Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4028/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-cu il tarixli, 2(003)-3404/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı BOKT ASC-ə məxsus RX N**********44-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli xüsusi mülkiyyəti olan ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evindən məcburi çıxarılmaları, mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Qeyd olunan yaşayış evi iddiaçının mülkiyyətində olmasına baxmayaraq həmin fərdi yaşayış evinə dair sahiblik, istifadə və sərəncam vermək hüququnu həyata keçirə bilmir. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində Cavabdeh2 fərdi yaşayış evində pasport qedydiyyatındadır. Cavabdehin fərdi yaşayış evi iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Buna görə də iddiaçı tərəfindən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-cu il tarixli, 2(003)-3404/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, iddia tələbi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Cavabdeh1 Müzəffəz oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-cu il tarixli, 2(003)-3404/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə qeyd edilir ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin xəbərdar olunmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Əslində cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş, onun işdə iştirakı təmin edilməmişdir. Bundan əlavə evin mülkiyyətçisi olan X2 İddiaçı BOKT ASC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində “Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, döngə 8, 6 saylı evə dair xx.xx.2021-ci il tarixli, ********** saylı daşınmaz əmlaka dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq cavabdehin İddiaçı BOKT ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi, bundan sonra iddiaçı X2 ilə cavabdeh İddiaçı BOKT ASC arasında ünvan 1, 6 saylı evə dair bağlanmış 19 iyun 2015-ci il tarixli 0202/15/i saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində BOKT-un xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbi ilə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın cavabdeh Yaşar Cavabdeh3 oğluna aid qismən təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, apellyatorun onların əvəzindən qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 Müzəffəz oğluna ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 Müzəffəz oğlu lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə mübahisələndirilən- iddianın Cavabdeh1 Müzəffəz oğluna münasibətdə qismən təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə işdə olan sübutlar əsasında işə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan, 26 fevral 2021-ci il tarixli X4 saxlayana X9 X11 X5 N21/04 göstərilmişdir ki, AR Ali Məhkəməsinin 2(102)-1628/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin və Xəzər Rayon İcra və Probasiya Şöbəsinin 31/5 A saylı xx.xx.2020-ci il tarixli sifarış məktubunun və Finex Kredit BOKT ASC-nin 2139A/21 saylı xx.xx.2021-ci il tarixli məktubunun icrasına əsasən İpoteka predmetinin tam dəyəri 89250 manat müəyyən edilməklə İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan ərizələrin surətindən görünür ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən, 6 saylı fərdi yaşayış evinin ipoteka qoyulmasına və təyin olunmuş müddətdə bankın müəyyən etdiyi məbləği ödəyə bilmədiyi halda satılmasına, tutma mənzilə yönəldikdə onu dərhal tərk etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-yə məxsusdur. Göstərilən xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı ona məxsus olan mənzildən cavabdeh X1 çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən kollegiya hesab edir ki, mübahisəli mənzil, mənzilin keçmiş mülkiyyətçisi olan Cavabdeh2 tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, Cavabdeh1 isə qeyd edilən mənzildən çıxmadığından, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Kollegiya hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə təmin olunmalıdır. Kollegiya apellyatorun evin mülkiyyətçisi tərəfindən başqa məhkəmədə iddia ərizəsi ilə müraciət olunması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətinə bununla bağlı sübut əlavə etməmiş, məhkəmə iclaslarnın vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmədə işə baxılarkən heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən qeyd olunan dəlil hazırki iş üzrə mülkiyyətçi olan İddiaçı BOKT ASC-nin mübahisələndirilən hissədə iddiasına baxılmasına mane olmur. Buna görə də, kollegiya apellyatorun qeyd olunan dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 Müzəffəz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-cu il tarixli, 2(003)-3404/2021 saylı qətnaməsi mübahisələndirilən- qətnamənin iddianın cavabdeh Yaşar Cavabdeh3 oğluna aid qismən təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qeyd olunan hissədə təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4028/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4028/2022
13.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver