Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3879/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddia yolverilməz hesab edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13.870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun ("xxxx" ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 142211, terminal nömrəsi: K0232011, əməliyyat İD: 177585055, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 10:57) dövlət büdcəsindən qaytarılması qərara alınmışdır.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(007)- 172/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçıya məxsus əmlaklar - yataq dəsti (çarpayı, şifoner, komod və stol)- 1 ədəd, uşaq yataq dəsti - 1 ədəd, divankreslo dəsti, kəfkirli saat 1 ədəd, qorka 1 ədəd, soyuducu - 1 ədəd, stol - 1 ədəd, stul 6 ədəd, mebel qapı - 1 ədəd, xalça 2 ədəd, qırmızı rəngli bogema kravin rumka ilə 6 ədəd xrustal bagema kravin rumka ilə - 6 ədəd, bogema meyvə qabı yaşıl - 2 ədəd, bogema konfet qabı göy rəngli 2 ədəd, xrustal güldan - 1 ədəd, madonna güldan – 1 ədəd, madonna uzun meyvə qabı 2 ədəd, madonna ağzı qapalı qənd qabı - 1 ədəd, xrustal iri rumka - 5 ədəd, xrustal orta rumka - 6 ədəd, xrustal rumka araq stəkanı - 6 ədəd, xrustal uzun mürəbbə qabı - 2 ədəd, xrustal hündür meyvə qabı - 1 ədəd, xrustal ağzı qapalı konfet qabı - 2 ədəd, dərin dayaz kasa qab dəsti- 60 ədəd, kravin rumkası 6 ədədli - 2 dəst, çay stəkanı xrustal - 6 ədəd, nəlbəki - 6 ədəd, oxlov 1 ədəd, dayaz, qab 3 buludlu - 10 ədəd, kasa balaca - 6 ədəd , kasa yekə -6 ədəd , çörək qabı 2 ədəd, madonna salfet qabı- 2 ədəd, çay dəstgahı 6 rumkalı - 1 dəst, padnos - 2 ədəd, 3 mərtəbəli madonna qab- 2 ədəd, dəmir çaynik, qəfədan- 1 dəst, tok çayniki - 1 ədəd, sokçəkən maşın - 1 ədəd, ütü- 1 ədəd, vedrə yekə - 1 ədəd, vanna yekə 2 ədəd, vedrə zibil üçün - 1 ədəd, su fincanı - 1 ədəd, divan kreslo üstü boz qara rəngli 1 dəst, slolüstü (kotanlı) - 2 ədəd, zərli qara- 1 ədəd, jurnal üstü süfrə (qara zərli)- 1 ədəd, stolüstü bənövşəyi gül 1 ədəd, kofe dəsti (göy)-6 ədəd, çay dəstgahı (madonna göy)- 6 fincanlı -1 dəst, balaca içi qırmızı sulu rumka - 3 ədəd, zərli iri tort qabı boz - 1 ədəd, narıncı rəngdə 6 dayaz boşqabı, səd buludlu 1 ədəd, qaşıq dəsti - bıçaq, çay, xörək, limon qaşığı, tort qaşığı- 12 ədəd, iri qaşıq dəsti- 6 ədəd, çörək kəsmək üçün yaşıl kauçuk dəst 1 bıçaqlı - 1 dəst, emal olunmuş göy qazan dəsti 5 ədəd, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxtada- 1 dəst, çilçıraq - İ ədəd, yastıq - 3 ədəd, iki yataqlı döşək - 1 ədəd, iki yataqlı yorğan 1 ədəd, uşaq üçün yastıq - 1 ədəd, uşaq üçün döşək - 2 ədəd, uşaq üçün yorğan 2 ədəd, uşaq üçün yataq örtüyü (çəhrayı)- 1 dəst, pərdə kətan - 2 ədəd, üstü tünd qırmızı rəngli 2 ədəd, adyal - 1 ədəd, tünd qırmızı rəngli yataq örtüyü - 2 yastıqlı - 1 dəst, kostyum şalvarla- 1 dəst, kostyum ətəklə- 1 dəst, şalvar cins - 2 ədəd, cins kapri 1 ədəd, yupka - 1 ədəd, köynəklər qış üçün6 ədəd, köynəklər yay üçün - 11 ədəd, toy geyimi don ağlı-qaralı - 1 ədəd, tək atlasdan kostyum 1 ədəd, jaket - 2 ədəd, çanta- 3 ədəd, ayaqqabı payız- 3 ədəd, boyun şərfləri- 3 ədəd, kəmərlər - 2-3 ədəd, saçfeni 1 ədəd, fen dəsti, qızın geyimləri: payız kurtkası 3 ədəd, palto 2 ədəd, papaq - 2 ədəd, çəkmə - 2 cüt, yay ayaqqabısı - 4 cüt. payız, ayaqqabısı 4-5 cüt, idman dəsti- 4 ədəd, jaket - 2 ədəd, köynəklər, alt paltarı, kalqotka və s. oyuncaq iri maşın, at, maral, yekə oyuncaqlar - Cavabdeh alınaraq İddiaçı verilməsi və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-833/2020 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə Cavabdeh qarşı “əşya və əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(007)-3089/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(007)- 591/2023 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə, göründüyü kimi iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yalnız formal olaraq tələbin adını dəyişməklə artıq dəfələrlə məhkəməyə müraciət etmişdir və qeyd olunan məsələ ilə bağlı müxtəlif vaxtlarda qərarlar qəbul olunmuşdur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi bu Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı xx.xx.2023-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət ərizəsi ilə müraciət edib Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qərardadı ilə razılaşmaq olmaz, qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır və aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. İşə baxan məhkəmə Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına, xx.xx.2022-ci il tarixli qətnaməsinə, xx.xx.2022-ci il tarixli qərardadına və xx.xx.2023-cü il tarixli qərardadına istinad etməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təmin edilmiş iddia tələbinin predmeti əşyaların alınıb verilməsi, Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş iddia tələbi əmlaklardan istifadəyə maneələrin aradan qaldıırlması, əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi və sıradan çıxarılmış əmlakların əvvəlki vəziyyətinə bərpa edilməsi tələbi irəlisürüımüşdür. Göründüyü kimi hal-hazırki iddia tələbinin predmeti əşyaların yararsız hala salınması ilə bağlı pul tələbindən ibarətdir və bu eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbi deyildir, tələb tamamilə başqadır və yararsız hala salınmış əşyalarla bağlı pul tələbi irəlisürməkdə haqlı olub. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi və Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icra edilməmişdir və həmin əmlaklar alınaraq ona verilməmişdir, həmçinin əşyaların yeri də cavabdehlər tərəfindən dəyişdirilmişdir. Belə çıxır ki, ona məxsus əşyaların yararsız hala salınmasına və maddi zərərin ödənilməməsinə göz yummalıdır və halal əşyalarından vaz keçməlidir. Məhkəmə tərəfindən ətraflı araşdırma aparılmadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə istinad edilməklə düzgün olmayan qərardad çıxarılmışdır. Nəticədə ədalətsiz qərardad qəbul edilmişdir. Məhkəmə yalnız çıxarılmış qərardadları sadalamaqla kifayətlənmişdir. Qanunvericlik normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin və Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icra edilməməsi və həmin əmlaklar alınaraq ona verilməməsi və icra edilməməsi iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir .
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 saylı, 12 may 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 nömrəli, 14 aprel 2023- cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllə
9. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, iddiaçı hazırkı iddia tələbində Cavabdeh ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13.870 manat məbləğində pulun tutulmasını xahiş edir.
12. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılaraq ona istinad edilmişdir ki, iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yalnız formal olaraq tələbin adını dəyişməklə artıq dəfələrlə məhkəməyə müraciət etmiş və qeyd olunan məsələ ilə bağlı müxtəlif vaxtlarda qərarlar qəbul olunmuşdur.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia tələbi cavabdehlə nikahla evləndikdən sonra valideynləri tərəfindən ona hədiyyə edilmiş cehiz əşya və əmlakların yararsız vəziyyətə salınması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi barədədir.
14. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(007)- 172/2013 nömrəli qətnaməsinə əsasən iddiaçıya məxsus cehiz əmlakların iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-833/2020 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə Cavabdeh qarşı “əşya və əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
16. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(007)- 3089/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir.
17. Göründüyü kimi, iddiaçıya məxsus əşya və əmlakların dəyərinin ödənilməsi barədə iddia tələbinə mahiyyəti üzrə baxılmış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hazırkı iddia tələbində iddiaçının yenidən əmlakların və ya onun əvəzinin ödənilməsini tələb etdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur və qərardad formal mülahizələrə görə ləğv edilməməlidir.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev