Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3968/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı X2 nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Nümayəndə Cavabdehna qarşı – cavabdehdən dəymiş ziyan (əldən çıxmış fayda) şəklində 18.000 manat pul məbləğinin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nümayəndə məhkəmə iclasında onun əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə Nümayəndə əsl İddiaçı ilə əvəz etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, 20 dekabr 2023cü il tarixli qətnaməsi ilə İddiaçı “ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin MPM-nin 133, 362-364-cü maddələrinə uyğunluğunun yoxlanılması üçün şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5379/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti forma tələblərinə uyğun verilmədiyindən geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir və apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə təkrar olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5379/2024 saylı qətnaməsindən elektron qaydada apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər, habelə müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verən iddiaçı X5 qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əgər iddiaçı bilərəkdən müddəti ötürmüş olsa idi, qəbul edilmiş bu qərardad qanunamüvafiq hesab edib də yenidən apellyasiya şikayətinə əlavə və düzəlişlər edilərək göndərilməzdi. Məhkəmənin diqqətinə çatdırır ki, əgər Apellyasiya şikayəti düzgün verilməmişsə və bu səbəbdən geri qaytarılırsa, bu barədə məhkəməyə müddəti bərpa barədə ərizə verilir. Amma Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə göstərilmişdir ki, əgər apellyasiya şikayəti düzgün verilməmişsə və bu səbəbdən geri qaytarılmışdırsa, müddət bərpa ərizəsi yox, geri qaytarılma qərardadından şikayət verilməli idi. Hansı ki, bu kökündən yanlışdır, səhvdir və vətəndaş olaraq İddiaçı qarşı qəbul edilmiş qərəzli məhkəmə aktıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Xətai Rayon Məhkəməsinin müddətin bərpası haqqında ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi artıq həmin qərardadında müddətin bərpası haqqında verilən ərizənin təmin edilmədiyini və bunun səbəblərini açıqlamış, iddiaçının isə həmin qərardaddan və göstərilən əsaslardan razı qalmadığı halda şikayət verə bilməsi üçün 10 gün müddəti olmuşdur. Lakin iddiaçı həmin qərardadı və məhkəmənin müddətin bərpası haqda ərizəni təmin etməməsi ilə bağlı mövqeyini mübahisələndirməmiş, xx.xx.2024-cü il tarixində isə yeni apellyasiya şikayəti və müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə müddətin bərpası haqqında verilən ərizənin təmin edilməməsi ilə bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı artıq qanuni qüvvəsini almışdır. Halbuki iddiaçı ilk növbədə məhkəmənin müddətin bərpası haqqında verilən ərizənin təmin edilməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərardadını mübahisələndirməli, bunun nəticəsi müsbət olduğu və həmin qərardad ləğv olduğu təqdirdə yeni apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı bunu etməmiş, öz hərəkətsizliyi ilə bir növ məhkəmənin müddətin bərpası haqqında verilən ərizənin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məsələyə qiymət verilərək apellyasiya şikayəti geri qaytarıldığından və həmin qərardaddan şikayət verilmədiyindən, təkrar verilmiş apelllyasiya şikayəti və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizə birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq geri qaytarılmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Ümumiyyətlə, kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3968/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3968/2024
12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver