Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4009/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(006)-75/2025 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-75/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 40000 manat əsas borc, 14 iyun 2023-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək ödənişi gecikdirilmiş 50000 manata münasibətdə illik 5 faiz hesablanmaqla 3465 manat və 01 noyabr 2024-cü il tarixdən hazırki qətnamə elan olunan 28 fevral 2025-ci il tarixə ödənişi gecikdirilmiş 40000 manata münasibətdə 118 günə görə illik 5 faiz hesablanmaqla 646 manat olmaqla, cəmi 44111 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi və ödənilmiş dövlət rüsumuna görə 240 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(006)- 75/2025 nömrəli qərardadına əsasən qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi tərəflərin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Cavabdehin tərəflərə qətnamənin göndərilmə məktubunun tarixinə, yəni xx.xx.2025-ci il tarixə istinad etməklə həmin tarixdən hesablanmaqla apellyasiya şikayətini məhkəməyə təqdim etməsi əsassızdır.
4. Həmin qərardaddan Cavabdeh şikayət edərək, qərardadının ləğv edilməsini sini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin 28 fevral 2025-ci il tarixli qətnaməsi barədə rəsmi məlumatı (elektron sistemə yerləşdirilmiş bildirişi) 24 mart 2025-ci il tarixdə aldıqlarından qanunvericiliklə müəyyən edilmiş müddətdə də həmin qətnamədən apelyasiya şikayəti vermişlər. Mülki prosessual qanunvericilik isə bununla bağlı açıq-aşkar göstərib ki, qətnamədən apelyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Burada isə xüsusilə nəzərə alınmalı idi ki, həmin qətnamənin hazır olması barədə rəsmi bildiriş 19 mart 2025-ci il tarixdə deyil, 24 aprel 2025-ci il tarixdə verilmişdir. Yəni, birinci instansiya məhkəməsinin qətnaməsi barədə rəsmi bildiriş həmin tarixdə verildiyindən apelyasiya şikayəti də 1 ay müddətində verildiyindən şikayətin geri qaytarılması əsassızdır. Digər tərəfdən, məhkəmə iş üzrə qəbul etdiyi yekun aktının hətta elektron sistemlə də olsa, rəsmi bildiriş verməklə çatdırılmasına əmin olduqdan sonra şikayət müddətini hesablanmalıdır. Əksi halda MPM-lə nəzərdə tutulan (rəsmi məhkəmə sənədlərinin çatdırılmasını özündə ehtiva edən) “bildiriş”in hər hansı hüquqi əhəmiyyəti itməklə tamamilə mənasız olur. Qətnamə barədə rəsmi məlumat və ondan şikayət etmək hüququ onun kabinetə yerləşdirilməsi vaxtından deyil, bununla bağlı rəsmi bildirişin (tərəfin rəsmi qaydada məlumatlandırılmasından) vaxtından hesablanmağa başlayır. Əgər bunun əksi olmuş olsaydı, elektron sistem vasitəsi ilə rəsmi məlumatlandırma kimi “bildiriş” nəzərdə tutulmaz, məhkəmələr bu rəsmi sənədi sistemə yerləşdirməməliydilər.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(006)- 75/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. İşdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 75/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qətnaməsi 19 mart 2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə cavabdehin Cavabdeh çatdırılmış, sonuncunun hazırkı şikayəti isə elektron kabinet vasitəsilə 24 mart 2025-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür.
9. AR MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırkı vəziyyətdə şikayətin verilməsi üçün 1 aylıq müddət 19 aprel 2025-ci il tarixdə başa çatsa da, həmin tarix şənbə günü – qeyri iş gününə düşdüyündən, son müddət 21 aprel 2025-ci il hesab olunur. Lakin göründüyü kimi, bu halda da Cavabdeh apellyasiya şikayətini 1 ay 3 gündən sonra vermişdir.
10. Həmçinin AR MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bununla bağlı məkhəmə kollegiyası onu qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(006)-75/2025 nömrəli apellyasiya şikayəti verilməsi üçün qanunvericilklə müəyyən edilmiş prosessual müddəti 3 gün ötürməsinə baxmayaraq prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir.
11. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə birinci istansiya məhkəməsinin mövqeyi haqqlı olmuşdur.
12. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(006)-75/2025 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(006)-75/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.