Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3949/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin prosessual hüquqi varisi "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(004)-1572/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizəsi, 2165sBKXb/22 kredit saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kart hesabından onda olan pul vəsaiti həcmindən kənar istifadə etmişdir və nəticədə texniki overdraft nəticəsində iddiaçıya borcu yaranmışdır. 2.Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2999,90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcunun, 959,05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958,95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat pul və 59,59 (əlli doqquz manat əlli doqquz qəpik) manat dövlət dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizəsi, 2165sBKXb/22 kredit saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. 2165sBKXb/22 saylı kredit xəttinə xitam verilmişdir, lakin texniki xəta səbəbindən müqavilə kartdan ayrılmayıb. Bu səbəbdən limit qədər vəsait balansda əks olunmuşdur və müştərinin həmin məbləği istifadə etməsi overdrafta səbəb olmuşdur. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”nin ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X4 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflərarasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 aprel 2024-cü il tarixli, 2(004)-1572/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Fariz Əlizadə) iddia qismən təmin edilərək, Cavabdeh 2999,90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 3190,90 (üç min yüz doxsan doqquz manat doxsan qəpik) manat pul və ödənilmiş 59.59 (əlli doqquz manat əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 6.İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizəsi, 2165sBKXb/22 kredit saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. 7.İş materiallarına overdraft hesabatına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarış əlavə edilmişdir.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 2999,90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcunun, 959,05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958,95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat borcu vardır. 9.İş materiallarında olan bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" KB ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. 10.Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasındakı xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli Ümumi oferta müqaviləsinin 6.4.1 və 6.4.4-cü bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 (öhdəliyə münasibətdə), 462.1-ci (cərimə borcuna münasibətdə) və 467.1-ci (cərimə borcunun məhkəmə tərəfindən azadılmasına münasibətdə) maddələri təşkil edir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli Ümumi oferta müqaviləsinin 6.4.1 və 6.4.4-cü bəndləri hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, overdraft məbləği 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcunun, 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958.95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat təşkil edir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.4.4-cü bəndinin tələblərinə əsasən əgər vəsait Cavabdeh tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Kart üzrə İstifadəçi qismində Cavabdeh çıxış edir. 12.Beləliklə, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasındakı xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli Ümumi oferta müqaviləsinin 6.4.1 və 6.4.4-cü bəndləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 (öhdəliyə münasibətdə), 462.1-ci (cərimə borcuna münasibətdə) və 467.1-ci (cərimə borcunun məhkəmə tərəfindən azadılmasına münasibətdə) maddələri ilə iddianın faktiki və hüquqi əsasları eynilik təşkil edir. 13.Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla faydalandığına görə cərimə borcunu ödəməlidir. 14.Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq müqavilə üzrə cərimə pulunu 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat məbləğində deyil, 200 (iki yüz) manatməbləğində tutmağı məqsədə müvafiq hesab etmişdir. Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz.Cərimə pulunun 200 (iki yüz) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. 15.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclaslarında iştirak edilməmişdir. Cavabdeh tərəfindən mülki iş üzrə müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatət verilsə də, vəsatət əsaslandırılmamış, təmin edilməsinin iş üzrə əhəmiyyəti, aydınlaşdıracağı xüsusatlar qeyd edilməmişdir. 16.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra da banka müvafiq ödənişlər həyata keçirilmiş və bu səbəbdən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 11.535,51 manat, faiz borcu üzrə 0,00 manat və faiz borcu (illik 5%-lə) 702,35 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas (10.798,59 manat), cərimə borcunun (106,74 manat) və gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanan faiz borcunun (402,5 manat) tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun olmaması müəyyən edildiyindən, həmin ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 , 462.1, 467-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 14.2, 88, və 216-220-ci maddələrinə isinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərərk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, hazırki iş üzrə iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsədə, yalnız pulun cavabdeh tərəfindən çıxarıldığına dair məlumat vermiş, əlavə hər hansı iddianı təsdiq edən sübut təqdim edilməmişdir. Yəni borcun necə müəyyənləşdirilməsi ona məlum deyildir. Ümumiyyətlə tərəfindən məhkəməyə təqdim edilmiş MKR-dən verilmiş arayışdan da görünür ki, bank tərəfindən cavabdehin hər-hansı bir borcunun olmamasına dair ərizə-arayışda verilmişdir. Hazırki mərhələdə onun ümumiyyətlə borcunun olubolmaması, varsa belə yaranma əsasının nədən qaynaqlandığını bilmədiyi üçün ( bundan əvvəl tərəfindən təqdim edilmiş ərizədə buna dair münasibətini bildirmişdir) hesab edir ki, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçının ekspertiza təyin etmək üçün vəsatət vermək hüququ da məhdudlaşdırılmışdır.İddiaçı iddianın sübutunu edə bilməmiş, zəruri sənədləri məhkəməyə təqdim etməmiş və bununla da Mülki Məcəllənin 385-ci maddəsinin tələbləri pozulmuşdr. Həmin maddənin tələbləri pozulduqdan sonra isə digər maddi normaların mövcud olmaması artıq müzakirə belə edilə bilməz.Məhkəmə tərəfindən MPM-in 4.1-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçının elektron məkəmə sistemi vasitəsilə tərəflərindən tələb edilməsinə baxmayaraq sübutlar təqdim edilməmiş və cavabdeh olaraq onun məhkəmə müdafiəsindən istifadə etmək hüququ təmin edilməmişdir.Məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmamış, nəticədə MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21 Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin prosessual hüquqi varisi "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 27.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Kollegiya ilk öncə qeyd edir ki, hazırki iddia ərizəsi üzrə tələb hüququn "xxxx" ASC-yə keçməsini nəzərə alaraq hesab edir ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" KB ASC onun hüquq varisi "xxxx" ASC ilə əvəz edilməlidir. 33.Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş tələb hüququnun satılması haqqında xx.xx.2022-ci il tarixli, № 02/22 UB saylı, müqaviləyə xx.xx.2024-cü il tarixli 21 nörməli əlavəyə əsasən "xxxx" KB ASC Cavabdeh münasibətdə borc qalığına dair irəli sürə biləcəyi bütün haqlarını "xxxx" ASC-yə satmışdır. 34.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərinin və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 35.İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizəsi, 2165sBKXb/22 kredit saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə, illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kart hesabından onda olan pul vəsaiti həcmindən kənar istifadə etmişdir və nəticədə texniki overdraft yaranmışdır. 36.xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, overdraft məbləği 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcunun, 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958.95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat təşkil edir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. 37.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01U/21 nömrəli Ümumi oferta müqaviləsinin 6.4.1-ci maddəsində cavabdehin öhdəliyi kimi göstərilmişdir: Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X4 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. 38.Həmin Müqavilənin 6.4.4-cü bəndinin tələblərinə əsasən əgər vəsait Cavabdeh tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Kart üzrə İstifadəçi qismində Cavabdeh çıxış edir. 39.Beləliklə müəyyən edilmişdir ki, cavabdeh plastik kartda оlаn qаlıq vəsаitindən аrtıq miqdаrdа хərclədiyi vəsаit nəticəsində Bаnkа 2999.90 (iki min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas overdraft borcu, 959.05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3958.95 (üç min doqquz yüz əlli səkkiz manat doxsan beş qəpik) manat məbləğində bоrcu yaranmışdır. 40.Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq müqavilə üzrə cərimə pulunu 959,05 (doqquz yüz əlli doqquz manat beş qəpik) manat məbləğində deyil, 200 (iki yüz) manat məbləğində tutmağı məqsədə müvafiq hesab etmişdir. 41.Məhəkəmə kollegiyası tərəflər ararında bağlanmış müqavilənin şərtlərinə və qanunvericiliyin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdeh tərəfindən bаnk hеsаbındа оlаn qаlıq vəsаitindən аrtıq miqdаrdа хərclədiyi vəsаit üzrə Bаnkа 2999,90 manat məbləğində borcu yarandığından iddiaçı qeyd olunan borcun qaytarılmasını tələb etməkdə haqlı olmuş, işin müəyyən edilmiş faktiki hallarına uyğun olaraq iddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 42.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(004)-1572/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov