Məhkəmə qərarları › İş №2(103)-3880/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3880/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3880/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Kommersiya Bankı ASC ilə borclu Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, "xxxx" KB ASC borcalana istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,6% ödəmək şərtilə 6000 manat məbləğində kredit xətti açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.

2. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişxəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə yaranmış 6000 manat əsas, 680,80 manat faiz və 288,22 manat cərimə olmaqla, cəmi 6969,02 manat borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

3. "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka kredit müqaviləsinə əsasən 6000 manat əsas, 950,32 manat faiz borcu, 18,70 manat cərimə borcu olmaqla, cəmi 6969,02 manat məbləğində borcu vardır.

4. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə Cavabdeh məxsus "xxxx" tərəfindən verilmiş **********506142 serialı bank kartından 6.046 manat 92 qəpik çıxararaq ona ümumilikdə 6.046 manat 92 qəpik maddi ziyan vurmaqla oğurluq etmiş və fakt üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ********* №-li cinayət işi başlanılması, icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, hazıradək təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yeri müəyyən etmək mümkün olmamışdır.

6. 5/963 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, FİN xxxxxxx xx.xx.2023-cü il tarixdə “Leobank” tətbiqinə +**********40 mobil nömrə ilə daxil edilmiş və həmin vaxt 5,898.46 manat həcmində MCC5814 ödəniş, 141.57 manat həcmində MCC5814 ödəniş və 6.89 manat həcmində MCC5541 ödəniş əməliyyatlar aparılmışdır. Ödənişlər “Leobank" mobil tətbiqindən deyil, “Applepay” həlli vasitəsilə həyata keçirilmişdir. Əməliyyatlar aparılan zaman “Leobank” tətbiqi “Samsung GalaxyS10+” (samsung_SM- G975N) cihazda olmuşdur. Cihazın İMEİ kodu ilə bağlı məlumatları aşkarlamaq mümkün olmasa da, device_id_adjust = 225d08e1b71e74ff19fa1a********** olduğu məlum olmuşdur. “device_id_adjust” - istifadəçinin mobil cihazının bank tərəfindən təyin olunan identifikatorudur. Lakin bir daha qeyd olunmuşdur ki, ödəniş həyata keçirilərkən “Applepay" həllindən istifadə olunmuşdur. FİN xxxxxxx hal-hazırda “Leobank” tətbiqinə +**********40 mobil nömrə ilə, “Xiaomi_Redmi Note 8 Pro” mobil cihazda daxil edilib. Cihazın İMEİ kodunu aşkarlamaq mümkün olmasa da Bank tərəfindən təqdim olunan məlumatlar əsasında device_id_adjust = 8b4341ad3b0f2bf28ac580cc5588ca7d olduğu məlum olmuşdur. Həmçinin qeyd edilmişdir ki, eyni “device_id_adjust” iki fərqli mobil telefon modeli kimi log-lara düşmüşdür. Belə ki, Bank tərəfindən təqdim olunan "adjust_Hüseynov_Səməd" faylında mobil cihazın modeli “Note9Pro”, "auth_Hüseynov_Səməd" faylında isə “Xiaomi_Redmi Note 8 Pro" qeyd olunub. Qeyd etmək lazımdır ki, bu iki fayl üzrə mobil cihazın modelləri fərqli qeyd edilsə də hər ikisində device_id_adjust = 8b4341 ad3b0f2bf28ac580cc5588ca7d olmuşdur.

7. Bank xidmətlərinin təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki: - 3.1.14. “Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel:*7773) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. - 3.2.4.4. Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək, kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə Bankı dərhal məlumatlandırmaq; - 5.9.2.12. Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13.-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X3 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.”

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6000 manat əsas, 950,32 manat faiz borcu, 18,70 manat cərimə borcu olmaqla, cəmi 6969,02 manat borcun və 89,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 83 ay müddətinə illik 12% ödəmək şərtilə 6227 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.

10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində onun “Leobank”a məxsus kart hesabından naməlum şəraitdə pul vəsaiti çıxarılmışdır. Vəsaitin çıxarılmasını xx.xx.2023 tarixində təsadüfən YDM-də məlumatı olmuş və dərhal Banka və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sabunçu RPİ-də faktla bağlı cinayət işi başlanılıb və hal-hazırda araşdırılma aparılır. Vəsaitinin çıxarılması faktına münasibətdə hesab edir ki, tərəfindən kart və hesab məlumatlarının saxlanılması şərtləri pozulmamışdır. Əksinə “Leobank” olaraq Bank sisteminin təhlükəsizliyinin qənaətbəxş olmaması səbəbindən karta dələduzlar tərəfindən müdaxilə edilmişdir. Davamlı müraciətlərinə baxmayaraq o, Bank tərəfindən araşdırmaya kömək məqsədi ilə heç bir məsul şəxslə görüşə bilməmişdir. Sorğusuna Bank tərəfdən dürüst cavab ala bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən ondan tələb edilən vəsait onun tərəfindən istifadə edilməmiş, əksinə iddiaçının hesab təhlükəsizliyini təmin etməməsi və onun iradəsindən kənar Bank tərəfindən tələb olunan vəsaitin üçüncü şəxslər tərəfindən mənimsənilməsi iddia tələbinin tam əsassız olduğuna dəlalət edir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6000 manat əsas, 680.80 manat faiz və 18,70 manat cərimə olmaqla, cəmi 6699,50 manat borc və 89,70 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X1)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin Cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bundan başqa Bank xidmətlərinin təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel:*7773) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır; Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək, kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə Bankı dərhal məlumatlandırmaq; Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13.-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X3 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə ondan 6000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. iddiaçı borc barədə cavabdehə bildirişlə müraciət edərkən maliyyə arayışında göstərilən məbləğ barədə deyil, başqa məbləğ barədə məlumatlandırmışdır. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386.1-ci, 399-cu, 442-ci, 739.1-ci, 743.1 və 743.2-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14-cu, 77.1-ci, 88-ci, 119-cu, 217.1-ci maddələrinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 2- 2(102)- 575/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə görə, hazırkı halda, iş materiallarında olan heç bir sübut ona borc pul verilməsi faktını təsdiq etmir. Məhkəmənin istinad etdiyi ekspert rəyi ümumiyyətlə sübut əhəmiyyəti daşımır. Məhkəmə qətnaməsində istinad olunur ki, 5/963 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, FİN xxxxxxx xx.xx.2023-cü il tarixdə “Leobank” tətbiqinə +**********40 mobil nömrə ilə daxil edilmiş və həmin vaxt 5,898.46 manat həcmində MCC5814 ödəniş, 141.57 manat həcmində MCC5814 ödəniş və 6.89 manat həcmində MCC5541 ödəniş əməliyyatlar aparılmışdır. Ödənişlər “Leobank" mobil tətbiqindən deyil, “Applepay” həlli vasitəsilə həyata keçirilmişdir. Əməliyyatlar aparılan zaman “Leobank” tətbiqi “Samsung GalaxyS10+” (samsung_SM- G975N) cihaz da olmuşdur. Cihazın İMEİ kodu ilə bağlı məlumatları aşkarlamaq mümkün olmasa da, device_id_adjust = 225d08e1b71e74ff19fa1a********** olduğu məlum olmuşdur. “device_id_adjust” - istifadəçinin mobil cihazının bank tərəfindən təyin olunan identifikatorudur. Lakin bir daha qeyd olunmuşdur ki, ödəniş həyata keçirilərkən “Applepay" həllindən istifadə olunmuşdur. FİN xxxxxxx hal-hazırda “Leobank” tətbiqinə +**********40 mobil nömrə ilə, “Xiaomi_Redmi Note 8 Pro” mobil cihazda daxil edilib. Cihazın İMEİkodunu aşkarlamaq mümkün olmasa da Bank tərəfindən təqdim olunan məlumatlar əsasında device_id_adjust = 8b4341ad3b0f2bf28ac580cc5588ca7d olduğu məlum olmuşdur. Həmçinin qeyd edilmişdir ki, eyni “device_id_adjust”iki fərqlimobil telefon modeli kimi loglara düşmüşdür. Belə ki, Bank tərəfindən təqdim olunan "adjust_Hüseynov_Səməd"faylında mobil cihazın modeli “Note9Pro”, "auth_Hüseynov_Səməd" faylında isə “Xiaomi_Redmi Note 8 Pro" qeyd olunub. Qeyd etmək lazımdır ki, bu iki fayl üzrə mobil cihazın modelləri fərqli qeyd edilsə də hər ikisində device_id_adjust = 8b4341 ad3b0f2bf28ac580cc5588ca7d olmuşdur. Həmin xx.xx.2025-ci il tarixli 5/963 saylı ekspert Rəyinə1-ci səhifəsində göstərilir ki, TƏDQİQAT OBYEKTLƏRİ: “UniBank Kommersiya Bankı”nın müvafiq verilənlər bazası. Göründüyü kimi, ekspert tərəfindən tədqiqat obyekti olaraq yalnız UniBank Kommersiya Bankının müvafiq verilənlər bazası əsas götürülmüşdür. Nəzərə alsaq ki, “UniBank Kommersiya Bankı” hazırkı iş üzrə iddiaçıdır və işin nəticəsində bilavasitə maraqlı olan şəxsdir. Onda UniBank Kommersiya Bankı”nın müvafiq verilənlər bazası əsas kimi götürülməsinin nə dərəcədə sübut əhəmiyyətli olması ciddi sual doğurur. Bundan başqa, onun mobil nömrəsinin aid olduğu NAR MOBİLE şirkətindən daxil olmuş cavab məktubdan müəyyən olunur ki, onun mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə hər hansı SMS və yabaşqa təsdiq kodu gəlməmişdir. Bu isə öz növbəsində iddianın rədd edilməsi üçün əsasdır. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin bərabərliyi prinsipinə riayət etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsaslanmışdır. NARMOBİLE şirkətindən daxil olmuş cavab məktubunda xx.xx.2023-cü il tarixdə onun mobil nömrəsinə hər hansı SMS və ya başqa təsdiq kodu gəlməməsi faktı təsdiq olunmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi işin nəticəsində bilavasitə maraqlı olan UniBank KB-ın təqdim etmiş olduğu öz proqram təminatından olan məlumatları əsas götürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

18. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

c) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

d) Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi iddia ərizəsinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan şikayət təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı işin faktiki hallarına əsasən, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka kredit müqaviləsinə əsasən 6000 manat əsas, 950,32 manat faiz borcu, 18,70 manat cərimə borcu olmaqla, cəmi 6969,02 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə yaranmış 6000 manat əsas, 680,80 manat faiz və 288,22 manat cərimə olmaqla, cəmi 6969,02 manat borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bank xidmətlərinin təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel:*7773) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır; Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək, kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə Bankı dərhal məlumatlandırmaq; Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə bu müqavilənin 3.1.13.-cü maddəsində göstərilmiş qaydada Bankı, yaxud Banka xidmət göstərən X3 dərhal məlumatlandırmalıdır. Borcalan tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.

27. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Göründüyü kimi borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan faiz və cərimə məbləğinə dair hissəsi ilə də razılaşır. Belə ki, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir.

30. Bununla belə, faiz və cərimə borcunun hesablanması, habelə aparılmış ödənişlərin yaranmış cərimə, faiz və əsas borc üzrə silinməsi qüvəddə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər cavabdehin bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir.

31. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin iddiaçının hesab təhlükəsizliyini təmin etməməsi və onun iradəsindən kənar Bank tərəfindən tələb olunan vəsaitin üçüncü şəxslər tərəfindən mənimsənilməsini iddia etməsinə dair etirazına əsas olaraq xx.xx.2023cü il tarixdə “Applepay” həlli vasitəsilə +**********40 mobil nömrə ilə daxil edilmiş və həmin vaxt 5,898.46 manat həcmində MCC5814 ödəniş, 141.57 manat həcmində MCC5814 ödəniş və 6.89 manat həcmində MCC5541 ödəniş əməliyyatları aparılarkən "xxxx" Kommersiya Bankı ASC (Qaydalara uyğun olaraq) tərəfindən hər hansı bir pozuntu halına yol verilməsini müəyyən etmək üçün Mərkəzi Bankın müvafiq rəyi əldə edilmişdir.

32. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis rəyindən görünür ki, Müştərinin bank hesabından ödəniş əməliyyatının həyata keçirilməsi zamanı qüvvədə olan “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın (Qayda) 3.8.4-cü yarımbəndinə əsasən bank real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyası üzrə emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görməli idi. Qaydanın 2.1.10-cu yarımbəndinə əsasən avtorizasiya kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından icazənin alınmasıdır. Göründüyü kimi, Qaydanın 3.8.4-cü yarımbəndi emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından ödəniş əməliyyatı üçün icazənin alınması qaydasını tənzimləyir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında "xxxx" KB ASC-də yerində həyata keçirilmiş baxış nəticəsində əldə olunmuş məlumatlara əsasən, Cavabdeh məxsus ödəniş kartının “AppİePay” xidmətinə qoşulması zamanı bank tərəfindən eyniləşdirmənin aparılması üçün müştərinin bankda qeydiyyatda olan nömrəsinə (+**********40) təsdiq kodu göndərilmişdir. Bank tərəfindən həyata keçirilmiş müvafiq tədbiri Qaydanın tələbinə uyğun təhlükəsizlik tədbiri kimi hesab etmək olar.

33. Göründüyü kimi iddiaçı bank tərəfindən cavabdehin ödəniş əməliyyatları aparılarkən hər hansı bir pozuntu halına yol verilməməsi mütəxəssis rəyinə əsasən də təsdiq edildiyindən, cavabdehin bu barədə irəli sürdüyü etirazın dəlilləri əsassızdır.

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2025 nömrəli 08 aprel 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar