Məhkəmə qərarları › İş №2(103)-395/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-395/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-395/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi, eyni zamanda Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil, Üçüncü şəxs “Allahverdi” müəssisəsinin nümayəndəsi X1 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 24AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 24 iyun 2019-cu il tarixə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 LPO "xxxx" ASC qarşısında 140007.47 manat əsas borc, faiz borcu üzrə 16254.41 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 20275.92 manat, cəmi borc üzrə 176537.80 manat borcun və LPO "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının cavabdehlərdən tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 139535.06 manat əsas borc, 16250 manat faiz borcu və kredit müqaviləsi bitdikdən sonra hesablanmış 20275.92 manat faiz borcu olmaqla, cəmi 176060.98 manat (yüz yetmiş altı min altmış manat doxsan səkkiz qəpik) məbləğində pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqının tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus “İsuzu Ecobus” markalı, 99CP805, 99CP806, 99CP807 qeydiyyat nişanlı (şassi NNAMOB5LL02016989, mühərrik: 012404, buraxılış ili: 2012-ci il; şassi: NNAMOB5LL02016990, mühərrik: 012401, buraxılış ili: 2012-ci il və şassi: NNAMOB5LL02016988, mühərrik: 012386, buraxılış ili: 2012-ci il) sərnişin daşıma avtobuslarına yönəldilməsi, avtobusların ilkin satış qiyməti **-CP-*** dövlət qeydiyyat nişanlı avtobus üçün 2000 manat, **-CP-*** dövlət qeydiyyatlı avtobus üçün 2000 manat, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobus üçün 3500 manat olmaqla, cəmi 7500 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə ediləcək vəsaitdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. Hazırkı işə apellyasiya qaydasında baxılarkən, “Allahverdi” müəssisəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Apellyasiya şikayətləri və onların dəlili: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi ekspert rəyini əsas tutmaqla iddia tələbini tələb edilən məbləğdən daha az təmin etmiş, iddiaçı tərəfindən borc məbləği ilə bağlı verilən sübutlara qiymət verməmişdir. Həmçinin iddia tələbinin zamin Cavabdeh1 qarşı təmin edilməyən hissəsi əsassızdır. Çünki tərəflər arasında bağlanmış müqavilədə zaminliyə xitam verilməsi əsası kimi borcalanın və zaminin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi göstərilmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilməyən, yəni əsas, faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 5% məbləğin tutulması və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması hissəsində, eləcə də iddia tələbinin Cavabdeh1 aid təmin edilməyən hissələrində ləğv edilərək həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavbadeh Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsindən narazıdır, çünki avtobuslar aşağı qiymətləndirilmişdir. Bundan başqa, mübahisəli kredit müqaviləsi üzrə “Allahverdi” müəssisəsinin zaminliyinə dair Bankla xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. Buna səbəb isə onunla “Allahverdi” müəssisəsi arasında bağlanmış rəsmi razılaşmadır ki, həmin razılaşma ilə onun avtobusları həmin müəssisəyə təhvil verməsi müqavilində, müəssisə kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməli idi, bank həmin razılaşmanı məhkəməyə təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya göndərdiyi xx.xx.2018-ci il tarixli məktub və məktuba əlavə edilmiş “kreditlərin siyahısına” əsasən, 71-ci sırada onun da adı qeyd edilmişdir. Həmin məktubda onun iddiaçıya olan borcunun əvəzləşdirildiyi göstərilir. Məhkəməyə onların verdiyi vəsatətə əsasən göndərdiyi sorğuda həmin kredit müqaviləsi üzrə ödənişin edilib-edilmədiyi sualı qoyulmuş, həmin idarə isə cavabında mübahisəli kredit müqaviləsi üzrə cinayət təqibinin aparılmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda bildirdi ki, mübahisəli kredit müqaviləsinə dair “Allahverdi” müəssisəsi ilə bağlanmış zaminlik müqaviləsi, eləcə də kredit müqaviləsi üzrə öhdəliyin üçüncü şəxsə ötürülməsi barədə müqavilə onlarda yoxdur və bankla belə bir müqavilə bağlanmamışdır. Cavabdehin istinad etdiyi mübahisəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilmiş məktubla bağlı bildirdi ki, İddiaçı ASC-nin səhmdarlarına vurulan zərər naturada ödənilmişdir, həmin məsələnin bu işə aidiyyəti yoxdur, hazırkı mübahisəli kredit müqaviləsi hesabına hər hansı ödəniş edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun bank qarşısında heç bir öhdəliyi yoxdur. O, bankın razılığı ilə öz öhəliyini “Allahverdi” müəsissəsinə ötürmüş, bununla bağlı zaminlik müqviləsi bağlanıb, hazırda onların bank qarşısında icra olunmalı heç bir öhdəliyi qalmayıb. Bunu mülki iş materialları da təsdiq edir. Bakın iddia tələbi tam əsassızdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi, eyni zamanda Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Vəkil bildirdi ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan ********* nömrəli cinayət işi üzrə LPO İddiaçı ASC-nin zərərçəkmiş şəxs qismində tanınıb, həmin cinayət işi üzrə 870 milyon ödəmə olub, hazırkı müqavilə üzrə olan borc da qeyd edilən vəsait hesabına bağlanılıb. Həmin cinayət işi üzrə banka vurulmuş zərərin ödənilməsi üçün X6 tərəfindən əmlaklar banka verilib. Həmin əmlakların satılması və əldə olunan vəsaitin bankdakı müvafiq hesablara keçirilibkeçirilməməsi vətəndaşların ziyanına şərh oluna bilməz, eyni zamanda iş üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə iki dəfə sorğu göndərilib, sorğulara cavablar bir-biri ilə ziddiyət təşkil edir. Tam müəyyən olunmur ki, bank zərərçəkəndir, ya yox, eləcə də iddia tələbindəki məbləğin cinayət işi üzrə zərərin məbləğinə daxil olub-olmadığı müəyyən olunmur. İddiaçı isə iddia tələbini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edə bilmir. Dəfələrlə müraciət olunmasına baxmayarq, məhkəməyə təqdim olunmuş öhdəliklərin ötürməsi barədə sazişin, zaminlik müqaviləsinin əsli bank tərəfindən məhkəməyə təqdim oluna bilmir. İddiaçı tərəfin əməkdaşları tərəfindən özbaşınalıq edilib, vətəndaşların hüquqları pozulub. Halbuki, vətəndaşlar öhdəliyin ötürülməsi barədə razılaşıblar, bank da buna yazılı razılıq verib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmənin birinci sorğusuna verilmiş cavabdan da müəyyən olunur ki, borc ödənilmişdir. Hazırda bankın ödənilmiş borcu tələb etməsi ədalətsizlikdir, banka münasibətdə əsassız varlanmaya səbəb olacaq. Bu səbəbən, apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “Allahverdi” müəssisəsinin nümayəndəsi N.Allahverdiyev bildirdi ki, öhdəliyin ötürülməsi barədə müqavilə bağlanan zaman cavabdehlə razılaşıblar ki, onlar avtobusları işlədə bilmədiyindən, avtobusları o götürüb işlədəcək və krediti də o ödəyəcəkdir, bu razılaşmada bankın filalının müdiri İsa da iştirak etmişdir, şikayətlərlə bağlı Məhkəmə kollegiyasının mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24AV/F20- 12 saylı kredit müqaviləsindən görünür ki, Borc verən Borc alana 145800 manat məbləğində pulu 48 ay müddətinə, illik 20%-lə kreditə verməyi, Borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24ZA/F20- 12 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24AV/F20-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durur, Borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə Zamin və Borcalan Bank qarşısında eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24İP/F20- 12 saylı girov müqaviləsindən görünür ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24AV/F20-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq üç ədəd “İsuzu Ecobus” markalı sərnişindaşıma avtobusu (şassi NNAMOB5LL02016989, mühərrik: 012404, buraxılış ili: 2012-ci il; şassi: NNAMOB5LL02016990, mühərrik: 012401, buraxılış ili: 2012-ci il və şassi: NNAMOB5LL02016988, mühərrik: 012386, buraxılış ili: 2012-ci il) girov qoyulmuşdur. Bankın təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından göstərilmişdir ki, Cavabdeh2 LPO "xxxx" ASC-yə 140007.47 manat əsas borc, 16254.41 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 20275.92 manat faiz borcu olmaqla, cəmi 176537.80 manat məbləğində borcu vardır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2012-ci il tarixli, 088970 nömrəli Çıxarışdan görünür ki, “İsuzu Ecobus” markalı, 99CP805, 99CP806, 99CP807 qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh2 ünvanlanmış xx.xx.2019-cu il tarixli kredit borcunun ödənilməsinə və girov predmetinə tutma yönəldilməsinə dair bildirişin surətindən görünür ki, borcun ödənməyəcəyi təqdirdə girov predmetinə tutma yönəldiləcəyi barədə borcalana xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli avtomobilin qiymətləndirilməsinə dair hesabatlardan görünür ki, Cavabdeh2 məxsus olan “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 2000 manat, “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 2000 manat, “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 3500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 5579 nömrəli rəydən görünür ki, Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-yə olan borcu müqavilə müddəti bitən tarixə (xx.xx.2016-cı il tarixinə) əsas borc üzrə 139535.06 manat; faiz borcu üzrə 16250 manat; maliyyə arayışında borcun hesablandığı tarixə (xx.xx.2019-cu il tarixinə - kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi 5% ilə hesablanmaqla) əsas borc üzrə 139535.06 manat, faiz borcu üzrə 36463.20 manat müəyyən edilir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Baş İdarənin İstintaq İdarəsində LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 23AV/F20-12 nömrəli kredit müqaviləsi ilə bağlı hər hansı cinayət təqibi aparılmır. LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, cinayət işi ilə bağlı Bankın hesabına heç bir vəsait mədaxil edilməmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bank qarşısında kredit öhdəliyi məhkəməyə təqdim edilmiş iddia tələbində və maliyyə arayışında qeyd edildiyi kimidir. Məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh2 tərəfindən təqdim edilmiş "xxxx" ASC ilə “Allahverdi” müəssisəsi arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Allahverdi” müəssisəsi "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 24AV/F20-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilməsi üçün zamin durur (i/v 59-61). Cavabdeh2 tərəfindən təqdim edilmiş onunla “Allahverdi” müəssisəsi arasında bağlanmış xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, tərəflər "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 24AV/F20-12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilməsi üçün “Allahverdi” müəssisəsinin zamin durması müqabilində həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2012-ci il tarixli, 24AV/F20-12 saylı ipoteka müqaviləsisə əsasən, bankın xeyrinə ipoteka ilə yüklü edilmiş üç ədəd “İsuzu Ecobus” markalı sərnişindaşıma avtobusun (şassi NNAMOB5LL02016989, mühərrik: 012404, buraxılış ili: 2012-ci il; şassi: NNAMOB5LL02016990, mühərrik: 012401, buraxılış ili: 2012-ci il və şassi: NNAMOB5LL02016988, mühərrik: 012386, buraxılış ili: 2012-ci il) zaminin mülkiyyətinə verilməsi barədə razılığa gəlmişdir (i/v 57-58). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-395/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar (kompleks) məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin MB 15/0439 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 1800 manat, “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 1800 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2016 nömrəli rəydən görünür ki, Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-yə olan borcu müqavilə müddəti bitən tarixə əsas borc üzrə 139535.06 manat; faiz borcu üzrə 16250 manat; maliyyə arayışında borcun hesablandığı tarixə (xx.xx.2019-cu il tarixinə - kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi 5% ilə hesablanmaqla) əsas borc üzrə 139535.06 manat, faiz borcu üzrə 16250 manat, faiz dərəcəsi illik 5 % ilə 20794,6 manat müəyyən edilir. Hazırkı işlə bağlı, Məhkəmə tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu edilərək, qeyd edilmişdir ki, mülki iş materiallarında LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli, ********* saylı məktubun ksero surəti olması və sübut kimi qiymətləndirilməsinin yolverilməz olduğunu nəzərə alaraq, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23AV/F20 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tələbin də X5 güzəşt edilmiş müqavilələr (öhdəliklər) sırasında olub-olmaması, habelə həmin müqavilə üzrə də ziyanın ödənilibödənilməməsinə dair məlumatın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məhkəmənin 05 noyabr 2021-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məlumatında bildirir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində İddiaçı ASCnin 1 saylı filialına qoyulmuş depozitlərin və filialda olan cari hesablardakı vəsaitlərin istifadəsi zamanı yol verilmiş qanun pozuntuları faktların görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının və Baş İdarənin mütəxəssisləri tərəfindən tərtib edilmiş yoxlama aktında göstərilmiş xüsusatların araşdırılması zamanı müəyyən edilmişdir ki, aktda qeyd edilən ziyanla bağlı olan hissəsi X4 2009-2012-ci illərdə bankın əsas səhmdarı olduğu dövrdə ona aidiyyəti şəxslərə kredit verilməsinə eləcə də bankın zəruri xərclərinə sərf edilmişdir. Qeyd edilən dövrdə İddiaçı ASC-nin 1 saylı filialının cari və depozit hesablarında olan vəsaitin istifadəsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi məqsədi ilə müəyyən edilmiş ziyan məbləğində əmlaklar Anar Məmmədov tərəfindən 1 saylı filialın depozit, eləcə də cari hesab sahiblərinə verilmiş və həmin şəxslərin İddiaçı ASC-də olan tələbləri tələbin güzəştli müqavilələrinə əsasən X5 ötürülməklə iş üzrə həmin səhmdarla bağlı müəyyən edilmiş ziyan tam şəkildə ödənilmişdir. Göstərilənlərlə bağlı kreditlərin siyahısı, o cümlədən Cavabdeh2 məxsus kredit portfeli xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarla İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilməklə qeyd edilənləri ləğv etmə prosesində nəzərə alınması xahiş olunmuşdur. LPO İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli məlumatında qeyd edilir ki, 2(010)- 48/2021 saylı mülki işlə əlaqədar olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən Sizə ünvanlanmış 18.01,2022ci il tarixli ********* saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının və Prokurorluq orqanının mütəxəssisləri tərəfindən tərtib olunmuş yoxlama aktına əsasən, “Bank of Azerbaijan’’ ASC-nin 1 saylı filialının cari və depozit hesablarının istifadəsi zamanı 2009-2012-ci illərdə bankın əsas səhmdarı olmuş X7 tərəfindən tələbin güzəşti müqaviləsinə əsasən vurulmuş ziyana mütənasib məbləğdə əmlaklar təqdim olunmuşdur. Bununla da, Cavabdeh2 məxsus borc öhdəliyinin tam icra edilməsi məktubda öz əksini tapmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış məktubda sözügedən borc öhdəliyi üzrə bank əməliyyat sistem məlumatlarında müvafiq düzəlişlərin edilməsi, yəni borc öhdəliyinin tam icra edilməsi kimi uyğunlaşdırılmanın aparılması xahiş olunmuşdur. Əlavə olaraq bildirilir ki, qanunveriliciyə əsasən, hər hansı borclu tərəfindən ləğv prosesində olan banka təqdim olunan əmlak həmin bank tərəfindən özününküləşdirilərək hərrac vasitəsi ilə satışa çıxarılır. Eyni zamanda əmlak üzərində bankın mülkiyyət hüquqlarına dair çıxarış əldə edilərkən şəxsin bank qarşısında olan öhdəliyi bankın sözügedən əmlakı balansa götürdüyü həcmdə azaldılır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış məktubda sözügedən xüsusatlar, yəni Cavabdeh2 və ya üçüncü şəxslər tərəfindən daşınmaz əmlakların bank qarşısında olan öhdəliyin əvəzi olaraq banka təqdim edilməsi mülkiyyət hüquqlarına dair hərhansı bir sənədlə və ya başqa mötəbər sənədlə öz təsdiqini tapmır. Hazırkı işlə bağlı, Məhkəmə tərəfindən 01 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə sorğu edilərək, İddiaçı ASC-nin 1 saylı filialına qoyulmuş depozitlərin və filialda olan cari hesablardakı vəsaitlərin istifadəsi zamanı yol verilmiş qanun pozuntuları faktlarına görə AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi qeyd olunan cinayət işinin hansı mərhələdə olması, LPO İddiaçı ASC-nin zərərçəkmiş şəxs qismində tanınıb-tanınmaması (müvafiq qərarın təsdiq olunmuş surətini əlavə edilməklə), eləcə də əgər tanınmışsa, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23AV/F20 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş pul vəsaitinin də Banka vurulmuş zərərin tərkibinə daxil olub-olmaması barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli məlumatında qeyd edir ki, 1 saylı filialına qoyulmuş depozitlərin və filialda olan cari hesablardakı vəsaitlərin istifadəsi zamanı yol verilmiş qanun pozuntuları faktları ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə İddiaçı ASC zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cavabdeh2 məxsus kredit portfeli üzrə borcun olub-olmaması ilə əlaqədar ləğv etmə prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmək xahiş olunmuşdur. Hazırkı işlə bağlı, Məhkəmə tərəfindən 01 iyul 2022-ci il tarixdə İddiaçı ASC-yə sorğu edilərək, Cavabdeh2 və üçüncü şəxs “Allahverdi” müəssisəsi arasında bağlanmış xx.xx.2015-ci il tarixli öhdəliyin ötürülməsinə dair Sazişin, eləcə də İddiaçı ASC və üçüncü şəxs “Allahverdi” müəssisəsi arasına bağlanmış 01/15 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin əsllərini və ya təsdiq olunmuş surətlərini təqdim edilməsi xahiş olunmuşdur. Bank həmin sorğuda tələb olunan sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və Cavabdeh2 verdiyi apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin xx.xx.2021-ci il tarixli məhkəmə iclası barədə ona məlumat verilməməsi dəlili üzrə qeyd edir ki, mülki iş materiallarından müəyyən olunur ki, cavabdehi birinci instansiya məhkəməsində nümayəndəsi və Vəkil təmsil etmiş, rayon məhkəmə iclas protokollarından məlum olur ki, nümayəndə həmin iclaslarda iştirak etmişdir (1-ci cild, i/v 80, 206). Cavabdehin apellyasiya şikayətinin ikinci dəlili, birinci instansiya məhkəməsində keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsindən narazı olması, avtobusların qiymətinin aşağı hesbalanması ilə bağlıdır. Kollegiya qeyd edir ki, həmin dəlil üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 395/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar (kompleks) məhkəməmühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin MB 15/0439 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 1800 manat, “İsuzu Ecobus” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtobusun bazar dəyəri 1800 manat təşkil edir. Göründüyü kimi, verilmiş ekspert rəyi ilə, ipoteka predmeti olan avtobuların dəyəri rayon məhkəməsində müəyyən edilən məbləğdən daha aşağı qeyd edildiyindən, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır və təmin edilə bilməz. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin iddiaçıya göndərdiyi xx.xx.2018ci il tarixli məktub və məktuba əlavə edilmiş “kreditlərin siyahısına” əsasən, 71-ci sırada onun da adı qeyd edilməsini göstərir və həmin məktubda onun iddiaçıya olan borcunun əvəzləşdirildiyinə istinad edir. Həmin dəlilin yoxlanılması ilə bağlı, Məhkəmə tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli, ********* saylı məktubun ksero surəti olması və sübut kimi qiymətləndirilməsinin yolverilməz olduğunu nəzərə alınaraq, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23AV/F20 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tələbin də X5 güzəşt edilmiş müqavilələr (öhdəliklər) sırasında olub-olmaması, habelə həmin müqavilə üzrə də ziyanın ödənilibödənilməməsinə dair məlumatın verilməsi barədə 26 oktyabr 2021-ci il tarixdə, eləcə də LPO İddiaçı ASC-nin zərərçəkmiş şəxs qismində tanınıb-tanınmaması (müvafiq qərarın təsdiq olunmuş surətini əlavə edilməklə), eləcə də əgər tanınmışsa, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23AV/F20 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş pul vəsaitinin də Banka vurulmuş zərərin tərkibinə daxil olub-olmaması barədə məlumat verilməsi barədə xx.xx.2022-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğularla müraciət edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli məlumatında qeyd edir ki, 1 saylı filialına qoyulmuş depozitlərin və filialda olan cari hesablardakı vəsaitlərin istifadəsi zamanı yol verilmiş qanun pozuntuları faktları ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə İddiaçı ASC zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cavabdeh2 məxsus kredit portfeli üzrə borcun olub-olmaması ilə əlaqədar ləğv etmə prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmək xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də, həmin halla bağlı izahat verərək göstərmişdir ki, həmin məsələ İddiaçı ASC-nin səhmdarlarına vurulan zərərin naturada onlara ödənilməsi ilə bağlı məsələdir, hazırkı müqaviləyə aid olmamışdır,bu günədək mübahisəli kredit müqaviləsi hesabı üzrə hər hansı ödəniş edilməmişdir. Belə olan halda məlum olur ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Cavabdehin apellyasiya şikayətinin dördüncü dəlili isə mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxsə ötürülməsi ilə bağlıdır. Kollegiya həmin dəlillə bağlı bildirir ki, Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcələnin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi öhdəliyin ötürülməsi kreditorun razılıq verməsi ilə etibarlı hesab olunur. Hazırkı halda cavabdeh öhdəliyin ötürülməsinə kreditor tərəfindən razılıq verilməsi barədə zəruri sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından şikayət əsassızdır və təmin edilə bilməz. İddiaçı apellyasiya şikayətində bildirir ki, tərəflər arasında bağlanmış müqavilədə zaminliyə xitam verilməsi əsası kimi borcalanın və zaminin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi göstərilmişdir, öhdəliyin icra edilməsi baş vermədiyindən zaminliyə xitam verilə bilməzdi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlili üzrə bildirir ki, MM-in 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (maddə 477.0.1.); Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2.); Kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3.); Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilədə müəyyən edilmiş, “zaminliyə borcalanın və zaminin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi halda xitam verilməsi” bəndində müddət qeyri-müəyyən olaraq qalır, bu halda müqavilənin həmin şərti əhəmiyyətsizdir. Hazırkı iş üzrə Cavabdeh1 zamin olduğu kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə 48 aylığa bağlanmış, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, onun tərəfindən zaminə qarşı tələb irəli sürmək müddəti artıq keçmişdir. Odur ki, rayon məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməməkdə haqlı olmuş, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. İddiaçının apellyasiya şikayətinin digər dəlili borc məbləği ilə bağlıdır. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-395/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar (kompleks) məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2016 nömrəli rəydən görünür ki, Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-yə olan borcu müqavilə müddəti bitən tarixə əsas borc üzrə 139535.06 manat; faiz borcu üzrə 16250 manat; maliyyə arayışında borcun hesablandığı tarixə (xx.xx.2019-cu il tarixinə - kredit müqaviləsinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi 5% ilə hesablanmaqla) əsas borc üzrə 139535.06 manat, faiz borcu üzrə 16250 manat, faiz dərəcəsi illik 5 % ilə 20794,6 manat müəyyən edilir. Kollegiya qeyd edir ki, iddiaçının apellasiya şikayəti qismən təmin edilməli, cavabdehdən tutulmalı kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunun məbləği 20794,6 (iyirmi min yeddi yüz doxsan dörd manat, 6 qəpik) manat müəyyən edilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellasiya şikayəti qismən təmin edilməli, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunun məbləği 20794,6 (iyirmi min yeddi yüz doxsan dörd manat, 6 qəpik) manat müəyyən edilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Suraxanı Rayon Məhkəməsinin 2(010)-48/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən dəyişdirilsin. Cavabdeh2 tutulmalı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsi bitdikdən sonra hesablanmış faiz borcu 20794,6 (iyirmi min yeddi yüz doxsan dörd manat, 6 qəpik) manat müəyyən edilsin, qətnamə onun şikayətinə əsasən mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına Cavabdeh2 tutularaq ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar