Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-398/2020 21.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi Cavabdeh3 nümayəndəsi və vəkili X6 Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 (Agajeva Diliara) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasinda baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ov oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olur. 2015-ci ilin əvvəllərində iddiaçı metal alıb yüksək qiymətə satmaqla gəlir əldə etmək istəmişdir. Tanışı Cavabdeh4 iddiaçının metal almaq istədiyini bildikdən sonra onun Qazaxstan Respublikasının Aktau şəhərində yaşayan metal alveri ilə məşğul olan tanışları olduğunu bildirmiş və ona Aktau şəhərində yaşayan Cavabdeh1 və onun əri Cavabdeh2 telefon nömrələrini vermişdir. İddiaçı əlaqə saxlamış və tam razılığa gəldikdən sonra işgüzar əlaqələri rəsmiləşdirmək üçün müqavilə bağlamaq barədə razılığa gəlmişlər. Cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 müqavilənin hansı şirkətlər arasında bağlanmasından asılı olmayaraq problem yaransa öz aralarında həll edəcəklərini bildirmişlər. Elektron poçt vasitəsilə xx xxxxxx 2015-ci il tarixdə onun təmsil etdiyi və ofşor zonada qeydiyyatdan keçmiş “X12.” şirkəti ilə Cavabdeh1 təmsil etdiyi və ofşor zonada qeydiyyatdan keçmiş “X9 LTD” şirkəti arasında 14-01 №-li müqavilə bağlanmışdır. Müqavilənin 1.1- ci bəndinə əsasən satıcı metal məhsulunu həmin müqavilənin ayrılmaz hissəsi olan Spesifıkasiylara əsasən miqdarda və çeşiddə alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən metal məhsulunun dəyəri ABŞ dolları ilə müəyyən edilir. Müqaviləyə əlavə edilmiş 1 və 2 saylı Spesifikasiyalara əsasən Cavabdeh1 iki dəfəyə iddiaçıya hər dəfə ümumi çəkisi 657 ton olmaqla 700362 ABŞ dolları dəyərində metal satmalı idilər. Raşılaşmaya əsasən xx xxxxxx 2015-ci il tarixdə “X12.” şirkətinin bank hesabından Vüsalə və Sakinin verdikləri “X9 LTD” şirkətinə məxsus hesaba hər dəfə 350.000 ABŞ dolları olmaqla 700000 ABŞ dolları pul ödəmişdir. Lakin cavaidehlər hesablaşma bank hesabı vasitəsi ilə aparıldığı halda yüksək məbləğdə vergi ödəməli olacaqları üçün həmin məbləği xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərdə iddiaçıya geri qaytarmışlar. Cavabdehlər 700000 ABŞ dolları məbləğində vəsaiti Bakıya gələn qızları Cavabdeh3 nəğd şəkildə verməyi bildirmişlər. xx xxxxxx 2015-ci il tarixdə iddiaçı geri qaytarılmış 350.000 ABŞ dollarından bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış, imzası ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qəbz almışdır. xx xxxxxx 2015-ci il tarixdə iddiaçı ona geri qaytarılmış 350000 ABŞ dollarından bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349.000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qəbz almışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərişi ilə pulu nəğd şəkildə Bakı şəhərində onların qızı olan Cavabdeh3 ödəsə də, onlar müxtəlif bəhanələr gətirməklə indiyədək iddiaçıya metal göndərməmişlər, nə də ki, pulunu qaytarmamışlar. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada qətnamənin icra edildiyi günün məzənnəsinə uyğun olaraq 698000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 698000 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1688/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1688/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)-4580/18 saylı qərarına əsasən Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1688/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə digər cavabdeh X7 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayətindən imtinası qəbul edilərək, cavabdeh X4 münasibətdə apellyasiya icraatına xitam verilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh3 Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya qaydasında şikayət vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işə baxılan zaman məlumatı olmamışdır. Belə ki, o, Litva Respublikasının vətəndaşıdır və Azərbaycanda yaşamır, yalnız xx.xx.2018-ci il tarixdən 5 il müddətinə ölkədə yaşamağa icazə almışdır. Bu yaxın vaxtlarda şifahi aldığı məlumata görə 2017-ci ildə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağahüseyn oğlundan, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada qətnamənin icra edildiyi günün məzənnəsinə uyğun olaraq 698000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət etmiş və bu barədə qətnamə çıxarılmışdır. Məhkəməyə o, rəsmi qaydada çağırılmamışdır, çünki, iddia ərizəsində onun adı, soyadı və ünvanı səhv yazılmışdır. Belə ki, onun ünvanı ünvan 1 63, mənzil 21 olduğu halda iddia ərizəsində Bakı şəhər, İnşaatçılar prospekti ev 4A, mənzil 41 göstərilmişdir, həmçinin, adı və soyadı səhv yazılmışdır. Lakin məhkəmə bunu araşdırmamış, bununla da ədalətli çəkişmə prinsipi pozulmuşdur. Pirallahı Rayon Məhkəməsi İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli, 14-01 nömrəli müqaviləyə istinad edərək sübut kimi qəbul edib iddianı təmin edilməsinə istinad edilmişdir. Həmin müqavilədən görünür ki, iddiaçı “İmpaetSales” Co şirkətinin direktoru İddiaçı həmin müqaviləni imza etmiş və möhür ilə təsdiq etmişdir, müqavilədə digər tərəf olan “Caspian Marine Service LTD” direktoru X7 imza etməmiş və möhür ilə təsdiq etməmişdir. Həmin müqavilənin sübut kimi qəbul olunması absurtdur, çünki qarşı tərəf iradə ifadəsini bildirməmişdir. Pirallahı Rayon məhkəməsi xx xxxxxx 2015-ci il tarixli qəbzlərə istinad edərək göstərmişdir ki, guya Cavabdeh3 aldığı 698000 ABŞ dolları həmin xx.xx.2015-ci il tarixli 14-01 nömrəli cavbadeh Cavabdeh1 imzası və möhürü olmayan müqavilə ilə bağlıdır. Ümumiyyətlə həmin qəbzlərdə hansı məqsədlə verilməsi göstərilməyib və o, məhkəmə iclaslarına cəlb olunmadığından bununla bağlı izahatını verə bilməmişdir. Həmin məbləğ İddiaçı Cavabdeh1 olan ******* ABŞ dolları borcundan ödənilən 700000 ABŞ dolları olmuşdur. Qüvvədə olan Qazaxstan Respublikasının Aktau şəhərinin Mangistan Vilayət Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 4799-18-00-2a/547 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh X7 İddiaçı 250000 ABŞ dollara şirkətini satmışdır. İddiaçı 700000 ABŞ dollarının verilməsini 10% payın dəyərinin ödənilməsi üçün deyil, gələcəkdə metal məmulatlarının tədarükü üçün ilkin ödəniş kimi göstərsə də, məhkəmə bu cür sübutlar olmadığından metal məmulatlarının tədarükü haqqında müqavilə olmadığını göstərmişdir. Göründüyü kimi, İddiaçı həmin mülki işə baxılan zaman hazırda məhkəməyə təqdim etdiyi saxta xx.xx.2015-ci il tarixli, 14-01 nömrəli müqaviləni təqdim etməmişdir, halbuki, hazırda Pirallahı Rayon Məhkəməsi həmin müqaviləyə istinad edərək iddianı təmin etmişdir. Bundan başqa, aidiyyət qaydaları pozulmuşdur. İddiaçı özü iddia ərizəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğul olur və sübut kimi təqdim etdiyi müqavilə metal alınması ilə bağlıdır. İdda ərizəsinə müqavilə əlavə edilmişdir. Müqavilə saxta olsa da, iki hüquqi şəxsin adından məhkəməyə təqdim edilmişdir. Həmin iddia ərizəsində cavabdeh qismində cəlb etdiyi Cavabdeh4 nə iddiaçını, nə də cavabdehləri tanıyır, sadəcə onun cəlb edilməsi aidiyyətin Piralları Rayon Məhkəməsinə verilməsi üçün lazım olmuşdur. Bunu Pirallahı RPİ-də məhkəmənin çıxardığı xüsusi qərardadın araşdırılması zamanı izahatı alınmış Cavabdeh4 öz verdiyi ifadə ilə təsdiq etmişdir. Məqsəd isə iddianı inzibati-iqtisadi məhkəməsinə verilməməsi olmuşdur. Göründüyü kimi, mülki iş üzrə digər cavabdehlərdən heç biri Pirallahı Rayon Məhkəməsində qeydiyyatda deyil. Məhkəmə, kobud qaydada aidiyyət qaydalarının pozulmasına yol vermişdir. Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, apellyasiya şikayəti əsaslıdır, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh3 (Agajeva Diliara) münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qətnamə Cavabdeh2 tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, ona münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də hazırdaqətnamə yalnız Cavabdeh3 münasibətdə yoxlanılır. Birinci instansiya məhkəməsi qətnaməsininmövqeyinəgörə“xxxxxxxxxxxxxxx” Şirkətinin direktoru İddiaçı “Caspian Marine Service LTD”-nin direktoru, hazırki iş üzrə Cavabdeh1 ilə aralarında bağlanmış müqaviləyə əsasən onun hesabına hər dəfə 350000 ABŞ dolları olmaqla iki dəfəyə 700000 ABŞ dolları məbləğində pul köçürmüşdür. Sonradan cavabdehlər pulu qaytarmışlar və iddiaçı bank hesabları çıxdıqdan sonra 698000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 və Cavabdeh2 qızı Cavabdeh3 vermişlər. Cavabdeh3 698000 ABŞ dolları məbləğində pulu qəbul etmiş və bu barədə qəbz yazmışdır. Bu ona dəlalət edir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanan zaman onların iradə ifadəsi ilə yanaşı digər cvabadehlər, Cavabdeh1 əri Cavabdeh2 və qızı Cavabdeh3 razılaşdırılmış iradə ifadəsi (çox tərəfli) olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, 698000 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq aşağıdakı normaları tətbiq etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Adıçəkilən Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsi işin baxılmasında onun iştirakını təmin etməməsi, məhkəmə baxışının iclasının yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsinə dair dəlilini əsassız sayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən digər tərəflərlə bərabər Cavabdeh3 da həmin vaxt məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclaslarının yeri və vaxtı ilə bağlı məhkəmə bildirişləri göndərilmişdir və məhkəmə bildirişi cavabdehin atası olan digər Cavabdeh2 şəxsən çatdırılmışdır (i.v.53). Beləliklə də, kollegiya hesab edir ki, Cavabdeh3 məhkəmə iclaslarından ailə üzvü vasitəsilə xəbərdar olduğundan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “Məhkəmə baxışı” adlı 15-ci Fəsilində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə Cavabdeh3 iştirakı olmadan baxmağa haqlı olmuş, qətnamə çəkişmə şəraitində qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətin cavabdeh kimi göstərilmiş Cavabdeh4 qarşı iddianın rədd olunmasının iddiaçının məqsədli şəkildə Pirallahı rayon məhkəməsinə müraciət etməsi kimi qiymətləndirilməklə bunun işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə aidiyyatının pozulmasına dair dəlili də əsassızdır. Belə ki, həmin müddətdə qüvvədə olan Azərbaycan Respublikasının MPM-nin 36cu maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçı digər cavabdehlərlə yanaşı Cavabdeh4 da pul tələb etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin həmin iddia tələbini geri qaytarmaqla bağlı deyil, işə mahiyyəti üzrə baxmaq vəzifəsi olmuş və məhkəmə haqlı olaraq işin aidiyyətinin düzgün verilmiş olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası eləcə də hesab edir ki, “X12.” şirkəti ilə “X9 LTD” şirkəti arasında xx xxxxxx 2015-ci il tarixli 14-01 №-li müqavilə və həmin müqaviləyə dair Spesifıkasiyalara əsaslanaraq pul vəsaitinin ödənilməsi tələbinin iqtisadi mübahisə olmasına dair apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərişi ilə pulu nəğd şəkildə Bakı şəhərində onların qızı olan Cavabdeh3 ödəməsini, onların müxtəlif bəhanələr gətirməklə indiyədək iddiaçıya metal göndərməmələri, nə də ki, pulunu qaytarmamaları mübahisələndirmişdir. Göründüyü kimi, tələbin məzmununda həmçinin cavabdehlərdən müqavilə iştirakçısı olmayan fiziki şəxsin iddiaçının hüququnun pozulması göstərilmişdir. Belə olan halda hazırki iş üzrə iddia tələbinin iqtisadi mübahisə kimi qiymətləndirilməsi istisna olunur. Həmçinin cavbadeh Ağayeva X3 Respublikasının Aktau şəhərinin Mangistan Vilayət Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 4799-18-00-2a/547 nömrəli qətnaməsinə istinad etmişdir. Həmin qətnaməyə əsasən İddiaçı X2 xeyrinə 180 323 000 tenge məbləğində borc, 20 460 485 tenge məbləğində dəbbə, 2 007 835 tenge məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 10(102)- 142/2018 saylı qərardadına əsasən X2 vəsatəti təmin edilməmiş, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edilmişdir. Qərardan görünür ki, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 4799- 18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsi Azərbaycan Respublikasında qanuni qüvvəsini almış məhkəmə qərarlarında müəyyən edilmiş işin faktiki hallarının preyudisiallığı ilə bağlı hüquq qaydasına zidd olduğundan tanınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X1 şikayətinə dair» xx xxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, o, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair şikayətinə baxaraq işin icratına xitam vermişdir. Qərarın məzmunundan görünür ki, V.Rəhimlinin şikayəti üzrə məhkəmə aktının konstitusiya və qanunlara uyğunluğunun yoxlanması Plenumun səlahiyyətləri xaricindədir. Göründüyü kimi apellyasiya şikayəti verən şəxs Qazaxstan Respublikasının sözügedən məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə hazırkı işin faktiki əsaslarının eyni olmasını göstərir. Lakin nəzərə alınmalıdır ki, istinad olunan qətnamə Azərbacyan Respublikasında icra edilməli olan qətnamə kimi tanınmadığından həmin qətnamə ilə müəyyən olunmuş halların hazırkı iş üzrə hər hansı preyudisual əhəmiyyəti yoxdur. Eyni zamanda Ali Məhkəmənin yuxarda göstərilən qərarında da eyni mövqe nümayiş etdirilmişdir. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, hazırda apellyasiya icratının başlanmasına əsas olan apellyasiya şikayətində irəli sürülmüş dəlillər bundan əvvəlki apellyasiya baxışında olan dəlillər olaraq (işin ərazi və məhkəmə aidiyyəti, digər Cavabdeh4 qarşı hər hansı tələbin olmaması, müqavilənin digər tərəfin onu imzalamaması, tərəflər arasında metal alveri ilə bağlı öhdəliyin olmaması, və. s. ) araşdırılmış, həmin dəlilərin araşdırılmasının nəticələrinə görə artıq məhkəmənin qanuni qüvvədə olan qətnaməsi vardır. Hazırkı işin halları baxımından həmin dəlillərin təkrar yoxlanması, mübahisələndirilməsi və sübut edilməsi yolverilən hesab edilə bilməz. Məhkəmənin göstərilən aktlarında gəlmiş olduğu nəticələri hazırkı işə baxılarkən preyudisial əhəmiyyətə malikdir. İş üzrə Cavabdeh3ın hazırkı iş üzrə cavabdeh olmamasına münasibətdə isə qeyd edilir ki, işin mübahisəsiz halları və yazılı sübutlara aşkar olaraq iddiaçı tərəfindən verilən pul məhz Cavabdeh3 tərəfindən qəbul olunmuşdur. Belə olan halda isə onun digər cavabdehlərlə yanaşı iddiaçı qarşısında birgə məsuliyyət daşıması aşkardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh3 verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-398/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-398/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver