Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-29/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) olmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı «qanunsuz hərəkət nəticəsində vurulmuş ziyana görə kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) olmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı «qanunsuz hərəkət nəticəsində vurulmuş ziyana görə kompensasiya məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən iddiaçıya məxsus kəsim sahələrinin sökülməsini "xxxx" MMC-dən 87200 manat dəymiş maddi ziyanın, ödənilmiş 352 manat dövlət rüsumunun tutularaq ona verilməsi, onların orada hər hansı tikinti işlərinə edilmiş qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi 2-ci dalan, ev 7 və ünvan 1 ünvanında Quşçuluq ferması üçün tikinti işlərinə başlamışlar. Hasarlama işləri təxmini sentyabr ayında bitmişdir. Artıq hasarın içində fermanı tikməyə başlayan zaman həmin ərazidə Socarın bir şirkəti olan “X10 adına X16 İdarəsi”nin əməkdaşları iddiaçıya yaxınlaşaraq həmin ərazidə tikinti quraşdırma işlərini dayandırmaqlarını tələb etmişdir. Halbuki həmin ərazidə iddiaçı tərəfindən tikinti işləri aparılan zaman qeyd edilən şirkətin əməkdaşlarının tikintidən artıq uzun müddət idi ki, xəbərləri var idi. Həmin əməkdaşlardan hansı əsasa görə tikinti işlərini dayandırmaqlarını soruşduqda həmin ərazinin onlara məxsus olduğunu bildirmişlər. Bu barədə hər hansı DƏDRX-dən çıxarış və yaxud daşınmaz əmlak üzrə hüquqların onlara məxsus olması barədə sənəd təqdim etməyini bildirdikdə isə heç bir sənəd təqdim etməmişlər və iddiaçının tikintini davam etdirəcəyi təqdirdə sökəcəklərini bildirmişlər. Lakin iddiaçı həmin əməkdaşlara alğı-satqı müqavilələrini və DƏDRX-dən çıxarışı təqdim etmişlər və hər hansı iddialarının olduğu təqdirdə bunu qanun çərçivəsində həll etməyə hazır olduqlarını bildirmişlər. 10 oktyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan fərdi yaşayış evi X8 və 10 oktyabr 2020-ci il tarixli ANİ ******* nömrəli alğı-satqı müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə X1 alınmışdır. Bu barədə DƏDRX-dən çıxarışlar da alınmışdır. 2021-ci ilin təqribi olaraq oktyabr ayının 22-də günorta radələrində cavabdeh idarənin 20 nəfərə yaxın mühafizəçiləri də daxil olmaqla qanunsuz olaraq onlara məxsus hasarı xüsusi dağıdıcı nəqliyyat vasitəsi ilə sökərək əraziyə daxil olmuş və onlar tərəfindən tikilmiş quşçuluq fermasının binasını dağıtmışlar. Hətta onların işçiləri tərəfindən dağıntının qarşısı alınmaq istənilsə də buna məhəl qoymamışlar, çəkiliş edilməsinə də zor gücü ilə mane olmuşlar. Bütün bu dağıntı işləri isə 20 dəqiqə ərzində baş vermişdir. Daha sonra isə cavabdehin əməkdaşları həmin ərazidən uzaqlaşmışlar. Ərazidə olan qonşular tərəfindən edilmiş video çəkilişlər və fotoşəkillər də cavabdehin əməkdaşları tərəfindən evlərinə gedilərək hədə qorxu ilə silinmişdir. Söküntü edilən günün sabahı cavabdeh idarəyə getmiş, lakin orada iddiaçını qəbul etməkdən imtina etmişlər. Cavabdeh söküntü etdikdən sonra iddiaçı şikayət etməli olduğu halda çox gülünc olsa da, onlar iddiaçını həmin ərazi üzrə aiddiyatı polis idarəsinə şikayət etmişlər, guya onlara məxsus torpağı zəbt etmişlər. Polis idarəsində məsələyə qiymət verilmiş və işə xitam verilmişdir. Cavabdeh idarənin qanunsuz əməlləri nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Belə ki, tərəflərindən alternativ ekspertiza təyin olunmuş və "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən cavabdeh idarə tərəfindən onlara vurulmuş ziyanın məbləği 87200 manat təşkil edir. Ziyanın təfsilatı rəydə qeyd olunmuşdur. Bundan başqa cavabdeh idarənin özbaşına hərəkətləri nəticəsində onların biznes fəaliyyətlərinə də ziyan dəymişdir. Belə ki, həmin tikili quşçuluq ferması kimi nəzərdə tutulmuşdur və oradan ölkə üzrə quş ətinə olan tələbatların müəyyən hissəsi qarşılanacaq və onlar da bunun sayəsində gəlir də əldə edəcəkdir. Qeyd edir ki, həmin ərazidə cavabdeh idarə tərəfindən edilmiş qanunsuz hərəkətlər, həmin ərazidə yaşayan qonşular tərəfindən də görülmüşdür və onları şahid qismində məhkəməyə dəvət olunması barədə vəsatət də verəcəklər. Cavabdeh idarənin hər hansı hüququ var idisə bunu qanuni yolla həll etməli idi. O, iddiaçının mülkiyyətinə ziyan vurmaqla konstitusion norma olan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. “X10 adına X16 İdarəsi”-nin hazırkı hüquqi varisi "xxxx" MMC-dir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, onlar söküntü işləri aparmamışlar, həmçinin qeyd edilən qiymətlər şişirdilmiş qiymətlərdir. Qeyd edir ki, iddia əizəsində hadisənin vaxtı qeyri-müəyyən qeyd edilmişdir. Həmçinin fərdi yaşayış evləri üçün nəzərdə tutulan torpaq sahələrində iddiaçı tərəfindən fermanın tikilməsi üçün müvafiq icazənin alınmasına dair heç bir sübut əlavə edilməmişdir. Ümumiyyətlə iş materiallarında söküntü işlərinin “X10” adına NQÇİ-nin əməkdaşları tərəfindən edilməsinə dair heç bir sübut əlavə edilməmişdir. O, bildirir ki, iş materiallarında olan şəkillər söküntüyə iddia edilən yerlə eynilik təşkil etmir. Bunu yalnız ekspertiza müəyyən edə bilərdi ki, bu da iddiaçı tərəfindən təyin edilmiş ekspertiza vaxtlarında söküntüyə baxışın keçirilməsi təşkil edilməmiş, nə də məhkəmə tərəfindən yerli baxış təyin edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş qaimələrdə qeyd edilən materialların hansı tikili üçün alındığını müəyyən etmək olmur, həmçinin materiallara çəkilən xərc tələb edilən məbləğdən həddən artıq aşağıdır. İş materiallarında və məhkəmə araşdırmasında da iddiaçının iddia etdiyi tikiliyə “Azneft” İB və “X10” adına NQÇİ-nin əməkdaşları tərfindən ziyan vurulmasına dair heç bir sübut yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, o, iddiaçı Səidə xanım nümayəndəsi olmuşdur. İddiaçı ona etibarnamə vermişdir. Tikinti şirkəti ilə müqavilı müvcud idi. Ərazi Xəzər rayonu, Maştağa-Buzovna arasında yerləşir. Qeyd edilən torpaq sahəsinin yanlarında evlər və kanal yerləşir. Ərazi iki torpaq sahəsinin birləşməsidir və tam hasarlı vəziyyətdədir. Qeyd edilən ərazidə 2020-ci ilin iyul ayında tikintiyə başlamışlar.Söküntü cavabdehi işçiləri tərəfindən həıyata keçirilmişdir. Cavabdehin nüayəndələri səədləri istəmiş və onalr da torpağın, həmçinin torpaq sahəsinin üzərində yerləşən tikilinin sənədlərini təqdim etmişlır. Mənzillərin çıxarışları var idi. Lakin torpaq sahəsində icra hakimiyyəti və memarlıq tərəfindən sənəd verilmişdir. Hadisə 20 oktyabr tarixində baş vermişdir. Hadisə zamanı o, həmin ərazidə olmamışdır. Söküntü 15 dəqiqədə aparılmışdır. Söküntü zamanı işçiləri də orada olmuşlar. Cavabdehin gözətçiləri işçiləri tutmuş və söküntünü həyata keçirmişlər. Söküntünün cavabdeh tərəfindən aparılması ilə bağlı qonşuların telefonunda çəkilişlər və şəkillər var idi, lakin cavabdehin gözətçiləri tərəfindən şəkil və videolar telefonlardan silinmişdir. Söküntüyə 1 ay qalmış cavabdehin nümayəndələri tez-tez gəlirdilər. Yarıtikili olduğu şəkildə də qalmışdır. Qeyd edilən ərazinin ətrafı yaşayış sahələridir. Öncə də yaxınlaşan şəxslər “Hacı Tağıyev adına X16 İdarəsi”nin əməkdaşları olduğunu bildirmişlər. O, 2022-2024-cü illərdə Conson and Conson şirkətinin nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Tikinti gedən zaman şirkətdə işləmirdi, işsiz idi. Söküntü baş verdiyi gündən sonrakı gün onu polis idarəsinə çağırmışlar. Cavabdeh tərəf polis idarəsinə müraciət etmişdir. Polis idarəsinə gedən zaman sənədləri təqdim etmiş və iş üzrə icraata xitam verilmişdir. Cavabdehin əməkdaşları ərazi ilə bağlı polis idarəsində heç bir sənəd təqdim edə bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan AN-İ №0889295 Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 12 kv.m yaşayış sahəsi X4 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi, 2-ci dalan ev 7 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan AN-İ №0892494 Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsindən ünvan 2 ünvanında yerləşən 12 kv.m fərdi yaşayış evi X12 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan MB-15/1484 nömrəli "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş rəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsiərazisində yerləşən yarımçıq tikilinin təmir-bərpa işlərinin bazar dəyəri yuvarlaqlaşdırılaraq 87200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-16/2-10-9253/2024 nömrəli ekspert rəyindən görünür ki, dəymiş zərərin kim tərəfindən vurulması və müddətinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, sual üzrə tədqiqat aparılmamışdır. X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən tikililər və hasar üzrə aparılmalı bərpa işləinə sərf ediləcək materialların və işlərin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olamdığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli qəzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 352 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 3-cü bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinin şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Həmin Məcəllənin 62.3-cü maddəsinin şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Həmin Məcəllənin 62.4-cü maddəsinin şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi 2-ci dalan, ev 7 və ünvan 3 ünvanında Quşçuluq ferması üçün tikinti işlərinə başlamışdır. Hasarlama işləri təxmini sentyabr ayında bitmişdir. Artıq hasarın içində fermanı tikməyə başlayan zaman həmin ərazidə Socarın bir şirkəti olan “X10 adına X16 İdarəsi”nin əməkdaşları iddiaçıya yaxınlaşaraq həmin ərazidə tikinti quraşdırma işlərini dayandırmaqlarını tələb etmişdir. Halbuki həmin ərazidə iddiaçı tərəfindən tikinti işləri aparılan zaman qeyd edilən şirkətin əməkdaşlarının tikintidən artıq uzun müddətdir ki, xəbərləri olmuşdur. İddiaçı həmin əməkdaşlardan hansı əsasa görə tikinti işlərini dayandırmağı soruşduqda həmin ərazinin onlara məxsus olduğunu bildirmişlər. Bu barədə hər hansı DƏDRX-dən çıxarış və yaxud daşınmaz əmlak üzrə hüquqların onlara məxsus olması barədə sənəd təqdim etməyini bildirdikdə isə heç bir sənəd təqdim etməmişlər və iddiaçının tikintini davam etdirəcəyi təqdirdə sökəcəklərini bildirmişlər. Lakin iddiaçı həmin əməkdaşlara alğı-satqı müqavilələrini və DƏDRX-dən çıxarışı təqdim etmiş və hər hansı iddialarının olduğu təqdirdə bunu qanun çərçivəsində həll etməyə hazır olduqlarını bildirmişlər. 2021-ci ilin oktyabr ayının 22-də günorta radələrində cavabdeh idarənin 20 nəfərə yaxın mühafizəçiləri də daxil olmaqla qanunsuz olaraq iddiaçıya məxsus hasarı xüsusi dağıdıcı nəqliyyat vasitəsi ilə sökərək əraziyə daxil olmuş və onlar tərəfindən tikilmiş quşçuluq fermasının binasını dağıtmışlar. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yəni, məhkəmə iddiaçının tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunubolunmaması nəticəsinə gəlməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü tikilinin cavabdeh tərəfindən sökülməsi və ona vurulan maddi ziyanın sübut olunmasıdır. Sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı, şübhədən kənar sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, məhkəmə ilk növbədə işin tam və daha obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə həvalə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-16/2-10-9253/2024 nömrəli ekspert rəyinə əsasən dəymiş zərərin kim tərəfindən vurulması və müddətinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, sual üzrə tədqiqat aparılmamışdır. X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən tikililər və hasar üzrə aparılmalı bərpa işləinə sərf ediləcək materialların və işlərin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olamdığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə iş materiallarında olan mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmişdir. İş materiallarında olan MB-15/1484 nömrəli "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş rəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsiərazisində yerləşən yarımçıq tikilinin təmir-bərpa işlərinin bazar dəyəri yuvarlaqlaşdırılaraq 87200 manat təşkil edir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsi də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz bildirsə də, onun etiraz formal mülahizələrə əsaslanır. O, etirazında söküntü işlərinin “X10” adına NQÇİ-nin əməkdaşları tərəfindən edilməsinə dair heç bir sübut əlavə edilmədiyini bildirmişdir. Bununla məhkəmə qeyd edir ki, demək olar ki, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. Lakin o, cavabdehin əsil cavabdehlə əvəz edilməsinə etiraz etməmiş və sübut qismində qəbul edilən şahid ifadə verərkən yalnız söküntünün onlar tərəfindən aparılmadığını deməklə kifayətlənmişdir. Belə ki, hazırkı mülki iş üzrə iddiaçı iddia tələbini məhkəməyə təqdim etdiyi sənədlər, mütəxəssis rəyi və şahid ifadəsi ilə təsdiq etmişdir. Lakin cavabdeh tərəf yalnız məhkəmə iclasında iddia ərizəsində etiraz etməklə kifayətlənmişdir. Yəni məhkəmə gedişindən də göründüyü kimi cavabdeh etirazlarını təsdiqləyəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərər 87.200 manat manat həcmində müəyyənləşdirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən dəymiş ziyanın əvəzi olaraq 87200 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 352 manat dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft» İstehsalat Birliyindən dəymiş ziyanın əvəzi olaraq 87200 (səksən yeddi min iki yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 352 (üç yüz əlli iki) manat dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-29/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-29/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver