Məhkəmə qərarları › İş №2(103)-3912/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3912/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3912/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 X4 nümayəndəsi Emil Həsənovun iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 X7 və Ləğv prosesində olan Cavabdeh1 X4 X1 Fonduna qarşı “kredit borcu” tələbinə dair 2(005)-405/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 X7, Ləğv prosesində olan Cavabdeh1 X4 X1 Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə hazırda ləğv prosesində olan "Cavabdeh1" X4 (bundan sonra - Bank) Xətai filialı ilə xx.xx.2015-ci il tarixində 314-15-AZN saylı kredit müqaviləsi üzrə qalıq kimi hesablanmış 3.235,76 manat faiz borcunun cavabdehlər tərəfindən silinməsi və xx.xx.2015 tarixli, İR 314-15 AZN saylı ipoteka müqaviləsinə xitam verilərək iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka Bağ sahəsi, 778 saylı fərdi yaşayış evinin (bundan sonra – ipoteka predmeti) yüklülükdən azad edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və iddianın tərtib edilməsi üçün ödənilmiş 50 manat olmaqla, cəmi 80 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə Bank arasında baglanmış xx.xx.2015-ci il tarixli 314-15-AZN saylı kredit müqaviləsi üzrə qalıq kimi hesablanmış 3.235,76 manat borcun cavabdehlər tərəfindən silinməsi və tərəflər arasında bağlanmış xx.xx.2015 tarixli, İR 314- 15 AZN saylı ipoteka müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus ipoteka predmetinin yüklülükdən (girovdan) azad edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 X7 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Apelyasiya baxışı zamanı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 X4 nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın cavabdeh Ləğv prosesində olan Cavabdeh1 X3rşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixl, 314-15azn nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 X7 tərəfindən İddiaçı dövriyyə vəsaitinin artırılması üçün illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 61.500 (altmış bir min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 314-15-azn nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka Bağ sahəsi, 778 saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, İP 314-15 azn saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 X4 xeyrinə yüklü edilmişdir. İddiaçı borcunun olmaması əsası ilə girov əmlakın yüklülükdən azad olması barədə cavabdehlərə müraciət etmiş, lakin ona bildirilmişdir ki, xx.xx.2019-cu il tarixinə xx.xx.2015-ci il tarixli, 314-15-azn nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 X5rşısında 3235.76 (üç min iki yüz otuz beş manat yetmiş altı qəpik) manat borc öhdəliyi mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-5092/2019 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə mühasibat ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 456 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli, 314-15-azn nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2017-ci il tarixə banka olan borcu tam ödənilmiş və borc qalığı müəyyən olunmamışdır. Hazırki tədqiqatla müqavilə üzrə 48,85 manat məbləgində artıq ödəniş müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 385.1, 427.3 və 442-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 48.1 və 48.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh Ləğv prosesində olan Cavabdeh1 X3rşı təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının kredit müqaviləsi üzrə Bank qarşısında hər hansı öhdəliyi yoxdur və ipoteka predmeti yüklülükdən azad edilməlidir. Bundan başqa, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 X4 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Ləğv prosesində olan Cavabdeh1 X3rşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar