Məhkəmə qərarları › İş №2(103)-3973/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3973/2020

20.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3973/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(003)-3226/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən aldadılaraq aldığı 6402 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin mart ayında Binə qəsəbəsi Bolluq yaşayış massivindəəvvəllər tanımadığı Cavabdeh ilə tanış olmuşdur. Söhbət əsnasında işsiz olduğunu cavabdehə bildirərkən mobil nömrəsini ondan istəmiş və bildirmişdir ki, işlə təmin olunmağında ona köməklik göstərəcək. 2015-ci ilin avqust ayında o Sahil qəsəbəsində işləyərkən Cavabdeh ona zəng vuraraq bildirib ki, guya Goranboy rayonunda yerləşən N saylı hərbi hissəyə komandir təyin edilib və onu sürücü kimi özü ilə aparmaq üçün hərbi biletin, şəxsiyyət və sürücülük vəsiqələrinin surətini və 6 ədəd 3/4 ölçüdə fotoşəkillər istəmişdir. O, təcili evə qayıdaraq qeyd olunan sənədləri hazırlayıb həmin günü Ədalətə vermişdir. Səhərisi günü Ədalətin təklifi ilə Ədalətin idarə etdiyi Hyunday Santati markalı maşını ilə Dərnəgül qəsəbəsində yerləşən hərbi hissəyə getmişlər. Cavabdeh hərbi hissəyə girərək bir neçə dəqiqədən sonra qayıdıb ona bildirib ki, işi düzəlir və ondan 3000 manat pul istəmişdir. Guya həmin pulu Nazirliyə çatdıracaq və onun aylıq əmək haqqı 1000 manat olacaq. Səhərisi gün o tanışı Qorxmaz adlı şəxslə Binə qəsəbəsində “Sizin” marketin qarşısında Ədalətə 3000 manat pul vermişdir. Aradan iki gün keçmiş Ədalət ona zəng vuraraq özünü Sumqayıt şəhərinə aparmağını xahiş etmişdir. O, cavabdehin yaşadığı binanın qabağına çatanda Cavabdeh Polkovnik Leytenant rütbədə hərbi geyimdə maşına oturmuşdur. Söhbət əsnasında bildirmişdir ki, Sumqayıt şəhərində yaşayan bir qadını özünə aşpaz götürmək istəyir və gedib qadını gətirmək lazımdır. Onlar gedib həmin qadını cavabdehin yaşadığı evə gətirmişlər. Səhərisi günü Ədalət qadına zəng vuraraq harasa getməyini bildirdi. O, yenidən Ədalətin yaşadığı evin yanına gedərək Ədaləti və Sumqayıt şəhərindəngətirdiyi və sonradan adını bildiyi Xavər adlı qadını maşınına götürmüşdür. Söhbət əsnasında Ədalət bildirmişdir ki, Xavərə telefon hədiyyə etmək istəyir. Ona Nefçilər metrosunun yanında yerləşən Maqnit mağazasına sürməyini bildirmişdir. Onlar mağazaya çatandan sonra Ədalət və yanında olan Xavər xanım mağazaya daxil olmuşlar. Arada 5-10 dəqiqə keçmiş Ədalət qayıdaraq bildirmişdir ki, guya qeydiyyatı Naxçıvan Muxtar Respublikasına olduğu üçün adına telefon sənədləşdirmirlər və ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O, fikirləşmiş ki, bir halda ki, onu işə düzəldir heç bir tərədüd etmədən şəxsiyyət vəsiqəsini cavabdehə vermiş və birlikdə mağazaya girmişlər. Onun adına 431 manat dəyərində Acer Aİ markalı planşet sənədləşdirən zaman Maqnit mağazanın əməkdaşı ona bildirmişdir ki, onun adına planşetdən əlavə 1480 manat dəyərində Toshiba soyuducu da sənədləşdirilir. O, Ədalətdən soruşub ki, soyuducunu neyləyir? Cavabı bu olmuşdur ki, guya evindəki soyuducu xarab olub, rahatçılıqla hərbi hissəyə getmək üçün alır. Cavabdeh planşeti Xavərə vermiş, soyuducunu isə onlar maşına yükləyib Ədalətin yaşadığı evinə gətirmişlər. Ertəsi günü Ədalət Goranboy rayonuna onunla bir yerdə getməli olduğunu bildirməklə pul lazım olduğunu bildirmişdir. Bu zaman onun telefonuna Kontakt Homedan SMS gəlmişdir.Ədalət təklif etmişdir ki, oraya gedib qiymətli telefon götürməklə pul əldə etmək olar. O,cavabdehlə Bakıxanov qəsəbəsində yerləşən həmin mağazaya gedib 1075 manatdəyərində İPhone 616 CB telefonunu adına sənədləşdirərək götürmüşlər. Neftçilərmetrosunun yanında həmin telefonunu tanışına satmışdır. Həmin günü onlar QasımovƏdalətlə Goranboyda yerləşən guya komandir təyin olunduğu hərbi hissəyə getmişlər.Hərbi hissəyə kənardan baxdıqdan sonra gecəni onun orda yaşayan qardaşıgildəqalmışlar. Səhərisi gün Bakıya qayıdarkən cavabdeh ona bildirmişdir ki, qardaşından 30-40 manat yol pulu alsın. O, soruşanda ki, telefonun pulunu neylədin? Cavabdehin cavabıbu olmuşdur ki, guya pulu evdə qoyub gəlib. O, məcbur olaraq qardaşından 30 manat pulalıb Bakıya qayıtmışlar. Bİr müddət sonra yəni 17.11.2015-ci il tarixdə Cavabdehbildirmişdir ki, onun əmrinin verilməsi üçün 4000 manat da pul lazımdır. O, məcbur olaraqqonşusu Matveyev Vladimerin adına 4000 manat pulu xxxxdan çıxardaraqcavabdehə vermişdir. Onunla bu işləri görərkən cavabdeh həmişə hərbi polkovnik rütbəsigeyimində olubdur. Qeyd etdiyi pulları ondan alandan sonra bir daha hərbi geyimdəolmamışdır. Hər dəfə onlar görüşərkən ona demişdir ki, darıxmasın qısa müddətdə işinidüzələcək və onun adına götürdüyü kreditləri özü ödəyəcək. 2-3 ay adına olan kreditləriödədikdən sonra cavabdeh telefonunu söndürmüş və bir daha cavabdehlə görüşəbilməmişdir. Məcbur olaraq cavabdehin yaşadığı evə getmiş, həyat yoldaşı onabildirmişdir ki, düz edib onu aldadıb, hara istəyir gedib şikayət edə bilər. Odur ki, o,məcbur olaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq Cavabdeh onualdadaraq ona qarşı dələduzluq etdiyini bildirmişdir. Cavabdeh barəsində Xəzərrayon polis idarəsinin istintaq şöbəsində CM-nın 178.2 maddəsi ilə cinayət işi başlanılmışvə barəsində olan cinayət işi Xəzər rayon məhkəməsinə göndərilmişdir. İstintaqmüddətində Cavabdeh ona vurduğu ziyanın 3000 manatını ödəmiş, qalan vurulanziyanı ödəməmişdir. Xəzər rayon məhkəməsinin 15.12.2016-cı il tarixli hökmü ilə ona 4 iliş kəsilmiş və cavabdeh hal-hazırda 17 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. O,məhkəmə araşdırması zamanı ziyanla əlaqədar iddia qaldırmağını hakimə bildirmiş, onaizah edilmişdir ki, həmin iddianı cəza təyin olunandan sonra da qaldıra bilər. Odur ki, oməcbur olaraq pul tələbi ilə əlaqədar iddia qaldırmaqla məhkəməyə müraciət edir. Əlavəetmişdir ki, onun adına Maqnit ekspress mağazasından götürülən 2-3 ayı çıxmaq şərtiyləsoyuducuya görə 715 manat, Kontakt homedən götürülən telefona görə 469 manat,xxxxdan götürülən pul kreditinə görə 5218 manat faizlə birlikdə cəmi 6402 manatpul ödəməlidir. Hesab etmişdir ki, cavabdeh cəza çəkdiyi müddətdə pulunu ödəyəcək.Amma ödəmədiyi üçün məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən aldadılaraq aldığı 6402 manat pul və 30 manatdövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı CəzaçəkməMüəssisəsində cəza çəkənCavabdeh ərizə ilə məhkəməyəmüraciət edərək, bildirmişdir ki, iddiaçını 8 ilə yaxındır tanıyır. İddiaçı onun çörəyini yeyənvə avtomaşınını idarə edən şəxs olub. İddiaçının bir-birilərini tanımamaqları ilə bağlıdedikləri yalandır. Onlar bir-birini tikinti sektorundan tanıyır. İddia tələbinə gəldikdə isə, o,iddiaçının adına 413 manat dəyərində Acer Ai markalı planşeti almış və pulunu tamödəmişdir. Toshiba markalı soyuducunun isə 1480 manatından 915 manat pul ödəmiş,qalan pulu isə iddiaçının qardaşı ölən günü gəlib ondan 500 manat götürmüşdür ki, özüödəyəcək. Sonradan bəlli olmuşdur ki, bu pulu özü xərcləyib, ödəniş etməyib. İddiaçınınKontakt home-dan nəsə almağından xəbəri yoxdur. İddiaçı deyir ki, 2-3 ayı çıxamaq şərtiilə 715 manat ödəniş edib, 2-3 aya 715 manat ödəyibsə, qalanını da ödəyib. 4 000 manatkredit götürməkləri düzdür. Onun isə 500 manatını iddiaçı özü götürüb, 3500 manatını onaverib. Həmin məbləği də iddia qaldıranda 1-ci instansiya məhkəməsinə qədər ödənilmişdirvə iddiaçı da bunu təsdiq edib məhkəmədə özü hakimə etiraf edib. Kreditlə bağlı qalan borclarından 1360 manatın çekini işini aparan müstəntiqə təqdim etmişdir. Beləliklə, onuniddiaçıya heç bir borcu yoxdur. əgər borcu vardırsa, nə üçün iddiaçı məhkəmələrinqarşısında etiraf etmişdir ki, ona dəymiş zərər tam ödənib. Qeyd olunanlara əsasən, iddiatələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(003)-3226/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçıxeyrinə, 4715 (dörd min yeddi yüz on beş) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlətrüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, sübut təqdim etsə də, nəzərə alınmayıb. İddiaçı onu həbsə aldırdı, yalandır. Bəhanə gətirdi ki, onu işə düzəltmək adı ilə ondan 7000 manat pul alıb. Sonra müstəntiqə gəlib dedi ki, ona dəymiş ziyan tam ödənilib. O, əsassız həbsə alınıb. O, həbsdə olandan 3 il sonra aylıb, hazırkı iddianı verib. İddiaçı onun sürücüsü olub. İddiaçı kimə salam verirsə, deyir ki, həmin adamın ona borcu var. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, həmin şikayətin əsassız olduğunu bildirib, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnaməni tam olaraq mübahisələndirdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi hüquqi dəyərləndirmə həyata yeçirərkən, iddia tələbinin qanuni əsası kimi əsassız varlanmaya və delikdə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə hüquqi dəyərləndirmə olaraq maddi hüquq norması kimi əsassız varlanmaya istinad etməklə, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. İddia tələbinə əsasən iddiaçının hazırki tələbi “xxxx” ASC-dəngötürülən pul kreditinə görə faizlə hesablanmış 5218 manatın, onun adına “Maqnit”Ekspress mağazasından götürülən 2-3 ayı çıxmaq şərtilə soyuducuya görə 715 manatınvə “Kontakt home” mağazasından götürülən telefona görə 469 manat pulun cavabdehtərəfindən iddiaçının xeyrinə ödənilməsidir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan,Bakı şəhəri Xəzərrayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 1(003)-490/2016 saylı hökmü iləCavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cümaddəsi ilə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkumedilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasənCavabdeh 16 avqust 2016-cı il tarixdən 18 avqust 2016-cı il tarixədəkhəbsdə olduğu 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 3 il 11 ay 28 günmüddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdehİddiaçı aldadaraq özünü N saylı hərbi hissənin komandiri kimitəqdim edib bu üsulla etibarından sui-istifadə edərək onu N saylı hərbi hissəyə sürücüdüzəldəcəyini qabaqcadan vəd edib, vahid niyyətlə 2015-ci ilin avqust ayında Xəzərrayon, Binə qəsəbəsi, “Sizinmarket” mağazasının qarşısında 3000 manat, eyni məqsədlə17.11.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, ünvan 1 ünvanında “KapitalBank” filialının qarşısında 1000 manat, Bakı şəhəri, Qala qəsəbəsi, Xəzər RPİ-nin DYPŞninqarşısında 3000 manat pul alıb aldadaraq, ümumilikdə 7000 manat pulunu ələkeçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmişşəxs İddiaçı izahatında göstərmişdir ki, ona dəymiş maddi ziyandan 3000manat ödənilsə də, qalan 4000 manat ödənilməmişdir. Həmin hökmlə eyni zamanda, müəyyən olunmuşdur ki, məhkəmədə şahidqismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Rasimonun qonşusudur. 16 noyabr 2015-ci il tarixdə, saat 13:00 radələrində məhəllədə olanzaman qonşusu Rasim yanında bir nəfər hərbi geyimdə polkovnik-leytenant rütbəsindətanımadığı şəxslə ona yaxınlaşaraq 4000 manat pul lazım olduğunu və onun adınabankdan pul çıxartmaq istədiyini demişdir. O, pulun nə üçün lazım olduğunu soruşmuş,Rasim isə yanındakı şəxsin adının Ədalət olmasını, onun Goranboy rayonunda hərbihissənin komandiri olduğunu və pul müqabilində onu özünə sürücü düzəldəcəyinidemişdir. O, razı olduqdan sonra birlikdə İçərişəhər metrostansiyasının yanında olanKapitalbank filialına getmişlər. Həmin gün pul çıxartmaq mümkün olmadığından onlarsəhərisi günü, yəni 18.11.2015-ci il tarixdə həmin banka getmiş və onun adına 4000manat kredit verilmişdir.Fərəməz adlı şəxs isə ona zamin dayanmışdır. O, pulu Rasiməvermiş və çıxıb avtomaşında oturmuş və Ədalət ona 50 manat pul vermişdir. Ədalətinavtomaşını cərimə meydançasında olduğundan taksi ilə Qala qəsəbəsində yerləşənDYPŞ-nin qarşısına gəlmişlər və orada Rasim Ədalətə pul vermişdir. Bundan sonra o,taksidən düşüb işə getmişdir. Beləliklə, müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonMəhkəməsinin 15 dekabr 2016-cı iltarixli, 1(003)-490/2016 saylı hökmü ilə zərərçəkmişşəxs İddiaçı Cavabdeh tərəfindən cəmi 7000 manatməbləğində ziyan vurulmuşdur. Həmin puldan 3000 manat qaytarılmış, 4000 manat isəqaytarılmamışdır. İşin araşdırılan hallarından görünür ki, bu 7000 manat ziyanın 3000manatını Cavabdeh İddiaçı işə düzəltmək üçün, 4000 manatını isə əmrininverilməsi üçün tələb etmişdir. Həmin 4000 manat məbləğində pul isə Vladimir adlı şəxsinadına alınmış və Rasim tərəfindən Ədalətə verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” tərəfindən verilmiş kredit reyestrindənçıxarışdan da görünür ki, X1 17.11.2015-ci il tarixdə 4000manat kredit verilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən cinayət işi üzrə qanuniqüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kimtərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçünməcburidir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən kreditə görə 5218 manat pulunödənilməsini xahiş etsə də, iddia tələbini kredit məbləğinə hesablanmış faizlərincavabdehdən tutulmasına dair hissədə əsaslandıran hər hansı əsaslı və mötəbər sübutuməhkəməyə təqdim edə bilməmişdir. İddianın iddiaçının kreditə götürdüyü 4000 manatpulun cavabdehdən tutulması hissəsini isə məhkəmə hökmü ilə artıq müəyyən olunduğuüçün kollegiya əsaslı hesab edərək, bu hissədə iddianın təmin olunmasınıməqsədəmüvafiq hesab edir. Bundan əlavə, iddia tələbinin “Maqnit” ekspress mağazasından götürülən 2-3 ayıçıxmaq şərtilə soyuducuya görə 715 manat pulun cavabdehdən iddiaçının xeyrinətutulması hissəsinə dair kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş 26.10.2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı “Maqnit” mağazasından “Toshiba” markalı soyuducunu 1480 manat qiymətinə 9 ay müddətinə hissə-hissə ödəməkşərti ilə almışdır. İş materiallarına əlavə edilmiş “Maqnit” mağazası tərəfindən İddiaçına verilmiş bildirişdən də görünür ki, sonuncunun 26.10.2015-ci il tarixli müqavilə üzrəborcu yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 dekabr2016-cı il tarixli, 1(003)-490/2016 saylı hökmündən görünür ki, Cavabdeh RasimƏliyevin adına özünün istifadəsi üçün soyuducu almasını etiraf etmiş, həmin pulun tamolaraq özü tərəfindən ödənilməsini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi 715 manat pulu ödəməsini sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, yəni soyuducunun dəyərini ödəməsini sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, kollegiya hesab edir ki, Cavabdeh qeyd olunan soyuducunundəyərinin özü tərəfindən ödənildiyini bildirsə də, bunu təsdiq edəcək hər hansısübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki,iddiaçının soyuducuya görə tələb etdiyi 715 manat pulun cavabdehdən alınaraq iddiaçınınxeyrinə ödənilməsi hissəsi əsaslı olduğundan təmin edilməlidir. İddianın “Kontakt home” mağazasından götürülən telefona görə 469 manat puluncavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, buhissədə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15dekabr 2016-cı il tarixli, 1(003)-490/2016 saylı hökmündən və hazırki iş materiallarındanməhz “Kontakt home” mağazasından 469 manat dəyərində telefonun iddiaçı tərəfindəncavabdehin xeyrinə alınması müəyyən olunmur. Bundan əlavə, iddiaçı bu tələbini sübutayetirə biləcək kifayət qədər əsaslı dəlili məhkəməyə təqdim etməmişdir, bununla da iddiatələbi həmin hissədə əsassız hesab edilir. İş materiallarına əlavə edilmiş Maqnit mağazalar şəbəkəsi tərəfindən İddiaçıYusif oğluna göndərilmiş bildirişin surətindən görünür ki, sonuncudan 1511 manat borcunbir gün ərzində ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı 27.10.2015-ci il tarixlimüqaviləyə əsasən “xxxx” MMC-dən İphone 6 markalı mobil telefonu 12 ayərzində ayda 70 manat ödəmək şərti ilə almışdır. İş materiallarına əlavə edilmiş 26.10.2015-ci il tarixli müqavilədən görünür ki, ƏliyevRasim Yusif oğlu “Maqnit” mağazasından Acer A1 markalı planşeti 431 manat qiymətinə 7ay müddətinə hissə-hissə ödəmək şərti ilə almışdır. İş materiallarına əlavə edilmiş “Maqnit” mağazası tərəfindən İddiaçına verilmiş bildirişdən görünür ki, sonuncunun 31.10.2015-ci il tarixli müqavilə üzrəborcu yoxdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş arayışlardangörünür ki, İddiaçı 8E0121970 saylı 27.10.2015-ci il tarixli müqaviləyəəsasən MMC-yə 307 manat məbləğində, 8E0121969 saylı 27.10.2015-ci il tarixlimüqaviləyə əsasən 50 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş arayışdangörünür ki, İddiaçı 27.10.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə olan borcunu 13.04.2017-ci il tarixdə ödəmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarına və mülki qanunvericiliyinyuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən,yəni 4000 manat və 715 manat olmaqla, cəmi 4715 manat pulun cavabdehdən tutularaqiddiaçıya ödənilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə sasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) əsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam də ödənilməlidir. Kollegiya apellyatorun onun sübutlarına məhkəmə tərəfindən qiymət verilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh tərəfindən əsaslı sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(003)- 3226/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçıxeyrinə, 4715 (dörd min yeddi yüz on beş) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlətrüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar