Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3911/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin Cavabdeh qarşı borc tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxxxxxxx» KB QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 1xx/xx/5803/10/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 609,93 manat əsas borc, 112,01 manat faiz borcu, 428,01 manat cərimə borcu, 86,24 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 1236,19 manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “xxxxxxxxxxxxx” KB ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixli 1xx/xx/5803/10/1 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 73 (yetmiş üç) ay müddətinə 609.93 (altı yüz doqquz,93 qəpik) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 609.93 (altı yüz doqquz,93 qəpik) manat məbləğində əsas borc, 112.01 manat (bir yüz on iki manat 01 qəpik) məbləğində faiz borcu, 428.01 (dörd yüz iyirmi səkkiz manat 01 qəpik) məbləğində cərimə borcu, 86.24 (səksən altı manat 24 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 1236.19 (bir min iki yüz otuz altı manat 19 qəpik) manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 4.4.5-ci bəndində isə göstərilir ki: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir”. X1 4.4.8-ci bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir”. İddiaçı iddia tələbinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 425.1, 442, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən borc məbləğinin verilməsini təsdiq edən müqavilə və hər hansı digər sənəd iş materiallarında olmadığından iddia tələbi rədd edilməlidir. LPO QSC “xxxxxxxxxxxxx” KB tərəfindən məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışlar təqdim olunmuşdur. Həmin sənədlərdən göründüyü kimi mübahisələndirilən kredit üzrə müvafiq ödənişlər edilmişdir. Ödənişlərin mövcudluğu - kreditin verilməsini, kredit üzrə borcun olmasını sübut edir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən halllara və Mülki Prosessual Məcəllənin 80, 81, 218, 220-ci maddələrinə istinad etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, “xx xxxxxx 2010-cu il tarixli 1xx/xx/5803/10/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 609.93 manat məbləğində əsas, 112.01 manat faiz, 428.01 manat məbləğində cərimə, 86.24 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 1236.19 manat məbləğində borcu vardır”. İş materiallarında olan Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya hesab edir ki, maliyyə arayışında istinad edilən borc məbləğinin verilməsini təsdiq edən müqavilə və hər hansı digər sənəd iş materiallarında olmadığından iddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin Cavabdeh qarşı borcun qaytarılmasına dair iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kollegiya həmçinin maliyyə arayşı və hesabdan çıxarışların borcun verilməsini təsdiq edən sənəd olmasına dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərinə əsasən, cavabdehin borcunun olmasının təsdiqi üçün tərəflər arasında müqavilənin olması tələb olunur ki, belə müqavilə iş materiallarında aşkar olunmur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3911/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3911/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver