Məhkəmə qərarları › İş №2(103)-3996/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3996/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3996/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə İddiaçı “xxxx” X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10014/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 iddiaçı “xxxx” X2 xeyrinə 17389,01 (on yeddi min üç yüz səksən doqquz dollar bir sent) ABŞ Dolları əsas borc, 7077,77 (yeddi min yetmiş yeddi dollar yetmiş yeddi sent) ABŞ Dolları faiz borcu və 30 (otuz) ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 24496,78 (iyirmi dörd min dörd yüz doxsan altı dollar yetmiş səkkiz sent) ABŞ Dolları məbləğində borc pul ödəniş, yəni qaytarılma gününə manat məzənnəsinə uyğun olaraq və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı “xxxx” X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada “xxxx” İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-cü il tarixli kredit müqaviləsi üzrə 17389,01 ABŞ Dolları əsas borc, 7077,77 ABŞ Dolları faiz borcu və 317,13 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 24783,91 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2015-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx' İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. xx xxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2017-dək Cavabdeh1 banka xx xxxxxx 2015-cü il tarixli kredit müqaviləsi üzrə 17389,01 ABŞ Dolları əsas borc. 7077.77 ABŞ Dolları faiz borcu və 317.13 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 24783,91 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını Cavabdeh1, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan xx xxxxxx 2015-cü il tarixli bank, hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx» X1 illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Həmin müqavilə ilə Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 kredit verən bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün zamin kimi məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Cavabdeh1 xx xxxxxx 2015-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx' İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. xx xxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli kassa mədaxil orderindən görünür ki. Cavabdeh1 “xxxx" X1 19000 USD məbləğində kredit vəsaitini qəbul etmişdir. İşə əlavə edilmiş «xxxx» X2 Cavabdeh1. Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış bildirişindən görünür ki. bank borclulara borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından bəlli olur ki. Cavabdeh1 banka 17389,01 ABŞ Dolları əsas borc, 7077,77 ABŞ Dolları faiz borcu və 317.13 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 24783.91 ABŞ Dolları məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 iddiaçı bankdan xx xxxxxx 2015-cü il tarixli kredit müqaviləsi üzrə illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları məbləğində kredit götürmüş və bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx xxxxxx 2015-cii il tarixli kredit müqaviləsinə əsasən “Nikoyf İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. xx xxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini həmin cavabdehin istifadəsinə vermiş, lakin həmin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borcların ödənilməsində gecikmələr və ümumiyyətlə ödəməmələr baş verir. Göründüyü kimi, cavabdeh ilə iddiaçı bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən xx.xx.2020-ci‘il tarixədək qüvvədə olduğundan haqlı olaraq ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əlavə saziş bağlandıqdan sonra zaminlər, yəni iş üzrə digər cavabdehlər arasında yeni müqavilə bağlanmamışdır və onlar Dəmirovun yeni öhdəliyinə görə məsuliyyət daşımırlar. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar