Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-39/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı “xxxx” BOKT MMCnin və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx Bokt” MMC cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, AZBA-008215 saylı kredit müaviləsinə xitam verilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 38661,53 ABŞ dolları əsas borc, 4690,93 ABŞ dolları faiz borcu, 8572 ABŞ dolları dəbbə, cəmi 51924,46 ABŞ dolları məbləğində borcun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsi, 175E nömrəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 85,2 kv.m ümumi yaşayış və 35,0 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 53 nömrəli mənzilinin ilkin satış qiymətinin 59500 ABŞ dolları məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon məhkəməainin xx xxxx 2018-ci il tarixli 2(004)-100/2018 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, “xxxx BOKT” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, AZBA 008215 saylı kredit müqaviləsinə xitam verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 üdrət qızından xx xxxxxxx 2013cü il tarixli AZBA008215 saylı kredit müqaviləsi üzrə 38661,53 ABŞ dolları əsas borc, 12118,28 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 51219,81 ABŞ dolları məbləğində borc və ödənilmiş məhkəmə xərclərinin 24,60 manat hissəsi İddiaçı-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyatzadəə küçəsi, 175E nömrəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 85,2 kv.m ümumi, 50,2 kv.m yaşayış və 35,0 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 53 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsi, 175E nömrəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 85,2 kv.m ümumi, 50,2 kv.m yaşayış və 35,0 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 53 nömrəli mənzil ilkin satış qiyməti 59.500 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödnilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan “xxxx BOKT” MMC apellyasiya şikayəti verərək qətnamənin mənzilşin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşə məhkəmə kollegiyasında baxıldığı zaman iddiaçı tərəfindən məhkəməyə barışıq sazişi göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi “xxxx” BOKT MMCnin nümayəndəsi X5 cavabdehlə aralarında razılıq əldə olunduğunu bildirirərək, məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və digər cavabdehlərə münasibətdə iddiadan imtina etdiklərini nəzərə alaraq, iş üzrə xitam verilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasına təqdim edilmiş tərəflər arasında xx xxxxxx 2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Borc məbləği və ödəniş qaydası: 1.1. Tərəflər Cavabdehin xx xxxxxxx 2013-cüil tarixli AZBA-008215 saylı kredit müqaviləsi üzrə İddiaçıya olan ümumi borc məbləğini xx xxxxxx 2021 -ci il tarixinə 39 000 (otuz doqquz min) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2. Göstərilən 39 000 (otuz doqquz min) ABŞ dolları məbləğində borc hazırki Barışıq Sazişinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiqi elan edilməsindən 3 iş günü ərzində bir ödənişlə qaytarılmalıdır. 1.3. Məhkəmə xərcləri “Cavabdeh” tərəfindən ödənilir. Borcun tam ödənilməsi: 2.1. Bu Sazişlə razılaşdırılmış qaydada və tarixədək İddiaçıya cəmi 39 000 (otuz doqquz min) ABŞ dolları qaytarılacağı halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra olunmuş hesab olunacaq. 2.2. Bu Sazişin 1.2-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödəniş yerinə yetirildikdən sonra Cavabdehin xx xxxxxxx 2013-cü il tarixli AZBA-008215 saylı kredit müqaviləsi üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və İddiaçı dərhal həmin öhdəliklərin təminatı olan ipoteka predmetini (Daşınmaz əmlakın dövlət reyestrində 1948 nömrəli reyestr kitabının 179792 nömrəli vərəqində qeydiyyata alman Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən 175E nömrəli binanın 15-ci mərtbəsində yerləşən 85,2 kv.m ümumi, 50.2 kv,m yaşayış və 35.0 kv.m yardımçı sahəsi olan 2 otaqlı 53 nömrəli mənzil) ipoteka ilə yüklülüyündən azad edəcək və cavabdehin və onun zaminlərinin ödənilməmiş kredit borcunun silinməsi barədə Azərbaycan Kredit Bürosuna məlumat veriləcəkdir. 2.3. Bu Sazişin icrası ilə bağlı tərəflər yalnız özlərinə münasibətdə yaranacaq vergi öhdəliklərinə məsuliyyət daşıyırlar. Öhdəliklərin lazımınca icra edilməməsi: 3.1. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 39 000 (otuz doqquz min) ABŞ dolları qaytarmaq öhdəliyinin hazırki Müqavilənin 1.2-ci bəndində göstərilən müddətdə icra edilməməsi, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 3.2. Cavabdeh bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.2.1. Cavabdeh bu Sazişlə müəyyən edilən borcun qaytarılmamış hissəsinin 12 924.46 (on iki min doqquz yüz iyirmi dörd) ABŞ dolları (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 51 924.46 (əlli bir min doqquz yüz iyirmi dörd) ABŞ dollarının 39 000 çıxıldıqda qalan hissəsi) artacağını qəbul edir və cavabdehin ödənişləri nəzərə alınmaqla, ondan 51 924.46 (əlli bir min doqquz yüz iyirmi dörd) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur. 3.2.2. Tutma ilk növbədə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən 175E nömrəli binanın 15-ci mərtəbəsində yerləşən 85.2 kv.m ümumi, 50.2 kv.m yaşayış və 35.0 kv.m yardımçı sahəsi olan 2 otaqlı 53 nömrəli mənzilə yönəldilir və əmlakın ilkin satış qiyməti tərəflərin razılığı ilə 100 000 (yüz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. Sazişin icraya yönəldilməsi 4.1. Cavabdeh öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia tələblərindən imtinası qəbul edilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Kollegiya qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən ekspertiza xərci 200 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia tələblərindən imtinası qəbul edilsin və onlara münasibətdə icraata xitam verilsin. İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı öhdəliklər üzrə təsdiq edilsin: Borc məbləği və ödəniş qaydası: 1.1. Tərəflər Cavabdehin xx xxxxxxx 2013-cüil tarixli AZBA-008215 saylı kredit müqaviləsi üzrə İddiaçıya olan ümumi borc məbləğini xx xxxxxx 2021 -ci il tarixinə 39 000 (otuz doqquz min) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2. Göstərilən 39 000 (otuz doqquz min) ABŞ dolları məbləğində borc hazırki Barışıq Sazişinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiqi elan edilməsindən 3 iş günü ərzində bir ödənişlə qaytarılmalıdır. 1.3. Məhkəmə xərcləri “Cavabdeh” tərəfindən ödənilir. Borcun tam ödənilməsi: 2.1. Bu Sazişlə razılaşdırılmış qaydada və tarixədək İddiaçıya cəmi 39 000 (otuz doqquz min) ABŞ dolları qaytarılacağı halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra olunmuş hesab olunacaq. 2.2. Bu Sazişin 1.2-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödəniş yerinə yetirildikdən sonra Cavabdehin xx xxxxxxx 2013-cü il tarixli AZBA-008215 saylı kredit müqaviləsi üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və İddiaçı dərhal həmin öhdəliklərin təminatı olan ipoteka predmetini (Daşınmaz əmlakın dövlət reyestrində 1948 nömrəli reyestr kitabının 179792 nömrəli vərəqində qeydiyyata alman Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən 175E nömrəli binanın 15-ci mərtbəsində yerləşən 85,2 kv.m ümumi, 50.2 kv,m yaşayış və 35.0 kv.m yardımçı sahəsi olan 2 otaqlı 53 nömrəli mənzil) ipoteka ilə yüklülüyündən azad edəcək və cavabdehin və onun zaminlərinin ödənilməmiş kredit borcunun silinməsi barədə Azərbaycan Kredit Bürosuna məlumat veriləcəkdir. 2.3. Bu Sazişin icrası ilə bağlı tərəflər yalnız özlərinə münasibətdə yaranacaq vergi öhdəliklərinə məsuliyyət daşıyırlar. Öhdəliklərin lazımınca icra edilməməsi: 3.1. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 39 000 (otuz doqquz min) ABŞ dolları qaytarmaq öhdəliyinin hazırki Müqavilənin 1.2-ci bəndində göstərilən müddətdə icra edilməməsi, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 3.2. Cavabdeh bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.2.1. Cavabdeh bu Sazişlə müəyyən edilən borcun qaytarılmamış hissəsinin 12 924.46 (on iki min doqquz yüz iyirmi dörd) ABŞ dolları (məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 51 924.46 (əlli bir min doqquz yüz iyirmi dörd) ABŞ dollarının 39 000 çıxıldıqda qalan hissəsi) artacağını qəbul edir və cavabdehin ödənişləri nəzərə alınmaqla, ondan 51 924.46 (əlli bir min doqquz yüz iyirmi dörd) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur. 3.2.2. Tutma ilk növbədə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən 175E nömrəli binanın 15-ci mərtəbəsində yerləşən 85.2 kv.m ümumi, 50.2 kv.m yaşayış və 35.0 kv.m yardımçı sahəsi olan 2 otaqlı 53 nömrəli mənzilə yönəldilir və əmlakın ilkin satış qiyməti tərəflərin razılığı ilə 100 000 (yüz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. Sazişin icraya yönəldilməsi 4.1. Cavabdeh öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə çəkilmiş ekspertiza xərci 200 manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-39/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-39/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver