Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3895/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-38/2023 saylı qərardadından cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin balansında olan Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsində yerləşən 7 saylı binanın dam örtüyünün ona məxsus “Kia Cerato” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşərək, yararsız hala düşməsi nəticəsində avtomobilə dəymiş 9.531 manat zərərin və ödənilmiş 116 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən 9.531 manat pul vəsaitinin və məhkəmə xərci qismində ödənilmiş 116 manat pulun tutularaq İddiaçı ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4759/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra cavabdeh Xətai Mənzil Kommunal Təsərrüfat Birliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(011)- 38/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 38/2023 saylı qərardadından verdiyi şikayət təmin olunmamış, şikayət baxılması üçün MPMnin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7000/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, hazırkı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamədən cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin verdiyi şikayətin və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin qəbulu məsələsinə yenidən baxılması üçün işin apellyasiya baxışından çıxarılması və Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7000/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi, həmin qərardadın nəticə hissəsinin ikinci abzasının “Hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardaddan cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin verdiyi şikayətin qəbulu məsələsinə yenidən baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Xətai Rayon Məhkəməsinə göndərilsin” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-38/2023 saylı qərardadı ilə cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-38/2023 saylı qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2662/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh Xətai Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən təkrarən apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə təkrar vəsatətlə məhkəməyə müraciət edərək, tərəflərindən verilmiş ərizəni nəzərə alınaraq, prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə təkrar vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 38/2023 saylı qətnaməsi Mənzil Kommunal Təsərrüfatı Birliyinə xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə poçt vasitəsilə daxil olmuş və prosessual müddətlər daxilində xx.xx.2023 – cü il tarixdə apellyasiya şikayəti verilmişdir. xx.xx.2023-cü il tarixdə Birliyin elektron məhkəmə sistemində olan kabinetinə yalnız bildiriş daxil olmuşdur. Mübahisələndirilən qətnamə daxil olmamışdır. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi qeyd olunan xüsusatı araşdırmamış və ədalətsiz qərardad qəbul etmişdir. Məhkəmə tərəfindən 3-4 gün əvvələ birliyin mobil nömrəsinə 4 ay olan məhkəmə iclası barədə sms bildiriş daxil olmuşdur. Bu barədə məhkəməyə bildirildikdə bunun texniki səhv olduğu bildirilmişdir. Amma qətnamənin elektron kabinetə gəlməməsinin texniki səhv olmasını nəzərə almamışlar. Halbuki məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməsi üçün qeyd olunan məsələlər araşdırılmalı idi. Həmçinin qərardadda Birliyin nümayəndəsinin adı da texniki səhv nəticəsində düzgün yazılmamışdır. Bu qədər texniki səhv məhkəmə tərəfindən edilə bilər, yalnız qətnamənin sistemə yerləşdirilməməsi ilə bağlı məhkəmə səhv edə bilməz. Bu yanaşma çox səhvdir, halbuki məhkəmə iclasında Birliyin komputerinə baxış keçirilməsi nümayəndə tərəfindən təklif olunmasına baxmayaraq, məhkəmə bundan imtina etmişdir. Həmçinin məhkəmə tərəfindən Ədliyyə Nazirliyinin elektron məhkəmə siteminə nəzarət edən qurumuna texniki səhvin olub-olmaması ilə bağlı sorğu verilməmiş, bununla məhkəmə öz səhvini ört-basdır etməyə çalışmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-38/2023 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e 2(011)-38/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından cavabdehin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Cavabdeh isə yalnız xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin bildirdiyi texniki səbəblərlə bağlı isə şikayətə ümümiyətlə hər hansı sübut əlavə edilməmişdir. Qeyd edilənlər üzürlü səbəb kimi qəbul edilə bilməz və ötürülmüş müddətin bərpası üçün əsas yaratmır. Hər bir halda, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin cavabdeh tərəfindən üzürlü kimi göstərilən hal bu hallara aid deyil. Ümumiyyətlə nəzərə alınmalıdır ki, iş üzrə qəbul edilmiş bütün digər məhkəmə aktları da cavabdehin elektron kabinetinə yerləşdirilmiş və cavabdeh həmin aktlardan şikayətlərini elektron qaydada vermiş, lakin hər hansı texniki xətaların olduğunu bildirməmişdir. Digər tərəfdən sonuncu dəfə birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması və həmin qərardadın Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması artıq cavabdehə xx.xx.2024-cü il tarixdə məlum olmuş, xx.xx.2024-cü il tarixdə isə məzmun etibarı ilə qərardad da ona əlçatımlı olmuşdur. Lakin cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə yalnız xx.xx.2024-cü il tarixdə verilmişdir. Digər müddətlər nəzərə alınmadan (halbuki, iş materiallarından da görünür ki, cavabdeh müddətin bərpası barədə ərizəni xeyli müddət əvvəl vermək imkanına malik idi), ən azı xx.xx.2024-cü il (xx.xx.2024-cü il) tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 23 (19) gün ərzində apellyasiya şikayətinin verilməsini qeyri-mümkün edən hər hansı hal müəyyən edilmir. Cavabdeh də üzürlü səbəblər barədə nəinki sübut, ümumiyyətlə hər hansı məlumat təqdim etmir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-38/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-38/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3895/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3895/2024
13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver