Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4021/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:aliment məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(001)-2195/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlə xx.xx.2008-ci ildə nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-955/2018 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasındakı nikah pozulmuş, həmin nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı uşaqların onun yanında saxlanması, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh qazancının üçdə-bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 1383/2022 qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 193 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən qətnamə ilə müəyyənləşdirilmiş alimentin miqdarının dəyişdirilməklə, cavabdehdən uşaqların saxlanmaları üçün hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 1383/2022 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-955/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014- cü il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)- 1383/2022 qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 193 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılması zəruridir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(001)- 2195/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1383/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. .
6. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-də operator işləyir, aylıq əmək haqqı 1330,56 manat təşkil edir. Cavabdeh aliment ödənilməsi öhdəliyindən savayı hər hansı öhdəliyinin olması barədə məhkəməyə sənəd (sübut) təqdim edə bilməmişdir. Birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 müvafiq olaraq 15 və 9 yaşları vardır. Onların hər iki dərs hazırlığı üzrə repetitor yanına gedir və kifayət qədər təhsil xərcləri vardır. Məhkəmə isə bu halı nəzərə almamış, aliment məbləğinin dəyişdirilərək, artırılması barədə iddia tələbini qismən təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı cavabdehdən ümumilikdə hər iki uşağa görə 57 (əlli yeddi) manat məbləğinin mübahisəsini aparır. Əminliklə demək olar ki, iddiaçı üçün aylıq 57 (əlli yeddi) manat kifayət qədər yüksək və zəruri ehtiyac meyarının əsas tərkib hissəsi olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə alimentin qalıq 40 (qırx) məbləğ hissəsini təmin etməyərək, cüzi məbləğ olduğunu və buna görə mübahisə olmamasının əminliyini öz qətnaməsində dolayı yolla ifadə etmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarını kobud şəkildə pozaraq, cavabdeh tərəfin təqdim edə bilmədiyi sübutlar olmadığı halda, iddia tələbini qismən təmin etmişdir
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin eilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 15. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
21. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də operator işləyir, aylıq əmək haqqı 1330,56 manat təşkil edir. İddiaçı isə “Bakı Baş Səhiyyə Mərkəzi” X11 mama işləyir və aylıq əmək haqqı 522 manat təşkil edir. 22.Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslıdır. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməmisinə yönəlmişdir. Eyni zamanda Azərbaycan Respublikasında 2023-cü il üçün “X7” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 23.Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək qeyd edir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin qazancına görə iki uşaq üçün 400 manat miqdarında aliment verə bilməsini qeyd etməsi barədə etirazı əsassız hesab edilməlidir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Odur ki, sadalanan halları və uşaqların artan təlabatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşaqların mənafelərinə uyğundur. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edlməli, məhkəmənin qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək hər uşağa görə hər ay ödənilməsi müəyyən edilmiş alimentin məbləği 220 manat müəyyən edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(001)- 2195/2023 saylı qətnaməsi dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X1 xeyrinə tutulan alimentin məbləği hər ay hər uşağa görə (qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla) 220 manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.