Məhkəmə qərarları › İş №2(103)-3895/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3895/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3895/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı işi üzrə Açar sözlər: (“icra qeydinin ləğv edilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2918/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 8İ-59 reyest nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçının nümayəndəsi ərizə verərək, "Kapital Bank” ASC-nin cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən, "Kapital Bank” ASC-nin xeyrinə İddiaçı BRCB4975685B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 885,69 manatın tutulmağı və bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 910,69 manat pul tutulması nəzərdə tutulmuşdur. 36 saylı Notariat Ofisi "Notariat haqqında” AR Qanununun 76-cı maddəsini pozmuşdur, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir və icra qeydi onun xəbəri olmadan aparılmışdır. Ona bildiriş göndərilmədiyi səbəbindən hansı sənədlər əsasında ondan 885,69 manat tutulması ona aydın deyil və 36 saylı Notariat Ofisi borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yoxlama aparmadan əsassız olaraq xx.xx.2025-ci il tarixli 8İ-59 reyestr nömrəli icra qeydini aparmışdır.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2025-ci il tarixli, 8İ-59 saylı icra qeydindən görünür ki, "Kapital Bank” ASC-nin xeyrinə İddiaçı BRCB4975685B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 885,69 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 910,69 manat pulun tutulması barədə icra qeydi verilmişdir; Bakı şəhəri 36 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində tələbkar "Kapital Bank” ASC tərəfindən "Elektron Notariat” X1 daxil edilmiş notariat icra qeydi haqqında ərizə əsasında xx.xx.2025-ci il tarixində 8İ-59 reyestr nömrəsi ilə borclu İddiaçı barəsində icra qeydi aparılmışdır. İcra qeydinin aparılmasına əsas olmuş sənədlərlə bağlı "Kapital Bank” AsC-yə müraciət edə bilərsiniz; - Notariat icra qeydi haqqında ərizədən görünür ki, "Kapital Bank” ASC borclu İddiaçı Şahin qızından BRCB4975685B299 saylı kredit müqaviləsinə əsasən 885,69 manat borcun tutulması üçün elektron qaydada ərizə vermiş, ərizədə bildirişin borcluya göndərilmə tarixi xx.xx.2024, bildirişin göndərildiyi ünvan ünvan 1kı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2918/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədə “Notariat haqqında” Qanunun 76, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə, cavabdeh "Kapital Bank” ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin iş materialları ilə qeyd edilən bildirişin iddiaçıya göndərilməsi təsdiq olunmur. İddia tələbinin əsas dəlili də ondan ibarətdir ki, "Kapital Bank” ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət ediləcəyi ilə bağlı bildiriş İddiaçı göndərilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və "Kapital Bank” ASC-yə xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlərin (borcluya göndərilən bildiriş, bildirişin göndərilməsini və borclu tərəfindən alınmasını təsdiq edən sənədlər, kredit müqaviləsi, borclunun hesabından çıxarış, təfsilatlı maliyyə arayışı) məhkəməyə təqdim edilməsi barədə sorğu verilmişdir. Bakı şəhəri 36 saylı Notariat Ofisi xx.xx.2025-d il tarixli məktubunda sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli İcra qeydinin "Kapital Bank” ASC-nin "Elektron Notariat” X1 daxil edilmiş ərizəsi əsasında aparıldığını və icra qeydinin aparılmasına əsas olmuş sənədlərlə bağlı "Kapital Bank” ASC-yə müraciət edilməli olduğunu bildirmişdir. Cavabdeh "Kapital Bank” ASC tərəfindən isə sorğuya cavab verilməmiş və icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki,icra qeydinin aparılmasına dair ərizənin elektron qaydada verilməsi icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlərin, o cümlədən, bildirişin notariusa təqdim edilməsini istisna etmir. "Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən müraciət elektron olduqda ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunmalı, skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunmalıdır. Bakı şəhəri 36 saylı Notariat Ofisi isə icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədləri məhkəməyə təqdim etməmiş və sənədlərlə bağlı "Kapital Bank” ASC-yə müraciət edilməli olduğunu bildirmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi yoxlamadan icra qeydini təsdiq etmiş və bununla da "Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Eləcə də, "Kapital Bank” ASC tərəfindən qeyd edilən qanunvericilik normasının tələbi pozulmuş, "Kapital Bank” ASC bildirişin İddiaçı göndərilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Beləliklə, bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-59 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-2918/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən verilmiş sorğu iş yükünün çoxluğu və həmin icra qeydi üzrə borcun bağlanması ilə bağlı müəyyən olunmuş müddətdə təqdim olunmamışdır. Məhkəmə isə tələb olunmuş sənədlərin təqdim olunmamasını və iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiklərini əsas götürərək iddianı təmin etmişdir. İcra qeydi verilmiş kreditlə bağlı bütün sənədlər mövcuddur və qeyd edilən bildiriş vaxtında poçt vasitəsi ilə borclunun ünvanına göndərilmişdir. Tərəflərindən xx.xx.2024cü il tarixdə poçta təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə borclunun ünvanına təhvil verilmişdir. Bununla bağlı bildiriş və reyestr elektron məhkəmə portalına əlavə edilmişdir. (izləmə kodu SS921537770AZ) Hazırki iddia ilə bağlı qeyd edirlər ki, iş üzrə iddiaçı borcunu etiraf edir, bildirişin təhvil verilməsinə baxmayaraq almadığını bildirərək mübahisələndirir. Bundan başqa, dəfələrlə onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, borcunun nə qədər olması ilə bağlı məlumatlandırılmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə iş üzrə icra qeydi çıxmış, xx.xx.2025-ci il tarixdə isə borc tam bağlanmışdır. Borcludan ödənilmiş dövlət rüsümü tələb olunduğuna görə rüsumu ödəməməsi üçün əsəbləşərək bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. Borc bağlı olduğuna görə icra icraatına belə xitam verilmişdir. Borc bağlı olduğundan əməkdaş bu işlə bağlı sənədlərin göndərilməsini nəzərdən qaçırmışdır. Borclu özü də etiraf edir ki, borc bağlanıb, sadəcə olaraq bildirişin ona getməməsini əsas gətirərək icra qeydinin ləğv ediməsini xahiş etmişdir. Qanunda isə bildirişin ona göndərilməsi nəzərdə tutulmuşdur, bildirişi almaması işin gedişatına heç bir təsiri yoxdur. İş üzrə müqavilə və kreditlə bağlı digər sənədlər Elektron Məhkəmə Portalına əlavə edilmişdir. Buradan da tam aydın olur ki, iddiaçı tərəf borcunu bağlaması ilə bağlı məhkəməyə bildirmədiyinə görə məhkəmə belə bir qətnamə qəbul etmişdir. İddia ilə bağlı sənədlərin məhkəməyə vaxtında təqdim olunmaması həm iş yükünün çox olması həm də borcun olmaması ilə bağlı nəzərdən qaçmışdır. Qəbul edilmiş qətnamə həm maddi həm də prosessual hüquqlar pozularaq qəbul edilmiş, sübtulara düzgün qiymət verilməmiş, məhkəmə tərəfindən tam və düzgün araşdırılmamış, məhkəmə iddiaçı tərəfin yalnış bildirdiyi məlumatlara və öz mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. İddiaçı tərəf icra qeydi ilə bağlı borc bağlandığı halda 21 gün sonra icra qeydinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Buradan da görünür ki, iddiaçı iddia ərizəsində borcun olmamasını qeyd etmədiyindən, məhkəmə icra qeydi üzrə borcun bağlanmasından məlumatı olmamışdır. Məhkəmə əlavə sübutlar tələb etmiş, lakin sənədləri vaxtında təqdim edə bilmədiklərinə görə iddia ərizəsində qeyd edilənlər və öz mülahizələrinə əsaslanmışdır. Kredit müqaviləsi, bildiriş və poçt reyestri mövcuddur, elektron Məhkəmə Sisteminə əlavə edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

5. Cavabdeh2 ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya 750 manat limitində birkart verildiyini və iddiaçı tərəfindən bu kartdan mütəmadi olaraq istifadə edildərək ödənildiyini, sonuncu ödənişin isə xx.xx.2024-cü il tarixində edildiyini qeyd etmiş və qanunvericilikdə bildirişin borcluya sifarişli poçt vasitəsilə göndərilməsi nəzərdə tutulduğunu, cavabdeh tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş sifarişli poçt vasitəsi ilə iddiaçıya göndərildiyini, bildirişin borcluya sifarişli-xəbərnaməli poçt vasitəsilə göndərilməsinə dair öhdəliklərinin olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2025-ci ildə icra qeydi çıxarılmış və xx.xx.2025-ci il tarixində icra qeydi bağlanmışdır, iddiaçı borc bağlı olduğu halda icra qeydinin bağlanmasından sonra ondan ödənilmiş dövlət rüsümü tələb olunduğuna görə rüsumu ödəməməsi üçün əsəbləşərək bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və digər cavabdeh Bakı şəhəri 36 saylı Notariat Konktorunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

9. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən: notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır.

10. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-ci maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən: 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 162. icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin ziddiyyətli dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən borcalana, yəni iddiaçıya ünvanlanmış “tələbin könüllü icrası haqqında” bildirişin sonuncuya çatdırılması və bildirişin borcluya çatdırıldığını təsdiq edən sənədin və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı notariata ünvanladığı ərizəyə əlavə olunması iş materiallarına əsasən müəyyən edilməmişdir. İcra qeydinin verilməsi ilə bağlı qanunvericiliyin tələbləri tələbkar cavabdeh tərəfindən pozulmuş, bu isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi və Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-59 reyestr nömrəli icra qeydinin ləğv edilməli olması ilə bağlı qənaətində haqlı olmuşdur. Hazırki apellyasiya şikayəti hüquqlardan sui-istifadəyə yönəlmiş və onlara şərait yaradan müraciət kimi qiymətləndirilərək təmin edilməməli və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2918/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar