Məhkəmə qərarları › İş №2(103)-3964/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3964/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3964/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(011)-5630/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat borcun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 sentyabr 2018-ci il tarixdə iddiaçı əvvəlcədən tanıdığı X1 Bakı şəhəri, Nərimanov rayonunun ərazisində fəaliyyət göstərən “Keşlə” kafesində bir neçə tanış şəxslərin şahidliyi ilə 20.000 manat pul vermişdir. Cavabdeh ona Rusiya Federasiyasında bizneslə məşğul olduğunu, Astraxon şəhərində balıq alveri etdiyini və təzə balıqların topdan satışını təşkil edərək Rusiyanın müxtəlif şəhərlərindəki tanış alverçilərə göndərdiyini bildirmişdir. Onun söhbətləri və tez zamanda qazanc əldə edəcəyi iddiaçını həvəsləndirmiş və o, cavabdehə biznes fəaliyyətində onunla şərik olmaq üçün 20.000 manat pul vermişdir. Bu söhbətdən bir neçə müddət keçməsinə baxmayaraq, cavabdehdən xəbər gəlməmiş, iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 26.500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(011)-5630/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 16.000 (on altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və həmçinin düzgün tətbiq edilməmiş, işin məhkəmə baxışı zamanı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Göstərilən qanun pozuntularına yol verildiyindən həmin qətnamə apellyasiya qaydasında ləğv edilməlidir.Cavbdeh Cavabdeh əvvəldən tanıyırdı.23 sentyabr 2018-ci il tarixdə cavabdehə Bakı şəhəri,Nərimanov rayonunun ərazisində yerləşən “Keşlə” kafesində bir neçə tanış şəxslərin yanında və şahidliyi ilə 20.000 manat pul vermişdir.Cavbdeh ona Rusiya Federasiyasında bizneslə məşğul olduğunu, Astraxan şəhərində balıq alveri etdiyini və təzə balıqların topdan satışını təşkil edərək Rusiyanın müxtəlif şəhərlərindəki tanış alverçilərə göndərdiyini bildirmişdir.Cavabdehin şahidlərin iştirakı ilə söylədiklərinə inanaraq, tezliklə pul qazanmaq məqsədi ilə cavabdehin təkidi ilə onunla şərik olmaq üçün Cavabdeh oğlana 20.000 manat pul vermişdir. Bir neçə müddətdən sonra cavabdehdən xəbər çıxmadığına görə, başa düşmüşdür ki, Cavabdeh onu aldatmışdır. Cavabdeh 20.000 manatın 2.000 manatını qaytarmış və daha sonralar qalan 18.000 manatdan əlavə ondan yenidən bir dəfə 7500 manat, bir dəfə isə 8.000 manat pul almış və həmin pullardan ona 7.000 manat pul qaytarmışdır. Beləliklə Cavabdeh ondan 26.500 manat nəğd şəkildə pul götürmüş və qaytarmamaışdır.Bütün qeyd olunanları cavabdehin videoçəkilişlə etiraf etməsinə dair sübutu(diski) birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq dinləmək belə istəməmiş, təkidlə tələb etsə də diski qəbul etməmiş, polisdə verilən izahatından sonrakı dövrdə Cavabdeh ona verdiyi 8.500 manat əlavə borcunun qalmasını nəzərə almamaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi təqdim etdiyi sübutu video çəkiliş yazılmış diski qəbul etməmişdir. Bununla da məhkəmə qanunsuzluğa yol vermişdir. {Həmin videoçəkiliş olan diski məhkəmə prosesində apellyasiya instansiyasında təqdim edəcək). Apellyasiya şikayətinin dəlilləri və hüquqi məsələlər. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən MPM-nin 14-cü maddəsinin tələblərinə əməl etməmiş, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, maddi və prosessual hüquq normalarının tələblərinə zidd olduğu halda qanunsuz hüquqi nəticəyə gəlmiş və iş üzrə heç bir əsas olmadan iddiaçı tərəfin izahatlarını həqiqət kimi qəbul etmişdir. Bu hal məhkəmənin çıxartdığı qətnamənin nəticə hissəsindən aydın görünür. Bundan əlavə, onun üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlərə də diqqətinizi cəlb etmək istəyir. Belə ki, birinci instansiya məhkəməsi həmin qətnaməni qəbul edərkən MPM-nin 14-cü maddəsinin tələblərini təmin etməməklə yanaşı həm də, MPM-nin 47-ci və 78-ci, maddələrində nəzərdə tutulmuş hüquqlarımı kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə prosessual hüquq normalarının tələblərini pozmaqla yanaşı, maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş və bu da onun qanunsuz qətnamə çıxartması ilə nəticələnmişdir. Göründüyü kimi birinci instasiya məhkəməsi tərəfindən MPM-nin 385.1.1-385.1.4-cü maddəlrinin tələbləri kobud surətdə pozulmuşdur ki, bu pozuntular məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar hesab edilir. Qətnamədən narazı qalan Cavabdeh oğlu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissədə ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 sentyabr 2018-ci il tarixdə iddiaçı əvvəlcədən tanıdığı X1 Bakı şəhəri, Nərimanov rayonunun ərazisində fəaliyyət göstərən "Keşlə” kafesində bir neçə tanış şəxslərin şahidliyi ilə 20.000 manat pul vermişdir.Cavabdeh ona Rusiya Federasiyasında bizneslə məşğul olduğunu, Astraxan şəhərində balıq alveri etdiyini və təzə balıqların topdan satışını təşkil edərək Rusiyanın müxtəlif şəhərlərindəki tanış alverçilərə göndərdiyini bildirmişdir. Onun söhbətləri və tez zamanda qazanc əldə edəcəyi iddiaçını həvəsləndirmiş və o, cavabdehə biznes fəaliyyətində onunla şərik olmaq üçün 20.000 manat pul vermişdir. Bu söhbətdən bir neçə müddət keçməsinə baxmayaraq, cavabdehdən xəbər gəlməmiş, iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür. 20.000 manat puldan 2.000 manatı qaytarılmış, 18.000 manat pul qalmış, verdiyi 20.000 manatdan əlavə də ona 7.500 manat bir, 8.000 manat bir vermişdir. Cavabdeh yalnız 7.000 manat qaytarmışdır. Odur ki, cavabdehin bu günə borcu 26.500 manat təşkil edir. Əsl reallıqda isə o, iddiaçıdan almış olduğu pulların əvəzində ona 23.000 manat pul qaytarmışdır. İddiaçı qaytarılan pulları faiz hesabına sildiyi üçün iddiaçının bugünki hesablamalarında onun iddiaçıya hələ də borcu mövcuddur. Lakin həmin borc reallığı əks etdirmir və hər hansı sübutla təsdiq olunmur. Birnci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Mülki Məcəllənin 385, 442, 443-cü maddələri ilə əsaslandırmağa çalışmış və hesab etmişdir ki,cavabdeh tərəfindən öhdəliyin icra edilməsi pozulmuşdur. Lakin öhdəliyin icra edilməsinin pozulması dedikdə, məhz hansı hüquq münasibətlərindən əmələ gələn öhdəliyin pozulması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Öhdəliyin pozulmasından söhbət gedirsə, məhkəmə ilk növbədə pozulması ehtimal olunan öhdəliyin tərəflər arasında mövcud olan hansı hüquq münasibətlərindən əmələ gəldiyini müəyyən etməli idi. Hazırki iş üzrə iddiaçı öz iddia tələbində və məhkəmədə iddia ilə bağlı verdiyi izahatında ona ödənilməli olan pulun borc verilmiş pul hesabına qaytarılmalı olması və yaxud şərikli biznes fəaliyyətinə maya qoyuluşu kimi ödənilmiş pul vəsaiti olmasını əsaslandıra bilməmişdir və bununla bağlı biridigərini təkzid edən ziddiyyət məzmunlu izahat vermişdir. Aydın məsələdir ki, tərəflər arasında borc münasibətləri olduğu halda, qanunun tələbinə əsasən bununla bağlı yazılı müqavilə mövcud olmalıdır ki, hazırki işdə tərəflər arasında borcla bağlı müqavilə mövcud deyildir. İddia tələbində istinad olunan məbləğin biznes fəaliyyətinə yatırım edilməsi məqsədilə edildiyi halda da tərəflər arasında müqavilə mövcud olmalıdır ki, həmin müqavilə şərtləri əsasında kimin - kimə hansı şərtlər əsasında pul ödəməsi halları müəyyən edilsin. Lakin hazırki iş üzrə də belə bir müqavilə mövcud deyildir. Bununla da, tam təsdiq olunur ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbini pozaraq, yalnız iddiaçı tərəfin ehtimalları əsasında iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin tam olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iddiaçını dinləyərək, İş üzrə materialları, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ödənilməsi qət olunmuş pulun məbləği hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, iddiaçının iş materiallarına əlavə etdiyi əlyazmadan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2018-ci il tarixdə yazılı müqavilə bağlanmış, müqavilədə iddiaçının cavabdehə 20.000 manat məbləğində pul vəsaiti verməsi, cavabdehin həmin pulu 25 mart 2019-cu il tarixinə qədər qaytarmağı öz öhdəsinə götürdüyü qeyd olunmuşdur. X3 da həmin müqaviləni şahid qismində imzalamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı materialdan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nərimanov RPİ tərəfindən Cavabdeh 25 may 2019-cu il tarixdə izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, o, İddiaçı 20.000 manat pul vəsaitini almışdır. O, İddiaçı 2019-cu ilin mart ayına qədər 23.700 manat faiz ödəmişdir. Mart ayından etibarən o, heç bir ödəniş etməmişdir. Hazırda iddiaçının İddiaçı olan borcu 16.000 manat təşkil edir. 1-ci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab etmişdir ki, cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində iddiaçıya hazırda 16.000 manat məbləğində borcu qaldığını özü etiraf etmişdir.Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab etmişdir ki, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Lakin Kollegiya qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı materialdan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nərimanov RPİ tərəfindən Cavabdeh 25 may 2019-cu il tarixdə izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, o, İddiaçı 20.000 manat pul vəsaitini almışdır.Cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində iddiaçıya hazırda 16.000 manat məbləğində borcu qaldığını özü etiraf etsə də, bu hər hansı sübutla təstiq olunmur. Həmçinin, iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Cavabdeh oğlana 20.000 manat pul vermişdir. Bir neçə müddətdən sonra cavabdehdən xəbər çıxmadığına görə, başa düşmüşdür ki, Cavabdeh onu aldatmışdır. Cavabdeh 20.000 manatın 2.000 manatını qaytarmış və daha sonralar qalan 18.000 manatdan əlavə ondan yenidən bir dəfə 7500 manat, bir dəfə isə 8.000 manat pul almış və həmin pullardan ona 7.000 manat pul qaytarmışdır. Beləliklə Cavabdeh ondan 26.500 manat nəğd şəkildə pul götürmüş və qaytarmamaışdır. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehə sonradan yenidən bir dəfə 7500 manat, bir dəfə isə 8.000 manat pul verməsi və cavabdehin həmin pullardan ona 7.000 manat pul qaytarması, beləliklə, Cavabdeh ondan 26.500 manat nəğd şəkildə pul götürməsi və qaytarmaması da hər hansı sübutla təsdiq olunmur. Apellyasiya baxışı zamanı iddiaçı “Mən Cavabdeh Müşfiqlə balıq işini şərik işləmək üçün 15.000,0 manat pul götürdüm .04.11.2018 Ə R imza” məzmunda qəbz təqdim etsə də, Kollegiya bu qəbzə İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı materialda istinad edilmədiyini, halbuki, qəbzin tarixi 04.11.2018-ci il olduğu, cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı materiallar isə 2019-cu ilin may ayında araşdırıldığını, iddiaçı 2019-cu ilin əvvəlində polis orqanlarına şikayətində də cavabdehə 20.000, 0 manat verməsini bildirdiyini, 1-ci instansiya məhkəməsində işə baxılarkən iddiaçı iştirak etsə də 1-ci instansiyada məhkəmə baxışı zamanı həmin qəbzi təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, 04.11.2018-ci il tarixli qəbzdə göstərilən pul məbləği cavabdehin iddiaçıdan götürdüyü 20.000,0 manat pul məbləinin içində olmaqla, cavabdehin iddiaçıdan götürdüyü cəmi pul məbləği 20,000,0 manat təşkil etmişdir. Bununla belə, Kollegiya nəzərə alır ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı vermiş ifadəsində İddiaçı 20.000 manat pul vəsaitini aldığını, iddiaçıya hazırda 16.000 manat məbləğində borcu qaldığını özü etiraf etsə də, 16.000 manat məbləğində borcu qalması hər hansı sübutla təstiq olunmur.Həmçinin, iddiaçı apellyasiya şikayətində cavabdehin iddiaçıdan götürdüyü 20.000 manatdan 2.000 manatını qaytardığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdehin iddiaçıya 16.000,0 manat deyil 18.000,0 manat borcu qalmışdır.(20.000,0-2000,0 =18.000,0 manat). Kollegiya tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi pulun qaytarılması hissədə düzgün nəticəyə gəlsə də, tutulan məbləğ hissədə güzgün nəticəyə gəlməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh 18.000,0 manat alınaraq İddiaçı ödənilməlidir. .Odur ki, Cavabdeh apellyasiya şikayəti əsassız hesab olunaraq təmin olunmamalı, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə tutulan pulun məbləği hissədə dəyişirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. İddiaçı apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(011)-5630/2020 nömrəli qətnaməsi Cavabdeh 16.000,0 manat alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 18.000,0 (on səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar