Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3952/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı və vəkili X5, Cavabdeh1 Bəxtiyar oğluna və Cavabdeh2 nümayəndələri vəkil X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-184/2019 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia (tələbinin həcminin artırılması barədə)ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 11500 manat əsas borcun, 6000 manat əldən çıxmış faydanın 200 manat 15 saylı vəkil Bürosuna ödədiyi müqavilə pulunun və 30 manat dövlət rüsumunun cəmi 17730 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir(səh.52). Birinci instansiya məhkəməsinin icraatı zamanı şahid ifadələri (iş.səh.71), ƏN-İV 623810 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surəti (səh.5) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-184/2019 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pulun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Qətnamədə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarı; Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarı; «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi; Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 106.1, 119.1, 124.2, 185.5, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki iş üzrə sübut etmə öhdəliyi daşıyan iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehə avtomobilin satın alınması müqabilində hissə-hissə ödəniş etməklə, ilkin ödəniş qismində 11500 manat pul vəsaitinin ödənilməsi halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığınıdan, iddia tələbi cavabdehin 11500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cavabdehdən 6000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, bu hissədə iddia tələbi cavabdehdən 11500 mant məbləğində pul vəsaitinin tutulması tələbindən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin ediməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-184/2020 saylı işi üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsini ləğv edib iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarı; MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, sübutları - iddiaçının izahatını və şahidlərin ifadələrini öz mülahizəsinə görə guya şahidlərin iddiaçının yaxın qohumu və dostu olması əsasına görə mötəbər sübut kimi qəbul etməkdən imtina etməklə, habelə ehtiamala əsaslanaraq pulun cavabdehlərə verilməməsi nəticəsinə gəlməklə iddiaçının iddiasını sübuta yetirməməsi kimi qiymətləndirməklə əsassız nəticəyə gəlmişdir. Halbuki İddiaçı iddia ərizəsində və ona əlavədə, habelə məhkəmədə verdiyiizahatında qeyd olunan avtomaşının cavabdehlərdən satın alınması üçün qanunvericiliyin tələbinə uyğun olaraq şifahi qaydada müqavilə bağladığını və bu məqsədlə həyat yoldaşı Saray Fərəcovanın və dostu Ağaismayıl Əliyevin iştirakı ilə iki dəfəyə cavabdehlərə şahidlərin iştirakı ilə onların yaşadıqları evdə 11500 manat pul verməsini bildirmiş, adı çəkilən şahidlər isə məhkəmədə yaları ifadə verməyə görə cinayət məsuliyyəti daşıya biləcəklərinə dair iltizama imza etməklə İddiaçı izahatına tam uyğun ifadələr verərək İddiaçı onların yanında avtomaşının satın alınması məqsədi ilə cavabdehlərə iki dəfəyə 11500 manat pııl verməsinin şahidi olmalarını təsdiq etmişlər. Məhkəmədə iş üzrə ifadə verən, alqı-satqı müqaviləsi barədə iddiaçının arvadından eşitdiklərini təsdiq edən digər 2 nəfər şahid isə İddiaçı qeyd olunan avtomaşının satın alınması üçün cavabdehlərə pul verməsini ondan eşitdiklərini, habelə həmin pulun verilməsi üçün İddiaçı arvadı Saray Fərəcovanın xahişi ilə bankdan öz adlarına kreditə pul götürüb onlara verdiklərini, onların adına götürülən kreditlərin aylıq pullarını və fazlərini də İddiaçı ödədiyini təsdiq etmişdir. İ.Fərəeovun məhkəməyə təqdim eldiyi kredit müqavilələri ilə də təsdiq olunur ki, maşının alqı-satqısı olan dövrdə həmin şahidlərin adma kredit müqavilələri bağlanmışdır. Bununla da məhkəmədə tam sübuta yetirildi ki, İddiaçı məhz cavabdehlərdən qeyd olunan avtomaşının satın alınması məqsədi ilə onlara əvvəlcədən 11500 manat pul vermişdir. Məhkəmə isə həmin mötəbər şahid ifadələrini nəzərə almamış, ehtimala əsaslanaraq hesab etmişdir ki, tərəflər arasında avtomaşının alqı-satqısına dair razılaşma olmamış, həmin avtomaşın üçün pul ödənilməmişdir. Cavabdehlərdən X6 da İddiaçı adına qeyd olunan avtomaşını idarə etməsi üçün 9 il 9 ay 23 gün müddətinə etibarnamə vermişdir. Etibarnamənin uzun müddətə verilməsi yanakı olsa da təsdiq edir ki, tərəflərin arasında həqiqətən də alqı-satqı münasibətləri olmuşdur ki, cavabdeh R.Həbibi mülkiyyətində olan avtomaşına dair İddiaçı adına bu uzun müddətə etibarnamə vermişdir. Məhkəmə onu da nəzərə almamışdır ki, etibarnamə ona görə uzun müddətə verilmişdir ki, tərəflərin arasında olan razılaşmaya uyğun olaraq avtomaşının alqı- satqısından ödənilməmiş qalan borcunu İddiaçı həmin maşından yüklərin daşınmasında istifadə etməklə ödəyə bilsin. Lakin qeyd olunduğu kimi, digər Cavabdeh2 həmin avtomaşını İddiaçı xəbərsiz, apararaq sonradan satmasına görə İddiaçı şifahi müqavilənin şərtlərinə əməl etmək imkanından məhrum olmuşdur. İddia ərizəsinə etiraz yazıb məhkəməyə təqdim etmiş cavabdeh Rəfiq Həbibi etirazında guya mülkiyyətində olan qeyd olunan avtomaşını ona satmamışdır. Ona uzunmüddətli icarəyə verməsini və bunun üçün guya ondan bir manat da pul almamasını göstərmiş, eyni zamanda məhkəmədə iştirakdan imtina etmişdir. Cavabdehin bu etirazı tam yalan olmaqla, yuxarıda qeyd etdiyi kimi, məhkəmədə onun tərəfindən verilən izahatla, habelə şahid ifadələri ilə tam təkzib olunmuşdur. Onda sual yaranır ki, R.Həbibi onuəvvəllər tanımadığı, onunla qohumluğu olmadığı halda nəyə görə 9 il 9 ay 23 gün müddətinə etibarnamə verirdi? Bundan başqa R.Həbibi və Cavabdeh2 ona qarşı törətdikləri dələduzluq barədə Bakı şəhər Baş Polis İdarəsinə də şikayət etmiş, orada müstəntiq Fuad Dadaşov tərəfindən onların izahatları alınmışdır. Ona görə də apelyasiya baxışı zamanı həmin material da tələb olunub məhkəmədə araşdırılmalıdır. Belə ki, müstəntiq F.Dadaşovun telefonla deməsinə görə, onlar pul almalarını etiraf etmişlər, lakin bu pulu avtomaşının alqı-satqısı üçün deyil, guya arenda haqqı kimi almalarını bildirmişlər. Məhkəmədə izahat verərək, o - iddiaçı İlham Qafarov Cavabdeh2 iş üzrə şahid kimi dindirilmiş X1 ilə telefonla danışarkən qeyd olunan avtomaşını 41000 manata mənə satmağa razılaşmasını, məndən iki dəfəyə 11000 manat pul almasını, mənim həmin avtomaşının alqı-satqısına görə ona 30000 manat borcumun qalmasını etiraf etmişdir. Onun telefon danışığı yazılmış səs yazısının əks olunduğu diski məhkəməyə təqdim edərək dinlənilməsini tələb etsəm də, məhkəmə MPM-nin 76.1 və 76.2-ci maddəsinin tələbini pozaraq həmin sübutu məhkəmədə araşdırmaqdan və sübut kimi qəbul etməkdən imtina etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul müdafiə edərək, sürücü olduğunu, avtomobili almaq üçün Cavabdeh2 41000 manat məbləğində dəyər ödəmək və ayda 3000 olmaqla 10 ay ərzində dəyərin ödəniləcəyi barədə razılaşdıqlarını, ancaq avtomobil saz halda olmadığından 11000 manatın əvvəlcədən ona verilməsi halında avqomobili təmir etdirəcəyini bildirdiyini, 2018-ci ilin avqust-sentyabr aylarında Cavabdeh2 7000, bundan 15-20 gün sonra isə Cavabdeh1 4000 manat pul verdiyini, ancaq avtomobili tam olaraq təmir etdirmədiklərindən onda tez-tez nasazlıqların olduğunu, bunun üçün də avqomobilin işləmədiyi vaxt Cavabdeh2 zəng edərək avtomobilin yenə işləmədiyini bildirdiyini, bundan sonra avtomobili qohumlarının həyətindən avtomobilin Cavabdeh2 tərəindən aparıldığının məlum olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndələri vəkil X7 apellyasiya şikayətini qəbul etməyərək, avtomobilin icarəyə götürüldüyünü, alqı-satqı barədə müqavilə olmadığını, avtomobili əldə edərkən onun saz vəziyyətdə olduğunu, işlətdikdən sonra iddiçı tərəfindən xarab edildiyini və aylıq pulların ödənilmədiyini, alqı-satqı ilə bağlı cavabdehlərə heç bir pul vəsaiti ödənilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-nin 21, 324, 385-388; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, alqı-satqının və pul vəsaitlərinin dövriyyəsinin lazımi qaydada rəsmiləşdirilməməsi başqa yanakı sübutlarla təsdiq edilə bilməz, bu yönəmdə hər hansı digər sübutların qiymətləndirilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 184/2019 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3952/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3952/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver