Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3944/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-2644/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********60677 olan Samsung Galaxy J4 telefon üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə, cəmi 385 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********60677 olan Samsung Galaxy J4 telefon almış və nəticədə 385 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 420 manat, İMEİ kodu **********60677 olan Samsung Galaxy J4 telefon üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, cəmi 385 manat məbləğində borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 70 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 2644/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli 00584412 saylı müqavilə üzrə 350 manat ödənilməmiş məbləğ, 35 manat cərimə borcu olmaqla, cəmi 385 manat borc və 20 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Telefonu 420 manata almış, 70 manat ödəmiş, sonradan telefonda problem olmuş və telefonu geri qaytarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh qeyd olunanlara uyğun izahat verərək, apelyasiya şikayətini müdafiə edib, şikayətin təmin olunmasını xahiş etdi. Həmçinin göstərdi ki, əslində telefondan heç bir problem olmamışdır, sadəcə ödənişləri etmək üçün maddi imkanı olmadığından, telefonu 2019-cu ilin oktyabr ayında saz vəziyyətdə “xxxx” MMC-nin serviz mərkəzinə təhvil vermiş və bundan sonra onu heç kəs narahat etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh telefonu Servisə təqdim edib, hazırda da telefon işlək vəziyyətdə Servisdədir, borcunu ödəyib, telefonu geri götürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İşin müəyyən olunmuş hallarına əsasən, “xxxx” MMC xx.xx.2019-cu il tarixli 00584412 saylı müqaviləyə əsasən Cavabdeh 420 manat dəyərində İMEİ kodu **********60677 olan “Samsung Galaxy J4” markalı mobil telefonu satmış, cavabdeh 70 manat ilkin ödəniş etmiş, qalan 350 manat borcunu isə hər ay 35 manat olmaqla 12 ay müddətinə ödəməyi öhbəsinə götürmüşdür. MMC-nin xx.xx.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh MMC-yə 350 manat ödənilməmiş məbləğ, 35 manat cərimə borcu olmaqla, cəmi 385 manat məbləğində borcu vardır. İddiaçı ödənilməmiş məbləği və cərimə məbləğini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəsini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi rədd edilməlidir. Belə ki, apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, müştəri Cavabdeh xx.xx.2019-cu il tarixdə telefonu Servisə təhvil vermişdir. Müştəri tərəfindən bildirilən nasazlıq kimi göstərilmişdir ki, müştəri ödəniş edə bilmədiyi üçün cihazı qaytarmaq istəyir. Beləliklə, müəyyən edilir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-dən telefon almış, 7 ay işlətmiş, xx.xx.2019-cu il tarixdə isə ödəniş edə bilmədiyi üçün telefonu geri qaytarmışdır, yəni MMC-nin Servisinə təhvil vermişdir. Həmin vaxtdan telefon Servisdə, yəni iddiaçıdadır. Belə olan halda, iddiaçının telefon üçün ödənilməmiş 350 manat və 35 manat cəriməni cavabdehdən tələb etməsi əsassızdır. Kollegiya qeyd edir ki, iddiaçı 7 ay ərzində cavabdeh tərəfindən istifadə olunmasına görə aşınma dəyərini tələb edə bilər, hazırki işdə isə belə bir tələb yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2644/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” dair iddiası rədd edilsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3944/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3944/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver