Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3888/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(007)-388/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(007)-388/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərkən müddət ötürülmüşdür. İş materiallarından göründüyü kimi Cavabdeh1 qətnamənin surətini SS843088240AZ saylı sifarişli poçt qəbzi əsasında 09 mart 2023-cü ildə almış, apellyasiya şikayəti 1 aylıq müddət ötürülməklə 25 aprel 2023-cü ildə verilmiş, müddətin bərpası haqqında vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, prosessual müddətin əhəmiyyəti ondadır ki, o, bir tərəfdən proses iştirakçılarını intizamlandırır, onları öz prosessual hüquqlarını müdafiə etməyə məcbur edir, digər tərəfdən prosessual müddəti institutu mülki prosessual hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(007)-388/2023 saylı qətnaməsi Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə alınmış, hazırki apellyasiya şikayəti xx.xx.2023-cü ildə verilərkən apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüş, həmin müddətin hər hansı üzürlü səbəbə görə buraxılması bildirilməmiş və prosessual müddətin bərpası üçün ərizə verilməmişdir. Buna görə də, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(007)-388/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Cavabdehə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3888/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3888/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver