Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3959/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh Nəzərəli oğluna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, gecikdirilmiş müddət üçün faiz borcu, cərimənin azaldılması, borcun düzgün hesablanmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) və Cavabdeh arasında bağlanmış 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 40 000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bankla Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 1 saylı razılaşma bağlanmış, razılaşdırılmışdır ki, bank 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən borcalana ayrılmış 2657,1 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir, bununla ümumi kredit məbləği 33 815,34 ABŞ dolları müəyyənləşdirilir.
3. 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 2 №-li Əlavədə göstərilmişdir ki, kredit məbləği 33 815,34 USD, % dərəcəsi 13.40 %, aylıq tarif 1,12%, müddət 26 aydır.
4. 27 fevral 2018-ci il tarixdə 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 2 №-li Əlavə Razılıq bağlanmış, razılığa əsasən 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinin müddəti 21 noyabr 2020-ci il tarixinədək uzadılmış, kreditin ümumi məbləği 22 373,98 (iyirmi iki min üç yüz yetmiş üç ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları, krediti vaxtında ödəmədiyi halda borcalanın müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 40% məbləğində artırılmış faizləri kreditora ödəməli olduğu razılaşdırılmışdır.
5. 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 3 №-li əlavədə göstərilmişdir ki, kredit məbləği 22 373,98 USD, % dərəcəsi 13.40 %, aylıq tarif 1,12 %, müddət 33 aydır.
6. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilmiş 15 sentyabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsi üzrə 09 sentyabr 2021-ci il tarixə müqavilə üzrə əsas borcu 6199 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 683 ABŞ dolları, tələb olunan cərimə 2326 ABŞ dolları, gecikdirilmiş gün sayısı 288 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 248 ABŞ dolları, ümumi borc 9456 ABŞ dollarıdır.
7. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 21 sentyabr 2021-ci il tarixdə bildiriş ünvanlanmış, borcun xəbərdarlıq məktubu alındığı gündən 3 gün müddətində könüllü olaraq banka ödənilməsi xahiş olunaraq, əks təqdirdə borc məbləğinin tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ((iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən bankın xeyrinə 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 248 (iki yüz qırx səkkiz) ABŞ dolları hesablanmış faiz borcunun, 114.96 (bir yüz on dörd manat doxsan altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bankla cavabdeh arasında bağlanmış 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 40 000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılığa əsasən, 2657,1 (iki min altı yüz əlli yeddi tam onda bir) ABŞ dolları məbləğində kredit restrukturizasiya olunaraq kreditin ümumi məbləği 33 815,34 (otuz üç min səkkiz yüz on beş tam yüzdə otuz dörd) ABŞ dolları təşkil etmişdir. xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılığa əsasən, 21 aprel 2015-ci il tarixində bağlanmış 100.LN.1002.210415.00001 saylı Kredit Müqaviləsinin müddəti 21 noyabr 2020-ci il tarixinədək uzadılmışdır. Bu əlavə razılığın şərtlərinə əsasən, kreditin ümumi məbləği 22 373.98 (iyirmi iki min üç yüz yetmiş üç tam yüzdə doxsan səkkiz) ABŞ dolları təşkil etmiş, kreditin illik faiz dərəcəsi 20 (iyirmi) faizdən 13,40 (on üç tam yüzdə qırx) faizə endirilmiş və kredit müqaviləsinə edilmiş 3 №-li əlavə qüvvəyə minmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9456 (doqquz min dörd yüz əlli altı) ABŞ dolları təşkil edir. Bundan 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz borcu, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 248 (iki yüz qırx səkkiz) ABŞ dolları hesablanmış faiz borcu təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddianın əsassız olduğunu bildirmişdir.
11. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5917 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 8034,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
12. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8340 nömrəli rəyində göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN. 1002.210415.00001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən iddiaçı tərəfindən əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcları yenidən müəyyən edilmiş əsas borc məbləğinə daxil edilməmişdir. İş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 8034,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
13. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3986 nömrəli rəyində göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.0001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən razılaşma günlərinə olan əsas borc məbləğinin üzərinə həmin günə bank tərəfindən hesablanmış faizlər də cəmlənərək (kapitallaşdırılaraq) kreditin qalıq məbləğləri (əsas borc + faizlər) müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li “Razılaşma” və 27 fevral 2018-ci il tarixli 02 №-li “Əlavə Razılıq”da qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə 14 231,52 USD məbləğində artıq ödənişi müəyyən edilir. Qeyd edilir ki, mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və 9/8340 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəylə hazırki ekspert rəyi arasındakı fərq onunla izah edilir ki, 9/8340 saylı ekspert rəyində tədqiqat 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq”dan sonrakı dövrü, 9/3986 saylı rəydə isə ekspert tədqiqatı 21 aprel 2015ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi bağlanan tarixdən xx.xx.2021-ci il tarixədək (iddia tarixinə) olan dövrü (15 mart 2016-cı il tarixli, 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq" daxil olmaqla) əhatə edir.
14. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli 9/8658 nömrəli rəyində göstərilmişdir ki, cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq''da qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) "xxxx" ASC-nə olan borcu 6561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5805,93 USD, faiz borcu üzrə 522,99 USD, faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD.
15. Birinci instansiya məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 5805,93 (beş min səkkiz yüz beş ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində əsas, 522,99 (beş yüz iyirmi iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz, 232 (iki yüz otuz iki) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış 232,24 (iki yüz otuz iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 6793,16 (altı min yeddi yüz doxsan üç ABŞ dolları on altı sent) ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq manatla), habelə 83 (səksən üç) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə, 300 (üç yüz) manat ekspertiza xərcinin tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
16.1. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, kredit məbləği cavabdehin hesabına daxil edilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. 16.2. İddiaçı tərəfindən təqdim edilmiş bütün zəruri sənədlər (hesabdan çıxarış, müqaviləyə əlavə sazişlər və s.) əsasında verilmiş son 08 fevral 2024-cü il tarixli 9/8658 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASCnə olan borcu 6561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.805,93 USD, faiz borcu üzrə 522,99 USD, faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD. 16.3. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz borcu tutulmasını xahiş edir. 16.4. Məhkəmə kredit müqaviləsi üzrə əsas borc məbləğini və kredit müqaviləsi müddəti üzrə 21 noyabr 2020-ci il tarixədək tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən iş materiallarına əlavə edilmiş cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli,100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli, 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli, 02 №-li "Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə əsas borc məbləği və kredit müqaviləsi müddəti üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq müvafiq olaraq - əsas borc üzrə 5805,93 ABŞ dolları, faiz borcu üzrə 522,99 ABŞ dolları həddində müəyyən edilməlidir. 16.5. Məhkəmə gecikdirilmiş borca illik 5%-lə hesablanmış faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməli, gecikdirilmiş borca illik 5%-lə faiz borc məbləği ekspertin gəldiyi nəticəyə uyğun olaraq 232,24 (iki yüz otuz iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları həddində müəyyən edilməlidir. 16.6. Məhkəmə dəbbə borcu ilə əlaqədar qeyd edir ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhədliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən istənilən penya hissəsində işin faktiki halları, götürülmüş kreditin və hesablanmış faiz borcunun məbləğini nəzərə alaraq hesab edir ki, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 232 (iki yüz otuz iki) ABŞ dolları məbləğinə endirilməlidir.
17. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445.1-ci, 445.2-ci, 445.7-ci, 448.1-ci, 448.2-ci, 739.1-ci, 739.2-ci maddələrinə istinad etmişdir.
18. Qətnamədən cavabdeh (nümayəndəsi) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İşin faktiki halı ondan ibarət olmuşdur ki, iddiaçı “AG Bank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-d il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20 % faiz dərəcəsi ilə 40 000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin dövrdə milli valyutanın ABŞ dollarına nisbətdə xeyli ucuzlaşmasından (devolivasiya) sonra cavabdehin ödəmə qabiliyyəti xeyli çətinləşmiş və bundan sonra xx.xx.2016-cı il tarixdə tərəflər arasında həmin kredit müqaviləsi üzrə 1 saylı əlavə razılaşma imzalanmışdır. Qeyd olunan 1 saylı razılaşmaya əsasən kreditor borcalana 2657,1 AB Ş dolları məbləğində krediti restrukturizasiya etmiş, həmçinin həmin tarixə ümimilikdə mövcud olmuş (əsas və faiz borcları) 33 815,34 ABŞ dolları kredit borcu məbləğinə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 24 ay müddətinə illik 13,4 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılığa əsasən, Kreditor ilə Borcalan arasında 21 aprel 2015-ci il tarixində bağlanmış 100.LN.1002.210415.00001 saylı Kredit Müqaviləsinin müddəti 21 noyabr 2020-ciil tarixinədək uzadılmışdır. Bu əlavə razılığın şərtlərinə əsasən, Borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 22 373,98 (iyirmi iki min üç yüz yetmiş üç tam yüzdə doxsan səkkiz) ABŞ dolları təşkil etmişdir. Həmçinin, kreditin illik faiz dərəcəsi 13,40 (on üç tam yüzdə qırx) faiz dərəcəsində saxlanılmışdır. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 3 saylı əlavə hesab edilən yeni ödəniş qrafiki tərtib edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan kerdit müqaviləsi üzrə ümumilikdə 55 760.25 ABŞ dolları məbləğdə ödəniş etmişdir. Hazırki mübahisə üzrə iddiaçının özü tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş sənədlərdən də görünür ki, ödəniş məbləğlərinin 36 458.10 ABŞ dollarını əsas borc məbləği, 17 996.80 ABŞ dollarını faiz borcu məbləği, 185,35 ABŞ dolları cərimə faiz borcu məbləği və 1120 ABŞ dollarını isə komissiya haqqının ödənilməsi kimi nəzərə almışdır. Baxmayaraq ki, cavabdehin ilkin kredit müqaviləsi üzrə idiaçıya ödəməli olduğu məbləğ 40 000 ABŞ dolları əsas, 13 515,61 ABŞ dolları faiz məbləği olmaqla ümumilikdə 53 515,61 (əlli üç min beş yüz on beş AB Ş dolları altmış bir sent) ABŞ dolları məbləğində olmalidi və qeyd olunan faiz borcu məbləği ilkin müqavilədə illik 20 % olmaqla hesablanmışdır. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçıya faktiki olaraq 2244,64 (iki min iki yüz qırx dörd ABŞ dolları altmış dörd sent) ABŞ doları məbləğində artıq ödəniş etdiyi halda, iddiaçı öz üstün mövqeyindən istifadə edərək cavabdehi müqaviləyə əlavələr imzalamağa sövq etmiş, həmçinin cavabdehin əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilə bilməmiş faiz borclarını da kredit müqaviləsinə sonrakı əlavə razılaşmalarda həmin dövrə mövcud olmuş əsas borc məbləğlərinin üzərinə gələrək faiz məbləğini guya aşağı salaraq 13,4 % müəyyən etsə belə, yenə cavabdehə qarşı 6199 (altı min yüz doxsan doqquz) ABŞ dolları məbləğində əsas borcun, 683 (altı yüz səksən üç) ABŞ dolları məbləğində faiz borcunun ödənilməməsini iddia etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/5917 nömrəli rəydən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla sual üzrə iddia tələbinin tarixinə, xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçı “AGBank" ASC-yə olan borcu 8034,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8340 nömrəli rəydən görünür ki, xx.xx.2015-ci il tarixli 100.LN. 1002.210415.00001 saylı kredit müqaviləsinə xx.xx.2016- cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən iddiaçı tərəfindən əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcları yenidən müəyyən edilmiş əsas borc məbləğinə daxil edilməmişdir. İş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla sual üzrə iddia tələbinin tarixinə, xx.xx.2021-ci il tarixə cavabdehin borcu 8034,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3986 nömrəli rəydən görünür ki, xx.xx.2015-ci il tarixli 100.L N .1002.210415.0001saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən razılaşma günlərinə olan əsas borc məbləğinin üzərinə həmin günə bank tərəfindən hesablanmış faizlər də cəmlənərək (kapitallaşdırılaraq) kreditin qalıq məbləğləri (əsas borc + faizlər) müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li "Razılaşma" və 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə 14 231,52 USD məbləğində artıq ödənişi müəyyən edilir. Həmin ekspert rəyində həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən hazırki kredit müqaviləsininin 1 və 2 saylı əlavə razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən razılaşma gününə olan əsas borc məbləğləriin üzərinə həmin günə bank tərəfindən hesablanmış faizlər də cəmlənərək (kapitallaşdırılaraq) kredit qalıq məbləğləri (əsas borc və faizlər) müəyyən edilmişdir. Qətnamədə məhkəmənin öz qənaətini formalaşdırarkən istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilərlərə əsasən, iş materiallarına əlavə edilmiş cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li “Razılaşma" və 27 fevral 2018-ci il tarixli 02 №-li “Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə olan borcu 6561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.805,93 USD, faiz borcu üzrə 522,99 USD faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD borcun olduğu qeyd edilmişdir. Qətnamədən görünür ki, məhkəmə 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş əsas suallardan biri olan “AG Bank" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən iddiaçı tərəfindən əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcları yenidən müəyyən edilmiş əsas borc məbləğinə daxil edilmişdirmi və həmin faiz borclarından faiz ödənilməsi nəzərdə tutulmuşdurmu? sualına cavab verilmədiyi halını nədənsə nəzərdən qaçırmışdır. Baxmayaraq ki, iş materialında olan xx.xx.2023-cü il tarixli 9/3986 nömrəli ekspert rəyində iddiaçı tərəfindən faizdən faiz hesablanması halına yol verildiyi göstərilmişdir. Ekspertin həmin rəyində göstərilən bu xüsusat onu göstərmişdir ki, iddiaçı tərəfindən hüququdan sui-istifadə halına yol verilməklə kredit münasibətlərinin iqtisadi cəhətdən zəif tərəfi olan borcluya əlavə razılaşmalar üzrə həmin tarixə borclunun ödəmədiyi faiz borclarını da əsas borc məbləğinin üzərinə gəlməklə faizdən faiz ödənilməsini tələb etmişdir. Baxmayaraq ki, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinə görə faizdən faiz hesablanması qanunverici tərəfindən imperativ qaydada yolverilməz hesab edilrdi”.
Apellyasiya şikayətinə etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir
Apellyasiya baxışı
20. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
44. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
45. Banka borcunun qalmadığı barədə cavabdehin irəli sürdüyü arqumentlə əlaqədar kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən 4 dəfə ekspertiza tədqiqatı həyata keçirilmiş, əldə olunan rəylərlə borc məbləği müəyyənləşdirilmişdir.
46. Kollegiya onu da qeyd edir ki, ekspertiza təyinatları zamanı ekspertlər qarşısında cavabdehin müqavilə müddətinin sonuna yaranmış borcunun məbləği barədə sual qoyulmasa da, ekspert rəylərindən müqavilə müddətinin başa çatdığı tarixdə onun 5805,93 (beş min səkkiz yüz beş ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində əsas, 522,99 (beş yüz iyirmi iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz borcunun olduğu aydın olur – hansı ki, birinci instansiya məhkəməsi ondan məhz həmin məbləğlərdə əsas və faiz borcunun tutulmasını qət etmişdir.
47. Beləliklə kollegiyanın qənaətinə görə, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir.
48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-31/2024 saylı iş üzrə 16 aprel 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Xumar Mərdanova
Məmməd Məmmədov