Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4016/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), x7 və x2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(004)-666/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı x3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə borc verilmiş 35000 manat məbləğində pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 iyun 2018-cı il tarixində cavabdehə 35000 manat məbləğində pul borc vermiş, aralarında olan borc münasibətləri Bakı şəhəri 11 saylı notariat kontorunda həmin tarixdə 3M/504№ reyestr nömrəli borc müqaviləsi ilə rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən götürülən borc məbləğini cavabdeh 10 yanvar 2019cu il tarixinədək qaytarmalı idi. Göstərilən müddətdən xeyli vaxt keçmiş olsa da cavabdeh öhdəliyi bu günədək icra etməmişdir. Cavabdehə borcun qaytarılması ilə əlaqədar dəfələrlə müraciət etmiş olsa da, müraciətləri cavabsız qalmışdır. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldaraq, cavabdeh ona 3000 manat məbləğində ödəniş etdiyindən, cəmi 32000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(004)- 666/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, borc müqaviləsinə əsasən iddiaçıya 3000 manat pul qaytarmışdır. Lakin bir müddət sonra maddi vəziyyəti pisləşdiyindən müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilməmişdir. Hal-hazırda onun iddiaçıya 32000 manat borcu vardır və məhkəmə iclasında borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Buna görə də hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən işə birtərəfli yanaşmış, onun maddi durumunu nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı Amalya Şıxqayıbova apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, cavabdehin əsas məqsədi müqavilə üzrə öhdəliyin icrasını uzatmaqdır. Buna görə də məhkəmədən qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh səhhətində yaranan problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(004)-666/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə materiallarında olan Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 iyun 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Şıxqayıbova Amalya Cavabdeh 35000 manat pulu borc kimi vermiş, borcalan isə krediti 10 yanvar 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi düzgün qərara gəlmişdir ki, x4 ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddiaçıdan 35000 manat məbləğində borc pul almasını etiraf etmiş, həmin məbləğdən 3000 manat ödəniş etdiyini bildirmişdir. Borc məbləğindən 3000 manat ödəniş edilməsini iddiaçı da təsdiq etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(004)- 666/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4016/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4016/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver