Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3924/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-78/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) “xxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilkin iddia üzrə cavabdehlər “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar, ilkin iddia üzrə cavabdehlər (bundan sonra-cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” ASC-yə qarşı “Kredit Müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli,100.LN.2105.290114.0002 saylı kredit və xx.xx.2014-cü il tarixli 100.CL.290914.00001/b saylı kredit müqavilələrinin, xx.xx.2014-cü tarixli, 100.LN.2105.170314.00001 saylı kredit müqaviləsinin xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin, xx xxxxxx 2014-cü tarixli zaminlik müqavilələrinin, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin, xx.xx.2013- cü tarixli LLN.2105.301213.00002 saylı kredit müqaviləsinin xx xxx 2014- cü il taixli 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsinin 1 nömrəli əlavə razılıq müqaviləsinin, xx.xx.2013-cü il tarixli, 100.LN.2105.241213.00002 saylı kredit müqaviləsinin və xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən: 1) xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətində 10658 manat; 2) xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətində 500000 manat; 3) xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.0001 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 8 ay müddətində 10000 manat; 4) xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə, 36 ay müddətində 500000 manat; 5) xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və X4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Kredit ödəmələrində gecikdirmələrə yol verildiyinə görə Cavabdeh1: 1) xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı müqavilə üzrə 10658 manat əsas və 3448.80 manat faiz olmaqla, cəmi 14106.80 manat; 2) xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı müqavilə üzrə 35200 manat əsas, 12482.13 manat faiz və 1839.20 manat cərimə olmaqla, cəmi 49881.32 manat; 3) xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.0001 saylı müqavilə üzrə 565.23 manat faiz olmaqla, cəmi 565.23 manat; 4) xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı müqavilə üzrə 500000 manat əsas və 202369,43 manat faiz olmaqla, cəmi 702369.43 manat; 5) xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı müqavilə üzrə ******* manat əsas və 953275.05 manat faiz olmaqla cəmi 3297275.05 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxx” ASC ilə “xxxxxxxxx fabriki”nə dair gəldiyi razılığa əsasən, bir tərəfdən “xxxxxxx” ASC-ni, digər tərəfdən isə “xxxxxxxxx” MMC-ni direktoru kimi xx.xx.2013-cü il tarixdə X9 ilə 100.LN.2005.251213.00001 saylı kredit müqaviləsi bağlanaraq, “xxxxxxxxx” MMC-yə 9.820.000 manat məbləğində kreditin ayrılması “xxxxxxxxx” zavodunun inşa olunması və avadınlıqların alınaraq quraşdırılması məqsədilə verilmişdir. Bundan sonra isə Bankın təkidi ilə 9.820.000 manat kreditin faizlərini bərpa etmək üçün yeni kredtilər açılaraq dostu Bəhlul ilə 11 faizlə 36 ay müddətinə 10658 manat kreditə dair xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı, 11 faizlə 36 ay müddətinə 500.000 manat kredit ayrılmasına dair, xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı, 11 faizlə 8 ay müddətinə 10.000 manat ayrılmasına dair, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı, 11 faizlə 36 ay müddətinə 500.000 manat kredit ayrılmasına dair, xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213 saylı 11 faiz 3 ay 20.000 manat kredit ayrılmasına dair xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı, 11 faizlə 36 ay müddətinə ******* manat ayrılmasına dair, xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı kredit müqavilələri bağlanılmışdır. Razılaşma ondan ibarət olmuşdur ki, “xxxxxxxxx” MMC və ona məxsus süd fabriki tam şəkildə onların idarəçiliyinə veriləcək və onlar onun əməli fəaliyyətini təşkil edib, kreditin qaytarılmasını təmin edəcəkdilər. Göründüyü və qeyd etdikləri kimi ilkin iddia tələbində kredit müqavilələrinə istinad edilən və kredit məbləğləri kimi qeyd edilən və bank tərəfindən iddia edilən kredit məbləğini onlar formal cəhətdən və xx.xx.2013-cü il tarixli bankla “xxxxxxxxx”ün keçmiş direktoru Cavabdeh2la bağlanmış əsas kredit müqaviləsinin faizlərini bərpa etmək üçün bank tərəfindən düşünülmüş bir hiylə idi. Ona görə hal-hazırda bankın nə Cavabdeh2 əsas kredit müqaviləsi üzrə, nə də ki, hazırki müqavilələr üzrə kredit bocu tələb etmək əsasları mövcud deyildir. Bütün bunlar hamısı pərdələnmiş və əhəmiyyətsiz əqdlər hesab edilməlidir. Qeyd etdiyi kimi, ilkin iddia tələbləri əsassızdır. Qarşılıqlı iddia tələbənin isə dəlilləri əsaslı hesab edilməklə qanunvericiliyinin müddəalarına söykənir. Belə ki, iddiaçı bankın əsaslandığı kredit müqavilələri üzrə hər hansı bir məbləğdə kredit onlara verilməmişdir, hal-hazırda da iddiaçı bank onu onlardan tələb etsin. Hazır ki, kredit müqavilələri yuxarda qeyd etdiyi kimi formal olaraq bankla onların aralarında əsas kredit üzrə yaranmış faiz məbləğlərinin ödənilməsi təminatı üçün nəzərdə tutulmuşdur. Bunlar isə qanunvericiliyin əsasına zidd olmuşdur. Pozulmuş hüququn bərpa edilməsi ilə bağlı tətbiq edilməli olan maddi hüquq normaları göstərdiyi maddələrinin dipozisiya tələbinin haqlı olmasını göstərir. Belə ki, həmin kedit müqavilələri üzrə pul məbləğlərinin onlara verilməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir və ola da bilməz. Bu səbəbdən də onların bank qarşısında heç bir öhdəlikləri yoxdur. Onu da qeyd etmək istəyir ki, “xxxxxxxxx” MMC direktorluğundan azad edildikdə MMC-də yeni direktor təyin edildikdən sonra “xxxxxxx”-ın rəhbərliyi və əməkdaşları bildirmişlər ki, aralarında bağlanmış kredit müqavilələri ləğv edilmiş və yenidən təzə təyin edilmiş direktorla bağlanmışdır. Bu səbəbdən də onların tərəfindən bu müqavilələr mübahisələndirilməmişdir. Lakin, iddiaçı bank olara qarşı hazırki, tələblə bağlı məhkəmə də iddia qaldırdıqdan sonra, bu qarşılıqlı iddia tələbini irəli sürmək məcburiyyətində qalmışdırlar. Məhkəmədə iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh1, “xxxxxxxxx” MMC-dən, Cavabdeh2 müştərək qaydada “xxxxxxx” ASC-nın xeyrinə: -xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı müqavilə üzrə 35200 manat əsas, 12842.13 manat faiz və 1839.20 cərimə olmaqla, cəmi 49881.32 manat borcun; -xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı müqavilə üzrə ******* manat əsas, 953275.05 manat faiz olmaqla, cəmi 3297275.05 manat; 2.Cavabdeh1 Cavabdeh2 müştərək qaydada “xxxxxxx” ASC-nın xeyrinə: -xx.xx.2014- cü il tarixli 100.LN.2105.290114.0001 saylı müqavilə üzrə 565.23 manat faiz olmaqla, cəmi 565.23 manat; -xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı müqavilə üzrə 10658 manat əsas və 3448.80 manat faiz olmaqla, cəmi 14106.80 manat; -xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı müqavilə üzrə 500 000 manat əsas 43 manat faiz olmaqla, cəmi 702369.43 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-78/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və “xxxxxxxxx” MMC-dən müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı müqavil üzrə 35.200,00 manat əsas borc, 11.616,00 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 46.916.00 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehdlər Cavabdeh1, X5 və “xxxxxxxxx” MMC-dən müştərək qaydada xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı müqavilə üzrə 2.344.000 manat əsas borc və 774.386,11 manat faiz borcu, cəmi 3.118386,11 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehdlər Cavabdeh1 xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı müqavilə üzrə 365,10 manat faiz borcu, cəmi 365,10 manat faiz borcu məbləğində pul tutularaq iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı müqavilə üzrə Cavabdeh2 aid hissədə iddia tələbinin təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı müqavilə üzrə 10.658,00 manat əsas borc və 3448,80 manat faiz borcu, cəmi 14106,8 manat məbləğində pul tutularaq, iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı müqavilə üzrə 500.000,00 manat əsas borc və 165916,67 manat faiz borcu, cəmi 665916,67 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdehoər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində qeyd olunur ki, cavabdehlərdən (həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı) Cavabdeh2 və qardaşı 2005-ci ildən etibarən bizneslə məşğul olmuşdur. Bir müddət sonra onlar İddiaçı ASC rəhbərliyinin təklifi ilə ortaq əməkdaşlıq münasibəti qurmuş və 2009-cu ildə 3 ortaqla (Payçılar: Cavabdeh2 - 40%, X6 - 40%), “xxxxxxx” Bankı təmsil edən şəxs -X7 - 20%) “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradaraq qeydiyyatdan keçirmiş və fəaliyyətə başlamışdır. 2013-cü ildə bankın əməkdaşları X8, Vidadi, cavabdehlər tərəfindən isə İslam, Səfər və Natiq toplanmış, həmin vaxt iddiaçı bank tərəfindən onlara Mərkəzi Bankın onları sıxışdırması bildirilərək 9 820 000 manat kreditin “xxxxxxxxx” MMC zavodunun əmlakları və avadanlıqları ilə kapitalizasiya edilərək bankın balansına götürülməsi, qalan 9 820 000 manatın faizlərinin bərpa etmək üçün 2 344 000 manat (və sair xırda məbləğlərdə) məbləğində heç bir məşğuliyyətləri olmayan-işsiz Bəhlul adlı vətəndaşa əlavə girovsuz kredit verilməsi, Cavabdeh2 məxsus 40% təsisçilik payının da alğı-satqı müqaviləsinə əsasən İddiaçı ASC-nin müəyyən etdiyi şəxslərə keçirilməsi tələb olunmuşdur. Tələb edilən şərtlərə əməl edildikdən sonra İddiaçı ASC-nin nəzarətində olan “xxxxxxxxx” MMC-nin direktorluğu İddiaçı ASC səlahiyyətliləri tərəfindən Cavabdeh2 həvalə edilmiş, bunun qarşılığında ondan “xxxxxxxxx” MMC-nin banka olan kredit borcuna, eləcə də işsiz Bəhlul adlı vətəndaşa girovsuz qaydada verilmiş kreditə zamin durması tələb olunmuşdur. Cavabdeh2 kredit müqaviləsində göstərilən borc məbləğinin qaytarılması tam təmin edildikdən sonra süd zavodunun ona saxlanılacağı razılığı və şərti ilə həmin zavodun (xxxxxxxxx MMC-nin) bankla xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə müstəsna qaydada zamin olmağı qəbul etmişdir, həmçinin İddiaçı ASC-nin tələb etdiyi faiz məbləği həcmində də işsiz Bəhlul adlı vətəndaşla imzalanmış saxta, yəni yalan kredit müqaviləsinə müvafiq zaminlik müqavilələri imzalamışdır. Vətəndaşa girovsuz qaydada verilmiş kreditə zamin durması tələb olunmuşdur. Cavabdeh2 kredit müqaviləsində göstərilən borc məbləğinin qaytarılması tam təmin edildikdən sonra süd zavodunun ona saxlanılacağı razılığı və şərti ilə həmin zavodun (xxxxxxxxx MMC-nin) bankla xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə müstəsna qaydada zamin olmağı qəbul etmişdir. Həmçinin İddiaçı ASC-nin tələb etdiyi faiz məbləği həcmində də işsiz Bəhlul adlı vətəndaşla imzalanmış saxta, yəni yalan kredit müqaviləsinə müvafiq zaminlik müqavilələri imzalamışdır. Qeyd edir ki, iddiaçı Cavabdeh1 tələb etdiyi kredit borcu məbləğini hər bir halda digər məhkəmədə (Binəqədi rayon məhkəməsində cavabdehlər – “xxxxxxxxx” MMC və Cavabdeh2 ayrıca iddia tələbi irəli sürmüşdür) tələb edir. Bu haqda məhkəmə tərəfindən qəbul edilmiş qətnamə var. Qeyd edir ki, iddiaçı digər məhkəmədə ******* manat əsas borc və Cavabdeh1 tələb edilən həcmdə faiz borcu tələb edir. Məhkəməyə verilmiş iddia tələbinə əlavə edilmiş müqavilələrdən də görünür ki, borclu Cavabdeh1 işsiz, kasıb birisidir. O, ailəsinin dolanışığını fəhləlik ya da bərbərlik etməklə təmin edir. İddiaçı ASC isə ona qarşı iddia tələbi irəli sürərək həmin şəxsdən ümumilikdə 3 845 690.68 (üç milyon səkkiz qırx beş min altı yüz doxsan, 68) azn pul vəsaiti tələb edir. Halbuki, Cavabdeh1 işsizdir və fəhləlik edərsə aylıq qazancı təqribi 200-300 azn arası dəyişir. Bu məbləğdə gəliri olan şəxsə iddia olunan miqdarda (3milyon 845min manat) kreditin, həm də girovsuz və biznes plansız verilməsi necə mümkün ola bilərdi? İddiaya əlavə olunan müqavilələrdən də görünür ki, verilmiş məbləğlər-təmir-tikinti məqsədilə” verilmişdir. Lakin məhkəmədə bu haqda araşdırma aparılmamış, borclu şəxsin hansı tikinti-layihəsini maliyyələşdirmək məqsədilə bu vəsaiti aldığına və bankın heç bir sənəd, eləcə də girov tələb etmədən işsiz birisinə bu məbləğdə kredit vəsaiti verməsinə aydınlıq gətirməmişdir. Əslində bir az araşdırma aparılması kifayətdir ki, İddiaçı ASC-nin Cavabdeh1 ilə imzaladığı bütün kredit müqavilələri “xxxxxxxxx” MMC ilə İddiaçı ASC arasında imzalanmış xx xxxxxx 2013-cü il tarixli müqavilə əsasında veriən kreditə hesablanmış faiz məbləğini pərdələmək məqsədilə tərtib edilmiş yalan əqddən başqa bir şey deyildir. Bu da AR Mülki Məcəlləsinin 340-cı maddəsinə görə əhəmiyyətsiz hesab olunur. İşin həqiqi halları barədə onu deyə bilərik ki, İddiaçı ASC ilə “xxxxxxxxx” MMC arasında imzalanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsində göstərilən 9 820 000 (doqquz milyon səkkiz yüz iyirmi min) manat məbləğin “xxxxxxxxx” MMC-yə təmir tikinti işlərinin həyata keçirilməsi məqsədilə verilməsi nəzərdə tutulsa da, həmin məbləğin tam həcmdə “xxxxxxxxx” MMC-yə verilməmişdir və bu fakt İddiaçı ASC rəhbərliyi tərəfindən də çox yaxşı bilinir. Ümmumiyyətlə, iddia tələbinin qurma və əsassız tələbdən ibarətdir. Tərəflər (bank və Cavabdeh2) arasındakı razılaşmadan bir müddət sonra, yəni 2015-ci ilin oktyabr ayında İddiaçı ASC tələbi və təkidi ilə Cavabdeh2 direktor vəzifəsindən azad edilmiş və onun cəmiyyətin (zavodun) nizamnamə kapitalındakı 40%-lik payı da İddiaçı ASC-nin müəyyən etdiyi şəxslərdə saxlanılmışdır. Həmin tarixdən (xx.xx.2015-ci ildən) sonra Cavabdeh2 həmin zavoddakı bütün səlahiyyətləri alınmış və zavoda buraxılmamışdır. Nəzərinizə çatdırmaq istəyir ki, Cavabdeh2 başqasına, yəni “xxxxxxxxx” MMC-yə verilmiş 9 820 000 manatlıq kredit məbləğinə məhz həmin zavodda (“xxxxxxxxx” MMCdə) “Direktor” olaraq fəaliyyət göstədiyinə görə zamin olmuşdur. Belə ki, Cavabdeh2 zavodun direktoru kimi həmin kredit məbləğinin təyinatı üzrə xərclənməsinə nəzarət edəcək, eləcə də zavodu işlədərək kredit borcunun geri qaytarılmasını təmin edəcəkdi. Kredit borcu qaytarıldıqdan sonra isə zavod (xxxxxxxxx MMC) tam həcmdə Cavabdeh2 öhdəliyinə veriləcəkdi. Buna baxmayaraq, İddiaçı ASC ilə Azər C.Cavadov arasındakı sövdələşmə pozulmuş və o “xxxxxxxxx” MMC-dəki direktorluq vəzifəsindən və nizamnamə kapitalmdakı 40%-lik payından əl çəkdirilmişdir. Cavabdeh2 “xxxxxxxxx” MMC-dəki payını başqasına verməsi (simvolik məbləğə alğı-satqısı) və direktor vəzifəsindən çıxarılması müqabilində o “xxxxxxxxx” MMC-nin bütün öhdəliklərindən məhz həmin tarixdə azad olunmuşdur. Hansı ki, Azər C. Cavadovun direktor vəzifəsindən ayrılması dövründə zavodun (xxxxxxxxx MMC) bazar dəyəri təxminən 15 000 000 (on beş milyon) manata bərabər idi. Əgər Cavabdeh2 zavodun kredit borcuna dair zaminlik öhdəliyinə davam edəcəkdirsə belə dəyərə sahib müəssisədəki 40%-lik nizamnamə kapitalını niyə simvolik qiymətə başqasına (İddiaçı ASC əməkdaşına) versin. Cavabdeh2 nizamnamə kapitalındakı 40%-lik payını İddiaçı ASC-nin müəyyən etdiyi şəxsə verdikdən və 2015-ci ildə direktor vəzifəsindən azad edildikdən sonra Direktorluq vəzifəsinə İddiaçı ASC-nin təyinatı ilə X10 gətirilmiş, “xxxxxxxxx” MMC-nin idarəçiliyi ona həvalə edilmişdir. İddiaçı ASC yeni direktor X10 və onun qardaşı X6 ilə də dərhal “xxxxxxxxx” MMC-nin bankla olan xx.xx.2013-cü il tarixli “kredit müqaviləsi”nə zaminlik barədə müqavilələr imzalamışdır. Görüldüyü kimi, İddiaçı ASC zavoda (“xxxxxxxxx” MMC) təyin etdiyi direktorlarla kredit öhdəliyinə dair adəti üzrə “Direktorluğun təminatı kimi” zaminlik müqaviləsi imzalayır. Cavabdeh2 vəzifədən azad edilməsindən sonra İddiaçı ASC məhkəməyə müraciət etdiyi dövrə kimi “xxxxxxxxx” MMC-nin idarəçiliyi X3 və qardaşında olmuşdur. Cavabdeh2 2015-ci ildə direktorluqdan ayrıldıqdan sonra İddiaçı ASC ilə arasında olan zaminlik və ipoteka müqavilələrinə xitam veriləcəyi barədə şifahi razılaşmasına baxmayaraq, “xxxxxxxxx” MMC-dən vəzifəsindən ayrılmasından təqribən 3 (üç) il sonra Cavabdeh2 və ailə üzvləri Binəqədi rayon məhkəməsinə İddiaçı ASC-nin iddia tələbi üzrə cavabdeh qismində çağırılmışdır. Məhz həmin vaxt Cavabdeh2 2013-cü ildə imzaladığı zaminlik və ipoteka müqavilələrinin İddiaçı ASC tərəfindən 2015-ci ildə qərəzli olaraq ləğv edilmədiyini, heç bir əlaqəsi olmadığı halda başqa şəxslər tərəfindən idarə olunan və maliyyə vəsaitləri üzərində sərəncam verilən “xxxxxxxxx” MMC-nin kredit borcuna görə hələ də zamin saxlanıldığını başa düşmüşdür. Həmçinin iddiaçı eyni vaxtda Cavabdeh1 qarşı da kredit məbləğinin geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Hər iki işə nəzər salsaq, asanlıqla görə bilərik ki, iddiaçı 2013-cü ildə verilmiş və ilk ödəniş tarixi 2014-cü ilin yanvar ayından başlayan kredit müqaviləsi üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi 2018ci ilədək heç bir dəfə də olsun ödəniş tələb etməmişdir. Necə ola bilər ki, ödəmə tarixi 2014-cü ilin ilk ayından etibarən başlayan böyük məbləğdə kredit vəsaitinin vaxtı çatmış hissəvi ödənişləri bank tərəfindən geri tələb edilməsin? Həm heç bir ödəniş edilmədiyi halda iddiaçı bank 4 (dörd) ilə yaxın müddətdə niyə gözləyirdi ki? Ən azı bir pretenziya və ya xəbərdarlıq edə, vaxtı çatmış məbləğin ödənişini istəyə bilərdi. Bütün bu hallar özü özlüyündə bankın cavabdehlərə qarşı hiyləli oyun qurduğunun sübutudur. Bundan başqa digər cavabdeh-zamin Cavabdeh2 münasibətdə onu deyə bilərik ki, bank tərəfindən verildiyi iddia olunan kredit müqavilələrinə təminat kimi imzalanan zaminlik müqavilələri qanunsuz hesab edilməlidir. 1-ci səbəb kimi əsas müqavilənin yalan əqd olması, 2-ci səbəb isə müqavilədə borc məbləği və həmin məbləğə dair tələb olunan faiz məbləğinin ifadə olunmamasını göstərə bilərik. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştiraklarıolmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış - xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətində 10658 manat; -xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətində 500000 manat; - xx.xx.2014- cü il tarixli 100.LN.2105.290114.0001 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 8 ay müddətində 10000 manat; - xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə, 36 ay müddətində 500000 manat; - xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı kredit müqaviləsinə əsasən illik 11 faizlə 36 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh “xxxxxxxxx” MMC xx.xx.2013-cü il tarixli və xx xxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə zamin durmuşdur. Həmçinin, digər Cavabdeh2 xx.xx.2013, xx.xx.2013, xx.xx.2014 və xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə zamin durmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 -xx.xx.2014-cü il tarixli 100.LN.2105.290914.00002 saylı müqavilə üzrə 10658,00 manat əsas və 3517,14 manat faiz borcu; -xx.xx.2014-cü il tarixli 100.LN.2105.170314.00001 saylı müqavilə üzrə 35200 manat əsas, 11616,00 manat faiz borcu; -xx.xx.2013-cü il tarixli 100.LN.2105.241213.00002 saylı müqavilə üzrə ******* manat əsas 774386,11 manat faiz borcu təşkil edir. -xx.xx.2013-cü il tarixli 100.LN.2105.301213.00002 saylı müqavilə üzrə 500 000 manat əsas 165916,67 manat faiz borcu; -xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.0001 saylı müqavilə üzrə 10000 manat əsas, 365.10 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayn qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 cavabdeh borcalan Cavabdeh1 məsuliyyətini öz üzərlərinə götürdüyündən, cavabdehin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, cavabdehlər kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müvafiq normanın tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməli, iddia xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.0001 saylı müqavilə üzrə Cavabdeh2 aid hissədə təmin edilməməlidir. MM-nin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; MM-nin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli,100.LN.2105.290114.0002 saylı və xx.xx.2014-cü il tarixli 100.CL.290914.00001/b saylı kredit müqavilələrinin, xx.xx.2014-cü tarixli, 100.LN.2105.170314.00001 saylı kredit müqaviləsinin, xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin, xx xxxxxx 2014-cü tarixli zaminlik müqaviləsinin, xx.xx.2014-cü il tarixli 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin, xx.xx.2013- cü tarixli LLN.2105.301213.00002 saylı kredit müqaviləsinin, xx xxx 2014-cü il taixli 100.LN.2105.290114.00001 saylı kredit müqaviləsinin 1 nömrəli əlavə razılıq müqaviləsinin, xx.xx.2013-cü il tarixli, 100.LN.2105.241213.00002 saylı kredit müqaviləsinin və xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin etibarsız edilməsini tələb etsə də, müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması barədə hər hansı sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsələr də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya tədqiq edilmiş sübutlar əsasında qarşılıqlı iddianın təmin edilməsi, iddianın rədd edilməsi ilə bağlı apellyatorların dəlillərini əsassız hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 78/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Elşən Kazımov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-3924/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3924/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver