Məhkəmə qərarları › İş №2(103)-3886/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3886/2025

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3886/2025 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı və cavabdeh2 tərəfindən inşa olunmuş özbaşına tikililər qonşuluqda yerləşir.

2. Suraxanı rayon Enerji Təchizatı və Satışı Idarəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xdməti 4-cü ərazi X3 Idarəsinə ünvanlanan məktubda qeyd olunur ki, ünvanda daş hasarın qonşuya aid olan hissədən sayğacdan çıxan kabel xətti çəkilmişdir, sayğacdan çıxan xətti abonentə məxsusdur, onun balansındadır, qonşular arasında razılıqla həll olunmalıdır.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh2 tərəfindən küçə olmuş və qanunsuz zəbt edilmiş yolun açılması və onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, təxminən 2017-2018-ci ildə qonşuluqda ev inşa etdirib yaşamağa başlayan cavabdeh2 əvvəl küçə olmuş onun evinin arxa tərəfində olan yolu zəbt etdikdən sonra onun evinin arxa divarını kəsici-deşici elektrik alətləri ilə elektrik xətti aparmaq üçün kanal qazmış, elektrik xətti çəkmişdir. Yağışlı havada evlərinin arxa divarı islandıqda evin divarlarına qapıya toxunduqda elektrik cərəyanı keçirməsini hiss etmişlər. Həyətdə olan kanalizasiya dərəsinin havalanma borusunu onun evinin divarına vurması nəticəsində, mətbəxin pəncərəsinin ağzında onun pis qoxusundan nəfəs almaq belə mümkünsüz olmuşdur. Evlərinin arxa divarına bitişik gül-çiçək əkməsi nəticəsində, evlərinin zirzəmisi tamamən nəmişlik olmuş, evllərinin divarında nəmişlik yaranmış, divarında çatlar yaranmış, Gülzar Fətəliyeva asma-bronxit xəstəliyi olmuşdur. Qaz və su sayğaclarını onun hasarına yerləşdirmiş, bu səbəbdən təmir işləri apara bilməmişdir. Hesab edir ki, cavabdeh2 tərəfindən pozulmuş konstitusion hüquqlarının məhkəmə tərəfindən qanunvericilik əsasında bərpa edilərək, ona olan təzyiqlər və maneələr aradan qaldırılacaqdır.

5. Birinci instansiya məhkəməsində məhkəmə tərkibi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış sahəsinə ## ##### 2025-ci il tarixdə yerli baxış keçirilmiş müəyyən olunmuşdur ki, iddiaçının tələbində qeyd etdiyi evinin arxa tərəfində olan güllərin cavabdeh tərəfindən götürülmüşdür, eyni zamanda iddiaçının tələbində qeyd etdiyi elektrik xəttləri də mövcud deyildir, iddiaçının zəbt edildiyini bildirdiyi evinin arxa tərəfindəki yolun əslində cavabdehin həyəti olduğu müəyyən edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, 2(010)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

7. Qətnamənin əsaslarına görə, iddiaçı iddia edir ki, cavabdeh onun hasarına bitişik bitkiləri mütəmadi suladığına görə onun əmlakının divarları nəm çəkir, nəticədə ona ziyan dəyir, eyni zamanda cavabdeh elektrik kabellərini təhlükəsizlik qaydalarına riəyət etmədən çəkdiyinə görə onlara təhlükə yaranmışdır və cavabdeh onun evinə gedən yolu zəbt etmiş, nəticədə onun giriş-çıxışını məhdudlaşdırmışdır. Mübahisənin yerində araşdırılması üçün tərəflərin yaşadıqları əraziyə məhkəmənin yerli baxışı keçirilmiş və müəyyən edilmişdir ki, tələbdə qeyd edilən halların heç biri mövcud deyildir. Belə ki, iddiaçının özünün də bildirdiyinə görə onun divarına bitişik olan bitkilər cavabdeh tərəfindən artıq bir müddətdir ki, yığışdırılıb, elektrik kabelləri də sökülüb. Yerli baxış zamanı cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçının yaşadığı evə ziyan dəyməsi, onun ləyaqətli şəkildə yaşamaq hüququnun məhdudlaşdırılması, eləcə də iddiaçıya digər formada maddi ziyan vurulması halları aşkar edilməmişdir. Bundan başqa, yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdeh tərəfindən qanunsuz zəbt edildiyi dediyi yol əslində cavabdehin yaşadığı həyətdir və iddiaçının evinə giriş-çıxışa heç bir aidiyyatı yoxdur. Məhkəmə hesab etmişdir ki, hazırkı tələb formal mülahizələrə əsaslanır və təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, iddianın əsası ondan ibarət olmuşdur ki, təxminən 2017-2018-ci ildə qonşuluqda ev inşa etdirib yaşamağa başlayan cavabdeh2 əvvəl küçə olmuş onun evinin arxa tərəfində olan yolu zəbt etdikdən sonra onun evinin arxa divarını kəsici-deşici elektrik alətləri ilə elektrik xətti aparmaq üçün kanal qazmış, elektrik xətti çəkmişdir. Yağışlı havada evlərinin arxa divarı islandıqda evin divarlarına qapıya toxunduqda elektrik cərəyanı keçirməsini hiss etmişlər. Həyətdə olan kanalizasiya dərəsinin havalanma borusunu onun evinin divarına vurması nəticəsində, mətbəxin pəncərəsinin ağzında onun pis qoxusundan nəfəs almaq belə mümkünsüz olmuşdur. Evlərinin arxa divarına bitişik gül-çiçək əkməsi nəticəsində, evlərinin zirzəmisi tamamən nəmişlik olmuş, evllərinin divarında nəmişlik yaranmış, divarında qatlar yaranmış, Gülzar Fətəliyeva asma-bronxit xəstəliyi olmuşdur. Qaz və su sayğaclarını onun hasarına yerləşdirmiş, bu səbəbdən təmir işləri apara bilməmişdir. Bu iddiada iddiaçının sübut etməli olduğu hallar sadalanan hallardır: 1) əvvəl küçə olmuş onun evinin arxa tərəfində olan yolu zəbt etməsi; 2) evinin arxa divarını kəsici-deşici elektrik alətləri ilə elektrik xətti aparmaq üçün kanal qazaraq, elektrik xətti çəkməsi; 3) yağışlı havada evlərinin arxa divarı islandıqda evin divarlarına qapıya toxunduqda elektrik cərəyanı keçirməsi; 4) həyətdə olan kanalizasiya dərəsinin havalanma borusunu onun evinin divarına vurması nəticəsində, mətbəxin pəncərəsinin ağzında pis qoxu yaranması; 5) evlərinin arxa divarına bitişik gül-çiçək əkməsi nəticəsində, evlərinin zirzəmisi tamamən nəmişlik olması, evllərinin divarında nəmişlik və qatlar yaranması; 6) qaz və su sayğaclarını onun hasarına yerləşdirməsi və bu səbəbdən təmir işləri apara bilməməsi. Yuxarıda qeyd edilən hallar iddiaya baxılarkən məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, bəzi halların isə araşdırılması üçün xüsusi bilik tələb edildiyindən bu halları eksert rəyi olmadan sübuta yetirmək mümkün olmamışdır. Belə ki, əvvəl küçə olmuş iddiaçının evinin arxa tərəfində olan yolun cavabdeh tərəfindən zəbt edilməsi məhkəmə tərəfindən yerli baxış zamanı müəyyən edilmişdir. Məhkəmə öz qətnaməsində də göstərmişdir ki, cavabdehin yaşadığı evin və həyətyanı torpaq sahəsinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Bu hal isə artıq cavabdehin qeyd edilən torpaq sahəsini zəbt etməsini sübuta yetirən haldır. Yəni bu hal artıq sübuta yetdiyindən bu halın hər hansı bir başqa sübutla təsdiq edilməsinə zərurət olmadığına görə iddiaçı bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Iddiaçının evinin arxa divarını kəsici-deşici elektrik alətləri ilə elektrik xətti aparmaq üçün cavabdehin kanal qazaraq, elektrik xətti çəkməsi də cavabdehin sonradan həmin xətti çıxarması barədə etirafı və bununla əlaqədar səlahiyyətli orqanların məktubu ilə sübuta yetmişdir. Yəni hər bir halda belə bir fakt olmuş, cavabdeh özbaşına hərəkəti ilə iddiaçının evinə zərər vurmuşdur. Yağışlı havada evlərinin arxa divarı islandıqda evin divarlarına qapıya toxunduqda elektrik cərəyanı keçirməsi faktı iddiaçının polisə və Fövqəladə Hallar Nazirliyinə etdiyi şikayətlərin araşdırılması zamanı sübuta yetdiyinə görə cavabdeh həmin elektrik xətlərini çıxarmağa məcbur olmuş, bu hal isə iddianın bu hissədə də sübuta yetməsini göstərmişdir. Həyətdə olan kanalizasiya dərəsinin havalanma borusunu iddiaçının evinin divarına vurması nəticəsində, mətbəxin pəncərəsinin ağzında pis qoxu yaranması faktı həmin borunun hal-hazırda çıxarılması səbəbindən birbaşa sübut edilə bilməsə də, lakin kanalizasiya dərəsinin hələ də iddiaçının evinə bitişik olması səbəbindən həmin iyin orada olması məhkəmə tərəfindən yerində müayinə zamanı da müəyyən edilmişdir. Yəni həmin gün baxış keçiriən zaman kanalizasiya dərəsinin iyi həyətdən hiss edilməsi artıq iddianın bu hissədə sübuta yetməsi kimi başa düşülməlidir. Cavabdehin evlərinin arxa divarına bitişik gülçiçək əkməsi nəticəsində, evlərinin zirzəmisi tamamən nəmişlik olması, evllərinin divarında nəmişlik və qatlar yaranması isə məhkəmə tərəfindən ekspertiza keçirmə yolu ilə müəyyən edilə bilərdi ki, məhkəmə bu faktın aydınlaşdırılması üçün hər hansı bir ekspertiza təyin etməmiş, bu üzdən bu faktı sübut etmək olmamışdır. Məhz həmin nəmişlik nəticəsində iddiaçının həyat yoldaşı Gülzar Fətəliyeva asma-bronxit xəstəliyinə düçar olmuşdur. Cavabdeh tərəfindən qaz və su sayğaclarını iddiaçının hasarına yerləşdirməsi və bu səbəbdən iddiaçının təmir işləri apara bilməməsi də sübuta yetən haldır. Belə ki, yerində baxış zamanı sayğacların həqiqətən də divarda olması öz təsdinqi tapmışdır. Sayğaclar isə iddiaçının divarına yapışıq olduğu halda iddiaçı istəsə də öz evinin divarını təmir edə, rəngləyə, istədiyi formada üzləyə bilməzdi. Beləliklə də işin halından da görünür ki, məhkəmə iddianı rədd etməkdə haqlı olmamış, iddiaçının əsaslandığı bütün hallar öz təsdiqni tapmışdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə mübahisə predmeti olan, fərdi yaşayış evi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərinə uyğun olaraq özbaşına tikili olsa da və həmin tikilini əldə etmiş şəxslər kimi biz ona mülkiyyət hüququ əldə edə bilməsək də, qanunverici özbaşına tikinti aparmış şəxslərin həmin tikilidə yaşamasını qadağan etməmişdir. Bu baxımdan da, iddiaçının özbaşına tikili olan həmin fərdi yaşayış evinə olan bütün müdaxilələrdən müdafiə hüququ olmuşdur. Beləliklə də işin halından da görünür ki, məhkəmə iddianı rədd etməkdə haqlı olmamış, iddiaçının əsaslandığı bütün hallar öz təsdiqni tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər - iddiaçı və üçüncü şəxs (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (1-ci sual) və xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (digər suallar) həvalə edilmişdir.

17. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən ## ##### 2026-cı il tarixli, **-**/** nömrəli mütəxəssis rəyi məhkəməyə təqdim olunmuşdur.

18. Mütəxəssis rəyinin nəticə hissəsinə əsasən: Birinci sual üzrə: İddiaçı tərəfindən inşa edilmiş evin arxa hissəsində, divara yaxın sahədə elektrik xətlərinin keçmədiyi müşahidə olunmuşdur. Ikinci sual üzrə: cavabdeh2 həyətində yerləşən kanalizasiya dərəsinin havalandırma borusu faktiki vəziyyətdə kanalizasiya qapağı ilə bağlıdır və iddiaçının evinin arxa tərəfindən təxminən 2.0 metr məsafədə yerləşir. Kanalizasiya borusunun keçdiyi hissənin üstü tamet daşlarla örtülmüşdür. Kanalizasiya qapağının açıq olduğu halda pis qoxu ətrafa yayıla bilər, lakin baxış zamanı kanalizasiya borusunun havalandırma borusunun ağlı bağlı olmuşdur. Üçüncü sual üzrə: İddiaçı məxsus yaşayış evinin divarlarında, o cümlədən mətbəxin daxili divar hissəsində çatlar müşahidə olunmuş, zirzəmi hissəsində isə torpağın nəmişlik vəziyyətdə olduğu müəyyən edilmişdir. Eyni zamanda, evin arxa divarına bitişik sahədə gülçiçək əkilməsi, faktı qeydə alınmadığından, çatların və nəmişliyin yaranmasının həmin amillə bağlı olub-olmaması istiqamətində tədqiqat aparılmamışdır. Dördüncü sual üzrə: cavabdeh2 evinin qaz sayğacı iddiaçı İddiaçı hasarına yerləşdirilmişdir. Divarın həmin hissəsində təmir işlərinin aparılmasına maneə yarada bilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

23. Iddia tələbi 2 hissədən ibarətdir: əvvəllər küçə olmuş və cavabdeh tərəfindən zəbt edilmiş yolun açılması, zərərin əvəzinin ödənilməsi.

24. Birinci tələb aydın olsa da, 2-ci tələb, yəni, zərərin əvəzinin ödənilməsi barədə tələb qeyri – müəyyəndir, yəni, zərərin real və ya əldən çıxmış faydada ifadə olunması, məbləği və digər əsaslar qeyd olunmamışdır.

25. Apellyasiya şikayətində isə iddia ərizəsindən fərqli olaraq aşağıdakılara istinad olunmuşdur: iddiaçı tələbin əsaslandırması ilə əvvəl küçə olmuş onun evinin arxa tərəfində olan yolu zəbt etməsi, evinin arxa divarını kəsici-deşici elektrik alətləri ilə elektrik xətti aparmaq üçün kanal qazaraq, elektrik xətti çəkməsi, yağışlı havada evlərinin arxa divarı islandıqda evin divarlarına qapıya toxunduqda elektrik cərəyanı keçirməsi, həyətdə olan kanalizasiya dərəsinin havalanma borusunu onun evinin divarına vurması nəticəsində, mətbəxin pəncərəsinin ağzında pis qoxu yaranması, evlərinin arxa divarına bitişik gül-çiçək əkməsi nəticəsində, evlərinin zirzəmisi tamamən nəmişlik olması, evllərinin divarında nəmişlik və qatlar yaranması, qaz və su sayğaclarını onun hasarına yerləşdirməsi və bu səbəbdən təmir işləri apara bilməməsi.

26. Lakin bu əsaslar üzərində də iddiaçının hansı zərərə, hansı məbləğdə zərərə məruz qalmasını müəyyən etmək mümkün deyildir.

27. Apellyasiya şikayətində qeyd olunan əsaslara qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, 3 hal - evinin arxa divarını kəsici-deşici elektrik alətləri ilə elektrik xətti aparmaq üçün kanal qazaraq, elektrik xətti çəkməsi, yağışlı havada evlərinin arxa divarı islandıqda evin divarlarına qapıya toxunduqda elektrik cərəyanı keçirməsi, evlərinin arxa divarına bitişik gülçiçək əkməsi nəticəsində, evlərinin zirzəmisi tamamən nəmişlik olması halları birinci instansiya məhkəməsi tərəfindən mübahisəl ərazinin yerində müayinəsi aparılarkən də aşkar edilməmişdir.

28. Şikayətin dəlillərindən birini bu halların araşdırılması üçün xüsusi bilik tələb edildiyindən bu halları eksert rəyi olmadan sübuta yetirmək mümkün olmadığı qeyd edildiyindən apellyasiya məhkəməsində işə baxılarkən ilkin olaraq ekspertiza təyin olunmuş, ekspert rəyinin verilməsi mümkün olmadığından mütəxəssis rəyi alınmışdır.

29. Mütəxəssis rəyində qeyd olunmuşdur ki: İddiaçı tərəfindən inşa edilmiş evin arxa hissəsində, divara yaxın sahədə elektrik xətlərinin keçmədiyi müşahidə olunmuşdur; cavabdeh2 həyətində yerləşən kanalizasiya dərəsinin havalandırma borusu faktiki vəziyyətdə kanalizasiya qapağı ilə bağlıdır və iddiaçının evinin arxa tərəfindən təxminən 2.0 metr məsafədə yerləşir. Kanalizasiya borusunun keçdiyi hissənin üstü tamet daşlarla örtülmüşdür. Kanalizasiya qapağının açıq olduğu halda pis qoxu ətrafa yayıla bilər, lakin baxış zamanı kanalizasiya borusunun havalandırma borusunun ağlı bağlı olmuşdur; İddiaçı məxsus yaşayış evinin divarlarında, o cümlədən mətbəxin daxili divar hissəsində çatlar müşahidə olunmuş, zirzəmi hissəsində isə torpağın nəmişlik vəziyyətdə olduğu müəyyən edilmişdir. Eyni zamanda, evin arxa divarına bitişik sahədə gül-çiçək əkilməsi, faktı qeydə alınmadığından, çatların və nəmişliyin yaranmasının həmin amillə bağlı olub-olmaması istiqamətində tədqiqat aparılmamışdır; cavabdeh2 evinin qaz sayğacı iddiaçı İddiaçı hasarına yerləşdirilmişdir. Divarın həmin hissəsində təmir işlərinin aparılmasına maneə yarada bilər.

30. Göründüyü kimi aparılmış araşdırma zamanı iddiaçının istinad etdiyi hallardan yalnız təsdiqini tapan hal cavabdeh2 evinin qaz sayğacı iddiaçı İddiaçı hasarına yerləşdirilməsidir. Lakin iddiaçı tərəfindən cavabdehə qarşı sayğacın ona məxsus evin divarından götürülməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir və bunun nəticəsində ona zərərin vurulması əsaslandırılmır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

31. Bundan başqa apellyator dəlil kimi cavabdehin yaşadığı tikilinin özbaşına tikili olduğuna istinad edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərə məxsus tikililərin hər ikisi özbaşına tikilidir, bu konteksdə yanaşdıqda bir – birindən üstün statusları yoxdur.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar