəməsi 2(011)-14852/2016 saylı, 25.11.2016-cı il tarixli məhkəmə əmri ilə ərizəsi təmin edilmişdir. Cavabdeh Amail Əhmdəovanın məhkəmə əmrində verdiyi etiraz əsasında işə baxılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-1040/2018 saylı, 01.02.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən qəbul edilmiş, Amail Əhmdəovanın həmin qətnaməsindən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 20.05.2019-cu il tarixli qərardadı ilə təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Budan sonra yenidən iddiaçının borcun tutulması barədə verdiyi iddiası Xətai Rayon Məhkəməsi 2(011)-6756/2019 saylı, 18.09.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehin həmin qətnamədən də verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 19.03.2020-ci il tarixli qərardadı ilə təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləni, habelə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi müddətləri nəzərə alaraq məhkəmə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmədən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədov apelyasiya şikayətində göstərdiklərini əsaslandıran hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5643/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh Amail Əhmədovanın nümayəndəsi və vəkili Tural Məmmədovun apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas Qət etdi: Cavabdeh X4 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5643/2020 saylı, 26 noyabr 2020-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar