Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3919/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili X3, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-1986/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 50000 ABŞ dolları və 56000 manat məbləğində pulun, iddianın verildiyi tarixdən qərarın qüvvəyə mindiyi tarixə qədər illik olaraq borcun 5%-i həcmində dəbbə pulunun hesablanıb cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında çox yaxın dostluq münasibəti olmuşdur. Belə ki, cavabdeh ilk öncə sədrlik etdiyi MTK tərəfindən tikilən binadan bir neçə mənzil almış, bununla da aralarında yaxın münasibət yaranaraq, qarşılıqlı güvən və etimad formalaşmışdır. Cavabdeh maddi vəziyyəti pisləşdiyi dövrlərdə ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul istəmiş, o isə aralarında olan qarşılıqlı inam və səmimi münasibətə arxayın olaraq, kömək məqsədilə cavabdehə istədiyi məbləğlərdə borca pul vermişdir. 2014-2015-ci illərdə ayrı-ayrılıqda müvafiq ardıcıllıqla cavabdehə 50.000 ABŞ dolları, 40.000 manat, 10.000 manat, 4000 manat və 2000 manat məbləğində borc vermişdir. 2017-ci ilin 1 oktyabr tarixində cavabdehlə əldə edilən razılaşmaya görə cavabdeh ondan şəxsən və nağd olaraq aldığı borcun 50.000 manatını bir həftə ərzində, qalan məbləği isə hissə-hissə qaytaracağını bildirmiş, ancaq borcun heç bir hissəsini geri qaytarmamışdır. Onun tərəfindən borc pul verilməsi faktını cavabdeh özü də təsdiq etmişdir. Belə ki, cavabdeh onun sədrlik etdiyi MTK-dan aldığı mənzillərin ona vaxtında təhvil verilməməsinə istinad edərək, mənzillərin ona təhvil verilməsi və gecikdirməyə görə müəyyən məbləğdə dəbbə pulunun ödənilməsinə dair ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır, həmin işə dair Ali Məhkəmənin qərarından görünür ki, Cavabdeh həmin işə dair özünün apellyasiya şikayətində 2014- 2015-ci illərdə ondan borc pul aldığını etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2019-cu il tarixli 2(102) 2128/19 saylı qərarında “Qərara aldı:” hissəsindən bilavasitə əvvəlki abzasda eyni; aşağıdakılar qeyd edilmişdir: "...Tərəflər arasındakı hazırkı mübahisə mənzillərin aid olduğu binanın vaxtında tikilməməsi ilə əlaqədar olmayıb, mövcud mənzillərin hal-hazıra kimi iddiaçıya təhvil verilməməsi ilə əlaqədar yaranmışdır. Cavabdeh tərəf bunu MTK-nın rəhbərliyi ilə iddiaçı arasında səmimi münasibətlərlə bağlı iddiaçı tərəfindən götürülmüş borc məbləğinin qaytarılmaması ilə izah etmişdir. İddiaçı isə bunu verdiyi apellyasiya şikayətində aşağıdakı cümlələrə istinad etməklə qismən təsdiq etmişdir: "... 2014-2015-ci illərdə alınmış borcun bu mübahisəyə heç bir aidiyyatı olmadığı halda məhkəmə qanunsuz olaraq cavabdehlə aralarında olan borc münasibətinə istinad edərək, öz qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır...” Bu həmçinin kassasiya şikayətinə əlavə edilmiş elektron yazışmanın surəti ilə də təsdiq olunur”. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 1986/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə başdan–sona qədər qeyri-peşəkar formada və işin hallarından məqsədli şəkildə yayınmaqla tərtib edilmiş, qətnamənin “giriş” və “müəyyən etdi” hissəsində iddiaçı-İddiaçı Əfşəng oğlu olaraq qeyd edilmişdir. Halbuki, onun atasının adı Əfşəng deyil Balaydır. Bundan başqa iş üzrə şahid qismində dindirilən Ağabəy Azərbaycani izahatında yalnız borcun qaytarılmasına şahidlik etdiyini bildirmişdirsə, o zaman maraqlıdır ki, məhkəmə necə və hansı hala əsaslanaraq borcun alınmasına dair razılaşma şərtləri ilə bağlı da həmin şahidin izahatına istinad edir. Bu isə şahidin ifadələrində həqiqətə və məntiqə uyğun olmayan nüansların olmasını göstərir. Maraqlı olan digər hal isə odur ki, bu yalan cavabdeh tərəfindən öyrədilmiş “şahid”in özü tərəfindən ifşa olunmuşdur, belə ki, “şahid”in izahatında Cavabdeh tərəfindən 2011-2014-cü illər üçün Nəsrullah Əziz adlı şəxsə 4 ilə görə (hər ilə görə 5%, cəmi 15.000x4=60.000) 60.000 ABŞ dolları ödədiyini iddia etmişdir, halbuki 2011-2014-cü illər arasında 4 il deyil, 3 illik bir period olmuşdur ki, “şahid”in də ifadəsi doğru olsaydi, o zaman 60.000 ABŞ dolları deyil, 45.000 ABŞ dolları əldən çıxmış fayda ödənilməli idi. Eyni zamanda qətnamədə iddia ərizəsində göstərilən məbləğ təhrif olunaraq az göstərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Həmçinin iddiaçı göstərdi ki, cavabdehlə aralarında yaxın dostluq əlaqələri olmuşdur, belə ki, cavabdeh onun Almaniya Federativ Respublikasında təhsil alan uşaqlarına himayəçilik edərək lazımi qayğı göstərmiş, o da cavabdeh Azərbaycana gəldikdə diqqət və qayğı göstərmişdir. Məhz elə bu səbəbdən o, inşa etdiyi binadan cavabdehə 6 mənzili bazar dəyərindən xeyli ucuz satmış, şərikləri ilə problemi yarandıqda isə cavabdehə mənzillərə görə tam ödəniş barədə maliyyə arayışı vermişdir, halbuki cavabdehin son iki ayın ödənişi olan 29.800 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh maddi vəziyyəti pisləşdiyi vaxtda ondan borca pul istəmiş, o da sonuncuya 50000 ABŞ dolları və 56000 manat (40000+10000+2000+4000 manat olmaqla) borc vermişdir. Həmin vaxt cavabdeh bir çox tanışına ağız açsa da, heç kəs ona borc pul verməmiş, o isə heç bir tərəddüd etmədən və səbəbini belə soruşmadan cavabdehə yüksək məbləğlərdə borc vermişdir. Yaxın dostluq münasibətləri olduğundan, o, pulu hər hansı sənədləşdirmə əsasında yox, adi qaydada vermişdir. Həmçinin hesab etmişdir ki, cavabdehin onun inşa etdyi binada 6 mənzili vardır, istənilən vaxt cavabdeh 1 və ya 2 mənzilini sataraq onun borcunu qaytara bilər. Borcu qısa müddətə almasına baxmayaraq, cavabdeh uzun müddət borcunu qaytarmamış, onun isə, iş adamı olduğu üçün, daim pula ehtiyacı olmuşdur. Uzun danışıqlardan sonra, 2017ci il oktyabrın 11-də o, cavabdeh və həmin vaxt cavabdehin nümayəndəsi olan Ərəstun Qasımovla birlikdə “Çinar” restoranında razılığa gəlmişlər ki, cavabdeh bir həftə ərzində 50.000 manat, bundan bir neçə gün sonra daha 20.000 manat olmaqla, ilkin olaraq cəmi 70.000 manat qaytaracaqdır, belə ki, həmin ərəfədə cavabdeh plana düşən torpaq sahəsinə görə kompensasiya almalı idi. Qalan borcunu isə cavabdeh sonradan ondan aldığı mənzilin birini satıb ödəyəcəkdir. Lakin 10 gündən sonra o, cavabdehə zəng vurduqda, telefonuna zəng çatmamış, Ərəstun Qasımova zəng vurduqda isə sonuncu Cavabdeh kompensasiya pulunu alsa da 70.000 manatı ödəməkdən imtina edərək, Azərbaycandan çıxıb getdiyini, buna görə də artıq Cavabdeh işlərinə qarışmamaq qərarına gəldiyini bildirmişdir. Buna baxmayaraq, o, aralarında olan haqq-salamdan abır etmiş, cavabdehi polisə və ya məhkəməyə vermək fikrindən uzaq olmuş, lakin cəmi 1 aydan sonra cavabdeh özü onu məhkəməyə vermişdir. Hətta, həmin işə baxılanda da o, qarşılıqlı iddia verməmiş, cavabdehlə danışıqlar aparmağa üstünlük vermiş, həmin vaxt onu Sərvər Süleymanlı, cavabdehi isə Ramiz Cəfərov təmsil etmişlər. Dəfələrlə adıçəkilən hüquqşünasların iştirakı ilə aralarında görüşlər olmuş, hətta, həmin işə baxan Nəsimi Rayon Məhkəməsi barışıq məqsədilə işi bir neçə dəfə təxirə salmış, lakin, hər dəfə də Cavabdeh danışıqları pozmuşdur. İşə Nəsimi rayon məhkəməsində baxılıb qurtardıqdan sonra da danışıqlar getmiş, bu məqsədlə onun nümayəndəsi Sərvər Süleymanlı cavabdehin nümayəndəsi Ramiz Cəfərovun «e-mail» ünvanı vasitəsi ilə barışığın şərti ilə bağlı Cavabdeh elektron məktub yazmış, sonuncu da cavab məktubunda ona borclu olmasını təsdiq edərək, mənzillərin gec təhvil verilməsi səbəbindən cərimə məbləği çıxıldıqdan sonra mənzilinin birini satıb ona 70.000 manat borcunu qaytaracağını bildirmişdir. Lakin bundan sonra da Cavabdeh danışıqlardan yayınmış, borcunu qaytarmamışdır. Onun əleyhinə ifadə vermiş Ağabəy Azərbaycaniyə gəldikdə isə, sonuncunu Cavabdeh görə tanıyır, belə ki, Ağabəy Əfşəngin dostudur, hər ikisi də İran Azərbaycanlısı olmaqla Almaniya vətəndaşlarıdır. xx.xx.2017-ci il tarixdə «Çinar» restoranında razılığa gələrkən Ağabəy iştirak etməmiş, müvafiq olaraq da hər hansı məbləğdə pulun ona verilməsinin şahidi olmamışdır. Bir daha qeyd edir ki, həmin görüşdə o, Cavabdeh və sonuncunun həmin vaxt hüquqşünası olan və Bakı Dövlət Universitetində müəllim işləyən Ərəstun Qasımov olmuşdur. Hazırki işə birinci instansiya məhkəməsində baxılıb qurtardıqdan sonra o, Ağabəy Azərbaycani ilə internet üzərindən telefon əlaqəsi yaratmış və danışıqda sonuncu bildirmişdir ki, məhkəmədə şahid qismində sadəcə Əfşənglə onun arasında mənzil alınması ilə bağlı ifadə vermişdir, yazılı izahat verməsinin də məqsədi həmin məsələ olmuşdur, onunla Əfşəng arasında hər hansı məbləğdə pul verilib-alınmasından isə məlumatı və xəbəri yoxdur, 82 yaşı var, ola bilsin ki, nəisə düz başa düşməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Cavabdeh bildirdi ki, onun iddiaçıya hər hansı borcu yoxdur. O, iddiaçıdan cəmi 40000 manat, yəni həmin vaxt 50000 ABŞ dolları məbləğində pul almış və həmin pulu da 40000 manat şəklində 2017-ci ilin oktyabr ayında “Çinar” restoranındaAğabəy Azərbaycaninin yanında iddiaçıya qaytarmış, iddiaçı isə manatın devalvasiyaya uğramasını bildirərək, hazırda 50000 ABŞ dollarının 40000 manata bərabər olmadığı bildirmişdir. Ramiz Cəfərovla bağlı isə qeyd edə bilər ki, həqiqətən sonuncu onun hüquqşünası olmuş, onun işini məhkəməyə hazırlamış və müəyyən danışıqlarda iştirak etmişdir, ancaq istər Ramiz Cəfərov, istər Ərəstun Qasımov, istərsə də digər hüquqşünasları onun etimadını doğrutmadıqları üçün onlardan vaz keçmişdir. Yaşlı insan olduğundan bir çox detalları, o cümlədən barışıq məqsədilə aparılmış «e-mail» yazışmasını hazırda xatırlamır. Məhkəmə Kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, tərəflər arasında olan bundan əvvəlki məhkəmə mübahisəsində iddiaçının nümayəndəsi kimi iştirak etmişdir. Həmin mübahisə üzrə tərəflər arasında davamlı barışıq danışıqları getdiyi üçün həmin dövrdə Cavabdeh qarşı iddia qaldırılmamışdır. Belə ki, Cavabdeh nümayəndəsi əvvəlcə onunla birlikdə BDU-də müəllim işləyən Ərəstun Qasımov olmuş və sonuncu ona İddiaçılə Cavabdeh arasında aparılan sonuncu danışıqda, yəni 2017-ci il oktyabrın 11-də “Çinar” restoranında baş tutan görüşdə iştirak etdiyni və həmin vaxt Cavabdeh ilkin olaraq 10 gün müddətində 70000 manat, qalan borcunu isə sonradan mənzilinin birini satıb ödəməyi öhdəsinə götürdüyünü, lakin 10 gündən sonra torpaq sahəsinə görə kompensasiya alsa da, İddiaçı pulunu ödəməyərək Azərbaycandan çıxıb getdiyini, bu hərəkətə görə də Cavabdehla münasibətlərinə son qoyduğunu bildirmişdir. O, İddiaçı nümayəndəsi kimi işə qarışdıqdan sonra Cavabdehla sonuncunun digər nümayəndəsi Ramiz Cəfərovun vasitəsi ilə danışıqlar aparmış, lakin bir neçə dəfə barışığa yaxın olsalar da, sonda Cavabdeh razılıqdan yayınmışdır, barışıq məqsədilə Nəsimi Rayon Məhkəməsində məhkəmə prosesləri bir neçə dəfə təxirə salınmışdır. Artıq Cavabdeh inanmadığı üçün onun təklifi ilə sonuncu danışıqda barışığın şərtlərinin bir-birinə yazılı şəkildə təqdim edilməsini təklif etmiş, bu məqsədlə Cavabdeh tapşırığı ilə nümayəndəsi Ramiz Cəfərovun «E-mail» elektron poçtuna barışığın şərtləri barədə məktub yazmış, Cavabdeh da qısa müddət ərzində ona cavab vermiş, lakin yenə də barışıq baş tutmamış və əvvəlki məhkəmə çəkişməsi davam etmişdir. Elektron yazışmanın əvvəlki işə Nəsimi Rayon Məhkəməsində baxılanadək, yəni iş üzrə qətnamə qəbul edildiyi xx.xx.2018-ci il tarixədək baş verməsini xatırlasa da, işdəki yazışmaların tarixindən bu yazışmaların 2018-ci ilin aprel ayında baş verdiyi məlum olur. Vəkil olmadığı üçün İddiaçı sonadək təmsil edə bilməmiş və sonuncu bunun üçün özünə vəkil tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “xxxxxxxxx” Mənzil Tikinti Kooperativindən 54686 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənməsi və kooperativ tərəfindən bağlanan xx.xx.2011-ci il tarixli müqavilə şərtlərinə tam əməl edilməsinin məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-785/2018 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-5005/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-785/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək cavabdeh "xxxxxxxxx" MMC tərəfindən ünvan 1 ünvanında ona məxsus tikilməkdə olan binanın 47, 65, 66, 68, 69, 70 nömrəli mənzillərinin iddiaçı Cavabdeh təhvil verilməsi və cavabdeh "xxxxxxxxx" MTK-dan 10000 manat məbləğində pulun və 15 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi və iddia tələblərinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iş üzrə cavabdeh "xxxxxxxxx" MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(102)-2128/2019 saylı qərarı ilə cavabdeh “xxxxxxxxx” MTK-nın kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5005/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxxxxxxx” MTK-dan 10.000 manat məbləğində pulun tutulması hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin olunmamış, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə xx.xx.2011-ci il tarixdə 24 ay müddətinə bağlansa da, hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət olunmuşdur. Tərəflər arasındakı hazırkı mübahisə mənzillərin aid olduğu binanın vaxtında tikilməməsi ilə bağlı olmayıb, mövcud mənzillərin hal-hazıra kimi iddiaçıya təhvil verilməməsi ilə əlaqədar yaranmışdır. Cavabdeh tərəf bunu MTK-nın rəhbərliyi ilə iddiaçı arasında səmimi münasibətlərlə bağlı iddiaçı tərəfindən götürülmüş borc məbləğinin qaytarılmaması ilə izah etmişdir. İddiaçı isə bunu verdiyi apellyasiya şikayətində aşağıdakı cümlələrə istinad etməklə qismən təsdiq etmişdir. “...2014-2015-ci illərdə alınmış borcun bu mübahisəyə heç bir aidiyyəti olmadığı halda məhkəmə qanunsuz olaraq cavabdehlə aramızda olan borc münasibətinə istinad edərək, öz qanunsuz qətnaməsini əsaslandırmağa çalışmışdır...” Bu həmçinin kassasiya şikayətinə əlavə edilmiş elektron yazışmanın surəti ilə də təsdiq olunur. Hazırda iddiaçı cavabdehə 50000 ABŞ dolları və 56000 manat məbləğində borc pul verdiyini, lakin həmin pulların qaytarılmadığını iddia edərək, həmin pulu və borcun 5%-i həcmində dəbbə pulunu tələb edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəf iddiaçıdan 50000 ABŞ dolları məbləğində pulu borc aldığını özü də etiraf edir, lakin bildirir ki, 2017-ci ilin oktyabr ayında “Çinar” restoranında Ağabəy Azərbaycaninin iştirakı ilə 40.000 manat məbləğində pulu İddiaçı qaytarmışdır. Birinci instansiya məhkəməsinə şahid qismində dindirilmiş Ağabey Azerbaycani (Ağabəy Azərbaycani) Tahir oğlu ifadəsində göstərmişdir ki, o, Cavabdeh ilə uzun müddətdir yoldaşlıq edirlər. Eyni zamanda o, iddiaçını da tanımaqla münasibətləri vardır. Təxminən 2011-ci ildə Cavabdeh şəriki Nəsrullah Əziz ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni tikilməkdə olan çoxmərtəbəli yaşayış binasından mənzil almaq istədiyini bildirmişdir. Sözün düzü o, Əfşəngə yeni tikilməkdə olan binadan mənzil almağı məsləhət görməmişdir. Ancaq buna baxmayaraq Əfşəng şəriki ilə birlikdə “xxxxxxxx” MMC-dən altı mənzil almışlar. Daha sonra mənzillər vaxtında tikilib təhvil verilmədiyinə görə 2013-cü ilin yay aylarında X4 Qurbandan mənzillər üçün ödədiyi ödənişləri və həmin müddətdə əldən çıxan faydanı tələb etdi. Çünki “xxxxxxxx” MMC-dən mənzil almağı Əfşəng ona təklif etmişdir. Əfşəng həmin vaxt Nəsrullah Əzizə pulu qaytara bilmədi. Cavabdeh yalnız 2014-cü ildə borc-xərc edərək Nəsrullah Əzizin ödədiyi 300000 ABŞ dolları və 60000 ABŞ dolları əldən çıxan faydaya görə (hər ilə görə 5%-cəmi 15000x4=60000) Nəsrullah Əzizə 360000 ABŞ dolları məbləğində pul ödəmişdir. Həmin vaxt Əfşəng ona bildirmişdir ki, Nəsrullaha qaytardığı pulun təxminən 40000 manatını (50000 ABŞ dollarını), şirkətin rəhbəri İddiaçı almışdır. Cavabdeh 360000 ABŞ dollar məbləğində pulu onun yanında Nəsrullah Əzizə qaytarıb. Bir müddət sonra təxminən 2017-ci ildə Əfşəng, o və Elşad şam yeməyi yeyərkən Əfşəng onun yanında Elşada 40000 manat verdi və dedi ki, sənə borcum qurtardı. Elşad da gülə-gülə dolların məzənnəsi qalxdığından hələ borcunun qaldığını bildirdi. Söhbət belə yekunlaşdı. Bir müddət sonra onların arasında məhkəmə mübahisəsinin başladığını eşitmişdir. O, Cavabdeh tərəfindən Nəsrullah Əzizə 360000 ABŞ dolları məbləğində pul qaytarılmasının, Cavabdeh tərəfindən İddiaçı 40000 manat məbləğində pul qaytarılmasının şəxsən şahidi olmuşdur. Kollegiya qeyd edir ki, şahid ifadəsi ziddiyyətli olmaqla, cavabdehin dəlillərinin mötəbərliyi üçün kifayət etmir, belə ki, əvvəla, şahid ifadəsində göstərmişdir ki, Cavabdeh 360000 ABŞ dollar məbləğində pulu Nəsrullah Əzizin ödədiyi 300000 ABŞ dolları və 60000 ABŞ dolları əldən çıxan faydaya görə (hər ilə görə 5%-cəmi 15000x4=60000) onun yanında Nəsrullah Əzizə qaytarmışdır. İş materiallarından göründüyü kimi, 2011-ci ilin aprel ayında mənzillərə dair iki illik müqavilə bağlanmışdır. Belə olan halda 2011-ci ilin aprel ayında müqavilə bağlanmış, 2013-cu ildə Nəsrullah Əziz pulu və əldən çıxmış faydanı tələb etdikdə, 2014-cu ildə isə Əfşəng pulu qaytarmış olduqda, 2011-2014-cu illər arasında 3 illik müddət olduğu müəyyən olunur ki, bu halda da əldən çıxmış faydaya görə 60000 ABŞ dolları yox, 45000 ABŞ dolları qaytarılmalı idi. Digər tərəfdən, şahid qeyd edir ki, bir müddət sonra, yəni təxminən 2017-ci ildə Əfşəng, o və Elşad şam yeməyi yeyərkən Əfşəng onun yanında Elşada 40000 manat vermiş və borcunun qurtardığını demiş, Elşad isə gülə-gülə dolların məzənnəsi qalxdığından hələ borcunun qaldığını bildirmişdir. İddiaçı həmin sözlərini cavabdeh də təsdiq edir. İddiaçı isə xx.xx.2017-ci il tarixdə “Çinar” restoranında baş tutmuş görüşdə və danışıqlarda Ağabəy Azərbaycaninin iştirak etmədiyini, həmin görüşdə özünün, cavabdehin və həmin vaxt cavabdehin nümayəndəsi olmuş Ərəstun Qasımovun iştirak etdiyini, danışıqlar əsnasında 70000 manatın yaxın zamanda qaytarılması barədə razılığa gəldiklərini, ona hər hansı məbləğdə pul verilmədiyini bildirir. Həmçinin apellyasiya baxışı zamanı şahid S.Süleymanlı ifadəsində göstərmişdir ki, “Çinar” restoranında olan söhbət barəsində Cavabdeh nümayəndəsi olmuş və onunla birlikdə müəllim işləyən Ərəstun Qasımovdan eşitmişdir, yəni eşitmişdir ki, həmin görüşdə sonuncu və hazırki işin tərəfləri iştirak etmiş, danışıqların məğzi isə Cavabdeh borcunu qaytarmasının qaydası və müddəti barədə olunmuşdur. Kollegiya hesab edir ki, cavabdehin 50000 ABŞ dolları məbləğində borcunu qaytarılmasını sübut etmək üçün əsaslandığı şahid ifadəsi mötəbər sübut kimi qəbul edilmir. İş materiallarında olan Ramiz Cəfərovla (Cavabdeh tərəfdən) Sərvər Süleymanlı (İddiaçı tərəfdən) arasında olan “e-mail” yazışmalarından görünür ki, tərəflər arasında olan digər mübahisə ilə bağlı barışıq barədə danışıqlar olmuş, xx.xx.2018-ci il tarixli yazışmada Cavabdeh qeyd edilmişdir ki, “belə barışıq olmaz, mən evimdə Elşadla çörək kəsmişəm, ona çox böyük etibarım var idi, ancaq o mənə etibarsızlıq göstərir, 6 mənzilin müqaviləsini “xxxxxxxxx” MMC ilə bağlamışıq, maliyyə sənədini də mənə MMC rəsmi qaydada veribdir. Müqavilə bağlayandan sonra isə Elşad mənə böyük ziyan vurdu. Müqaviləyə görə mənzilləri 2 ilə təhvil verməli idi, ancaq indiyə qədər verməyib, cərimə də bunun cəriməsidir. Elşaddan aldığım şəxsi borcun buna heç bir aidiyyəti yoxdur. Borcu alanda onunla razılaşmışdıq ki, mənzilləri təhvil alandan sonra onların birini satıb pulunu qaytaracağam və o da bununla razılaşmışdı. Mənim 1 milyondan çox dəyəri olan mənzilim 7 ildir ki, Elşadın əlindədir. Sonuncu dəfə yeməkxanada razılaşdıq ki, mart ayında mənzillərin açarlarını verəcək, mən də mənzilin birini satandan sonra, cərimə çıxıldıqdan sonra qalan 70 min manatı ödəyəcəyəm, ancaq hələ də mənzilləri təhvil verməyib. Borcun qaytarılması yalnız mənzillərin təhvil verilməsindən asılıdır. Mənzilləri təhvil alan kimi mən onları satışa qoyacam və ilk satışda Elşadla danışdığımız kimi onun pullarını qaytaracağam. Əgər buna razısınızsa, barışıq bağlaya bilərik, daha bu qədər mənə edilən əzab, vurulan ziyan zərər bəsdir. Hörmətlə - Əfşəng”. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(102)- 2128/2019 saylı qərarından da müəyyən olunur ki, tərəflər arasındakı həmin mübahisə mənzillərin aid olduğu binanın vaxtında tikilməməsi ilə bağlı yox, həmin mənzillərin halhazıra kimi iddiaçıya təhvil verilməməsi ilə əlaqədar yaranmışdır. İddiaçı bunu Əfşən gQurbanın aldığı borcu qaytarmaması ilə əlaqələndirmiş, sonuncu isə 2014-2015-ci illərdə alınmış borcun həmin mübahisəyə aidiyyəti olmadığını bildrmişdir. Kasassiya instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olmasını həmçinin tərəflər arasında aparılmış (yuxarıda qeyd olunan) elektron yazışma ilə də təsdiq olunduğunu qeyd etmişdir. Göründüyü kimi, tərəflər arasında 2014-2015-ci illərdə borc münasibətlərinin olması, yəni cavabdehin aldığı mənzillərdən kənar iddiaçıdan borc pul alması öz təsdiqini tapır. Lakin, iddiaçı cavabdehə verdiyi borcun konkret məbləği ilə bağlı müfəssəl əsaslandırma təqdim edə bilmir, belə ki, o, əvvəlki işə baxılarkən cavabdehə 50000 ABŞ dolları və 42000 (40000+2000) manat, tərəflər arasında aparılan elektron yazışmada 50000 ABŞ dolları və 52000 (40000+10000+2000) manat borc verdiyini bildirdiyi halda, hazırki iddia ərizəsində cavabdehə onun tərəfindən 50000 ABŞ dolları və 56000 (40000+10000+4000+2000) manat borc verildiyi göstərilmişdir. İddiaçı bunu texniki səhv kimi qeyd etsə də, manatla ifadə olunan borc məbləğləri və həmin məbləğlərlə borcun da cavabdehə verilməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, göstərilən məbləğlərdən 50000 ABŞ dolları borc verilməsi təsdiqini tapsa da (bu hal həm də cavabdehin etirafı ilə təsdiq olunur), əlavə olaraq 56000 manat da borc verilməsi təsdiq olunmur. Elektron yazışma da tərəflər arasında borc münasibətlərinin olmasını təsdiq etsə də, yazışmada borcun konkret məbləği göstərilmədiyindən, həmin məbləğin məhz iddiaçının tələb etdiyi həddə (50000 ABŞ dolları və 56000 manat) olması üçün nəticəyə gəlməyə əsas vermir, çünki cavabdeh qaytamaq istədiyi borc məbləğinin cərimə çıxıldıqdan sonra 70000 manat olmasını bildirir ki, bu məbləğin də hansı hesablanma əsasında aparılması müəyyən deyil. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, Kollegiya hesab edir ki, 50000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinə uyğun olaraq həmin vəsaitə görə iddianın verildiyi tarixdən qərarın qüvvəyə mindiyi tarixə qədər illik olaraq borcun 5%-i həcmində dəbbə pulunun hesablanıb cavabdehdən tutulması ilə bağlı isə Kollegiya qeyd edir ki, tərəflər arasında bununla bağlı yazılı müqavilə olmadığından həmin tələbin təmin edilməsi mümkün deyildir, belə ki, Mülki Məcəllənin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Kollegiya iddia tələbinin qalan hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tələb etdiyi qalan məbləğin cavabdehə borc verilməsinə dair hər hansı bir sübut təqdim etməmiş, nədəki bu iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 1986/2019 saylı qətnaməsi qismən – cavabdehdən 50.000 ABŞ dolları məbləğində pulun tutulmasının rədd olunması hissəsində ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 50.000 ABŞ dolları məbləğində pul (qətnamə icra olunduğu vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3919/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3919/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver