Məhkəmə qərarları › İş №2(103)-4004/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4004/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4004/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Nümayəndə, habelə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-563/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 şikayəti əsasında toplanmış material üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində xx.xx.2017-ci il tarixdə əlyazma formasında izahatı alınmış Qəniyeva X10 Rza Bağı oğlunun həyat yoldaşı Sevda Bağızadə ilə eyni kollecdə işlədiyini, maddi durumunun yaxşılaşdırılması üçün şirniyyat sexi açmaq məqsədilə İddiaçı2 hissə-hissə 13 500 (10.000 + 3.500) ABŞ dolları və 10 000 manat, İddiaçı1 isə hissə-hissə 15.500 (6.500 + 9.000) ABŞ dolları borc götürdüyünü, lakin 2.000 manat məbləğində pul almadığını, işi təşkil edə bilmədiyi üçün pulun müəyyən hissəsini xərclədiyini, qalan puldan İddiaçı2 6.550 manat və 3.250 ABŞ dolları, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 6.500 ABŞ dolları qaytardığını, İddiaçı2 10.250 ABŞ dolları və 3.450 manat, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 9.000 ABŞ dolları borcunun qaldığını, şirniyyat sexinin fəaliyyət göstərəcəyi yeri dəqiq göstərə bilmədiyini, iş qurmaq üçün götürülən məbləğdən avadanlıqların alınması üçün 10.000 ABŞ dolları və 10.000 manat xərclədiyini, avadanlıqları Sədərək ticarət mərkəzindən aldığını, alınan avadanlıqları dəqiq göstərə bilmədiyini, hazırda onların satışa verildiyini, İddiaçı2 6.550 manat və 3.250 ABŞ dolları və Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına 6.500 ABŞ dolları qaytarmasını təsdiq edən bir sənədin tərtib edilmədiyini, lakin bu halların iş yoldaşı Midvar xanım və Sevdanın bacısı Nərminə xanım tərəfindən təsdiq edilməsinin mümkün olduğunu, bundan əlavə işi qura bilməməsi ilə bağlı müraciətinə əsasən Sevda və Şəhla Kazımovaların bacısı Rəsmiyyəyə 7.400 manat və 3.500 ABŞ dolları borc verdiyini, lakin onun xahişinə əsasən bu barədə (Hacızadə) Şəhla Əmrulla qızına məlumat vermədiyini qeyd etmişdir.

2. xx.xx.2017-ci il tarixli “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” Qərara əsasən Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 müraciətləri əsasında Yasamal RPİ-nin 29-cu PB-də toplanmış HK-1/435 nömrəli material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqının aparılmasından ötrü aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdır.

3. Yasamal RPİ-nin İŞ-nin “Əməlin tövsif edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarına əsasən fakt üzrə Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Cavabdeh həmin maddələrlə ittiham elan edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/156 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən tədqiq olunan 1 ədəd “Nokia” markalı “Asha 302 (RM-813)” modelli “**********43986” İMEİ nömrəli mobil telefonun yaddaşında 76 ədəd “SMS” mesajların və həmin telefonda aşkar edilmiş 1 ədəd “Bakcell” mobil operatora məxsus “**********43986” seriya nömrəli (İCCİD) danışıq kartının yaddaşında 05 ədəd SMS mesajlar haqqında məlumatların aşkar edildiyi, mobil telefonun və danışıq kartının yaddaşından əldə edilmiş məlumatların tam həcmdə rəqəmsal sübutlarda saxlanılması üçün DVD tipli optik diskə köçürüldüyü və ekspert rəyinə əlavə edildiyi qeyd edilmişdir.

5. xx.xx.2019-cu il tarixli “unitransfer” pul köçürülməsinə dair çıxarışa əsasən "xxxx" KB ASC-nin 13 saylı filialı vasitəsi ilə Cavabdeh tərəfindən Hacızadə (Kazımova) Şəhla Əmrulla qızına 200 manat ödəniş edilmişdir.

6. xx.xx.2019-cu il tarixli tələbin könüllü ödənilməsi barədə protokola əsasən Cavabdeh tərəfindən Hacızadə (Kazımova) Şəhla Əmrulla qızına 4.000 manat ödəniş edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-7/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 1 gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Cavabdeh hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iddia ərizələrinin qismən təmin edilməsi, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, Yasamal Rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manatın zərərçəkmiş şəxs və mülki İddiaçı2 geri qaytarılması, məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 361,17 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(022)-04/2019 saylı 23 aprel 2021-ci il tarixli hökmünün məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunması, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iddialarının baxılmamış saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, Yasamal rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manat məbləğində pulun Cavabdeh geri qaytarılması hökm edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli hökmünün zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı1 xeyrinə ona vurulmuş maddi zərərə görə 22.647,80 manat və İddiaçı2 xeyrinə ona vurulmuş maddi zərərə görə 29.105,10 manat məbləğdə pulun tutulmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(004)-7/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 01 gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 mülki iddia ərizələrinin qismən təmin edilməsi, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi hökm edilmişdir. Hökmdən onun vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(004)-7/2021 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və təqsirləndirilən şəxsə bəraət verilmişdir. Bununla da zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı pul tələbi ilə bağlı mülki iddiaları baxılmamış saxlanılmışdır. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respubkiasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda hökm qanuni qüvvəsini almışdır. Həmin cinayət işində müəyyən olunmuşdur ki, mülki iddiaçının zərərçəkmiş şəxs qismində tanınmış olduğu cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında verilmiş ittihama əsasən mülki iddiaçılara, yəni zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manat və İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manat, ümumilikdə 51.814 manat məbləğində maddi zərər vurmuşdur. Qeyd olunan faktlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021ci il tarixli, 1(004)-7/2021 saylı hökmündə öz təsdiqini tapmışdır. Belə ki, mülki cavabdeh mülki iddiaçılardan biznes adı ilə müxtəlif vaxtlarda pul aldığını etiraf etmişdir.

12. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hər iki iddiaçının iddia tələbi əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli hökmü ilə birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassız hesab edilərək, barəsində bəraət hökmü çıxarılmış və mülki tələb baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündə qeyd edilən pul məbləği hazırkı iddia tələbi ilə bağlı sübut hesab edilə bilməz. Apellyasiya məhkəməsinin hökmü ilə ona qaytarılması nəzərdə tutulan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin depozitində saxlanılan 850 manat pul əslində məhkəmə prosesi zamanı İddiaçı2 tərəfindən götürülmüşdür. O, barəsində olan cinayət işinin istintaqında da və eyni zamanda məhkəmə proseslərində də dəfələrlə qeyd etmişdir ki, o, 1996-cı ildən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində kitabxana müdiri vəzifəsində işləyir. İş yoldaşı Sevda Bağızadə ilə həmin vaxtdan yaxın dostluq münasibətləri yaranmış, hətta bir evli kimi olmaqla onun bütün ailə üzvlərini, o cümlədən ərini və bacılarını da tanımışdır. O, 2016-cı ilin aprel ayında Sevdanın bacısı Rəsmiyyə Əliyevaya 2.000 manat borc pul vermişdir. Belə ki, Sevda bacısı Rəsmiyyə üçün qızıllarını lombarda qoymuş, Rəsmiyyə isə lombardın pulunu qaytara bilməmiş və buna görə çıxılmaz vəziyyətdə qalmışdır. Həmin vaxt o, ünvan 1 ünvanında kirayədə yaşamış, kirayə haqqını mənzil sahibi ilə razılaşmama əsasən 4-5 aya birdəfəlik olaraq, əsasən də yay tətilinə çıxarkən ödəmişdir. Bu səbəbdən o, yanvar ayından kirayə haqqı üçün yığdığı 2.000 manat pulu 2016-cı ilin aprel ayında Rəsmiyyəyə 1 ay ərzində, yəni mayda qaytarılması şərti ilə borc olaraq vermişdir. Lakin razılaşdırılmış vaxtda Rəsmiyyə onun pulunu geri qaytara bilməmişdir. Bundan sonra o, kirayə haqqını ödəmək üçün Şəhladan onun bacısı Sevdanın vasitəsi ilə həmin tarixin məzənnəsi ilə 5.000 manat təşkil edən 3.500 ABŞ dolları pul vəsaitini 10 faizə borc almışdır. Bir aydan sonra o, iş yerində Sevdaya demişdir ki, Şəhlanın pulunu qaytara bilər, ancaq Şəhla razı olarsa, pulu hələlik qaytarmasın, özünə şirniyyat sexi açmaq istəyir, sexi açıb qazanc əldə etdikdən sonra borcu qaytarar. Sevda isə Şəhla ilə danışıb nəticəsini ona deyəcəyini bildirmişdir. Növbəti gün Sevda iş yerində ona demişdir ki, “narahat olma, əri Rza ilə danışmışdır, Rza onun yerinə 3.500 ABŞ dollarını Şəhlaya qaytaracağını, ancaq Şəhlanın bunu bilməməsini, faizlə istəyirsə, faizi ona ödəməsini bildirdi. Rza onun əvəzindən həmin 3.500 ABŞ dollarını Şəhlaya qaytarmış, o da 3.500 ABŞ dollarına görə hər ay Rzaya 400 manat faiz vermişdir. Daha sonra isə o, Rzadan aldığı pulun qalan hissəsini Rəsmiyyədən aldığı pulun əvəzi kimi qəbul edib qaytarmamışdır. Belə ki, aldığı 3.500 ABŞ dollar pulun 2.000 manatı ona məxsus olmuşdur. Çünki Rəsmiyyə ona borclu olduğu pulu geri qaytarmamışdır. 2016-cı ilin iyun ayında işdə olarkən Sevda ondan şirniyyat sexini açıb-açmamağını soruşmuş, o isə sexi açmaq üçün ona əlavə pul lazım olduğunu bildirmişdir. Şəhla kartındakı hesabında pul olduğunu, istəsə çıxarıb ona verəcəyini demişdir. Sevda ona Şəhladan pul almağa tələsməməyini, əri Rza ilə danışacağını, onun bankda pulu olduğunu, ancaq Rzanı razı salmaq üçün onun Rza ilə görüşüb danışmağını bildirmişdir. O, Sevda ilə razılaşmış və Rza ilə onun görüşünü təşkil etməsini təklif etmişdir. Təxminən 2016-cı ilin iyun ayının sonlarında Sevda iş yerində olarkən ona demişdir ki, Rza bankdan 10.000 manat pul çıxarıb, evdə onunla danışıb onu razı salıbdır, işdən sonra onu görüşdürə bilər. Sevda həmin gün saat 17 radələrində “Gənclik Mall” ticarət mərkəzində İddiaçı2 ilə onu görüşdürmüşdür. Rza ona pulu bankdan 1 faizlə çıxardığını, ona 6 faizlə verəcəyini bildirmiş, o da razılaşıb Rzadan Sevdanın və qızının yanında 10.000 manat pul almışdır. Rzadan aldığı 10.000 manatın bir hissəsini dollar edərək əvvəldən alıb xərclədiyi 3.500 ABŞ dolların üstünü düzəltmişdir. Həmin vaxtlarda Sevdanın bacısı Rəsmiyyə onda pul olduğunu bilib 1 aydan sonra qaytarmaq şərti ilə qızının diplomunu almaq üçün ondan borca pul istəmişdir. O da Rzadan aldığı 10.000 manat puldan qalan 6.500 manatı Rəsmiyyəyə vermişdir. Rəsmiyyə pulu alarkən ondan pul aldığını Rzanın bilməməsini xahiş etmişdir. O, Rzadan pulu faizlə alsa da, Rəsmiyyəyə faizsiz olaraq vermişdir. Aradan bir az keçmiş Rəsmiyyə ona yenə zəng edib əlavə pul istəmişdir. O, Rzanın verdiyi puldan qalan 3.500 ABŞ dolları Rəsmiyyə ilə metronun “28 May” stansiyasında görüşərək ona vermişdir. Rəsmiyyə 2016-cı ilin ortalarında onunla İctimai TV-nin qarşısında görüşüb öz maaş kartını ona vermişdir. Belə razılaşmışlar ki, Rəsmiyyə əmək haqqı verilən vaxtı ona xəbər edəcək, o da kartdan Rəsmiyyənin əmək haqqını almaqla ona verdiyi pulun ödənişinə çıxacaqdır. xx.xx.2016-cı il tarixdə Rəsmiyyə kartının iş yerində lazım olduğunu deyib ondan geri alaraq 2 gündən sonra yenidən qaytarıb demişdir ki, iki gündən sonra maaşı köçürüləcəkdir, kartı bankomata salıb maaşı çıxara bilər. O, həmin kartı metronun “Neftçilər” stansiyasının yaxınlığında quraşdırılmış bankomata salan kimi bankomat kartı udmuşdur. O, Sevdaya iş yerində narazılığını bildirmişdir ki, Rəsmiyyə pulu qaytarmaq istəmir, ona açıq desin, nə üçün kartı ona verib sonra özü də kartı bağlatdırır. Bundan sonra Rəsmiyyə ona başqa maaş kartı verməmiş və ondan borca aldığı 6.500 manatı və 3.500 ABŞ dollarını geri qaytarmamışdır. İndiyə kimi Rəsmiyyə həmin pulları ona qaytarmamışdır. O, 2016-cı ilin iyul ayında İddiaçı2 ilə metronun “Neftçilər” stansiyasında görüşüb ona 1.050 manat pul vemişdir. 2016-cı ilin avqust və sentyabr aylarında Rza ilə “Gənclik Mall” ticarət mərkəzində görüşüb dəqiq məbləğini bilməsə də, ona hər dəfəsində təxminən 600-700 ABŞ dolları pul vermişdir. Bundan sonra Rza ilə görüşməmiş, yalnız Rzanın arvadı Sevda ilə iş yerində görüşüb iki dəfə, yəni 2016-cı ilin oktyabr ayında 1.050 manat, noyabrda isə yenə iş yerində dəqiq xatırlamadığı miqdarda pul vermişdir. Bundan əlavə Sevdaya iş yerində 2016-cı ilin dekabr ayında 1.100 manat, bir gün sonra isə 450-500 manat pul vermişdir ki, Rzaya olan borcundan ödəsin. O, ümumilikdə Rzaya 3.250 ABŞ dolları və 4.750 manat pul ödəmişdir. O, İddiaçı2 ümumilikdə 10.000 manat və 3.500 ABŞ dolları pul almış, ondan 10.000 ABŞ dolları almamışdır. Rzadan aldığı pulun Rəsmiyyəyə verilməsi və qaytarılmış pullar nəzərə alınsa ümumiyyətlə onun İddiaçı2 borcu qalmamışdır. O, İddiaçı2 ümumilikdə 10.000 manat və 3.500 ABŞ dolları pul vəsaitini 6 faizlə borc almışdır. Həmin 10.000 manat pulun 2.000 (iki min) manatını Rəsmiyyənin ona olan borcuna hesablamış, qalan 8.000 (səkkiz min) manat pulu isə Rəsmiyyənin xahişi ilə ona vermişdir. Aldığı pul vəsaitini Rəsmiyyəyə verməyinə baxmayaraq o, Rzadan aldığı 10.000 manat pulu, 3 ay ərzində hissə-hissə aylıq faizi ilə birlikdə, yəni 12.000 manat olaraq tam şəkildə qaytarmışdır. O, Rzadan aldığı 10.000 manata görə ayda 1.050 manat, 3.500 ABŞ dollar borcuna görə isə ayda 600 manat ödəniş etmişdir. İlkin ödənişləri 2016-cı ilin Qurban bayramı ərəfəsində “Neftçilər” metrostansiyasının yaxınlığında Rzanın özünə etmişdir. O, 2016-cı ilin iyul-avqust aylarında Rzanın özünə ödəniş etdikdən sonra Sevda ona bildirmişdir ki, ödənişləri Rzaya deyil, onun özünə etsin. Bundan sonra o, sentyabr ayında işlədiyi kollecdə dərslər başladıqdan sonra ödənişləri Sevdanın özünə vermişdir. İddiaçı Şəhla (Hacızadəyə) Kazımovadan isə 2016-cı ilin avqust ayında bacısı Sevda vasitəsilə 6.500 ABŞ dolları borc almışdır. Şəhla pulun verilməsi ilə bağlı ondan heç bir sənəd tələb etməmişdir. Həmin pulu almaqda məqsədi şirniyyat işi ilə məşğul olmaq və ya şirniyyat sexi açmaq olmuşdur. Belə ki, o,uzun müddət iş yerinin bufetində evdə özünün hazırladığı şirniyyatları satıb qazanc əldə etmişdir. Buna görə bu fəaliyyətini genişləndirmək niyyətində olmuşdur. O, Şəhladan borc aldığı həmin puldan şirniyyat işi ilə bağlı xərcləmiş və Rzaya da həmin puldan faiz ödəmişdir. 10 gündən sonra Şəhla ona əlavə olaraq 9.000 ABŞ dollar vermişdir. O, Şəhladan aldığı pul ilə şirniyyat bişirmək üçün 2 ədəd peç və bir neçə xatırlamadığı avadanlıq almışdır. Aldığı avadanlıqlara isə nə qədər pul xərclədiyini xatırlamır. O, Şəhlanın pulunu tam qaytara bilməsə də, ona hissə-hissə olmaqla 6.500 ABŞ dolları pul qaytarmışdır. Borcunu tam qaytara bilmədikdə Şəhla və Rza ondan şikayət etmişdilər. Onlar yalandan ona şər ataraq şikayətlərində bildirmişdilər ki, guya o, onlardan pul alaraq Naxçıvan Muxtar Respublikasında tanışı ilə birlikdə konserv zavodu açacaq, həmçinin Bakı şəhərində də həmin zavodun filialını açacaq, onları həmin zavodda işlə təmin edəcəkdir. Bütün bunlar hamısı yalan və uydurma idi. O, Şəhla Kazımovadan ümumilikdə 10 faizlə 15.500 ABŞ dollar borc almışdır. Şəhla ilkin olaraq 6.500 ABŞ dolları Sevda vasitəsilə ona göndərmişdir. Həmin pul vəsaitini o, Sevdadan alanda içərisində əlyazma ilə bir tərəfində “6711 $-70 $ (bank xərci) / 6641 qaldı, 100 man. ona qalanı verdim ona (borca) ”, digər tərəfində isə “270 $ * 1,480-399 man 60 qəp Şəhla” qeydlər olan kiçik vərəq ilə göndərmişdir. Şəhla pulu verərək ondan əvvəlcədən 399 manat faiz pulunu almışdır, hətta bir dəfə pulun faizi olaraq 400 manat pulu digər iş yoldaşları Mehriban Niftəliyeva vasitəsilə Sevdaya çatdırmışdı. Həmin faiz pulunu dolların kursu ilə hesablayıb vermiş və pulun üzərinə qəpiyi də əlavə etmişdi. M.Niftəliyeva onun vasitəsilə Sevdaya pul verməyini təsdiq etmişdir. O, Şəhladan aldığı pula öz işini qurmaq üçün aldığı 2 ədəd peç və digər qab-qacaq ləvazimatları ilə ev şəraitində istifadə etmişdir. O, həmin əşyaları 2016-cı ildə qazanc əldə etmək üçün alsa da, lakin sonradan öz işini qura bilməmişdir. Barəsində Şəhla tərəfindən şikayət verilərkən onun Şəhlaya 15.500 ABŞ dollardan manat məzənnəsi ilə cəmi 8.000 manat borcu qalmışdı. Belə ki, o, 8.000 manatadək olan borcunu Şəhla Kazımovanın öz iş yerinin qarşısında ona qaytarmışdır. Qalan 8.000 manat borcunu isə istintaq müddətində tam şəkildə ödəmişdir. Belə ki, o, cinayət işi Yasamal Rayon Polis İdarəsinin İŞ-nin sabiq müstəntiqləri olmuş Ramil Məmmədov və Ceyhun Kərimovun icraatlarında olduğu müddətdə hər birinə ayrı-ayrılıqda 4.000 manat, cəmi 8.000 manat pul ödəmişdir. X16 ödədiyi 4.000 manatın bir hissəsini, yəni 250 manat, 300 manat və 350 manatı qəbzlə vermiş, qalan hissəsini isə qəbzsiz cinayət işi üzrə aparılan ibtidai istintaq müddətində hüquqlarını müdafiə etmiş, hazırda vəfat etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vidadi Məmmədovun yanında vermişdir. Digər müstəntiq Ceyhun Kərimova isə 4.000 manat pulu protokolla vermişdir. Ona görə də hazırda onun Şəhla Kazımovaya hər hansı məbləğdə borcu qalmamışdır. Şəhla və Rza ona təzyiqlər etdiklərinə görə o, çoxlu dərman qəbul edərək özünə qəsd etmiş və həmin fakt üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılarkən İddiaçı2 və Şəhla Kazımova pulu ona faizlə borca verdiklərini bildirmişlər. Ancaq şikayət ərizələrində isə qeyd etmişlər ki, guya o, onlardan pulu Naxçıvanda şirə zavodu açmaq adı ilə almışdır. Bütün bunlar iddiaçıların iddia tələbinin tamamilə əsassız və yalan olduğunu göstərir. O, Şəhla Kazımovadan aldığı pulu iş yoldaşı olan bacısı Sevda Bağızadə vasitəsilə göndərmişdir. O, hər dəfə pulu bacısı Sevdaya verəndə öz istifadəsində olan (055) ***-**- ** nömrəsindən Kazımova Şəhlanın (077) ***-**-** və (050) ***-**-** nömrəsinə, habelə (012) ***-**-** ev nömrəsinə zəng edərək pulu göndərməsini bildirmiş və SMS yazışması aparmışdır. Bundan başqa öz istifadəsində olan (055) ***-**-** Vatsap nömrəsindən Kazımova Şəhlaya zəng etmiş və yazışmışdır. Bundan başqa öz istifadəsində oian (055) ***-**-** nömrəsindən və eləcə də (055) 663- 00-50 Vatsap nömrəsindən X9 istifadəsində olan (055) 745- 11-14 nömrəsinə, digər bacıları X2 istifadəsində olan (050) ***-**-** nömrəsinə, habelə digər bacısı X5 istifadəsində olan (050) *** ** ** nömərsinə vatsap yazışmaları aparmışdır. Hətta İddiaçı2 istifadəsində olan (055) ***-**-** mobil nömrəsindən 2016-cı ilin təxminən dekabr ayında onun istifadəsində olan mobil telefona SMS yazaraq bildirmişdir ki, “Sevdaya verdiyin pullar çatdı mənə, aramızda qaldı 400 manat, onu da verərsən”. Bütün bu yazışmalar onun istifadəsində olan “NOKİA” markalı telefonu ilə aparılmışdır.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-563/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 14.100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2, 20.200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. (hakim X15)

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı2 tərəfindən 10.000 manat və 3.500 ABŞ dolları, İddiaçı1 tərəfindən isə 2.000 manat (3500 ABŞ dollarından qalıq qalan) və 15.500 ABŞ dolları məbləğində borc pul verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin puldan İddiaçı2 1.150 manat, İddiaçı1 4000 manat və 700 ABŞ dolları qaytarmışdır. Cavabdeh həmin pulu tam şəkildə iddiaçılara qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcuddur. Cavabdehin izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də məhkəməyə belə bir sübut təqdim edilməmişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, İddiaçı2 11 may 2016-cı il tarixdə “NBC” bankdan 10.000 ABŞ dolları pulu götürüb həmin gün cavabdehə verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də qeyd olunan fakt öz təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı2 həm cinayət işi üzrə, həm də hazırkı iş üzrə məhkəmə iclasında izahatında cavabdehə pul məbləğlərini verən zaman onların yanında heç kimin olmadığını bildirmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı2 tərəfindən Cavabdeh 10.000 ABŞ dolları pulun verilməsi sübuta yetirilmədiyindən, həmin hissədə iddia tələbi əsassızdır. Tərəflər arasında borc münasibətləri yaranan zaman 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1.50-1.55 manat arası olduğundan məhkəmə İddiaçı2 iddiasını qismən əsaslı hesab etmiş və Cavabdeh 14.100 (10.000-350-800 = 8.850 AZN + 3500 ABŞ dolları x 1.50=5.250 AZN) manat məbləğin tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə, cavabdehin Rəsmiyyə Əliyevanın ona borclu olduğu 2.000 manatı İddiaçı1 aldığı 3.500 ABŞ dollarından çıxması, bununla da sonuncuya 2.000 manat borcunun olmaması ilə bağlı dəlillərini əsassız hesab etmiş və İddiaçı1 iddiasının qismən təmin edilməsi və Cavabdeh 20.200 (15.500 ABŞ dolları - 700 ABŞ dolları = 14.800 ABŞ dolları x 1.50 = 22.200 AZN + 2.000 AZN = 24.200 – 4.000 AZN) manat tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 425.1-ci, 427.3-cü, 442-ci, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid olmaqla təmin olunmamış hisəsində ləğv edilməsini və ona aid hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir.

17. Eyni zamanda, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.

18. İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iş üzrə maddi və prossesual hüquqları pozmuş və onun əsaslı vəsatətini təmin etməmişdir. Belə ki, verilmiş əsaslı vəsatəti təmin olunaraq cinayət işi materiallarında olan cavabdehin tam etirafı əldə olunsa idi, o zaman iddiası tam şəkildə təmin olunardı. Lakin məhkəmə vəsatətini təmin etməyərək, ədalətli məhkəmə araşdırılmasını kobud şəkildə pozmuşdur. Bundan başqa, ilkin proseslər zamanı cavabdeh 10.000 ABŞ dolları hissəsində də pulu aldığını etiraf etmişdir və sonradan qeyd etmişdir ki, bu hissədə məbləğ qaytarılıb. Amma bu hissənin qaytarılmasına dair hər hansı bir sübut yoxdur və qaytarmamışdır. Şəxs pulun alınmasını etiraf edirsə, sübutetmə yükü onun üzərinə düşür ki, nə zaman və hansı əsasla pulu qaytardığını təsdiqləsin. Lakin məhkəmə bu faktı nəzərə almamışdır. Odur ki, həmin hissədə iddianın təmin edilməməsi, əsassız olaraq onu 10.000 ABŞ dollarından məhrum etmişdir ki, bu da qətnamənin həmin hissədə mübahisələndirilməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsi əsaslandırılmalı, tərəflərin mövcud münasibətlərini tam əhatə etməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırılıdığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da onun qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarının ziddinə gedərək qaytarılmalı məbləği hal-hazırkı məzənnə olan 1.70 AZN məzənnəsi ilə yox, 1.50 AZN məzənnəsi ilə hesablamışdır. İşə baxan birinci instansiya məhkəməsi onun təqdim etdiyi sübutları qəbul etməməklə, onlara hüquqi qiymət verməməklə həqiqətə nail olmaq, işin hərtərəfli və obyektiv tədqiqi məqsədi daşıyan araşdırma aparmamış, onun sübutlarını araşdırmamış və onlardan istifadə etməmişdir. Birinci instansiya məhkəməsi onun öz iddia tələbini əsaslandırdığı və məhkəmə araşdırmasına təqdim etdiyi sübutlara qeyri-obyektiv və qərəzli yanaşmış, təqdim edilən sübutları görməzdən gəlmiş və mübahisənin həlli üzrə dəymiş zərəri tam şəkildə müəyyən edən cavabdehin istintaqda olan ifadələrini və məhkəmədə verdiyi ifadələri nəzərə almamışdır. Məhkəmə heç bir ciddi əsaslandırma etmədən sadəcə formal mülahizələrə əsaslanıb və qiymət verib yekun məhkəmə qətnaməsi çıxarmışdır.

19. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız onun barəsində olan cinayət işi üzrə çıxarılmış hökmlərə istinad etmiş, onun iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini və məhkəməyə təqdim etdiyi təkzib edilməz sübutlara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə onun barəsində olan cinayət işinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən alınaraq araşdırılması və orada iddia tələbinə düzgün qiymət verilməsi üçün zəruri olan sənədlərin və ifadələrin nəzərdən keçirilməsi barədə verilən vəsatəti təmin etməsinə baxmayaraq cinayət işinin göndərilməsini Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tələb etməmişdir. Cinayət işinin materiallarının nəzərdən keçirilməsi ona görə zəruri idi ki, cinayət işi üzrə o, verdiyi izahat və ifadələrində dəfələrlə bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 faizə aldığı borc pula görə hər ay faizlərini ödəmişdir. İddia tələbi ilə bağlı məhkəmədə 2016-cı ildə Şəhla və Rzaya pul və faiz ödənilməsini təsdiq edən qeydləri məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə həmin qeydləri heç bir səbəb göstərmədən qəbul etməmişdir. İddiaçılar pula görə ona təzyiq etdiklərinə görə o, çoxlu dərman qəbul edərək özünə qəsd etmiş və o, xəstəxanadan evə gələndən sonra iddiaçılar onun yaşadığı evə gəlmiş, orada onun anasına bildirmişdilər ki, qızları onlardan pul almış, lakin pulu qaytarmamışdır. Bundan başqa İddiaçı1 bacısı Rəsmiyyə Əliyeva cinayət işi üzrə verdiyi izahat və ifadələrdə və sonra da məhkəmədə dindirilərkən ondan 2.000 manat borc almasını təsdiq etmişdir. İddiaçı2 İddiaçı1 bacısının əridir. İş üzrə şahid olan Sevda və Rəsmiyyə də bacılarıdır. Onun barəsində Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən anası Solmaz Qəniyeva qızı barəsində seçilmiş həbs qətimkan tədbirinin “Ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi üçün zərərəçəkmiş İddiaçı1 və İddiaçı2 15.000 manat pul təklif etmiş, lakin zərərəçəkmişlər pulu qəbul etməkdən imtina edərək onun həbsdə qalmasını məhkəmədən xahiş etmişdilər. Bütün bunlar onu göstərir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun borc verdikləri pulu faizi ilə tam almalarına baxmayaraq, ona qarşı qərəzli və yalan iddialarını davam etdirməkdədirlər. Onun anası onlardan pulu nə üçün vermələrini və nə qədər pul vermələrini soruşsa da pulun məbləği barədə anasına heç bir söz deməmişdilər. İddiaçı2 həmin vaxt söhbəti öz telefonu ilə yazmış və məhkəmədə də həmin səs yazısı dinlənilmişdir. Bundan başqa, o, İddiaçı1 ümumilikdə 10 faizlə 15.500 ABŞ dollar borc almış, Şəhla ilkin olaraq 6.500 ABŞ dolları Sevda vasitəsilə ona göndərmişdir. Həmin pul ona veriləndə içərisində əl yazma ilə bir tərəfində “6711 $-70 $ (bank xərci) / 6641 qaldı, 100 man. mənə qalanı verdim ona (borca)”, digər tərəfində isə “270 $ * 1,480-399 man 60 qəp Şəhla” qeydlər olan kiçik vərəq təqdim etmişdir. Şəhla pulu verərkən ondan əvvəlcədən 399 manat faiz pulunu almışdır, hətta bir dəfə pulun faizi olaraq 400 manat pulu digər iş yoldaşları Mehriban Niftəliyeva vasitəsilə Sevdaya çatdırmışdır. Həmin faiz pulunu dolların kursu ilə hesablayıb vermiş və pulun üzərinə qəpiyi də əlavə etmişdir. Məhkəmədə Mehriban Niftəliyeva onun vasitəsilə Sevdaya pul verməsini təsdiq etmişdir. Lakin həmin ifadə məhkəmədə nəzərdən keçirilməmişdir. O, İddiaçı1 aldığı pulun faizini iş yoldaşı olan bacısı Sevda Bağızadə vasitəsilə göndərmişdir. O, hər dəfə pulu Sevdaya verəndə öz istifadəsində olan (055) ***-**-** nömrəsindən İddiaçı1 (077) 470-74- 90 və (050) ***-**-** nömrəsinə, habelə (012) ***-**-** ev nömrəsinə zəng edərək pulu göndərməsini bildirmiş və SMS yazışması aparmışdır. Bundan başqa öz istifadəsində olan (055) ***-**-** Vatsap nömrəsindən İddiaçı1 zəng etmiş və yazışmışdır. Bundan başqa öz istifadəsində oian (055) ***-**-** nömrəsindən və eləcə də (055) 663- 00-50 Vatsap nömrəsindən X9 istifadəsində olan (055) 745- 11-14 nömrəsinə, digər bacıları X2 istifadəsində olan (050) ***-**-** nömrəsinə, habelə digər bacısı X5 istifadəsində olan (050) *** ** ** nömərsinə vatsap yazışmaları aparmışdır. Hətta İddiaçı2 istifadəsində olan (055) ***-**-** mobil nömrəsindən 2016-cı ilin təxminən dekabr ayında onun istifadəsində olan mobil telefona SMS yazaraq bildirmişdir ki, “Sevdaya verdiyin pullar çatdı mənə, aramızda qaldı 400 manat, onu da verərsən”. Bütün bu yazışmalar onun istifadəsində olan “NOKİA” markalı telefonu ilə aparılmışdır. Qeyd edilən telefon nömrələr vasitəsilə olan yazışmalar və habelə SMS yazışmalarının həqiqətən də aparılmasını müəyyən etmək üçün iş üzrə məhkəmə kompyuter ekspertizası keçirilməsi barədə məhkəməyə verdiyi vəsatətə əsasən məhkəmə iş üzrə ekspertiza təyin etmək əvəzinə “BAKCEL” X17 sorğu göndərməsinə baxmayaraq bununla bağlı vəsatət araşdırılmamış qaldı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən ona hissələrlə, cəmi 1.200 manat məbləğində pul ödənilmişdir. Qalan məbləğ bugünədək ona ödənilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və tərəfindən verilmiş apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.

22. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, habelə İddiaçı2 nümayəndəsi və vəkili Seyidov X7 Rza Bağı oğlunun apellyasiya şikayətini müdafiə edərək, habelə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, İddiaçı2 apellyasiya şikayətinin təmin, Cavabdeh isə apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

23. İddiaçı1 Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, həqiqətdə o, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, cavabdehin ona həmin qətnamə ilə müəyyən edilmiş borc məbləğindən daha yüksək məbləğdə borcu vardır. Lakin bu proseslərin uzanmaması üçün apellyasiya şikayətini verməmişdir. Cavabdehin ona borcunu tam ödəməsi barədə iddiaları tam əsassızdır. Cavabdehin ona olan borcu qətnamədə göstərilən məbləğdən də artıqdır. Göstərilənlərin nəzərə alınmasını və Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

24. Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, İddiaçı2 apellyasiya şikayətini qəbul etməmiş və iddiaya qarşı etirazın məzmununa və tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

25. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, iddiaya qarşı etirazın məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740-cı maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. İddiaçı2 apellyasiya şikayətində qətnamənin iddianın ona aid olmaqla təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə də təmin edilməsi, Cavabdeh apellyasiya şikayətində isə iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməlidir.

32. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, cavabdeh fərdi sahibkarlıq fəaliyyət ilə məşğul olmaq (şirniyyat sexi açmaq) məqsədi ilə iddiaçılardan borca pul götürmüşdür. Hazırda İddiaçı2 2016-cı ilin may ayında cavabdehin ondan 13.500 ABŞ dolları və 10.000 manat, İddiaçı1 isə 2016-cı ilin avqust ayında cavabdehin ondan 15.500 ABŞ dolları və 2.000 manat məbləğində pulu borc aldığını bildirir. Cavabdeh İddiaçı2 10.000 ABŞ dolları, İddiaçı1 isə 2.000 manat məbləğində pulu borc almadığını, qalan məbləğləri aldığını, lakin tam şəkildə qaytardığını bildirir. İddiaçıların şikayəti əsasında fakt üzrə cinayət işi başlamışdır.

33. Cinayət işinin nəticəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 7/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iddiası qismən təmin edilmiş, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən təmin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə onun məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(022)-04/2019 saylı 23 aprel 2021-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iddiaları baxılmamış saxlanılmış, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, Yasamal rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manat məbləğində pulun Cavabdeh geri qaytarılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

35. Bu baxımdan iddiaçılar iddia tələbinə uyğun olaraq iddia edilən məbləğlərin borc qismində cavabdehə verdiklərini sübut etməli idi. Lakin cavabdehin İddiaçı2 3.500 ABŞ dolları və 10.000 manat, İddiaçı1 isə 15.500 ABŞ dolları məbləğində pulu borc aldığını, lakin sonradan qaytardığını bildirdiyindən, artıq bu məbləğlərin iddiaçılar tərəfindən cavabdehə verilməsini sübut etməyə hər hansı zərurət qalmamış və etirafa uyğun olaraq həmin məbləğlərin qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. İddiaçılar İddiaçı2 və İddiaçı1 isə müvafiq olaraq yalnız 10.000 ABŞ dolları və 2.000 manat məbləğində pulun da verildiyini sübut etməli idi.

36. Lakin cavabdeh ibtidai istintaq zamanı və sonradan məhkəmə icraatında borcun tam qaytarılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir, biri digərinə uyğun olmayan ziddiyyətli mövqelərdən çıxış edir. Belə ki, cavabdeh apellyasiya şikayətində İddiaçı1 10 faiz ödəmək şərti ilə ümumilikdə 15.500 ABŞ dollar borc aldığını və həmin pulu onun bacısı Sevda vasitəsi ilə Şəhlaya qaytardığını bildirir. Halbuki Sevda verdiyi hər hansı izahatında belə bir halın olmadığını vurğulayır. xx.xx.2017-ci il tarixli şahidin dindirilməsi protokoluna əsasən cavabdeh Şəhlaya pul verən zaman onun yanında Şəhlanın bacısı Nərminənin olduğunu göstərmişdir. xx.xx.2019-cu il tarixli şahidin əlavə dindirilmə protokoluna əsasən isə cavabdeh pulu şəxsən Şəhlaya qaytardığını, o cümlədən 1.700 ABŞ dolları məbləğində pulu Şəhlaya bacıları Sevda və Nərminənin yanında verdiyini bildirir. Halbuki, Nərminə (xx.xx.2017-ci il tarixli izahat) də Sevda kimi belə bir halın olmadığını bildirir. Cavabdeh Şəhlaya yaranmış borcunun bir hissəsinin qaytarılmasını təsdiq edə biləcək şəxs olaraq iş yoldaşı X12 da istinad edir. Lakin bu şəxs də xx.xx.2017-ci il tarixli izahatında belə bir halın şahidi olmadığını göstərir. Apellyasiya şikayətində cavabdeh hətta bir dəfə pulun faizi olaraq 400 manat pulu Şəhlaya çatdırmaq üçün digər iş yoldaşları Mehriban Niftəliyeva vasitəsilə Sevdaya göndərdiyini, məhkəmədə Mehriban Niftəliyevanın onun vasitəsilə Sevdaya pul verməsini təsdiq etdiyini vurğulayır. Halbuki, bu bu şəxs birinci instansiya məhkəməsində cavabdehin ona münasibətdə göstərdiyi xüsusatları təkzib edərək, iddiaçının ona pulu 2013-cü ildə verdiyini, ona verilən pulun 400 manat məbləğində olmadığını, verilən pulun 100 ABŞ dolların manata olan məzənnəsi ilə xırda əskinazlarla 70 manat məbləğində olduğunu, həmin pulu isə Sevdaya verdiyini qeyd etmişdir. Başqa sözlə, bu şəxsə məbləğindən asılı olmayaraq, pul veriləndən təxminən 3 il sonra tərəflər arasında borc münasibətləri yaranmışdır. Digər tərəfdən cavabdeh bir sıra hallarda verdiyi pulun məbləğini xatırlamadığını bildirir ki, bu da ümumiyyətlə borc münasibətlərinə, xüsusilə də borcu qaytarıb, borcunu bağlamaq niyyətində olan tərəfin özünün maraqlarına zidd olan bir hal olmaqla mövcud vəziyyətdə inandırıcı deyil.

37. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə yazdığı izahatında İddiaçı1 aldığı 15.500 ABŞ dolları məbləğində puldan 6.500 ABŞ dolları hissəsini qaytardığını, 9.000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirir. xx.xx.2017-ci il tarixli üzləşdirmə protokolunda və xx.xx.2019-cu il tarixli şahidi əlavə dindirmə protokolunda da eyni mövqedən çıxış edir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-7/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh İddiaçı1 münasibətdə verdiyi ifadəsində Şəhla tərəfindən onun barəsində şikayət verilərkən ona 15.500 ABŞ dollarından manat məzənnəsi ilə cəmi 8.000 manat borcunun qaldığını, 8.000 manatadək olan borcunu İddiaçı1 öz iş yerinin qarşısında ona qaytardığını, qalıq qalan 8.000 manat borcunu isə istintaq müddətində tam şəkildə ödədiyini qeyd etmişdir. Başqa sözlə, ilk izahatından təxminən 2 ilə yaxın müddət keçdikdən sonra cavabdeh tam fərqli hesablama qaydasını sərgiləmişdir. Halbuki, qeyd edilən dövr ərzində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019cu il tarixdə “Unitransfer” pul köçürülməsinə dair çıxarışa əsasən 200 manat, xx.xx.2019cu il tarixli tələbin könüllü ödənilməsi barədə protokola əsasən isə 4.000 manat məbləğində pul ödənilmişdir.

38. Başqa sözlə, 4.200 manat puldan başqa cavabdehin ödənildiyini iddia etdiyi bir ödəniş belə istinad edilən hallar, faktlar və məbləğlər baxımından öz təsdiqini tapmır. Onun istinad etdiyi şəxslər isə hər hansı ödənişin şahidi olmadığını vurğulayırlar. Belə olan halda, 4.200 manat puldan başqa, qalan məbləğin özü-özünü ödəməsi qənaətinə gəlmək bu məbləğin cavabdeh tərəfindən ödənilməsini qəbul etməkdən daha asan və inandırıcı olar.

39. Bununla belə, məhkəmə kollegiyası elan edilmiş ittihamda və digər sənədlərdə cavabdehin İddiaçı1 26.847,80 manat məbləğində borcunun olduğunun göstərildiyini, iddia üzrə də məhz bu məbləğin tələb edilməsini (halbuki, 15.500 ABŞ dolları Azərbaycan Rüspublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla daha yüksək məbləğ təşkil edir, təxminən 15.500 x 1.70 = 26.350 manat), ötən dövr ərzində bu məbləğin yalnız 4.200 manat hissəsinin qaytarıldığının öz təsdiqini tapmasını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin bu iddiaçıya mövcud olan real borcu (26.847,80 – 4.200 = 22.647,20) 22.647,80 manat təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi real borcdan da az borc məbləğini (20.200 manat) tutulmuşdur ki, bu məbləğin azaldılması, habelə ümumiyyətlə silinməsi üçün hər hansı əsas yoxdur. Lakin İddiaçı1 apellyasiya şikayəti vermədiyindən, mübahisəyə cavabdehin apellyasiya şikayəti həddində baxılır və bu səbəbdən məbləğin artırılmasının mümkünlüyü, habelə iddiaçı tərəfindən cavabdehə real olaraq 2.000 manat pulun verilib-verilməməsi məsələsinə hüquqi qiymət verilmir. Hər bir halda, real olaraq qalıq qalmış borcdan 2.000 manat silindikdən sonra da qalıq qalmış borc qətnamə üzrə tutulan borcdan artıq olmuş olur.

40. Məhkəmə kollegiyası İddiaçı2 və cavabdehin apellyasiya şikayətinə müqayisəli və qarşılıqlı şəkildə hüquqi qiymət verərək, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə ümumilikdə 13.500 ABŞ dolları və 10.000 manat məbləğində pul verdiyini iddia etdiyi bir halda, cavabdeh bu məbləğin yalnız 3.500 ABŞ dolları və 10.000 manat hissəsini borc olaraq aldığını etiraf edir və bu məbləğin də tam olaraq qaytarıldığını bildirir. Halbuki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis idarəsində yazılmış izahatda cavabdeh şirniyyat sexi açmaq üçün iddiaçıdan 13.500 ABŞ dolları və 10.000 manat borc götürdüyünü, işi təşkil edə bilməməsi səbəbindən qalan puldan iddiaçıya 6.550 manat və 3.250 ABŞ dolları qaytardığını, iddiaçıya 10.250 ABŞ dolları və 3.450 manat borcunun qaldığını göstərmişdir. Həmin izahatda ona verilən suala cavab olaraq, digər iddiaçı Şəhla Hacıyevadan 15.500 ABŞ dolları borc olaraq aldığını, lakin 2.000 manat almadığını bildirsə də, İddiaçı2 10.000 ABŞ dolları almadığını qeyd etməmişdir. Bundan 4 ay sonra, yəni xx.xx.2017-ci il tarixli şahidin dindirilməsi protokolunda isə cavabdeh apardığı hesabata uyğun olaraq, şirniyyat sexini qurmaq və bu məqsədlə avadanlıqlar almaq üçün ona 13.500 ABŞ dolları və 10.000 manat pul lazım olduğunu, bu barədə (yəni ona 13.500 ABŞ dolları və 10.000 manat pul lazımdır) iddiaçının arvadı Sevdaya bildirdiyini, bu məqsədlə iddiaçının özü ilə də görüşdüyünü, 2016-cı ilin may ayının sonlarında iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Gənclik” metro stansiyasının qarşısında onunla görüşərək, ona 10.000 manat pul verdiyini, 2016-cı ilin may ayının axır günlərində isə yenə də “Gənclik” metro stansiyasının yaxınlığında iddiaçının onunla görüşərək, ona 13.500 ABŞ dolları məbləğində pul verdiyini göstərmişdir. xx.xx.2017-ci il tarixli üzləşdirmə protokolunda da bu suala cavab olaraq, 10.000 ABŞ dolları məbləğində pulu borc almadığını göstərməmişdir. Lakin təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokolda cavabdeh bu izahatlarına zidd olaraq, iddiaçıdan 10.000 ABŞ dolları məbləğində pulu borc almadığını, iddiaçıya ötən dövrdə ümumilikdə 3.250 ABŞ dolları 4.750 manat məbləğində borc ödədiyini vurğulamışdır.

41. Nəticə etibarı ilə cavabdeh 2017-ci il üzrə müxtəlif izahatlarda iddiaçı tərəfindən ona 3.500 ABŞ dolları və 10.000 manat puldan başqa 10.000 ABŞ dolları məbləğində pulun da verildiyini bildirir və qəbul edir, hətta bu hadisəni təsvir etməklə bu məbləği aldığı yeri dəqiq göstərir. Bundan başqa, xx.xx.2017-ci il tarixli izahatında iddiaçıdan aldığı, ona qaytardığı və borclu qaldığı məbləğlərin müqayisəsindən də onun iddiaçıya məhz 13.500 ABŞ dolları və 10.000 manat borcunun olduğu müəyyən edilir. Lakin iki ildən sonra, yəni artıq təqsirləndirilən şəxs qismində cəlb edilərkən təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokol üzrə izahatında belə bir məbləğin ona verilmədiyini, bu məbləğin səhv göstərildiyini söyləyir. Bu səbəbdən məhkəmə kollegiyası onun iddiaçıdan 3.500 ABŞ dolları və 10.000 manat pulla yanaşı, həmçinin 10.000 ABŞ dolları məbləğində pulu da borc alması, sadəcə olaraq sonradan bu pulun qaytarılmasından yanınması üçün etiraf etməməsi qənaətinə gəlir.

42. Məhkəmə kollegiyası bu iddiaçıdan alınmış pulun qaytarılması barədə cavabdehin mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2017-ci il tarixli izahatda bu iddiaçıdan aldığı pulun 6.550 manat və 3.250 ABŞ dolları hissəsini, xx.xx.2017-ci il tarixli şahidi dindirmə protokolunda 3.250 ABŞ dolları və 7.250 manat hissəsini,xx.xx.2017-ci il tarixli üzləşdirmə protokolunda 3.250 ABŞ dolları və 6.450 manat hissəsini, xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda 3.250 ABŞ dolları və 4.750 manat hissəsini qaytardığını göstərir. Maraqlısı ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli şahidi əlavə dindirmə protokolunda isə iddiaçıdan aldığı 10.000 manat və 3.500 ABŞ dolları pulu bu günədək ödəmədiyini, ona yalnız 1.950 ABŞ dolları və 2.750 manatdan artıq faiz ödədiyini qeyd edir. Başqa sözlə, hər dəfə müxtəlif rəqəmlər göstərir.

43. Nəzərə alınmalıdır ki, cavabdeh qaytardığı məbləğləri, tarixləri, yeri, bu prosesdə vasitəçi olduğu şəxsləri (hətta bir, yalnız bir izahatda, Sevdaya verilməsi üçün Mehribana 300 manat pul verdiyini də bildirir, lakin sonradan bu şəxsin adını çəkmir, xx.xx.2019-cu il tarixli protokol) göstərir, bəzi məbləğləri bir başa iddiaçının özünü ödədiyini qeyd edir. Lakin bu halları təsdiq edən hər hansı sübut təqdim etmir, istinad etdiyi şəxslər də bu halları təsdiq etmir. Bir izahatda konkret məbləğləri iddiaçının özünə, digər izahatda isə həmin məbləğlərin bir hissəsini iddiaçının həyat yoldaşı Sevda Bağızadəyə verdiyini bildirir, bir izahatda verdiyi bəzi məbləğləri xatırlamadığını söyləyir, başqa izahatda isə dəqiq göstərir. İzahatdan izahata qaytarılmış kimi göstərilən məbləğlər dəyişir (1.300 ABŞ dolları, 1.600 manat, 1.100 manat, 1.050 manat). Məsələn, cavabdeh xx.xx.2019-cu il tarixli şahidi əlavə dindirmə protokolunda iddiaçıya “Neftçilər” metrostansiyası qarşısında 1.000 manat və 650 ABŞ dolları, xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda isə iddiaçıya “Neftçilər” metrostansiyası qarşısında 1.050 manat borc qaytardığını bildirir. Eyni zamanda, hər hansı izahatda cavabdehin bu yerdə iddiaçı ilə iki dəfə görüşdüyü qeyd edilmir.

44. Məhkəmə kollegiyası o halı da xüsusilə vurğulayır ki, bir tərəfdən cavabdeh biribirini tamamlamayan və üst-üstə düşməyən, bu baxımdan ümumiyyətlə ziddiyyətli izahatlarla iddiaçıya olan borcu qaytardığını sübut etməyə çalışır, digər tərəfdən də xx.xx.2019-cu il tarixli şahidi əlavə dindirmə protokolunda iddiaçıdan aldığı 10.000 manat və 3.500 ABŞ dolları pulun 6.500 manat və 3.500 ABŞ dolları hissəsinin digər İddiaçı1 bacısı X6 borc verdiyini 1.050 manat hissəsini iddiaçının özünə qaytardığını, 2.750 manat hissəsini isə xərclədiyini qeyd edir. Belə olan halda, həm cavabdehin iddiaçıya 3.500 ABŞ dolları və 10.000 manat deyil, məhz 13.500 ABŞ dolları və 10.000 manat borcunun olduğu bir daha öz təsdiqini tapır, həm də cavabdehin borcun qaytarılması ilə bağlı tam yeni bir mövqedən çıxış etdiyi müəyyən edilir.

45. X13 ilə bağlı da cavabdehin izahatları həm ziddiyyətlidir, həm də ümumiyyətlə reallığı əks etdirmir. Belə ki, cavabdeh xx.xx.2017-ci il tarixli izahatda İddiaçı2 aldığı pulun 3.500 ABŞ dolları və 7.400 manat hissəsini, xx.xx.2019-cu il tarixli şahidi əlavə dindirmə protokolunda 3.600 ABŞ dolları və 6.500 manat hissəsini, digər izahatlarında isə 3.500 ABŞ dolları və 6.500 manat hissəsini X6 borc verdiyini bildirir. Halbuki, bu şəxs cavabdeh tərəfindən ona yalnız 2.000 manat pulun borc verildiyini, həmin borcu da qaytardığını söyləyir. İddia qarşı yazılı etirazdan isə belə qənaətə gəlinir ki, cavabdeh bu şəxsə əlavə olaraq 2.000 manat məbləğində pul da borc vermişdir. Yenə də məbləğlə bağlı ziddiyyətin olması nəzərə alınmadığı halda da, ümumiyyətlə hər hansı məntiqlə bir araya sığmayan və reallıqda mövcudluğu mümkün olmayan bir vəziyyət yaranmış olur. Belə ki, yaranmış mənzərə ondan ibarət olur ki, şirniyyat sexini açmaq üçün pula ehtiyacı olan və bu məqsədlə İddiaçı2 (faizlə aldığını iddia edir) borca pul alan cavabdeh bu məqsədlər üçün hər hansı məbləğdə pul xərcləməyərək, həmin pulun böyük bir hissəsini borc olaraq, 2016-cı ilin avqust ayına kimi faiz ödəməmək şərti ilə X6 verir, özü də yenə də şirniyyat sexini işə salmaq üçün 2016-cı ilin avqust ayında onun bacısı, yəni digər iddiaçıdan 15.500 ABŞ dolları pulu borc alır, sonradan İddiaçı2 və İddiaçı1 faizlə borc qaytarır, lakin X4 yenə də pulunu tələb etmir. Onun barəsində cinayət işi başlamasına və nəticədə birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, yenə də böyük məbləğdə olan bu borcunu, hətta bügünədək X4 tələb etmir. Cavabdehin bu fikirlərinin reallığı əks etdirməməsi və həqiqətə nəinki uyğun olmaması, hətta “həqiqət” sözünə hər hansı aidiyyəti olmaması qənaətinə gəlmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Sadə anlaqlı insan olmaq kifayətdir.

46. Digər tərəfdən cavabdehlə X13 arasında mövcud olan borc münasibətlərinin ümumiyyətlə iddiaçılara hansı qaydada aidiyyətinin olması aydın deyil. Cavabdeh bu şəxsə hər hansı məbləğdə borc vermişdirsə də, onu iddiaçıların tapşırığı əsasında verməmişdir. Belə olan halda, cavabdehin İddiaçı2 aldığı borcun hər hansı hissəsini X6 verməsi, onu nə İddiaçı2 olan borcun ödənilməsindən azad edir, nə də ki, bu borcun əvəzləşdirilməsinə əsas verir.

47. Cavabdehin borc almağının əsası və səbəbi kimi göstərilmiş şirniyyat sexi də bütün izahatlarda söz olaraq, bir əhvalat kimi söylənilir. Belə bir sexin harada yerləşəcəyi məsələsinə aydınlıq gətirilmir, bu məqsədlər üçün müəyyən avadanlıqların alınması göstərilsə də, bununla bağlı hər hansı sübut təqdim edilmir. Cavabdeh xx.xx.2017-ci il tarixli izahatında aldığı avadanlıqları dəqiq göstərə bilməyəcəyini, hazırda da adlarını qeyd etmək istəmədiyi şəxslərə satışa verdiyini qeyd edir. xx.xx.2019-cu il tarixli şahidi əlavə dindirmə protokolunda isə bəzi avadanlıqların adını çəkir və qiymətini göstərir, lakin onların bəzilərinin xarab olduğunu, bəzilərini satdığını, bəzilərini isə hədiyyə verdiyini göstərir. Lakin yenə də bu avadanlıqların mövcudluğu ilə bağlı nəinki hər hansı sübut, ümumiyyətlə 1 şəkil belə təqdim edilmir. Həmin izahatda kirayə qaldığı mənzildən kirayə haqqını ödəyə bilməməsi səbəbindən çıxdığını və həmin evin artıq söküldüyünü, yerində yeni tikilinin inşa edildiyini qeyd edir. Başqa sözlə, yenə də sübutu olmayan, izi qalmayan, artıq müəyyən edilməsi mümkün olmayan bir mövqe sərgilənir.

48. Cavabdehin istinad etdiyi telefon ismarıcları ilə bağlı qeyd edilməlidir ki, cavabdeh İddiaçı2 istifadəsində olan (055) ***-**-** mobil nömrəsindən 2016-cı ilin təxminən dekabr ayında onun istifadəsində olan mobil telefona “Sevdaya verdiyin pullar çatdı mənə, aramızda qaldı 400 manat, onu da verərsən.” Məzmunlu SMS-in yazıldığını bildirir və bu ismarıcın onun İddiaçı2 borcunun qalmadığını təsdiq etdiyini iddia edir. Halbuki, məhkəmə kollegiyası bir daha məcburdur qeyd etsin ki, bu tarixdən sonrakı, o cümlədən xx.xx.2017-ci il tarixli izahatında cavabdeh İddiaçı2 borcunun olduğunu şəxsən etiraf etmişdir. Cavabdehin borcun ödənilməsini təsdiq edən sənəd kimi təqdim etdiyi əlyazmalar da iddiaçıların imzası, habelə hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən qeydləri özündə əks etdirmədiyindən sübut kimi qəbul edilə bilməz.

49. Qeyd edilənlər öz növbəsində cavabdeh tərəfindən İddiaçı2 2016-cı ilin may ayında ümumilikdə 13.500 ABŞ dolları və 10.000 manat məbləğində, İddiaçı1 isə ümumilikdə 15.500 ABŞ dolları məbləğində pulun borc alındığını, ötən dövr ərzində İddiaçı2 cəmi 1.200 (250 + 300 + 300 +350) manat, İddiaçı1 isə cəmi 4.200 (4.000 + 200) manat məbləğində pulun qaytarıldığını təsdiq edir. Aparılmış araşdırmanın nəticəsi olaraq hər hansı başqa məbləğin ödənilməsi öz təsdiqini tapmır, cavabdehin mövqeyi isə birmənalı olaraq mövcud borcu ödəməkdən yayınmaq kimi qiymətləndirilir və qəbul edilir.

50. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Cavabdeh İddiaçı1 hər hansı əsas olmadan 2016-cı ilin avqust ayında (740-cı maddənin 2016-cı ilin iyun ayından sonrakı redaksiyası) 26.847,80 manat pulu almış və ötən dövr ərzində bu məbləğin yalnız 4.200 manat hissəsini qaytarmış, qalan məbləği qaytarmasa da, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş 20.200 manat məbləğini İddiaçı1 mübahisələndirməmişdir. Həmin məbləğin azaldılması və ya silinməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir (36-39-cu bəndlər). Bu səbəbdən həmin məbləğin cavabdehdə qalması hər hansı hüquqi əsas olmadan onun bu iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan bu iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır.

51. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 ilə cavabdeh arasında 2016-cı ilin may ayında (740-cı maddənin 2016-cı ilin iyun ayından əvvəlki redaksiyası) şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh iddiaçıdan 13.500 Abş dolları və 10.000 manat pul almış, ötən dövr ərzində bu məbləğin cəmi 1.200 manat hissəsini qaytarmışdır. Bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu ödəməmiş, bununla da şifahi borc müqaviləsrin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

52. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və iddia tələbinə istinadən yaranmış ümumi borcun 30.305,10 manat olmasını (halbuki, 13.500 ABŞ dolları Azərbaycan Rüspublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla və 10.000 manat daha yüksək məbləğ təşkil edir, təxminən 13.500 x 1.70 = 22.950 + 10.000 = 32.950 manat), iddia üzrə bu məbləğin 29.105,10 manat hissəsinin tələb edildiyini, ötən dövr ərzində bu borcun 1.200 manat hissəsinin qaytarıldığını, lakin həmin pulun 850 manat hissəsinin hesablanmadığını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin bu iddiaçıya hazırda (29.105,10 – 850 = 28.255,10) 28.255,10 manat borcu qalmışdır. Bu məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi 10.000 ABŞ dolları məbləğində borcu nəzərə almamaqda, habelə ABŞ dolları ilə olan borcu azərbaycan manatına münasibətdə 1 ABŞ dolları = 1,50 manat məzənnəsi ilə hesablamaqda haqlı olmamışdır. Bu da öz növbəsində iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətinin bu hissədə də rədd edilməsini şərtləndirir.

53. Beləliklə, məhkəmə kollegiysı hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-563/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 28.255,10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-563/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 28.000 (iyirmi səkkiz min iki yüz əlli beş manat, on qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar