Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3886/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(007)- 420/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 15 iyun 2009-cu il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, X2 Gülnarə Fəxrəddin qızının yanında qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(007)- 1819/2018 saylı qətnaməsi ilə uşaq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 200 manat məbləğində alimentin və X4 müalicəsinə çəkilmiş 1342 manat xərc Cavabdeh tutulması qət edilmişdir. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını və X4 müalicəsinə çəkilmiş 1450 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü oğlu X1 və müalicəsinin davam etdirilməsi üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, eyni zamanda oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1.450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü X8 adlı oğlu var. xx.xx.2014-cü il tarixindən etibarən nikahları rəsmi qaydada pozulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10826/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə uşağın saxlanması üçün hər ay 150 (yüz əlli) manat alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Tərəfindən birinci iddia ərizəsində 150 manat məbləğində göstərilən aliment miqdarının müəyyən edilməsi zamanı, məhkəmə doğuşdan serebral iflicdən əziyyət çəkən uşağın sağlamlıq vəziyyətini nəzərə almışdır. Oğlu Məhəmmədin sağalmaz xəstəlikdən əziyyət çəkməsi, onun gələcəkdə saxlanması və müalicə alması üçün maddi ehtiyacın olması ilə əlaqədar olaraq, 2018-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007) 1819/2018 saylı, 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə 15 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli 2(001) 10826/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 15 iyun 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub ona verilmişdir. Eyni zamanda, X5 müalicəsinə çəkilmiş 1342 manat xərc Cavabdeh tutulub, ona verilmişdir. Lakin, Cavabdeh, həm 2012-ci ildə birinci qətnamənin icrası zamanı, həm də 2018-ci ildə ikinci qətnamə çıxarılan zaman alimentin və oğlu Məhəmmədin müalicəsi üçün tərəfindən çəkilmiş əlavə xərclərin ödənilməsi öhdəliyin icrasından qəsdən yayınmış, aliment üzrə borclarını ödəməmiş, gizlənmiş, uşaqla əlaqə saxlamamışdır. Cavabdeh Ş.K. Ovçiyev onun aliment məbləğinin artırılması və xəstə uşağın müalicəsinə sərf edilmiş əlavə xərclərin tutulması məsələsi ilə bağlı Bakı 1 saylı Mediasiya təşkilatına müraciət etdiyini bildikdə, ümumiyyətlə uşaqla ünsiyyətini kəsmişdir. Uşaq doğuşdan xəstədir və onun bütün həyatı boyunca o tək onun sağlamlığı ilə bağlı məsələləri həll edir, onun müalicəsinə görə xərclərin məbləği ildən ilə artır, lakin aldığı alimentlər əlil olan övladının müalicəsi üçün kifayət etmir. Daimi qulluğa ehtiyacı olan və özünü idarə etmək iqtidarında olmayan uşağı sağlamlıq vəziyyəti səbəbi ilə o işləyə bilmir. Uşağının tam olaraq müalicəsini təmin etmək üçün o, borca pul almaq məcburiyyətində qalır. Oğlu Məhəmməd “Spastik hemiplegik serebral iflic. Simptomatik epilepsiya” diaqnozu ilə 19 saylı uşaq poliklinikasında daimi dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının rəyinə görə, X7 “Q80.2 “hemiplegik spastik sereblar iflici” diaqnozu ilə orqanizmin funksiyalarının 60% pozulması ilə xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Övladının sağlamlığının təmin edilməsi üçün o, onun müalicəsi, dərman preparatlarının (reseptlər və qəbzlər əlavə olunur), skolioz əleyhinə müalicəvi korsetin (qiyməti 350 manat) alınması üçün böyük xərclər çəkmiş və çəkməyə davam edir- ümumi məbləğ 1.450 manat təşkil edir. O, hələ gücləndirilmiş qida, nəqliyyat xərclərini, sağlamlıq vəziyyətinin pisləşməsi zamanı həkimlərin evə çağırılması və oğlunun saxlanması ilə əlaqədar olan digər gözlənilməz xərcləri hesablamır. Hazırda oğlu Məhəmmədin səhhəti daha da pisləşmiş, onu irəlidə ciddi cərrahiyyə əməliyyatı gözləyir və uşaq poliklinikasının göndərişi ilə uşaq tibb müəssisələrində müayinələrdən keçir (poliklinikanın göndərişi əlavə olunur). Eyni zamanda bildirir ki, Cavabdeh işləyir, yüksək qazanc əldə edir, baxmayaraq ki, öz gəlirlərini gizlədir, o isə işləmir, xəstə uşağın saxlanmasına və müalicəsinə təyin olunmuş aliment məbləği çox azdır və hazırkı şəraitdə uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Eyni zamanda, Cavabdeh son illər ərzində oğlunun müalicəsinə tərəfindən çəkilmiş xərclərin məbləği, yəni 1.450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaiti də tutulmalıdır. xx.xx.2023-cü il tarixində mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün, o, Bakı şəhər 1 saylı Mediasiya təşkilatına müraciət etmiş (xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00245 nömrəli bildiriş iddia ərizəsinə əlavə edilib), lakin cavabdeh Ş.K. Ovçiyev mediasiya prosesini davam etdirməyi razılıq verməmişdir ki, bu barədə, xx.xx.2023-cü il tarixində, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən ona müvafiq arayış verilmişdir (xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00245 nömrəli arayış iddia ərizəsinə əlavə edilib). Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2009-cu il təvəllüdlü oğlu X1 üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, eyni zamanda oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(007)- 420/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 15 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(007)-1819/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi və iddiaçının ödəməkdən azad edildiyi 45,42 manat dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad edilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, bu zaman cavabdehin də mənafeyi, o cümlədən sonuncunun 250 manat aliment ödəməyə razı olması nəzərə alınmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı məhz qeyd olunan xərclərin çəkilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, iddia tələbinin alimentin artırılması hissəsində tam - 300 manat sabit pul məbləğində və Məhəmməd Ovçiyevin müalicəsinə çəkilmiş 1.450 manat xərcin Cavabdeh tutulub İddiaçı ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan doğulan övladları-X4 diaqnozu: “Spastik hemiplegik serebral iflic, simptomatik epilepsiya” olmaqla daimi dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən o “Q80.2” hemiplegik serebral iflic diaqnozu ilə orqanizmin funksiyasının 60% pozulmuşdur. Müstəqil olaraq sərbəst hərəkət edə bilmir. Məhəmməd Ovçizadəyə xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Bu səbəbdən işləyə bilmir. Maddi vəziyyəti çox çətindir. Ancaq övladının müalicəsinə, müayinəyə aparılmasına, onun qidalanmasına, şəxsi gigiyenasına vaxtını sərf edir. Ancaq cavabdeh dövlət işində işləməsə də, fərdi əməklə - ticarətlə məşğuldur. Qazancı - gəliri yüksəkdir. Bildiyinə görə tez-tez xaricə gedir, işləyir və normal qazancla qayıdır. Digər tərəfdən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olduğu halda məhkəmə bunu nəzərə almamış və tələb olunan alimentin məbləğini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin Məhəmməd Ovçiyevin ağır xəstəliyi, müddətsiz əlil olması, müstəqil hərəkət edə bilməməsi və kənar şəxslərin köməyinə ehtiyacı olması, daimi müalicə alması, müalicəsi ilə əlaqədar xərclərin yüksək olması nəzərə alınmamışdır. Eyni zamanda aliment tələbinin qismən təmin edilməsi hissəsində (tələb tam təmin olunmalı idi) Məhəmməd Ovçiyevin böyüməsi və artıq 15 yaşı olması, xərcin təbii olaraq artması, İddiaçı azyaşlı Məhəmmədin ağır xəstəliyi və əlilliyi səbəbindən işləyə bilməməsi mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutları araşdırmadan və əlavə xərclər barədə iddianın - əlavə xərclərə görə pulun tutulması hissəsini izah etmədən, tərəfindən dərman vasitələrinin, karsetin alınmasına sərf edilmiş 1450 manat məbləğində əlavə xərclərin tutulmasına dair iddianın təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsivəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - təmin edilməyən hissədə yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 8.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş omadıqda və sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və s) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcələsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən – iddiaçı tərəfindən oğlunun müalicəsinə çəkilmiş 1.450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 15 iyun 2009-cu il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində nikah pozulmuş, bu zaman X2 Gülnarə Fəxrəddin qızının yanında qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(007)-1819/2018 saylı qətnaməsi ilə uşaq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 200 manat məbləğində alimentin və X4 müalicəsinə çəkilmiş 1342 manat xərc Cavabdeh tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını və X4 müalicəsinə çəkilmiş 1450 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsini xahiş edir. İş materiallarından görünür ki, cavabdeh iddianı qismən qəbul etməklə 250 manat aliment ödəməyə razı olmuş, iddianın digər hissəsinə münasibətdə isə oğlunun xəstəliyi ilə əlaqədar pensiya almasını göstərmişdir. Məhkəmə kollegiyası ilk olaraq iddia tələbini qismən təmin edilən – alimentin artırılması hissəsinə münasbiətdə qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. İddia tələbinin müzakirə edilən hissəsi - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa görə ödənilməli olan alimentin məbləği 200 manat müəyyən edilmişdir. Hazırda isə 2024-cü il üçün bu məbləğ 235 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Birinci instansiya məhkəməsi isə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment məbləğini hər ay 250 manat sabit pul məbləğində müəyyən etmişdir. Bu hissə üzrə apellyasiya şikayətinin dəlilləri isə göstərilən hissədə əsassız olmuşdur. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, işin konkret hallarını əsas götürərək eləcə də cavabdehin 250 manat aliment ödəməyə razı olması nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 250 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. İddiaçı apellyasiya şikayətində sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olduğu halda məhkəmə bunu nəzərə almamış və tələb olunan alimentin məbləğini qismən təmin etməsini bildirsə də tələbinin həllinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən cavabdehin hər ay 300 manat məbləğində aliment ödəyə bilməsi üçün sonuncunun ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. İş materiallarında isə qeyd olunan hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassız olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbinin “oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin “oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsini iddiaçı məhz qeyd olunan xərclərin çəkilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 “G80.2 Hemiplegik spastik serebral iflic, Hemiplegik spastik serebral iflic” diaqnozu verilmişdir. xx.xx.2023-cü il tarixli, 170 nömrəli Bakı şəhəri 19 nömrəli Uşaq Poliklinikasından verilən arayışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X8 həqiqətəndə “Spastik hemiplegik serebral iflic, Simptomatik epilepsiya” diaqnozları ilə dispanser qeydiyyatındadır. Göründüyü kimi, X6 “G80.2 Hemiplegik spastik serebral iflic, Hemiplegik spastik serebral iflic” diaqnozu verilməklə dispanser qeydiyyatındadır. Məhkəmə kollegiyası hesab edir ki, Məhəmməd Ovçiyevin ağır xəstəliyi, müddətsiz əlil olması, müstəqil hərəkət edə bilməməsi və kənar şəxslərin köməyinə ehtiyacı olması və daimi müalicə alması işin mübahisəsiz halları ilə müəyyən edilmişdir və qeyd edilənlərin fonunda Məhəmməd Ovçiyevin müalicə alması ilə əlaqədar olaraq müəyyən xərclərin çəkilməsi faktı da mübahisəsizdir Bununla bağlı olaraq iddiaçı tərəfindən iddia ərizəsinə “həkim reseptləri və ödəniş qəbzləri”ni əlavə edilsə də birinci instansiya məhkəməsi həmin sənədləri lazımi qaydada araşdırmayaraq hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş (müxtəlif apteklərdən) ödəniş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda məhz Məhəmməd Ovçiyevin müalicəsi üçün 1071,08 manat dəyərində vəsait xərcləmişdir. Məhkəmə kollegiyası iddia tələbinin müzakirə edilən hissəsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi iddia tələbinin göstərilən hissəsi cavabdehdən iddiaçının xeyrinə 1071,08 manat xərcin yarısı, yəni, 535,54 manat vəsaitin tutulması hissəsində əsaslı olmuşdur. İddiaçı tərəfindən iddianın qalan hissəsinə münasibətdə mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə almışdır ki, qanunvericiliyə əsasən birgə nikahdan anadan olmuş uşaqların, saxlanması və digər qayğıları ilə bağlı bütün məsələlərin icrası (çəkilmiş xərclər) bərabər hüquqa malik valideynlərin üzərlərinə düşən vəzifələrdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmayaraq iddia tələbinin göstərilən hissədə rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi iddia tələbinin “oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(007)- 420/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən “iddiaçının oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. 15 iyun 2009-cu il təvəllüdlü X4 müalicəsinə çəkilmiş 1071,08 manat xərcin yarısı, yəni, 535,54 manat Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov