Məhkəmə qərarları › İş №2(103)-3980/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3980/2023

13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3980/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(003)-649/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində T-17686 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018 tarixli ******* saylı akt əsasında 974,40 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 259,40 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 256,20 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 203 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2018 tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019 tarixli ******* saylı akt əsasında 517,50 manat; xx.xx.2019 tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 489,60 manat; xx.xx.2020 tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 590,40 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021 tarixli ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsasında 1944 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsasında 648 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsasında 669,60 manat; xx.xx.2022 tarixli ******* saylı akt əsasında 2008,80 manat; cəmi 10 827,10 (on min səkkiz yüz iyirmi yeddi manat 10 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Həmçinin, cavabdehin ödənilməmiş 2011 -ci ildən qalıq borc 72 manat, 2012-ci ildən qalıq 300 manat, 2016-cı ildə qalıq 333,80 manat sərfiyyat borcu və 2018-ci ildən qalıq 293,30 manat sərfiyyat borcu, 999,10 manat sərfiyyat borcu qalmışdır. 2011-ci ildən 2022-ci ilin avqust ayına qədər cavabdeh ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 999,10 (doqquz yüz doxsan doqquz manat 10 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və GAZREP üzrə ümurfl1 826,20 (on bir min səkkiz yüz iyirmi altı manat 20 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 15 10 827,10 (on min səkkiz yüz iyirmi yeddi manat 10 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 999,10 (doqquz yüz doxsan doqquz manat 10 qəpik) manat və 125,48 (bir yüz iyirmi beş manat 48 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11 951,68 (on bir min doqquz yüz əlli bir manat 68 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 mart 2023-cü il tarixli, 2(003)-649/2023 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 885,6 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 895,6 (səkkiz yüz doxsan beş manat, altmış qəpik) tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuşzərərin əvəzinin tamödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İstinad etdiyimiz müvafiq maddəyə əsasən bildiririk ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Tərətib edilmiş apellyasiya şikayətinə əlavə edilmiş saldodan görünür ki, aktların tərtib edildiyi tarixlərdə abonent tərəfindən heç bir qaz sərfiyyatı olmamışdır. Bununla da aktların doğruluğu və həqiqətə uyğun olduğu öz təsdiqini tapmasına baxmayaraq, məhkəmə, məhkəmə qətnaməsində bu hallları nəzərə yetirməyərək yalnızca cavabdehin ifadəsinə söykənmişdir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarıaşkar edildikdə, qaz paylayıcısı qanunsuz dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinədair əsaslardır. Məhkəmə, aktlarınabonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin bildirmək istəyirəm ki, İddiaçı əməkdaşları tərəfindən hazırlanmışaktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalətetmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”

11. 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

12. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 13.

14. Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. İddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində, yəni aktlara görə zərərin təmin edilməyən hissəsində və debitor borcun tutulmaması hissəsində mübahisələndirildiyindən, qətnamə o hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilməyən hissəsində) qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla aşağıdakıları qeyd edir.

26. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, abonent tərəfindən aktlar tərtib edilən illər üzrə istifadə edilən qaz sərfiyyatına görə ümumiyyətlə hər hansı bir ödəniş edilməmişdir. Lakin işin faktiki hallarından, eləcə də cavabdehin özünün birinci instansiya məhkəməsində izahatından görünür ki, təbii qazdan istifadə etmişdir. Bunun müqabilində isə hər hansı məbləğdə ödəniş həyata keçirməmişdir. Bu isə ağlabatan görünməməklə həqiqəti əks etdirə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən yalnız cavabdehin qəbul etdiyi akltlar üzrə zərərin tutulması qalan bütün aktlar üzrə tam olaraq təmin edilməməsi əsaslı hesab edilə bilməz. Belə ki, sözügedən illər ərzində abonenet tərəfindən hər hansı bir ödəniş edilməməsi qazadan istifadə qaydalarını pozmaqla ondan qeyri qanuni istiofadə edilməsi halını daha da barizləşdirir. Bununla bağlı təqdim edilən fotoşəkillərdə mövcuddur.

27. Lakin kollegiya qeyd edir ki, zərər iddia ərizəsində tələb edilən məbləğdə tutula bilməz. Belə ki, tərtib edilən aktlarda hesablanması müəyyən edilən aktlar üzrə sərfiyyat və ona görə hesablanan məbləğ reallığı əks etdirmir. Nəzərə alsaq ki, 2018-ci ildən 2022ci ilin aprel ayınadək keçən müddət bəzi illərəd ardıcıl bəzi illərdə aramla aktlar tərtib edilmişdir ki, ümumilikdə 24 aktdan ibarət olmaqla 2 il müddət edir. Ümumilkdə isə məhkəmə iddiaçı tərəfindən qəbul edilən 2018-2022-ci illər arasında olan aktların doğruluğunu qəbul etsə də, digər aktlar üzrə hesablamaların düzgün aparılmamasına qeyd edilən prizmadan yanaşmaqla əsaslandırmamışdır. Uzun müddət ərzində cavabdeh tərəfin heç bir ödənişi olmaması X2nın pozulması barədə aktlarda göstərilən səbəblərin baş verməsinin doğruluğunu daha qəbul edilən olmasına əsas verir.

28. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aklara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulması düzgün hesab edilməsə də, iddiaçı tərəfindən həmin aktlar üzrə tələb edilən məbləğlərin orada qeyd edilən məbləğdə tutulması qanuni əsaslı hesab edilə bilməz.

29. Belə ki, bir çox hallarda iddiaçı tərəfindən tərtib edilən aktlarda bir çox hallarda qazla işləyən əşylar üç sayda, dəmir soba, QP-4, QSSQ kimi, bəzi aktlarda isə iki sayda qeyd edilmişdir. Eyni zamanda təxminən 2018-ci ildən götürülməklə son aktın tərtib edilməsinə 23 akt tərtib edilmişdir. Lakin həmin aktlardan ikisi cavabdeh tərəfindən qəbul edildiyindən onlara münasibət bildirilmir. Digər aktlarda nəzərə alındığından 2 ilə yaxın müddət edir. Həmin keçən müddətin təxmini 9 ayı yay aylarına 12 ayı isə qış aylarına təsadüf edir. Eyni zamanda aktlarda qazla işləyən alətlərin işləmə saatları böyük əksərriyət aktlarda 18, 24 saat işləməklə hesablamalar aparılmışdır. Bu isə nə qış aylarında nə də yay aylarında reallığğa uyğun olmamaqla həqiqəti əks etdirmir. Bəzi aktlarda isə müqavilədə göstərilməməsinə baxmayaraq həm dəmir soba, həm də radiator göstərilmişdir. Bəzi aktlarda isə soyuq olmayan aylarda dəmir soba üçün hesablamalar aparılmışdır.

30. Kollegiya qeyd edir ki, bəzi aktlar üzrə isə aylıq zərər qismində hesablama aparılarkən 1 aylıq müddətə görə 648, 669, hətta 2008 manat zərər hesablanmışdır. Bu isə özlüyündə həmin aktlar üzrə hesablanan məbləğlərin reallıqdan kənar olduğunu təsdiq edir. Fərdi yaşayış evi üzrə aylıq bu məbləğdə qaz sərfiyyatının olması həm reallıq baxımından uyğun gəlmir, həm də əvvəlki illər üzrə də aylıq sərfiyyata baxıldığı zaman tam uyğunsuzluq yaratmaqla həqiqəti əks etdirə bilməz.

31. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 12 ay (qış ayları) götürülməklə hesablanmalıdır və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. (1.4 m3/saat x 8 saat iş rejimi x 30 gün=336 m3, 336 m3 x 12 ay (4032 m3) x 0.10=403.6 manat).

32. Bundan əlavə əksəriyyət aktlarda göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQ-yə münasibətdə isə gündəlik iş rejimi kimi 18, 24 saat hesablanma aparılmışdır ki, kollegiya bunu da mümkün hesab etməməklə həqiqəti əks dirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 24 saat istifadə edilməsi ağlabatan deyil. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən qaz işlədicisinin də gündəlik 24 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədicilər üzrə 21 ay ərzində aylıq işləmə saatları və maximal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 21 ay müddətində hesablanma aparılmalıdır (QP-4 (1.2 m3/saat x 4 saat iş rejimi x 30 gün=144 m3, 144 m3 x 21 ay (3024 m3) x 0.10=302.4 manat). (QSSQ (1.5 m3/saat x 4 saat iş rejimi x 30 gün=180 m3, 180 m3 x 21 ay (3780 m3) x 0.10=378 manat).

33. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin debitor borcun tutulmasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməklə həmin hissədə qətnaməmnin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Məhkəmə bununla bağlı haqlı olaraq qeyd etmişdir ki, həmin məbləğin hansı dövrə və hansı əsasla hesablanması subuta yetirilmir.

34. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(008)-6390/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən aktalara görə hesablanmış 1084 manat (378+302.4+403.6=1084 manat) zərər tutularaq İddiaçı İB-nin xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(008)- 6390/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın aktlara görə zərərin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh aktalara görə 1084 manat (378+302.4+403.6=1084 manat) zərər tutularaq İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar