Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3984/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-264/2010 nömrəli, 07 yanvar 2010-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-264/2010 nömrəli iş üzrə qəbul etdiyi 07 yanvar 2010-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3522 manat əsas kredit borcu, 592 manat hesablanmış faiz borcu, 472 manat dəbbə pulu, cəmi 4586 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh3 aid hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-264/2010 nömrəli, 08 may 2024cü il tarixli qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 264/2010 nömrəli iş üzrə qəbul etdiyi 07 yanvar 2010-cu il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra Cavabdeh3 həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayəti iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-264/2010 nömrəli, 08 may 2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-264/2010 nömrəli qərardadı ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-264/2010 nömrəli iş üzrə qəbul etdiyi 07 yanvar 2010-cu il tarixli qətnaməsinin rəsmi qaydada təqdim olunmasına dair Cavabdeh3 tərəfindən xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ünvanlanmışdır. Daha sonra xx.xx.2010cu il tarixdə Cavabdeh3 tərəfindən “qətnaməni aldım” qeydi aparılmaqla və imzalamaqla qətnamə ona təqdim edilmişdir. (mülki iş 1-ci cild, 63-cü vərəq). Bu halda Cavabdeh3 birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verməsi imkanı xx.xx.2010-cu il tarixədək mümkün olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh3 birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qəbul olunmasından, qətnamənin ona rəsmi qaydada təqdim olunmasından uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən məhkəməyə ərizə ünvanlayaraq sözügedən mülki iş üzrə yekun məhkəmə aktının ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə ikinci dəfə qətnaməni qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinin verilməsi ilə qətnamənin mübahisələndirilməsi üçün müddətin axımının xx.xx.2024-cü il tarixdən başlamasını iddia edərək, xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən onun rəsmi qaydada təqdim olunduğu vaxtdan bir ay müddətində, yəni hazırkı halda xx.xx.2010-cu il tarixədək cavabdeh tərəfindən apellyasiya şikayəti verilə biləcəyi halda müddət ötürülmüş, ümumiyyətlə qeyd olunan mülki mübahisədən məlumatsız olduğu qeyd olunmuşdur. Birinci instansiyası məhkəməsi bu halda apellyasiya şikayətinin verilməsi üçün MPM-nin 363-cü maddəsinə riayət olunmasını araşdırmaqla, apellyasiya şikayətini geri qaytarmalı olduğu halda iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərimişdir Beləliklə, kollegiya hesab edir ki, cavabeh tərəfinən qanunvericilik nəzərdə tutulmuş apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət keçdiyindən, sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-264/2010 nömrəli, 07 yanvar 2010-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-264/2010 nömrəli, 07 yanvar 2010-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3984/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3984/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver