Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3881/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin və debitor borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1226/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, cavabdehə aid olan, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında təbii qazdan sayğacdan kənar istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 10.867,78 manat, təbii qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış debitor borc kimi 117,40 manat, iddia ərizəsinin verilməsin görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,96 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 2.Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabehdən iddiaçının xeyrinə 5.018,50 manat, habelə dövlət rüsumunun əvəzi kimi 70,18 manat tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. 4.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin möveyi 5.Cavabdeh qətnamənin bir hissəsini – iddianın təmin edilməsinə aid hissəsini mübahisələndirdiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Bundan əvvəl qətnamənin digər hissəsi – iddianın rədd edilməsinə aid hissəsi iddiaçı tərəfindən mübahisələndirilib, həmin hissə apellyasiya qaydasında dəyişdirilmədən saxlanılıb. 6.Qətnamə iddianın təmin edilməsinə aid hissədə dəyişdirilməli, qazdan sayğacdan kənar istifadə nəticəsində vurulmuş zərər və qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış debitor borc kimi cavabdehdən iddiaçının xeyrinə cəmi 2.911,8 manat tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 7.Müəyyən olunur ki, cavabdeh (abonent) 2021-ci ilin noyabr ayından 2023-cü ilin mart ayına kimi həmin ünvanda təbii qazdan sayğacdan kənar istifadə edib. Bunu təsdiq edən 17 akt akt və fotoşəkillər iddiaçı tərəfindən məhkəməyə təqdim olunub. Cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iştirak etməyib, iddiaya etiraz etməyib, sübut təqdim etməyib və ya vəsatət verməyib. Bununla yanaşı, cavabdeh apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasına da gəlməyib. İddiaçının təqdim etdiyi sübutlar cavabdehin qazdan sayğacdan kənar istifadə etdiyini müəyyən etməyə əsas verir. 8.Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə (iş v. 167) görə, cavabdeh tərəfindən 2021-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər cəmi 480,8 manat ödəniş edilməsi, həmin dövrdə sayğacdan keçən qazın dəyərinin 598,8 manat təşkil etməsi və iddiaçıya dəymiş zərərin məbləğinin 2.793,8 manat təşkil edə biləcəyi nəzərə alınaraq cavabdehdən tələb edilən borc məbləği 2.911,8 manat (2.793,8 manat + 598,8 manat – 480,8 manat = 2.911,8 manat) təşkil edir. Göstərilən hesablama mütəxəssis rəyində lazımi qaydada əsaslandırılıb. 9.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 425-ci maddələrinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1226/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni 5.018,50 manat tutulmasına aid hissədə dəyişdirilsin, Cavabdeh İddiaçı xeyrinə 2.911,8 manat, dövlət rüsumunun əvəzi kimi 70,18 manat, cəmi 2.981,98 (iki min doqquz yüz səksən bir tam yüzdə doxsan səkkiz) manat tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3881/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3881/2025
25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver