Məhkəmə qərarları › İş №2(103)-3966/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3966/2020

20.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3966/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, X14 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(011)-6559/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı (Əliyev X12 və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyanın ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 191567,45 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh ibtidai istintaq və məhkəmə istintaqı zamanında ittiham olunmuşdur ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, analığı X1 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan sonuncunun qardaşı oğlu Əliyev X10 adına 17 mart 2015-ci il tarixli müqavilə ilə İddiaçı ASC-nin Səbail filialında 6 ay müddətinə 6.6 faiz dərəcəsi ilə depozitə 100.000 ABŞ dolları pul vəsaitinin qoyulduğunu bildiyindən, həmin məbləğdə pulu ələ keçirmək qərarına gələrək, qohumu X3 adından X25 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair Bakı şəhəri 6 saylı notariat kontorunun 20 iyun 2015-ci il tarixli 414179 reyestr nömrəli etibarnamə alınmasını təmin edib, özünə məxsus “HP Photosmart Print-Skan-Cory” markalı skaner aparatından istifadə etməklə qeyd edilən etibarnamənin Zaur İbrahimov tərəfindən Mir ismayıl Əliyevə verilməsi barədə mülkiyyətçi və etibar edilən şəxs qrafasında dəyişiklik edərək mülkiyyətçi kimi X26, etibar edilən şəxs kimi isə Zaur İbrahimovu göstərərək rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, həmin saxta etibarnamənin əsasında 22 iyun 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmü (sədrlik edən F.Qəniyev) ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək üzərində 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 yanvar 2017-i il tarixli,2(006)- 466/2017 saylı qətnaməsinə əsasən X5 məxsus olan 100.000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əliyev X12 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək İddiaçı ASC-dən 103.550 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir ki, Cavabdeh analığına məxsus olan sonuncunun qardaşı oğlunun adına depozitə qoymuş olduğu 100.000 ABŞ dolları məbləği saxta etibarnamə yolu ilə bankdan çıxarmağa nail olmuş, bundan sonra isə bank həmin vəsaiti Mirismayıl Əliyevə ödənilməsi göstərilsə də əslində Gülrux Əliyevaya ödəmişdir. Bundan əlavə həmin vəsaitə icra hərəkətləri üçün hesablanmış 7% icra ödənişi də bank tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına X21 müxbir hesabından köçürülmüşdür. Nəsimi rayon məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191.567,45 manat maddi zərərin (7 % icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə (faktiki olaraq G.Əliyevaya) qaytarması işin mübahisəsiz halı olduğundan, bu günə qədər cavabdeh tərəfindən vurulmuş maddi zərər banka ödənilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(011)-6559/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, 191567 (yüz doxsan bir min beş yüz altmış yeddi) manat 45 (qırx beş) qəpikməbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdehalınaraq “xxxx” ASC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, həmin 100000 ABŞ dolları tərəfindən X2 tam şəkildə ödənilmiş və vurulmuş ziyan məbləğinin tam şəkildə ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Bundan əlavə onun iştirakı təmin olunmamışdır. İş üzrə tərəflər və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(011)-6559/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə üçüncü şəxs Əliyev MirX22 arasında 17.03.2015-ci il tarixli klassik əmanət (depozit)müqaviləsi bağlanmış, əmanətçi 100.000 ABŞ dolları məbləğində pulu banka 6 aymüddətinə, illik 7% olmaqla, depozitə qoymuşdur. 22.06.2015-ci il tarixdə həmin pul vəsaiti Əliyev X10 adından verilmiş və sonradan müəyyən edilmiş saxta etibarnamə əsasında iddiaçının “Səbail” filialı tərəfindən verilmiş qəbzlə X7 məxaric edilmişdir. Üçüncü şəxs Əliyev X12 iddiaçıya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsilə onun iddiası qismən təmin edilərək “xxxx” ASC-dən 100.000 ABŞ dolları, faiz kimi hesablanmış 3550 ABŞ dolları, cəmi 103.550 ABŞ dolları və mənəvi zərərə görə 3000 manat məbləğində pulun iddiaçıdan tutulması qət edilmişdir. İddiaçının Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2017 saylı, 21.06.2017-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8584/2017 saylı, 19.12.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Nəsimi rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. 08.06.2018-ci il tarixdə məhkəmə qətnaməsi icra olunaraq, icra xərci ilə birlikdə191.567,45 manat pul vəsaiti iddiaçının hesabından tutularaq Nəsimi İcra və Probasiyaşöbəsinin hesabına ödənilmişdir. Həmçinin, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, cavabdeh analığı (üçüncü şəxs) X1 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan 100.000 ABŞ dolları məbləğində pulun Gülrux Əliyevanın bacısı oğlu X25 adına iddiaçının “Səbail” filialında açılmış depozit hesabına qoyulduğunu bildiyindən, qohumu (yeznəsi) X3 adından X25 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair saxta etibarnamə hazırlayaraq (özünə məxsus skaner aparatından istifadə etməklə) iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinnormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsinöhdəsinə qoyula bilər. Mülki Qanunvericiliyin qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəbolan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı)olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərərvurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülkihüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçının hesabından 191.567,45manat pul vəsaiti Nəsimi İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Həmin pul vəsaiti Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsi ilə tutulmuşdur. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs X11 arasında bağlanmış 15.03.2015-ci il tarixli depozit müqaviləsinə əsasən 100.000 ABŞ dolları məbləğində pul vəsaiti 6 ay müddətinə, illik dərəcəsi 7,1 % olmaqla depozitə qoyulmuş, lakin müqavilə müddəti başa çatsa da, iddiaçı həmin pul vəsaitini (X6 6 saylı notariat kontorunda verdiyi etibarnamə əsasında Zaur İbrahimov adlı şəxs tərəfindən 22.06.2015-ci il tarixdə götürüldüyü üçün) qaytarmaqdan imtina etmiş, lakin M.Əliyev heç kimə etibarnamə verməmiş və pulun onun adından çıxarılmasından məlumatı olmamışdır. Qətnamə ilə eyni zamanda müəyyən edilmişdir ki, Əliyev Mirİsmayıl Seyid oğlunun adından verilmiş etibarnamə saxtalaşdırılmış, bank isəkserosurət olan etibarnamə əsasında depozitə qoyulmuş pul vəsaitini səlahiyyətiolmayan şəxsə vermişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, cavabdeh analığı (üçüncü şəxs) X4 məxsus 100.000 ABŞ dolları məbləğində pulun onun bacısı oğlu X25 adına iddiaçının “Səbail” filialında açılmış depozit hesabına qoyulduğunu bildiyindən, qohumu (yeznəsi) X3 adından X25 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair saxta etibarnamə hazırlayaraq (özünə məxsus skaner aparatından istifadə etməklə) iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin əməli nəticəsində iddiaçı ondan 191.567,45 manat pulun tutulmasına məruz qalmaqla, maddi ziyan çəkmişdir. İddiaçıya maddi ziyan dəyməsində cavabdehin təqsiri qanuni qüvvəsini almış məhkəməhökmü ilə müəyyən edilmiş, iddiaçının maddi ziyan çəkməsi cavabdehin qanunaziddəməli nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təminedilməli və cavabdehin təqsirli və hüquqa zidd əməli nəticəsində dəymiş ziyan ondantutularaq iddiaçıya ödənilməlidir. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin(qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarəedən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunlaayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Birinci instansiya məhkəməsi Prosessual Qanunvericiliyin tələblərinə düzgün riayyət edilməklə, dövlət rüsumunu düzgün həll etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun xəbərdar olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin ünvanına Prosessual Qanunvericiliyin tələblərinə uyğun məktublar göndərilmiş, qapının bağlı olması səbəbindən həmin məktublar geri qaytarılmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(011)- 6559/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar