Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4027/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyan" tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyan" tələbinə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Yasamal rayon prokurorunun böyük köməkçisi T.Yaqubovun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı şikayəti ilə bağlı material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki instagram sosial şəbəkəsi vasitəsi ilə Səadət Fərzəliyeva adlı həkimlə danışaraq xx.xx.2023-cü il tarixdə Ş.Mehdiyev küçəsi ev 1054 ünvanında yerləşən Ambasade klinikasında kapiliyarların yandırılması prosedurunu icra etmişdir. Prosedurdan sonra üzündə qızartı, yanıq, göz altında şişkinlik, o cümlədən infeksiya yaranmışdır. Bununla bağlı klinikaya müraciət etmiş Whatsapp tətbiqi vasitəsi ilə klinikaya müraciət etdikdə Səadət adlı həkimin həmin kilinikada çalışmadığını bildirmişlər. Səadət xanım İnstagram vasitəsi ilə yazdığı mesajları silsə də, o, həmin mesajları saxlamış, prosedur zamanı ona hər hansı çek və rəsmi sənəd təqdim edilməmiş, prosedur üçün 100 manat ödəniş etmişdir.
3. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı təxminən 2-3 il əvvəl Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində adını xatırlamadığı klinikada fraksion lazer kosmetoloji prosedurunu tətbiq etmiş, həmin prosedurun müqabilində 80 manat ödəniş etmişdir. Fraksion lazer kosmetoloji proseduru üzün yandırılaraq soyulması prosedurunun daha təkmilləşmiş formasıdır və dərinin cavanlaşmasına xidmət edir. Həmin proseduru icra etdiyi günün axşamı İddiaçı telefonla zəng edərək üzünün yandığını demiş və bununla bağlı etiraz etməyə başlamış, o, xanıma üzündə yanma əlamətlərinin olmasının bu prosedurda təbii halı olmasını izah etmiş və olmasının normal olduğu üçün onu sakitləşdirməyə çalışmışdır. Təxminən 1 həftə sonra xanımın üzü sağalmış və o, yeniden qeyri-etik formada müraciət edərək üzündə həssaslıq yarandığını, kapillyar damarların çıxdığını demişdir. Təxminən 15 gün sonra o, xanımın üzündə 2 dəfə plazmaterapiya icra etmiş, xanımın 80 manatını da özünə qaytarmış, icra etdiyi prosedurları da hədiyyə etmişdir. Lakin xanım yenə onun etdiyi prosedurlardan narazı qalmış, üzünün həssaslaşdığını, günəşin altına çıxa bilmədiyini, həmçinin, günəşvannası qəbul edə bilmədiyini bildirmiş, ondan 2000 manat təzminat istəyərək əks təqdirdə hüquqmühafizə orqanlarına və müqavilə ilə işlədiyi digər estetik klinikalara şikayət edəcəyi barədə hədələməyə başlamışdır. İddiaçı bu hərəkətləri işgüzar nüfuzuna xələl gətirmişdir. Sosial şəbəkədə Bakı şəhərində tanınmış həkim dermatoloq olduğundan o, xanımın bu hərəkətlərinin qarşısını almaq üçün ona həmin prosedurun qiyməti olan 80 manat qaytarmış, digər 2 proseduru da hədiyyə etmişdir. Buna baxmayaraq İddiaçı həmin vaxtdan etibarən ondan əl çəkməmiş 2000 manat pul tələb etmiş, barəsində böhtan xarakterli şikayətlər etmişdir. O, xx.xx.2023-cü il tarixdə İddiaçı heç bir tibbi və ya kosmetoloji prosedur tətbiq etməmiş, çoxdan üzündəki kapillyar damarların yandırılması ilə bağlı müraciət etmiş, lakin onun şəxsiyyatinin ziddiyyətli olduğunu bildiyindən ona həmin proseduru icra etməmiş, keçmişdə icra etdiyi prosedurla bağlı onun üzündəki yaralar isə təxminən iki il yarım öncə sağalmışdır. O, X11 Beaute klinikasında işləmir, ümumiyyətlə orada işləməmişdir. xx.xx.2023-cü ildə İddiaçı tətbiq olunan prosedurun kim tərəfindən icra olunduğunu bilmir. Ekspert rəyində göstərilən fəsadın yaranması hər hansı bir kosmetik manipuliyasiya nəticəsində mümkündür və təbiidir. Lakin həmin sonuncu proseduru o, icra etməmiş və həmin fəsadın onunla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq sonuncu onunla intiriqa apardığı, ondan 2000 manat pul tələb etdiyi üçün barəsində qərəzli şikayətlər etmişdir.
4. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı İddiaçı barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 147 saylı rəyi ilə İddiaçı mütəxəssis müayinəsinə əsasən, onun üz nahiyyəsində kontakt allerqik dermantitin olduğu müəyyən edilmişdir ki, bu da ona aparılmış kosmetoloji prosedurların fəsadı kimi qiymətləndirilir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13. 03. 2023- cü il tarixli tövsiyyə vərəqəsindən müəyyən olunur ki, həkim İlahə Məmmədova tərəfindən üzündəki fəsadlarla bağlı İddiaçı müalicəvi resept yazmışdır.
6. X11 Beaute MMC-nin xx.xx.2023-cü il tarixli № M-16 saylı məktubundan müəyyən olunur ki, Həsənova X3 De La Beaute MMC-də heç vaxt işləməmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi üzrə iş yerinə dair xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, X7 MMC-də kosmetoloq vəzifəsində işləyir.
8. Azərbaycan Respublikası Səhiyyə Nairliyi Məhkəmə - Tibbi Ekspertiza və X4 X10nin xx.xx.2023-cü il tarixli № 624/KEŞ nöməli rəyindən müəyyən olunur ki, Yasamal RPİ 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nəsimi Seyidzadənin xx.xx.2023-cü il tarixli qərarı əsasında Komisyon Ekspertizalar şöbəsində İddiaçı həkim işinə dair məhkəmə-tibbi müayinəsi keçirilmiş və bu haqda xx.xx.2023-cü il tarixli 147/KEŞ saylı rəy tərtib edilmişdir. Ekspertiza qarşısında qoyulmuş suallar: l. Vət. İddiaçı üz nahiyələrində nə kimi xəsarətləri vardır? 2. Əgər vardırsa üz nahiyəsində yaranmış deformasiyalar (sol gözünün altında şişmə, dəridə çapıcıların yaranması) və infeksiyanın (suluğ) səbəbini, yaranma müddəti və əmələ gəlmə mexanizminin, lokalizasiyası, dəridəki çapıcıların 2023cü ilin mart ayının 10-dan (yəni prosedurdan) sonra həkim kosmetoloq tərəfındən göstərilmiş xidmətə qədər olub-olmasını və ağırlıq dərəcəsi nədir? 3. Vət. İddiaçı üz nahiyəsində olan deformasiyalar həkim kosmetoloqun məsləhəti ilə həmin kapilyarların yərlərinə vurulmuş xüsusi krem (maz) və dərmanlar ilə əlaqəlidirmi? Məhkəmə-tibbi müayinə: xx.xx.2023-cü il tarixdə İddiaçı Komisyon şöbədə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Deməsinə görə, xx.xx.2023-cü il tarixdə Estetik Mərkəzə müraciət etmiş və orada üz nahiyəsində kapilyarların yandırılması proseduru icra edilmişdir. Bundan sonra üz nahiyəsindəki səpgilər, suluqlar yaranmışdır. Bununla əlaqadar X5 müraciət etmiş və müalicələr qəbul etmişdir. Bundan sonra səpkilər nisbətən azalmağa başlamışdır. 1. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. 2. Məhkəmə-tibbi müayinəsi zamanı hal-hazırda şikayətləri sol gözaltı şişkinlikdən, üz, çənə, burun ətrafı və üstündə olan səpkilərdən, allergik reaksiyalardandır. Mütəxəssis müayinəsinə göndərildi. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin İ nömrəli Dəri-Zöhrəvi dispanserində İddiaçı adına tərtib edilmiş tibbi arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə dispanserdə tibbi müayinədən keçdi. Diaqnoz: L-23. Kontakt allergik dermatit. Əmələ gəlmə səbəbi kosmetoloji prosedurların fəsadı kimi qiymətləndirilə bilər. Nəticə: 1-3. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onun üz nahiyəsində kontakt allergik dermatitin olduğu müəyyən edilmişdir ki, bu da ona aparılmış kosmetoloji prosedurların fəsadı kimi qiymətləndirilir. Kosmetik manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.
9. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı üz nahiyəsində prosedurlar zamanı qeyd edilən Estetik Mərkəzdə müvafiq tibbi sənədlər tərtib edilməli olduğu halda, tərtib etməmişlər. Bu səbəbdən də Mərkəzdə hansı prosedurun icra edilməsi haqqında konkret fikir söylənilməsi mümkün olmadı. Bu səbəbdən də “Mərkəz” də hansı prosedurun icra edilməsi haqqında konkret fikir söylənilməsi mümkün olmamışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda kosmetoloji prosedurlardan sonra burun və yanaqlarda kontakt dermatitin yarandığı və bundan sonra üz nahiyəsində dəridə ləkələrin əmələ gəldiyi müəyyən edilmişdir ki, bu hal da kosmetoloji prosedurlardan sonra 1-3% hallarda müşahidə edilə bilər. Qeyd olunan ləkələrlə əlaqədar müalicəyə ehtiyac yoxdur. Müəyyən müddət keçdikdən sonra bərpa olunacaqdır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. 10.Azərbaycan Respublikasının Səhiyyə Nairliyi Məhkəmə - Tibbi Ekspertiza və X4 X10nin xx.xx.2023-cü il tarixli № 894/KEŞ nömrəli rəyindən müəyyən olunur ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda hal-hazırda hər iki burun qanadlarının proyeksiyasına uyğun nahiyələrin bayır səthində çapıq toxumaların olduğu müəyyən edilmişdir. Həmin nahiyələrdə tibbi və ya kosmetoloji prosedurlarla əlaqədar hər hansı bir tibbi sənəd mövcud olmadığından bunun yaranma səbəbləri haqqında fikir söylənilməsi mümkün olmadı. İddiaçı da qeyd olunan çapıq izləri korreksiyaedici müdaxilələrlə estetik olaraq xarici görünüşü azaldıla bilər. İddiaçı müayinəsi zamanı onda hal-hazırda üz nahiyəsində allergik dermatit xəstəliyinin əlamətləri müəyyən edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı instagram sosial şəbəkə vasitəsi ilə həkim kosmetoloq Cavabdeh elanını görmüşdür. Elanda üz nahiyyəsində olan kapilyarların foto lazer vasitəsilə tamamilə aradan qaldırıla biləcəyi vəd olunmuşdur. Elanda həkim kosmetoloq kimi göstərilən Cavabdeh əlaqə vasitələri göstərilmişdir. Cavabdeh iddiaçının hər hansısa xəstəliklərinin olub-olmamasını soruşmadan, hansısa müayinələr aparmadan üz nahiyyədə movcud olan kapiliyarların foto lazer vasitəsi ilə yandırılması işini icra etmiş, üzünün burun nahiyyəsində və yanaqlarında aktiv şəkildə lazer aparatı ilə yandırma işlərini görmüşdür. Cavabdeh etdiyi foto lazer işlərinin nəticəsində üzündə yanıqlar, qızartı, şişkinlik əmələ gəlmişdir. Mövcud olan allergiya xəstəliyi isə özünü kəskin şəkildə biruzə vermişdir. Bir neçə gün keçəndən sonra iddiaçının üzünün burun nahiyyəsində çapıqlar əmələ gəlmişdir. İddiaçı cavabdehə lazerin tədbiqi nəticəsində əmələ gəlmiş fəsadların olmasını bildirsə də, həm cavabdeh həm də ki, klinika buna görə məsuliyyət daşımaqdan boyun qaçırırlar. Hadisəylə bağlı iddiaçı Yasamal rayonunun 27-ci Polis bölməsinə müraciət etmiş, müraciətinə baxılan zaman məlum olmuşdur ki, Cavabdeh barəsində 11 nəfər şəxs şikayət etmişdir. Buna əsasən cinayət işi başlanılıb, baxılması üçün Yasamal rayon prokurorluğuna göndərilmişdir. Hal-hazırda iş prokurorluq orqanında müstəntik Tural Yaqubovun icraatındadır. Bu işlə bağlı iddiaçı ekspertiza müayinələrindən keçmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının üzündə çapıqlar əmələ gəlmiş və bunun tamamilə aradan qaldırılması qeyri-mümkündür. İddiaçı ömrünün son gününədək bu çapıqları üzündə gəzdirməli olacaqdır. Hər dəfə güzgüyə baxdıqda iddiaçı əsəb, stres, psixoloji sarsıntı keçirir. İddiaçının zahiri görünüşündə, üzündə bərpası mümkün olmayan izlər əmələ gəlmişdir. Hazırda iddiaçının üzündə müxtəlif müayinələr və müalicələr aparılmasına ehtiyac vardı. Cavabdehin tibbi səhvinin üzündən iddiaçı gənc yaşından bu çapıqları üzündə gəzdirmək məcburiyyətindədir. Nə qədər müalicələr aparmış olsa da üzünün əvvəlki vəziyyətə qaytarılması mümkünsüzdür. Bu çapıqlarla o cəmiyyət arasında çıxdıqda psixoloji gərginlik, mənəvi sarsıntı, mənəvi istirab keçirir. Ona görə də Cavabdeh sağlamlığa dəymiş zərərə görə 7000 manatın, mənəvi zərərə görə 3000 manatın, cəmi 10000 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-251/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh mənəvi ziyana görə 500 manat İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıda aparılmış kosmetoloji prosedurlar fəsadla nəticələnmiş, iddiaçının məhkəmə-tibbi müayinəsi zamanı onda hal-hazırda hər iki burun qanadlarının proyeksiyasına uyğun nahiyələrin bayır səthində çapıq toxumaların olduğu müəyyən edilmiş, həmin nahiyələrdə tibbi və ya kosmetoloji prosedurlarla əlaqədar hər hansı bir tibbi sənəd mövcud olmadığından çapıqların yaranma səbəblərini müəyyən etmək mümkün olamamışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında iddiaçının üz nahiyəsində çapıqların əvvəlcədən mövcud olmasını bildirsə də, göstərdiyi xidmət zamanı istehlakçının mövcud və keçirmiş xəstəlikləri, kosmetoloji müdaxilələri barədə bilgilər, yəni anamnez toplaması barədə sənəd tərtib etmədiyindən, etirazında istinad etdiyi halları da sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli tövsiyyə vərəqəsindən, iddiaçının məhkəməyə təqdim etdiyi yazışmalardan isə iddiaçının üzündəki fəsadların 2023-cü ilin mart ayından əvvəl yaranması müəyyən olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh iş yerindən kənarda iddiaçıya kosmetoloji xidmət göstərdiyindən, göstərilən xidmətlərlə bağlı heç bir sənəd tərtib etməməklə öz xidmətinin baş verə biləcəyi fəsadlarını əvvəlcədən gizlətmək üçün şərait yaratdığından, məhkəmə araşdırması zamanı cavabdeh zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, iddiaçı isə vurulmuş maddi ziyanın məbləğini müəyyən edilməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi maddi ziyan tələbinə görə 7000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilə bilməz. Məhkəmə sağlamlığına ziyan vurulmuş iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 41.1,41.2,41.3, 60.1,60.2,60.3,60.4,71.1,71.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2,21.3, 1096.1,1096.2,1097.1,1099.2,1112, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3,12, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1,88,119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(001)- 251/2024 saylı qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İlk öncə qeyd edir ki, iddiaçının istinad etdiyi halların heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, o,heç vaxt iddiaçının iddia etdiyi“X11 Beauty” klinikasında işləməmişdir. Bu faktı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 sistemindən çıxarılmış iş yerinə dair arayış və “X11 Beauty” klinikası tərəfindən göndərilmiş xx.xx.2023- cü il tarixli məktubu təsdiq edir. Sonuncunun göndərdiyi məktubda qeyd edilmişdir ki, Cavabdeh heç vaxt “X11 Beauty” klinikasında işləməmişdir. X1 sistemindən çıxarılmış iş yerinə dair arayışdan görünür ki, xx.xx.2018- ci il tarixindən etibarən o,“Epimis Estetik” Klinikasında kosmetoloq kimi fəaliyyət göstərir. Təqdim etdiyi sübutlarla onun təqsirsiz olduğu aydın şəkildə görünür və iş üzrə heç bir məsuliyyəti yoxdur. Lakin, məhkəmə iddianı qismən təmin edərək maddi və prossesual normaların tələbini kobud surətdə pozmuşdur. İddiaçı iddia etdiyi faktlarla bağlı 3 dəfə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. İş materiallarında olan ekspert rəylərinə və digər sübutlara əsasən, iddiaçının iddia etdiyi faktlar öz təsdiqini birmənalı şəkildə tapmır. Buna baxmayaraq məhkəmə əsassız olaraq cavabdehin iddiasını qismən təmin etmişdir. İş materiallarından açıq-aydın onun heç bir təqsiri olmadığı sübuta yetirilsə də birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirə bilməmiş və beləliklə, əsassız qərar qəbul etməlidir.
18. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(001)- 251/2024 saylı Qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun cavabdehin göstərdiyi kosmetoloji xidmətin nəticəsində pozulmuş sağlamlığının bərpası üçün müxtəlif dövlət orqanlarına müraciət etməyinin nəticəsində stresini , əsəbini , naratlığını nəzərə almağını bildirir, lakin sağlamlığına, görünüşünə , simasında aldığı zədənin nəticəsində yaşadığı məyusluq , narahatlıq, əsəb , stres, psixoloji diskomfot kimi halları nəzərə almağından yayınır. Halbuki , o, müxtəlif ictimai yerlərdə olduğu zaman burnunun üzərində cavabdehin kosmitoloji xidmətinin nəticəsində əmələ gələn çapıq tanıdığı və tanımadığı şəxslərin diqqətini çəkir və hətta belə "burnuna nə olub?" kimi sullar dəfələrlə ona verilir. Hazırda da başqa bir kosmetoloqda olduğu zaman kosmetoloji prosedurlar aparılsa da çapığın tamamilə aradan qaldırılması mümkünsüzdür. Cavabdehin ona yetirdiyi zədəni , yəni çapığı silinməz olaraq ömrünün axırına qədər öz üzərində gəzdirməli olacaqdır. Məhkəmə sağlamlığının pozulması üzündən müxtəlif dövlət orqanlarına müraciət etməyi ilə bağlı yaşadığı əsəbi, stresi və digər halları tanıyırsa , aldığı çapıq xəsarəti ilə bağlı yaşadığı stresi ,əsəbi ,məyusluğu tanımaq istəmir . Bununla yanaşı qeyd edir ki, iddiaçı vurulmuş maddi ziyanın 7000 manat məbləğini müəyyən edilməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbini təmin etməyib. Buda onu göstərir ki məhkəmə estetik sağlamlığına dəymiş zərəri tanıyır ,lakin hansı məbləğdə müəyyən etməkdə çətinlik çəkir və o,məhkəməyə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün sübut təqdim etməmişdir. Zərər vuran cavabdeh zərərin yetirilməsini onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməmişdir və buna əsasən məsuliyyət daşımalıdır. Məhkəmə iclası barədə ona lazımınca məlumat verməmişdir və məhkəmə iclasında onun iştirakı olmadan qərarın nəticələri elan olunmuşdur. Onun isə məhkəməyə təqdim edəcək digər sübutları vardır. Cavabdeh çapığın ona müraciət etməyindən daha əvvəl olduğuna istinad etsədə onun göstərdiyi kosmetik xidmət zamanı onun mövcud və keçirmiş xəstəlikləri, kosmetoloji müdaxilələr barədə bilgilər, yəni anamnez toplaması barədə sənəd tərtib etmədiyindən, çapığın 2,3 il əvvəl əmələ gəldiyinə istinad etdiyi halı da sübuta yetirə bilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Binəqədi Rayon Məhkəməsi düzgün qərar çıxarmayıb. Məhkəmə prosesində hakim onun üzərinə qışqırıb.Hakim qətnaməsini həkimi düşünüb çıxardı. Ekspertiza rəyində kosmetoloji yaranın olduğu göstərilib. İnstagramdan xanımı tanımışdır. Cavabdehin vəkili bildirdi ki, instagram xanıma aid deyil, amma yazışmalar 2023-cü ilin mart ayında olub. Vəkil dedi ki, səhifə onun deyil, amma xanımın işlətdiyi nömrə instagramda qeyd olunub, ona həmin səhifədən öz tələbə biletini atıb. İnstagram səhifə onun olmasa ekranın şəkillərin çəkməzdi. Cavabdehin vəkili sənəd təqdim etdi ki, Epimis klinkasında işləyir, amma bir həkim 5 yerdə də işləyə bilər. Həkimlər klinkalardan faiz qarşılığında prosedur edirlər. O gedəndə xanımı 1 il yarımdır ki, tanıyırdı. Əvvəl onun yanında olmuşdu heç bir problem olmamışdı, tanışıq deyə qəbz tələb etmədi. Bilsəydi qəbzi alardı amma yenə də, qəbz verə bilməzdi. Çünki, o, bir klinkada rəsmi qaydada işləyir. Tiktokda səhifəsi var, oradakı nömrə də instagramdakı ilə eynidir. Ona başqa səhifədən yazdı. VVhatsapp yazışmalarının ekranın şəkillərin çəkib. Bu zaman onu başqa klinkaya dəvət etdi, o cavabdehə başqa nömrə ilə yazmışdır.Əgər cavabdeh başqa klinkada işləmirsə onu niyə başqa klinkaya dəvət edirdi. Cavabdeh ona böhtan atır, ekran şəkilləri onda qalıb, təqdim etmişdir. Cavabdehin vəkili dedi ki, cavabdehin instagramı yoxdur. Tiktokda, instagramda emblemi eynidir, nömrəsi də aktivdir, inkar etsələr də nömrə xanımındır. Birinci prosedurda üzündə heç nə olmamışdı. Polisə şikayət edəndə üzünü hamı gördü ki, nə halda idi. Kapilyarlar üzündə güclü yandırılmışdı. Cavabdehin instagram profilinə məhkəmədə baxış keçirildi. Daha sonra cavabdehin vəkili nə etdisə profil bağlandı. O, hazırda mesaj bölməsinə girə bilmir, profil tapılmır. Bakının bütün həkimlərin gəzmişdir. Xanım tək ona yox nə qədər adama fəsadlar edib. Bunu həkimlər ona bildirdi. Mənəvi zərər hissəsi ilə razı deyil.Yazışmalar telefonundan silinib ekranın şəkillərini çəkmişdir. Onlar xanımla instagramdan yazışmışdı, indi də instagramın bağlayıb.Mənəvi zərər hissəsi çox azdır. Güzgüyə baxanda o, stress keçirir. Neçə dəfə həkimə getmişdir, əvvəlki üzünü gözləməməli olduğunu deyiblər. Düzgün qətnamə çıxarılmayıb. Burnunun üzərində çapıq hələ də qalıb. Yaxınları da hər dəfə soruşur.Əvvəlki şəkilləri var, üzündə heç nə yox idi. Kapilyar damar yanandan sonra üzü suluqladı, iltihablandı. O, həkimlərə getdi ona dedilər ki, iltihablaşıb, deformasiya olub
22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
29. İşə baxan məhkəmənin qənaətinə görə, cavabdeh iş yerindən kənarda iddiaçıya kosmetoloji xidmət göstərdiyindən, göstərilən xidmətlərlə bağlı heç bir sənəd tərtib etməməklə öz xidmətinin baş verə biləcəyi fəsadlarını əvvəlcədən gizlətmək üçün şərait yaratdığından, məhkəmə araşdırması zamanı cavabdeh zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, iddiaçı isə vurulmuş maddi ziyanın məbləğini müəyyən edilməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi maddi ziyan tələbinə görə 7000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilməməli, mənəvi zərər tələbi isə qismən təmin edilməlidir.
30. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki,iş materiallarında olan 30 iyun 2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı təxminən 2-3 il əvvəl Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində adını xatırlamadığı klinikada fraksion lazer kosmetoloji prosedurunu tətbiq etmiş, həmin prosedurun müqabilində 80 manat ödəniş etmişdir. Fraksion lazer kosmetoloji proseduru üzün yandırılaraq soyulması prosedurunun daha təkmilləşmiş formasıdır və dərinin cavanlaşmasına xidmət edir. Həmin proseduru icra etdiyi günün axşamı İddiaçı telefonla zəng edərək üzünün yandığını demiş və bununla bağlı etiraz etməyə başlamış, o, xanıma üzündə yanma əlamətlərinin olmasının bu prosedurda təbii halı olmasını izah etmiş və olmasının normal olduğu üçün onu sakitləşdirməyə çalışmışdır. Təxminən 1 həftə sonra xanımın üzü sağalmış və o, yeniden qeyri-etik formada müraciət edərək üzündə həssaslıq yarandığını, kapillyar damarların çıxdığını demişdir. Təxminən 15 gün sonra o, xanımın üzündə 2 dəfə plazmaterapiya icra etmiş, xanımın 80 manatını da özünə qaytarmış, icra etdiyi prosedurları da hədiyyə etmişdir. Lakin xanım yenə onun etdiyi prosedurlardan narazı qalmış, üzünün həssaslaşdığını, günəşin altına çıxa bilmədiyini, həmçinin, günəşvannası qəbul edə bilmədiyini bildirmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya xidmət göstərdiyini və iddiaçının narazı qaldığını və buna görə də xidmət haqqını qaytardığını etiraf etmişdir. Cavabdeh qeyd edilən halların bir neçə il qabaq baş verməsini və hazırkı vəziyyətlə səbəbli əlaqənin olmamasını qeyd etsə də, bu halı sübut edə bilmir.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda hal-hazırda hər iki burun qanadlarının proyeksiyasına uyğun nahiyələrin bayır səthində çapıq toxumalarının olduğu müəyyən edilmişdir.Həmin nayihələrdə tibbi və ya kosmetoloji prosedurla əlaqədar hər hansı bir tibbi sənəd mövcud olmadığından bunun yaranma səbəbləri haqqında fikir söylənilməsi mümkün olmadı. İddiaçı qeyd olunan çapıq izləri korreksiyaedici müdaxilələrlə estetik görünüşü azaldıla bilər. İddiaçı müayinəsi zamanı onda hal-hazırda üz nayihəsində allergik dermatit xəstəliyinin əlamətləri müəyyən edilmədi.
33. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. 34.İddiaçının apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin göstərdiyi kosmetoloji xidmətin nəticəsində pozulmuş sağlamlığının bərpası üçün müxtəlif dövlət orqanlarına müraciət etməyinin nəticəsində stresini , əsəbini , naratlığını nəzərə alaraq 500 manat mənəvi zərərə görə pul tutulmasında səhv qənaətə gəlmişdir. Belə ki,onun sağlamlığına, görünüşünə, simasında aldığı zədənin nəticəsində yaşadığı məyusluq, narahatlıq, əsəb , stres, psixoloji diskomfot kimi halları nəzərə almamışdır.
35. Məhkəmə kollegiyası birinci instansya məhkəməsi tərəfindən müəyyən edilən mənəvi ziyanın məbləği ilə razılaşmır və qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının görünüşündə, simasında əmələ gəlmiş qüsurlar nəticəsində yaşadığı məyusluq, narahatlıq, əsəb, stres, psixoloji diskomfot kimi halları nəzərə alınaraq cavabdehdən 2000 manat məbləğində mənəvi ziyanın tutulmalı olması ağlabatandır.
37. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
38. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-251/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi dəyişdirilməli, vurulmuş mənəvi zərərə görə 2.000 (iki min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
39. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
40. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
41. Qətnamədən cavabdeh kassasiya şikayəti verə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh mənəvi zərərə görə 2.000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul dövlət nəfinə tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev