Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-401/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X1, İlkin iddia üzrə Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçı “Bank VTB” (Azərbaycan) X6 Cavabdeh qarşı “kredit tələbi” barədə ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı X3 cababdehlər “Bank VTB” (Azərbaycan) X8 və Cavabdeh “girov müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı və hər iki iddia üzrə cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Bank” VTB (Azərbaycan) X11 Cavabdeh qarşı “kredit tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113228-1-6760 saylı kredit müqaviləsinə əsasən 05aprel 2018-ci il tarixə Banka borclu olduğu 20.390,51 (iyirmi min dollar 51 sent) ABŞ dolları məbləğində əsas borc, 2.356,42 (iki min üç yüz əlli altı dollar 42 sent) ABŞ dolları məbləğində faiz borcu, 279,70 (iki yüz yetmiş doqquz dollar 70 sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 23.026,63 (iyirmi üç min iyirmi altı dollar, 63 sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 (otuz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh “Bank VTB” (Azərbaycan) X6 xeyrinə tutulması; Tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sorento minik” markalı, 2012-ci il buraxılışlı, universal tipli, mirvari rəngli, mühərrik G4KECH754527, ban KNAKU811DD5398570 olan ** VS *** dövlət nömrə nişanlı avtomobilə avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı X8 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X11 Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113228-1-6760 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 30.638 (otuz min altı yüz otuz səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 113228-16760 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh 21.314 (iyirmi bir min üç yüz dörd) ABŞ dolları məbləğində olan borcu 28 (iyirmi səkkiz) ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 18 (on səkkiz) faiz hesablanmaqla kapitallaşdırılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Kia Sorento minik” markalı, 2012-ci il buraxılışlı, universal tipli, ağ mirvari rəngli, mühərrik G4KECH754527, ban KNAKU811DD5398570 olan ** VS *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli 1132xx-xx-9072 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2013-cü il tarixli 11322816-9072 saylı “ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə” 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxx 2017-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 20.390,51 (iyirmi min üç yüz doxsan dollar 51 sent) ABŞ dolları məbləğindəəsas borc, 2.356,42 ABŞ dolları məbləğində faiz borcu, 279,70 (iki yüz yetmiş doqquz dollar 70 sent) ABŞ dolları məbləğindəcərimə üzrə borcu, ümumilikdə isə23.026,63 (iyirmi üç min iyirmi altı dollar 63 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1132xx-xx-9072 saylı ipoteka əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Məhkəmə gedişatında X4 cababdehlər “Bank” VTB (Azərbaycan) X8 və Cavabdeh “girov müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli Cavabdeh Bank VTB ilə bağladığı müqavilədə 2012-ci il buraxılışlı KİA Sorento markalı, ** VS *** dövlət nömrə nişanlı avtomobilin girov müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.1984-cü il, № 221 qeyd edilmiş birgə nigahdadırlar. İki övladları var. xx.xx.2013-cü il tarixdə Cavabdeh onu xəbərdar etmədən Bank VTB-dən 30.678 ABŞ dolları kredit alaraq, 2012-ci il buraxılışı ** VS *** dövlət nömrə nişanlı KİA Sorenta markalı avtomobili 5 illik kreditlə götürərək, həmin avtomobilə bu günə kimi 31.000 ABŞ dolları pul vəsaiti ödəyib. Ödənilən 31.000 ABŞ dolları pul vəsaiti onların birgə ailə büdcəsinə məxsusdur. MM-nin 277.1-ci maddəsinə əsasən Ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər. MM-nin 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təlbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmiş, xx.xx.2013-cü il tarixli, 113228-1-6760 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 18450,40 ABŞ dolları, faiz borcu üzrə 1548,59 ABŞ dolları, cərimə borcu üzrə 279,70 ABŞ dolları olmaqla, cəmi 20278,69 ABŞ dolları (iyirmi min iki yüz yetmiş səkkiz ABŞ dolları, 69 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı “Bank” VTB (Azərbaycan) X6 xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Kia Sorento minik” markalı, 2012-ci il buraxılışlı, universal tipli, mirvari rəngli, mühərrik G4KECH754527, ban KNAKU811DD5398570 olan ** VS *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, yerdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini borc məbləğlərinin olduğundan daha aşağı hesablanması, faiz borcunun isə əsassız olaraq xx.xx.2017-ci il tarixədək hesablanması arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı da apellyasiya şikayəti verərək onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Qətnamədən hər iki iddia üzrə cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və əsas borc üzrə ona yeni ödəniş qrafiki açılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin ölkədə baş vermiş devolvaysiya hadisəsini nəzərə almaması və borc məbləğlərinin düzgün hesablanmadığl arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bank tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh isə iddia tələbinin əsassız olduğunu bildirərək birinci instansiyha məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə gəlmədiyi üçün, işə onun iştirakı olmadan baxılması qərara alınmışdır. Apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab aşağıdakı nəticəyə gəlir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113228-1-6760 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən bank tərəfindən kredit alana illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 30.638 (otuz min altı yüz otuz səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Kia Sorento minik” markalı, ** VS *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013-cü il tarixli, 11322816-9072 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 113228-1-6760 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh 21.314 (iyirmi bir min üç yüz dörd) ABŞ dolları məbləğində olan borcu 28 (iyirmi səkkiz) ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 18 (on səkkiz) faiz hesablanmaqla kapitallaşdırılmışdır. Habelə, “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, tərəflər arasında xx.xx.2013-cü il tarixli 1132xx-xx-9072 saylı “ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə” 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşma bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixə banka borcu 20.390,51 (iyirmi min dollar 51 sent) ABŞ dolları məbləğində əsas borc, 2.356,42 (iki min üç yüz əlli altı dollar 42 sent) ABŞ dolları məbləğində faiz borcu, 279,70 (iki yüz yetmiş doqquz dollar 70 sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 23.026,63 (iyirmi üç min iyirmi altı dollar, 63 sent) ABŞ dolları məbləğində pul təşkil edir. İş materiallarına əlavə edilmiş AR Məhkəmə Ekspertiza Mərkəzinin 27245 saylı, xx xxx 2019-cu il tarixli Ekspert rəyindən görünür ki , Cavabdeh iddiaçı “İddiaçı ASC xx xxxxxxxx 2017-ci il tarixə olan cəmi borcu 20482,32 manat məbləğində müəyyən oulunur, o cümlədən: əsas borc üzrə 18450,40 ABŞ dolları, faiz borcu üzrə 1548,59 ABŞ dolları, xx.xx.2016-cı il tarixə qalıq faiz borcu 483,33 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya qarşılıqlı iddia üzrə iddiaçı Nahidə Heydərovanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi İpoteka Müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanılmışdır. Bu nöqteyi nəzərdən həmin İpoteka müqaviləsi üzrə iddia müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Habelə, ilkin iddia üzrə iddiaçı xx xxxxx 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda, qarşılıqlı iddia üzrə iddiaçı xx xxx 2019-cu il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf qanunla nəzərdə tutulmuş müddətin ötürülməməsinə dair hər hansı bir sübut nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə təqdim etməmişdir. Kollegiya ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətində irəli sürülən borc məbləğlərinin daha yüksək olması barədə dəlilini əsassız hesab edir. Bununla belə kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı hər iki iddia üzrə Cavabdeh dəlillərini qismən əsaslı hesab edir; belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə, Cavabdeh xx.xx.2018-ci il tarixə olan əsas kredit borcunun məbləğinin 18450,40 ABŞ dolları, faiz borcunun isə 1443,97 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh məhkəmənin manatın devalvasiyasını nəzərə almadığı barədə irəli sürdükləri ilə bağlı isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli olduğu, müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin və qarşılıqlı iddialar üzrə iddiaçıların apellyasiya şikayətləri təmin edilməməli, hər iki iddia üzrə cavabdehin isə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun və ümumi borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğlər ekspert rəyinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı “Bank VTB” (Azərbaycan) X6 apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Hər iki iddia üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi “cavabdehdən 1548,59 ABŞ dolları faiz borcunun, həmçinin ümumilikdə 20278,69 ABŞ dolları borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı “Bank” VTB (Azərbaycan) X6 xeyrinə tutulmalı olan faiz borcunun məbləği 1443,97 ABŞ dolları (min dörd yüz qırx üç dollar 97 sent) və ümumi borc 20174, 07 ABŞ dolları (iyirmi min yüz yetmiş dörd dollar 07 sent) məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərə aid olunsun; ekspertiza tədqiqatının dəyəri olan 145 manatiddiaçı “Bank” VTB (Azərbaycan) X5 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-401/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-401/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver