Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3999/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit, ona hesablanmış faizlərin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-169/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit, ona hesablanmış faizlərin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 29.015 ABŞ Dolları məbləğində əsas, 11.157 ABŞ Dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 40.172 ABŞ Dolları məbləğində borcun, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pil vəsaitinin bankın xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi 28 saylı evin 53 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay ərzində orada qeydiyyatda olan Cavabdeh1 və digər şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 25 faiz hesablanmaq şərti ilə 30.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 bankdan götürdüyü pulu ödəniş qrafiki üzrə faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, xx.xx.2017-ci il tarixə 29.015 ABŞ Dolları məbləöində əsas, 11.157 ABŞ Dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 40.17 ABŞ Dolları məbləğində borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bankla Cavabdeh2 Dadş qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, RX seriyalı, ******* nömrəli çıxarışla sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi, 28 saylı evin 53 saylı mənzili 60.000 manat qiymətləndirilərək bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-169/2020 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 banka bağladığı xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə 28.478.49 ABŞ Dolları məbləğində əsas, 11.157 ABŞ Dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 39.632 ABŞ Dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev keçəsi, 28 saylı evin 53 saylı mənzilinə tutma yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 67.000 manat müəyyən olunmaqla həmin mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabına X4 İddiaçı-yə olan 39.632.49 ABŞ Dolları məbləğində borcunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka qoyulmuş mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində X4 həmin evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi pdənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni faiz borcunun tutulması hissəsində əsassız olmasını, 20.353.70 ABŞ Dolları faiz borcunun, 934.96 ABŞ Dolları gecikmə faizinin tutulmalı olmasını, bu barədə maliyyə arayışının təqdim olunmasını və s. göstərərk, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Süleymanov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10683/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-169/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10683/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək, cavabdehdən faiz borcu məbləğinin müqavilə müddəti üçün hesablanmış faiz borcunun 20.353.70 ABŞ Dolları, gecikdirilmiş faiz borcunun 934.96 ABŞ Dolları məbləğində müəyyən edilməsini, qətnamınin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-570/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10683/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin faiz borcunun hesablanması hissəsində ləğv edilib, mülki işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında göstərilmişdir ki, «Mülki işin 163-cü şəhifəsinə əlavə edilmiş iddiaçının xx xxx 2019-cu il tarixli məktubu ilə müəyyən edilir ki, iddiaçı xx xxx 2019-cu il tarixə tələblərini artıraraq cəmi 53.577.24 (əlli üç min beş yüz yetmiş yeddi) ABŞ Dolları (iyirmi dörd) sent olmasını göstərərək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi həmin məktubu iddia tələbinin həcminin artırılması kimi qəbul etməli və ya ən azından həmin məsələni iddiaçı tərəfin iştirakı ilə müzakirə etməli idi.» İşə yenidən apellyasiya qaydasında baxılarkən kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı idiiacının nümayəndəsinin izahatından həmin məktubun (i.v. 163) iddia tələbinin həcminin artırılması kimi təqdim edilməsi bildirilsə də, kollegiya hesab edir ki, həmin məktub Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən və həmin məktubun nüsxəsinin qarşı tərəfə təqdim edilməməsi səbəbindən birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçı bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinin bağlanması, bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 25 faiz hesablanmaq şərti ilə 30.000 ABŞ Dolları məbləğində kredit verilməsi, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini məqsədilə bankla Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin bağlanması, nəticədə sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi, 28 saylı evin 53 saylı mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsi, öhdəliyin lazımınca icra olunmaması işin mübahisələndirilməyən hallarına aiddir. Kollegiya iddiaçının qətnaməsinin dəyişdirilərək faiz borcunun 20.353.70 ABŞ Dolları müəyyən edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində 11.157 ABŞ Dolları faiz borcu tələb etsə də, bununla bağlı birinci instansiya məhkəməsinə MPM-in tələblərinə müvafiq olaraq yazılı ərizə təqdim etmədiyindən sonradan apellyasiya şikayətində iddia tələbinin həcmini artırması Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Bundan əlavə, kollegiya hesab edir ki, iş materialında olan xx.xx.2019-cu il tarixli, 29596 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyində cavabdehin banka olan əsas borcu 29.015 ABŞ Dolları, faiz borcu ilə 11.157 ABŞ Dolları müəyyən olunsa da, iddiaçı apellyasiya şikayətində həmin ekspert rəyi ilə razılaşmamasının əsaslarını göstərməmişdir. Belə olan halda, ekspert rəyinin mötəbərliyinə hər hansı şübhə yaranmadığından və həmin rəyin əsassız olduğunu göstərən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilmədiyindən ekspert rəyi əsassız hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: İddiaçı-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-169/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3999/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3999/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver