Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3941/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışınskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, 22 may 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Əzizova X3 Orxan Fəxrəddin oğluna qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2012-ci il tarixli, 2(004)-4382/2012 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi iə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 3118/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2012-ci il tarixli, 2(004)-4382/2012 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 09 iyun 2012-ci ildə anadan olmuş X2 üçün hər ay 136 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 1,17 misli miqdarında sabit pul məbləğində İddiaçı xeyrinə alimentin tutulması qət edilmişdir. Hazırda Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3118/2017 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından onun tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4382/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 09 iyun 2012-ci il təvəllüdlü X1 üçün hər ay 136 (bir yüz otuz altı) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 1,17 (bir tam yüzdə on yeddi) misli miqdarında sabit pul məbləğində İddiaçı xeyrinə alimentin tutulması qət edilmişdir. Lakin İddiaçı “alimentin artırılmasıbarədə” iddia tələbinə baxılması ilə bağlı mülki işə birinci instansiya məhkəməsində baxılarkən və iş üzrə qətnamə qəbul edilərkən məhkəmə tərəfindən ona qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməmiş və ya bildiriş göndərilməmiş və qanunsuz olaraq onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, nəticədə o özünü məhkəmədə müdafiə etmək hüququndan məhrum olmuşdur. Belə ki, məhkəmə tərəfindən ona qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilmədiyindən, həmin vaxtlarda “Elektron Məhkəmə” informasiya sistemi barədə məlumatlı olmadığından və həmin vaxtlar “Elektron Məhkəmə” informasiya sisteminə giriş imkanı olmadığından və qəbul edilmiş məhkəmə qətnaməsi ona rəsmi qaydada verilmədiyindən (faktiki yaşayış ünvanıma göndərilmədiyindən) sözügedən məhkəmə qətnaməsi barədə onun indiyədək heç bir məlumatı olmamış və sözügedən məhkəmə qətnaməsi barədə ilk dəfə yalnız təxminən 2025-ci ilin fevral ayının 25-də Şərur Rayon İcraşöbəsinin icra məmuru tərəfindən ona şifahi qaydada məlumat verildiyi zaman məlumat əldə etmişdir. Bundan sonra, tərəfindən dərhal Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə yazılı ərizə ilə müraciət edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini ilk dəfə xx.xx.2025-ci il tarixdə məhkəmədən rəsmi qaydada almışdır. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən onun tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti verilmişdir (“Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlar şikayətə əlavə edilir). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim Ülkər Xəlil) ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3117/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından mənim tərəfimdən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3118/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ədalətsiz qərardad qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında da qeyd edildiyi kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini o, ilk dəfə xx.xx.2025-ci il tarixdə məhkəmədən rəsmi qaydada almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Bundan sonra, Bakı şəhəri Yasamal RayonMəhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi onun tərəfindən rəsmi qaydada alındığı xx.xx.2025-ci il tarixdən 21 (iyirmi bir) gün sonra, yəni xx.xx.2025-ci il tarixdə həmin qətnamədən onun tərəfindən qanunvericiliyin tələblərinə uyğun formada “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti verilmişdir. Lakin sözügedən apellyasiya şikayətinin verildiyi tarixdən 2 (iki) ay vaxt keçməsinə baxmayaraq apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi ilə bağlı “ElektronMəhkəmə” informasiya sistemində heç bir məlumat qeyd edilmədiyindən tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin dəftərxanası ilə telefon əlaqəsi saxlanılıb apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilib-göndərilməməsini soruşdu. Həmin məhkəmənin xanım əməkdaşları tərəfindən əvvəlcə müxtəlif bəhanələrlə apellyasiya şikayətini “Elektron Məhkəmə” informasiya sistemində tapa bilmədiklərini qeyd etsələr də, onun təkidi ilə təkrar araşdırdıqdan sonra onların səhlənkarlığı və diqqətsizliyi ucbatından xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yüklənmiş apellyasiya şikayətinin onlar tərəfindən qeydiyyata alınmadığı məlum oldu və öz səhvlərini etiraf edərək bildirdilər ki, apellyasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə verilsədə, onların səhvi ucbatından apellyasiya instansiya məhkəməsinə göndərilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ərzində verilməsi düzgün araşdırılmamış, mübahisənin ədalətli və düzgün araşdırılmasında maraqlı olmamış, mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərini kobud şəkildə pozmuş, apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməklə onun apellyasiya şikayəti vermək hüququ qanunsuz və əsassız olaraq məhdudlaşdırılmış, nəticədə məhkəmə tərəfindən aşağıda qeyd olunan maddi və prosessual qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(004)-3118/2017 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 3118/2017 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, 22 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli qətnaməsi xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. 8 il keçməsinə baxmayaraq cavabdehin hələ də qətnamədən məlumatlı olmadığını bildirmişdir. Hətta cavabdehin qətnamədən məlumatının olmadığı hesab edilsə belə, cavabdeh apellyasiya şikayətində qətnaməni xx.xx.2025-ci il tarixdə rəsmi qaydada aldığını qeyd etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin verilmə müddəti ötürülmüş, iddiaçı tərəfindən müddətin buraxılmasının üzrlü səbəbləri barədə heç bir ərizə təqdim edilməmişdir. Sözügedən qətnamə ilə bağlı icra işi araşdırılarkən məlum olmuşdur ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsindən məlumatlı olmuş, qətnamənin icrası məqsədilə aliment ödənişlərini həyata keçirmişdir. Bu hal icra işinə əlavə edilmiş ödəniş qəbzləri ilə bir daha öz təsdiqini tapmışdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, 22 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, 22 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3941/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3941/2025
07.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver