Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3908/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7161/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 659,27 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbırləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanına və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSCnin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli, ********** saylı dəyişikliyə əsasən aktivlərin idarə edilməsi QSC-nin tabeliyində varadılmış hüquqi şəxs statuslu qurum («X7 Edilməsi Agentliyi» MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər xx.xx.2018-ci il tarixli, S-FK-İB-224 saylı təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 294/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, nəticədə əsas borc üzrə 659,27 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 7161/2019 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) iddia təmin olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, hüquqlarının pozulması, iddianın əsassız olması, mübahisə üzrə iddia müddətinin keçməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən onun iştirakını təmin etməmiş, bu səbəbdən də sübutlarını təqdim etmək, vəsatətlər vermək imkanı olmamışdır. Hesab edir ki, onun iddiaçıya borcu yoxdur. Eyni zamanda mübahisə üzrə iddia müddəti də ötürülmüşdür. Çünki, kredit müqaviləsinin müddəti xx xxxxx 2015-ci il tarixdə bitmiş, lakin ona qarşı qanunla müəyyən olunmuş 3 il müddət ərzində iddia qaldırılmamışdır. Birinci instansiya məhkəməsində iştirak etmədiyindən iddia müddətinin tətbiq olunması barədə ərizə vermək imkanından məhrum olmuşdur. Bu səbəbdən də, mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş edir və bu barədə ərizəsini məhkəmə kollegiyasına təqdim edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv olunaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tələbin güzəşti ilə bağlı cavabdehə aid sənədlər xx.xx.2018-ci il tarixli, S- FK-İB-224 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş yükünün çoxluğu ilə bağlı məhkəməyə yalnız 2019-cu ilin noyabr ayında müracit edə bilmişlər. Hesab edir ki, iddia müddətinin əvvəli məhz xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Belə olan halda isə 3 illik iddia müddəti keçməmiş olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən - «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 294/13 saylı «Vakala» borc müqaviləsi bağlanmış, müqavilə ilə borc alana illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3000 manat məbləğində borc verilmiş, borcun təyinatı «Kirby» firmasının istehsalı olan «Sentria» modelli ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) alınması ilə bağlı olmuş, bundan sonra «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış, bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş və xx.xx.2018-ci il tarixli, S-FK-İB-2248 saylı təhvil-təslim aktının surətindən görünür ki, problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı QSC-yə verilmişdir. Həmçinin, işdə olan «X7 Edilməsi Agentliyi» MMC-nin xx.xx.2019-cu il tarixli, 5043 saylı maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixə İddiaçı QSC-yə olan borcu 659,27 manat təşkil edir. İşdən görünü ki, mübahisəyə cavabehin dinlənilmə hüququ təmin olunmadan sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Lakin, iş materiallarından sadələşdirilmiş icraatla bağlı cavabdehə rəsmi qaydada məlumat verilməsi görünmür. Bu hal isə, qətnamənin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Belə ki, MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 387.2.2-ci maddəsinin tələbinə görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından, sonuncu apellyasiya instansiyası məhkəməsinə sübutlarını təqdim etmək, eləcə də vəsatət və müraciətlər etmək hüququna malik olmuşdur. Cavabdeh məhkəmə kollegiyasına mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermiş, həmçinin bəzi sübutlar təqdim etmişdir. Cavabdehin təqdim etdiyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh «Amerikan»xxxxxxxxxxxxx» MMC-yə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti) qarşı «pozulmuş istehlakçı hüququnun bərpası» tələbinə dair iddiası təmin edilmiş, «Amerikan»xxxxxxxxxxxxx» MMC-dən 873,67 manat və 53,39 manat olmaqla, cəmi 927,06 manat pul vəsaitinin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən 2013-cü ilin oktyabr ayında «Kirby» firmasının istehsalı olan «Sentria» modelli yuyucu maşın və onun tərkib hissələrini almış, bununla bağlı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 294/13 saylı «Vakala» borc müqaviləsi bağlanmışdır. Sonradan, yəni 2013-cü ilin həmin ayında qeyd edilən avadanlıq iddiaçı tərəfindən cavabdehə təhvil-təslik aktına əsasən qaytarılmış və onlar arasında bağlanmış alqı-satqı müqaviləsi də ləğv olunmuşdur. Beləliklə, iddiaçı əmlakdan məhrum olmuş, eyni zamanda onun «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında pul öhdəliyi yaranmış, cavabdeh isə həm avadanlığı geri almış, həm də avadanlığa görə iddiaçının «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən aldığı kredit hesabına pul əldə etmişdir. Bu səbəbdən də, cavabdehin əsassız varlandığı 927,06 manat pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbin güzəştinə əsasən cavabdehə qarşı sonuncunun «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 294/13 saylı «Vakala» borc müqaviləsinin şərtlərindən irlə gələn tələb (subyektiv) hüquqlarına malikdir. Çünki, MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Lakin, cavabdehin də Mülki Məcəllənin 199.1-ci maddəsinə əsasən ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürmək hüquqları qanunla qorunur. Belə ki, qeyd edilən normaya əsasən - borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Cavabdeh iddianın əsassız olmasını bildirməklə yanaşı, həmçinin mübahisəyə iddia müdətinin tətbiq olunması barədə ərizə verərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin hallarını və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia - iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Azərbaycan Respublikası yeni Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci ilin sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin (1964 red.) 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-nin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-nin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edildiyi kimi, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 294/13 saylı «Vakala» borc müqaviləsi bağlanmış, müqavilə ilə borc alana illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3000 manat məbləğində borc verilmişdir. Göründüyü kimi müqavilənin müddəti (borcun qaytarılması müddəti) xx.xx.2015-ci il tarixdə bitmiş, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməmiş (iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir), tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. İddiaçı QSC ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında olan təhvil-təslim aktına əsasən borc sənədləri xx.xx.2018-ci il tarixdə İddiaçı QSC-yə verilmişdir. Beləliklə, aydın olur ki, xx.xx.2013-cü il tarixli, 294/13 saylı «Vakala» borc müqaviləsi üzrə iddia müddəti 2018-ci ilin oktyabr ayında bitmiş, lakin cavabdehə qarşı müvafiq iddia irəli sürülməmişdir. Tələb hüququnun iddiaçıya güzəşt olunması halı da vəziyyəti dəyişdirmir. Həmçinin, iddiaçı borc sənədlərini təhvil aldıqdan sonra uzun müddət (01 il 06 ay) ərzində iddia də verməmiş (hərəkətsizlik göstərmiş), beləliklə iddia müddəti keçmişdir. MM-nin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. İş materiallarından isə görünür ki, iddiaçının iddia ərizəsi 2019-cu ilin noyabr ayında, yəni iddia müddətinin bitməsindən 01 il 01 ay vaxt keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin x xxxx 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7161/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-7161/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3908/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3908/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver