Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3991/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏ İş № 2(103)-3991/2025 (Açar sözlər: borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1139/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 24 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İB tərəfindən Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında (abonent kodu: **********00030 olan) yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarını pozaraq təbii qazdan qanunsuz istifadə edildiyi üçün ümumilikdə 14935,9 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı eyni zamanda cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 73.55 manat məbləğində qaz sərfiyatı ilə bağlı debitor borcunun olduğunu iddia etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz”’İB-yə vurulmuş 15009,45 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 136.23 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 15545.68 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində T-17168 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı; İB-nın Bakı RegionalQazın Satışı Departamenti tərəfindən **********00030 Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları"nın tələblərinə əməl etmək) və "X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans vəistismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2016-ci il üzrə 2 akt olmaqla cəmi 3113.10 manat, 2018-ci il üzrə 1 akt olmaqla cəmi 562 manat, 2021 -ci il üzrə 1 akt olmaqla cəmi 2448 manat, 2022-ci il üzrə 1 akt olmaqla cəmi 2592 manat, 2023-ci il üzrə 1 akt olmaqla cəmi 6220.80 manat, ümumilikdə 14935,9 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymişolduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 73.55 manat məbləğində qaz sərfiyatı debitor borcu olmuşdur.
4. Cavabdeh İddiaçınə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia üzrə iddianın təmin edilərək İddiaçı tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu **********00030) əsassız hesablanmış 15009,45 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı "Azəriqaz”İBnə vurulmuş 15009,45 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun iddiaçı tərəfindən ödənilmiş 136,23 manat dövlət rüsumunun, ümumilikdə isə 15545,68 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır.Qeyd etmək istəyir ki, bu iddia tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun tərəfindən qaz ümumiyyətlə istifadə edilmir və qanunsuz qaz xəttinə qoşulma yoxdur və heç vaxt olmayıb. Nəticədə İddiaçı İB-yi dəfələrlə əsassız ona cərimə aktları tərtib etmiş və nəticədə 15009,45 manat məbləğində borc pul yazılmışdır. Göstərilənlərin nəzərə alaraq, qarşılıqlı iddia qaldırmaq məcburiyyətində qalmışdır.
6. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında bildirmişdir ki, cavabdeh qaz xəttindən istifadə etmir və onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları heç vaxt olmamışdır. İş materiallarına əlavə olunan foto şəkillər onun evinə aid deyildir
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1139/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə Cavabdeh (abonent kodu **********00030 olan sayğac) hesablanmış 15009,45 manat məbləğində borcun silinməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1 -ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi İddiaçıİB-nin iddia tələbini rədd etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələblərinin tam əsaslı olduğunu təsdiq edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq Birliyin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh məhkəmə iclasında etiraf etməsinə baxmayaraq iddianı əsassız olaraq rədd etmişdir. Qətnamədən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi Ekspertizaya göndərməmişdir. Hesab edirlər ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində Paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Kollegiyanın diqqətinə çatdırırlar ki,e-2(003)-1139/2025 saylı xx.xx.2025- ci il tarixli Qətnamədə bildirilmişdir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Bilindiyi kimi məhkəmə həqiqəti müəyyən etməli və bu istiqamətdə təşəbbüskarlğını həyata keçirməlidir. Lakin məhkəmə bu addımı atmamaqla prosessual normaları pozmuşdur. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçıtərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyanhəcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı İB-nin səlahiyyətli nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yerləşdirərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. .
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
14. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə)
17. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)
18. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
19. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
20. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
21. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki işdə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edildiyindən və qətnamə ilkin iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd etməklə, qarşılıqlı iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
31. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00030 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2016-cı ilin yanvar ayında 2916 manat, 2016-cı ilin noyabr ayında 197,10 manat, 2018-ci ilin yanvar ayında 562 manat, 2021-ci ilin fevral ayında 2448 manat, 2022-ci ilin fevral ayında 2592 manat, 2023-cü ilin mart ayında 6220,80 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc hesablanmışdır.
32. xx.xx.2016-cı il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qaz xəttində kəsik olduğu üçün əlavə olaraq kənar xətdən rezin boru ilə təbii qaz xəttinə qoşularaq istifadə edir.
33. xx.xx.2016-cı il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına-dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 1971 kub.metr qaz itkisi hesablanmışdır.
34. xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qaz xəttində kəsik olduğu üçün əlavə olaraq kənar xətdən rezin boru ilə tıbii qaz xəttinə qoşularaq istifadə edir.
35. xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 2810 kub.metr qaz itkisi hesablanmışdır.
36. xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdankənar qeyri-qanuni olaraq istixanada istifadə edir.
37. xx.xx.2021-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 21600 kub.metr qaz itkisi hesablanmışdır.
38. xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edir.
39. xx.xx.2022-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 21600 kub.metr qaz itkisi hesablanmışdır.
40. xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir.
41. xx.xx.2023-cü il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 51840 kub.metr qaz itkisi hesablanmışdır.
42. Apellyasiya icraatı zamanı qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olubolmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 3-16-16/2-3/873/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
43. Eyni zamanda iş üzrə verilmiş mütəxəssis rəyində məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı aşağıdakılar göstərilmişdir: 1) ünvan 1 ünvanında (abonent kodu: **********00030 olan) yerləşən evin qaz xətti üzərində xx.xx.2021-ci il tarixdə, ,Zenner G- 4T tipli, zavod nömrəsi **********3 olan qaz sayğacı quraşdırılmış, sayğacın qaynaq və yivli birləşmələri yoxlanılmış, qaz sızması aşkar edilməmişdir. Hazırda qaz sayğacı işlək vəziyyətdədir. Qaz sayğacının yararlılıq müddəti istehsalçı müəssisə tərəfindən müəyyən edilir və sayğacın texniki pasportunda göstərilir. Qeyd edilən sayğacın texniki pasportunu əldə etmək mümkün olmadığından, yararlılıq müddəti haqqında rəy vermək mümkün deyil. Analogiya üzrə bu tip və markalı sayğacların yararlılıq müddəti istehsal tarixindən başlayaraq 10 il müəyyən edilir. 2) İddiaçı İB-nin əməkdaşları tərəfindən qazdan qanunsuz istifadəyə görə abonent Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə qədər 5 aktla 8915 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydalarf’na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan, 2016- 2022-ci illər ərzində tərtib edilmiş aktlar əsasında dəymiş zərər məbləğininin düzgünlüyünə rəy vermək mümkün deyil. Lakin, analogiya əsasında qazdan qanunsuz istifadə halında (bu fakt sənədlərlə tam təsdiq edilmir) qazpaylacısına dəymiş zərərin məbləği aşağıdakı kimi hesablana bilər: “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli Məhəmmədov nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5- 2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“X5”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Təqdim edilmiş sənədlərdə iddiaçı tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: 10 ədəd qeyri standart qaz qurğusu (istixanada istifadəsi nəzərdə tutulan) maksimal qaz sərfiyyatı 1,5 m3 Qış ayları üçün ayda (10x 1.5 m3) x12saat x 30 gün=5400 m3 İtirilmiş qazın həcmi: 2016- cı ilüçün 4 qış ayı x 5400 m3 =21600 m3 2018- cı ilüçün 3 qış ayı x 5400 m3 =16200 m3 cı ilüçün 3 qış ayı x 5400 m3 =16200 m3 2021- ci il üçün 2 qış ayı x 5400 m3 =10800 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq Qərarlarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcmini nəzərə almaqla itirilmiş qazın dəyəri aşağıdakı kimi olar 2016-cı il üzrə: 1700 m3x 0.10 manat +19900m3x 0.20 manat= 4150 manat 2018-ci il üzrə: 1700 m3x 0.10 manat +14500 m3 x 0.20 manat= 3070manat. 2021- ci il üzrə:2200 m3 x 0.10 manat +14000 m3 x 0.20 manat = 3020manat. 2022- ci il üzrə: 1200 m3x 0.12 manat + 1300 m3 x 0.20 manat + 8300 m3 x 0.25 manat =2479 manat olmaqla cəmi 12719 manat təşkil edə bilər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınarsa, qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 12719 manat müəyyən edilə bilər.
44. Tədqiqatı aparmış mütəxəssis apelyasiya baxışı zamanı iclasa dəvət olunmuş, öz izahatında qanunsuz qoşulma halının sənədlərin araşdırılması zamanı tam təsdiqini tapmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, mənzildə 10 ədəd qeyri-standart qaz qurğusunun olmasını şəkillərə və aktların birinə istinad edərək qeyd etmişdir. Belə ki, tərtib edilmiş aktlardan birində 10 ədəd qaz qurğusunun olduğu qeyd edilmişdir. Hesablama əhali və qeyri-əhali qiymətlərinə uyğun aparılmışdır.
45. Qeyd olunan mütəxəssis rəyindən və rəyi tərtib etmiş mütəxəssisin izahatından da də göründüyü kimi sayğacdan qeyri-qanuni istifadə halı tam təsdiqini tapmamış, istehlakçı tərərəfindən ünvanda 10 ədəd qaz qurğusundan istifadə edilməsi yalnız tərtib edilmiş aktlardan birində bu barədə qeydə və ona əlavə edilmiş şəkillərə istinadən qeyd olunmuşdur.
46. Kollegiya tərəfindən xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir, onun borc yığılmışdır və bunu qəbul edir. Hesab edir ki, məbləğ tutulmalıdır.
47. Həmin məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və izahatında göstərmişdir ki, istixana həmin ərazidə əksər həyətlərdə vardır, orada sakinlər göyərti əkirlər. Onun da həyəti Buzovnada yerləşir və qaz yandırmır. Bu həyətdə yaşayış yoxdur, balaca istixanadır. Orada həmişə göyərti əkib və göy-göyərtinin inkişaf etməsi üçün qaza ehtiyac yoxdur. İşin kommersiya məhkəməsinə göndərilməsinə etiraz edir. Onu da qeyd edir ki, həyəti elə yerdə yerləşir ki, ora nümayəndələr tərəfindən daim nəzarət edilir, qoşulma olsaydı və ya başqa qeyri-qanuni hal olsaydı dərhal ona bildirilərdi. İddiaçı İB tərəfindən tərtib edilən heç bir akta da imza çəkməmişdir. Qeyriqanuni qoşulma halını qəbul etmir. Sədrlik edənin sualına cavab olaraq iş materiallarına əlavə edilmiş şəkillərdəki sahənin özünun bağ hasarı olduğunu bildirmişdir.
48. Məhkəmə iş üzrə ziddiyətli halların aydınlaşdırılması məqsədilə yerində müayinənin keçirilməsinə zərurət duymuşdur. Belə ki, həm birinci instansiya, həm də apellyasiya icraatı zamanı yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, bu evə sayğac quraşdırılıb, lakin qaz xətti çəkilməmişdir. Mübahisəli ərazidə 1 tikili, təmirsiz və yaşayış üçün yararsız vəziyyətdədir. Eyni zamanda həmin ərazidə istixana quraşdırılmış, lakin qaz xətti çəkilməmiş və əvvəllər çəkilməsi barədə əlamətlər yoxdur. Cavabdehin sözlərinə görə bu istixanada göyərti və bibər əkirlər. Bunun üçün isə qaz tələb olunmur.
49. Beləliklə məhkəmə tərəfindən yerində müayinə nəticəsində müəyyən edildi ki, həmin ərazidə ümumiyyətlə qaz xətti mövcud deyil və əvvəllər də qazdan istifadə edilməsi əlamətləri aşkar olunmadı. Həmçinin müəyyən edildi ki, iddiaçının iş materiallarına əlavə etdiyi fotoşəkillər qeyd olunan ünvana aid deyil.
50. Odur ki, iş üzrə əldə edilmiş bütün sübutların birlikdə təhlilindən əldə olunan nəticəyə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehə məxsus mənzillə bağlı hazırki apellyasiya baxışının predmeti olan qeyri-qanuni qoşulma əsası ilə aktlar tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Kollegiya qeyd edir ki, həmin aktlar özü-özlüyündə işdəki digər sübutları təkzib edən və onlar əsasında məhkəmənin gəldiyi nəticəni şübhə altına alan sübut əhəmiyyəti daşımır.
51. Belə ki, kollegiya Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə bildirir ki, həmin aktlar təbii qaz xəttinə qeyri-qanuni qoşulma halını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının istinad etdiyi aktlar istehlakçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə tərtib edilmiş, aktlar istehlakçı tərəfindən imzalanmamışdır. Görünür ki, aktlar birtərəfli qaydada Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh və ya digər istehlakçılar aktları imzalamamışlar. Aktlarda onu imzalamaqdan imtina edildiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktları ilə bağlı mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin apelyator bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmiş və ümumiyyətlə məhkəmə iclasında iştirak etməmişlər.
52. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
53. Belə ki, məhkəmə kollegiyası 2022-ci ilin may ayının 1-dən sonra yazılan aktlara münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
54. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur.
55. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməklə qazpaylayıcısına ziyan vurması faktı öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı sübutlarını təqdim etməmişdir.
56. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
57. Məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
58. Kollegiya həmçinin cavabdehdən 73,55 manat məbləğində debitor borcun və hüquqi yardımla bağlı çəkilmiş 400 manat xərcin cavabdehdən tutulması ilə bağlı ilkin iddia tələblərinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı debitor borcun hansı dövrə aid olmasını əsaslandıra bilməmişdir. Bundan başqa iş materiallarında olan abonent saldosunda 73,55 manat məbləğində debitor borcu mövcud olması müəyyən edilməmişdir. İddiaçı hüquqi xidmətlə bağlı 400 manat xərcinə dair hər hansı bir müqavilənin bağlanmasını və ya ödəniş qəbzini təsdiq edən sübut təqdim etməmişdir.
59. Beləliklə, qeyd edilənlər əsasında kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmənin ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin hallarına və qanununvericiliyin tələblərinə uyğun olmuşdur.
60. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1139/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. İş üzrə keçirilmiş ekspertizasının xərci qismində 64 (altımış dörd) manatı İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev