Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3914/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan tələbini dəqiqləşdirərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16353,12 ABŞ dolları əsas, 6996,27 ABŞ dolları faiz, 2196,79 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 689,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26235,23 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, oğlu xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 15.565,43 ABŞ dolları əsas, 6996,27 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 659,37 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23.321,07 (iyirmi üç min üç yüz iyirmi bir dollar yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı İKB ASC (“xxxxxxxxx” ASC) hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək onun iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin, Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, 16353 ABŞ dolları əsas, 1000 ABŞ dolları faiz olmaqla, cəmi 17353 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq banka ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin əsas borcunun məbləğini müəyyən edərkən, iş materiallarındakı ekspert rəylərinə istinad edərək hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixədək əsas borcun məbləği 15565,43 ABŞ dolları təşkil edir. Müqavilə üzrə isə cərimə borcu isə tənasübsüz surətdə azaldılmışdır. Lakin, ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas borcunun məbləği düzgün müəyyən edilməmişdir. Cavabdeh1 İddiaçı İKB ASC ilə kredit müqaviləsini 24 ay müddətinə bağlasa da, sonradan müddət restruktrizasiya olunaraq (uzadılaraq) xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. Nəzərə alsaq ki, Cavabdeh1 sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə 58 ABŞ dolları məbləğində edib və tərəfindən kredit müqaviləsinin müddəti uzadılaraq onun ödəniş cədvəli üzrə aylıq ödənişi 1047,85 ABŞ dolları təşkil edirdi. Ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 15565,43 ABŞ dolları müəyyən edilməsi isə anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh1 Banka müraciət edərək ödənişdə çətinlik çəkdiyinə görə kredit borcunun qaytarılma müddətinin uzadılmasını xahiş etmişdir. xx xxxxxx 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği əsas borc üzrə 16428,70 ABŞ dolları təşkil edərək, kredit müqaviləsinin müddəti xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə Əlavədən göründüyü kimi Cavabdeh1 Banka həmin tarixə olan əsas borcu 16428,70 ABŞ dolları təşkil edirdi və nəzərə alınsa ki, cavabdeh həmin tarixdən sonra bir neçə dəfə ödəniş etmiş, sonuncu xx.xx.2017-ci il tarixli ödəniş olmaqla, lakin buna baxmayaraq ekspert əsassız olaraq əsas borcun 15565,43 ABŞ dolları olduğunu qeyd etmişdir. Eyni zamanda məhkəmə cavabdehin əsas borcunun məbləğini müəyyən edərkən, anlaşılmaz bir nəticəyə gələrək, faiz borc üzrə iddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi məbləği, yəni 6.996,27 ABŞ dollarını təmin etmiş, halbuki ekspert rəyində Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı İKB ASC-yə olan faiz borcun məbləği 7.372,69 ABŞ dolları, xx.xx.2018-ci il tarixə isə 8.032,06 ABŞ dolları kimi müəyyən edilmişdir, əsas borcunun məbləği isə iddia ərizəsində 16.353,12 ABŞ dolları məbləğində cavabdehdən tələb olunmasına baxmayaraq, məhkəmə Cavabdeh1 tutulmalı olan əsas borcunu iş materiallarındakı ekspert rəyinə istinad edərək 15.565,43 ABŞ dolları məbləğində müəyyən edilməli olduğunu qeyd edərək təmin etmişdir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Cavabdeh tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, işin faktiki halları məhkəmə tərəfindən düzgün araşdırılmamış, maddi və prosessual hüquq normala düzgün tətbiq edilməmiş və ona görə də məhkəmə doğru qərar qəbul etməmiş və məhkəmə proseslərində vaxtında xəbərdar edilməməyi üçün iştirakı təmin edilməmişdir. Ödəməli olduğum borc məbləği 16353 ABŞ dolları qeyd edilməsinə baxmayaraq şəraitin dəyişməsi nəzərə alınmayaraq şişirdilərək 26235,23 ABŞ dolları qeyd edilmişdir. Faizdən faiz ödənilməsi yol verilməzdir. Göründüyü kimi "İddiaçı" X2 ASC müqavilənin bağlanması üçün əsas olmuş şəraitin müqavilə bağlandıqdan sonra açıq-aşkar dəyişməsini nəzərə almamışdır. Həmin dəyişikliklər nəzərdə tutulsaydı, müqaviləni bağlanmazdı və ya başqa məzmunlu müqavilə bağlanardı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni həm iddiaçı, həm də cavabdeh mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları kredit götürmüşdür. Cavabdeh2 müqavilə üzrə zamin qismində çıxış edir. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16353,12 ABŞ Dolları əsas, 6996,27 ABŞ Dolları faiz, 2196,79 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 689,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26235,23 ABŞ Dolları borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 34032 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-ci il tarixə əsas kredit borcu 15.565,43 ABŞ dolları, faiz borcu 7.372,69 ABŞ dolları. Hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış əldən çıxmış faydanın məbləği xx.xx.2018-ci il tarixədək 659,37 ABŞ dolları məbləğində müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29895 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 22-M-1-0-16585-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə borcalanın İddiaçı İKB ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə əsas kredit borcu 15.565,43 ABŞ dolları, faiz borcu 7.372,69 ABŞ dolları, xx.xx.2018-ci il tarixə əsas kredit borcu 15.565,43 ABŞ dolları, faiz borcu 8.032,06 ABŞ dolları. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 467, 472, 739-cu maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, ekspert rəyi ilə müəyyən edilmiş 15.565,43 ABŞ dolları məbləğində əsas, iddia tələbi həcmində 6996,27 ABŞ Dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 659,37 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 23.321,07 ABŞ dolları məbləğində vəsait cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, ekspert rəyində əsas borcun məbləği iddiaçının tələb etdiyi məbləğdən az olması ilə fərqlənmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini mötəbər sübut kimi qəbul edərək əsas borcun məbləğini həmin həcmdə müəyyən etmişdir. Həmin ekspert rəyində faiz borcunun məbləği isə iddiaçının tələb etdiyi məbləğdən çox olması ilə fərqlənmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan normanın əsas götürən birinci instansiya məhkəməsi tələbdən kənara çıxmamaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Həmçinin Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1 və 467-ci maddələrini tətbiq etməklə cərimə borcunun məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin məhkəmə iclası barədə məlumatlı olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir; aydın olur ki, cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmış və hətta iş barədə məlumatlı olmuş, iddia ərizəsinin məzmunu ilə tanış olmuşdur. Bunların nəticəsidir ki, qeyd olunan məhkəmə iclasında vəsatət təqdim edərək ekspertiza keçirilməsini xahiş etmişdir. Qalan hissələrdə şikayətlərin dəlilləri iş materialları və qanunvericiliyin normaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) ASC-nin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçıya və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3914/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3914/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver