Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3979/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6607/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X3 İddiaçı xeyrinə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 535 (beş yüz otuz beş) manat 50 (əlli) qəpik məbləğində borcu və 15 (on beş) manat 50 (əlli) qəpik dövlət rüsumunu, ümumilikdə 551 (beş yüz əlli bir) manat pulun tutulması qət edilmiş. İş materiallarından görünür ki, İddiaçı İB iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 1071,58 manat əsas borc məbləğinin və 31 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1102,58 manat borcun İB-nin xeyrinə məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB-nın nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 3928,58 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İB-nin ABB Sabunçu filialının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla ünvan 1 ünvanda müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İB tərəfindən **********0141 saylı hesab nömrəsi verilmişdir. Belə ki, cavabdeh tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma istifadə olunmuş qazın dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqədar olaraq xx xxx 2017-ci il tarixə abonentin cəmi 1071,58 manat borcu yaranmışdır. Cavabdehə onunla bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. İddiaçı səlahiyyətli nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları və digər əsasları göstərərək nəzərə alınmasını, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh X5 sözügedən qətnamədən apellyasiya şikayəti verməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, qətnamə iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apellyasiya şikayətində Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edlməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin olunmamış hisəsində mübahisələndirilir. Apellyator hazırkı iş üzrə qətnməni iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlaılmalıdır. İş materiallarında olan 01/2818 saylı müqavilədən görünür ki, İddiaçı İB-nin Bakı RQSD ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə “qaz paylayacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarından göründüyü kimi İddiaçı İB-nin Bakı RQSD-nin mühəndisləri tərəfindən Cavabdeh yaşadığı evə, yəni ünvan 1 ünvanına baxış keçirilərək 0107805, 0104597, 0109977, 0110481, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11720 saylı ekspert rəyindən görünür ki, İddiaçı İB tərəfindən təqdim olunmuş “abonentin saldosu” cədvəlində 2017-ci ilin may ayına 1071,58 manat məbləğində borc qalığı göstərilmişdir. İddiaçı İB tərəfindən Cavabdeh qaz sərfiyyatına görə yaranmış 1071,58 manat məbləğində borcun düzgün hesablanmasının müəyyən edilməsi hazırki ekspertizanın predmetinə aid deyildir. Ekspert tərəfindən abonentin borc qalığı abonentin sadlsou cədvəlində göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğunluğu müəyyən edilir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır.Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində abonent Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilmişdir. İş materiallarından, məhkəmə iclas portokolundan görünür ki, tərəflər razılığa gələrək təbii qazdan istifadəyə görə yaranmış 535,50 manat əsas borc məbləğinin sayğacın quraşdırılması da daxil olmaqla cavabdehdən tutulmasını xahiş edirlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin, yəni 535,50 manat əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı İB tərəfəindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3979/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3979/2020
18.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver