Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4040/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Sona Qasımovanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası üzrə 2(001)-99/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5012,02 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat mələğində dövlət rüsumu olmaqla, ümumilikdə 5042,02 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında əvvəllər və ən sonuncu dəfə mexaniki sayğaca keçidlə bağlı 29 mart 2020-ci tarixində 07- 316 nömrəli «Qaz paylayıcısı ilə məişən qaz urğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00390 nömrəli abonent kodu verilmişdir. Cavabdeh bəhs edilən müqavilənin 2.3.1, 2.3.2 və 2.3.3-cü bəndlərini və «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinin tələblərini pozaraq təbii qazı talamışdır. İstehlakçı təqsirli hərəkətləri ilə qaz paylayıcısına ziyan vurmuş, beləliklə müqavilənin 2.3.6-cı bəndində nəzərdə tutulan məsuliyyəti yaranmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2021-ci il tarxli ******* saylı akt əsasında 424,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 338,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 712,80 manat, ******* saylı, xx.xx.2021-ci il tarixli akt əsasında 708,48 manat borc məbləği hesablanmışdır. Ümumilikdə 12/2021-ci il tarixə olan 5012,02 manat borc mələğinin yaranma əsasları aşağıdakı kimi olmuşdur: - Sayğacdan kənar qeyri-qanuni qoşulma ilə bağlı 04/20xx-xx/2021 tarixləri arasında yazılmış aktlar üzrə 4855,68 manat; - Əvvəlki tarixə qalıq borcu 92,20 manat; - xx.xx.2020-ci il tarixdə quraşdırılmış 12520255 nömrəli mexaniki sayğac üzrə 03/20xx-xx/2021-ci il tarixləri üçün sayğac göstəricisi üzrə yaranan borc (114,90+95,44=210,34) - 03/20xx-xx/2021 tarixdə həyata keçirilmiş ödəniş 37+17 manat = 54 manat - Karta yüklənən məbləğdən aparılan tutma 92,12 manat - 92,20 + 48855,68 + 210,34) - (54 + 92,12) = 5158,22 - 146,12 = 5012,02 manat. Borcların yaranma əsası sayğac göstəriciləri və sayğacdan kənar qeyri-qanuni qoşulma nəticəsində itirilmiş qaz sərfiyyatına görə aparılmış hesablama olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə 4855,68 manat, əvvəlki tarixə olan borca görə 92,2 manat pulun cavabdehdən tutulması» tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 manat məbləğində vəsaitin İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda üç qonşu, o cümlədən də cavabdeh təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. Bu təqdim edilmiş fotoşəkillərdən və xx.xx.2022-ci il tarixdə aparılmış videoçəkilişdən də aydın surətdə görünür (videoçəkiliş materialı məhkəməyə təqdim edilir). İstehlakçının mübahisəli ünvanda daimi yaşamaması haqqında fərziyyəsi heç bir sənədlə sübut edilməmiş, həmçinin məhkəmə tərəfindən "xxxx" ASC-dən və "xxxx" ASC-dən ödəniş cədvəlləri tələb edilməmişdir. "xxxx" ASC-dən əldə etdikləri saldo sübut edir ki, həmin ünvanda qeyriqanuni qoşulmanın həyata keçirildiyi bütün dövr ərzində istisnasız şəkildə yaşayış olmuşdur (ödəniş cədvəli əlavə olunur). xx.xx.2020-ci il tarixdə 12520255 saylı mexaniki sayğac quraşdırılan zaman «Qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında» ******* saylı akt tərtib edilmişdir. Cavabdeh şəxs də həmin akta imza etməklə sayğacı istismara qəbul etmişdir. Saldodan da göründüyü kimi hər ay sayğac göstəriciləri götürülərək göstəricilər saldoya daxil edilmişdir. Sağac göstəricisi götürülən zaman bütün hallarda istehlakçıya aylıq borcu barədə bildirş təqdim edilir. Həmçinin, iddia tələbinin artırılması barədə iddiaçı tərəfindən verilmiş ərizənin bir nüsxəsi mütləq qaydada məhkəmə tərəfindən cavabdehə göndərilmişdir. Həmin dəiqiləşmə barədə ərizədə də borcun yaranma əsasları aydın şəkildə izah edildiyi üçün cavabdehin «sərfiyyat borcumun olmasını yalnız məhkəmə iclasında bildim» deyə verdiyi izahat cəfəngiyyatdır. Buna görə də, mexaniki sayğac üzrə sərfiyyat borcunun olmaması barədə cavadehin müdafiə xarakterli izahatının sübut kimi istifadə edilməsi və bunun əsasında qərardad çıxarılması qeyri-qanunidir. Onu da qeyd edirlər ki, məhkəmənin 24 yanvar 2022-ci il tarixdə keçirilən son iclasında sonra da «borcdan xəbərdar olan» cavabdeh debitor borcunu ödəməmişdir. Bu isə cavabdehin ümumiyyətlə alğı-satqı müqaviləsi ilə öhdəsinə götürmüş olduğu öhdəliyini yerinə yetirmək niyyətinin olmamasını sübut edir. Yəni sərfiyyat borcu barədə də mübahisə var, çünki ödəniş yoxdur. Alıcı öz vəzifəsini icra etmir. İkinci ekspertizanın keçirilməsindən sonrakı dövrdə qeyri-qanuni qoşulmanın davam etməsi və bu barədə üç yeni aktın tərtib edilməsi, həmin aktlardakı fotoşəkillər, o cümlədən təqdim edilən videoçəkiliş vəsatətin heç də formal mülahizələrə əsaslanmadığına əyani sübutdur (şəxsən cavabdehin 12520255 saylı sayğacının quraşdırıldığı yerdə ventili bağlı saxlamaqla rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə görünür. Həmçinin videomaterialda tarix, saat, dəqiq lokasiya yeri də aydın göründüyü üçün bu fakt danılmazdır). Məhkəmə qeyd edir ki, tədqiq olunan sübutlarla məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı qanunsuz qoşulma halı müəyyən edilməmişdir və bu səbəbdən ondan həmin əsasla zərər tələb edilə bilməz. Sübut qismində məhkəmə tərəfindən yalnız həqiqəti əks etdirməyən ekspertiza rəyi və cavabdehin özünümüdafiə xarakterli izahatı tədqiq edilmişdir. İddiaçının təqdim etdiyi sübutlara (akt, kəsim aktı, fotoşəkiliş, ödəniş cədvəlləri) isə məhkəmə tərəfindən qiymət verilməmiş, onlar ümumiyyətlə tədqiq edilməmişdir. Həmçinin məhkəmə yerli baxış da təyin etməmişdir. Məhkəmə qeyd edir ki, sadalanan normaların məzmunundan da müəyyən edildiyi kimi, iddiaçı cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulan zərəri tələb edirdisə, bunu sübut etməli idi. Lakin iddiaçı bu halı sübut edə bilməmişdir. İddiaçı qeyri-qanuni qoşulma nəticəsində ona vurulmuş zərəri aktlarla, fotoşəkillərlə, videoçəkilişlə və saldolarla sübut etmişdir. Cavabdeh isə bunun əksini müəyyən edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 92,20 manat borcun yaranma səbəbini göstərməmiş, iddiaçının nümayəndəsi də məhkəmə iclaslarında bu barədə hər hansı məlumat verməmişdir. Saldoda bu məlumat öz əksini aydın şəkildə tapmışdır. Saldodan da göründüyü kimi, 92,20 manat borc sərfiyyat borcu olmuşdur. Burada başqa bir səbəb mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 2012-ci üçün yaranmış borcu tələb etməkdə haqlı olmamışdır. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Cavabdehin bu barədə hər hansı vəsatət və ərizəsi, məhkəmə çıxışında isə xahişi olmamışdır. Məhkəmə bu hissədə də birtərəfli mövqe nümayiş etdirmişdir. Bir tərəfin yalnız subyektiv düşüncəsinə, heç bir əsası olmayan fərziyyələrinə mötəbər sübut kimi istinad edilir, xahişi olmadan öz təşəbbüsü ilə müddət tətbiq edilir, digər tərəfin isə heç bir sübutuna qiymət verilmir. Bu isə mülki-prossesual qanunvericiliyin, ədalət mühakiməsinin prinsipləri ilə ziddiyyət təşkil edən bir haldır. Məhkəmə qanunsuz qoşulmanın mövcudluğunu, istehlakçının təqsirli hərəkətinin mövcud olduğunu sübut edilmədiyini qeyd edərkən sanki qeyri-qanuni qoşulmanın aparılmasının, əvəzi ödənilmədən qazdan istifadə etmə kimi əməlin hüquqa zidd olmasını şübhə altına alır. Aydındır ki, bu əməl özlüyündə hüquqaziddir, delikdir və subyektiv cəhətdən yalnız qəsdlə törədilə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi cavabdehi zərərin ödənilməsi öhdəliyindən qanunsuz olaraq azad etmişdir. Müvafiq iş üzrə Binəqədi Rayon Məhkəməsi cavabdehin izahatını, ekspertizanın rəyini cavabdehin adına qeydiyyata alınmış abonent saldoları ilə, habelə cavabehin ünvanında çəkilmiş fotoşəkillərlə əlaqəli şəkildə şərh etməmiş, həmin sənədlərin sübut qismində qəbul edilməməsinin səbəblərini izah etməmiş, həmin sübutları hüquq normalarına müvafiq olaraq qiymətləndirməmişdir. Cavadeh tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmiş, o həmçinin iddia tələbini mübahisələndirməmişdir. Lakin iddiaçı tərəf olan İddiaçı İB tərəfindən kifayət qədər mötəbər sübutlar (aktlar, kəsim aktları, fotoşəkillər, saldolar) təqdim edilmişdir. İşə yenidən baxacaq apelyasiya məhkəməsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmasa da, məhkəmə qətnamə qəbul edərkən iş üzrə ekspert rəyini əsas götürmüşdür. Cavabdehin qaz xəttinə qanunsuz qoşulmasını rədd edən hər hansı fakt olmasa da, aylarla ödənişin diqqəti yayındırmaq üçün simvolik olaraq həyata keçirilməsi (sərt qış aylarında 2, 4, 10 manat) saldolardan aydın görünsə də, məhkəmə heç bir akta hüquqi qiymət verməmişdir. İş üzrə bütün hallar araşdırılmadığı üçün əsaslı sayıla bilməz. Cavabdeh dəfələrlə qanunazidd əməl törətdikdən sonra ona qarşı dövlət əmlakına vurduğu zərərin ödənilməsi barədə qaldırılan iddia tələbləri rədd edildikdən sonra bu qəbildən olan məhkəmə praktikasına söykənərək məsuliyyətsizliyinə tam əmin olmaqla, cəmi 10 manat ödəniş həyata keçirmiş, məqsəd isə qeyri-qanuni qoşulma halının pərdələnməsi olmuşdur. Xatırladırlar ki, 12/20xx-xx/2022 müddətində də qeyri-qanuni qoşulma olduğu üçün aktlar tərtib edilmiş, bu günə abonentin borc məbləği ümumilikdə 7034.82 manat təşkil edir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair Saldoda yer almış və cavabdehin müdaxilə edilməsi faktını rəqəmlərlə təsdiqləyən məlumatları araşdırmamışdır. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutlardan cavabdehin qanunazidd hərəkətləri, yəni qanunsuz qoşulması faktı öz təsdiqini tapsa da 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və isə iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Bununla bağlı bir daha bildirirlər ki, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Apellyasiya instansiya məhkəməsinə təqdim olunan, yəni apellyasiya şikayətinə qoşma edilmiş **********00390 saylı abonent koduna, yəni cavabdehə dair Saldo özündə apellyasiya şikayətinin yazıldığı dövrə aid informasiyanı əks etdirdirdiyindən, bu səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilmiş Saldodan fərqlidir və bu əsasla da yenidən təqdim edilməsi zərurəti yaranmışdır. İstehlakçının "xxxx" ASC-yə aid saldosu da hazırda əldə edildiyi üçün indi təqdim edilir. Həmçinin video çəkilişin aparılması da apellyasiya şikayətinin yazıldığı dövrdə həyata keçirilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə cavabdehdən 1785,6 manat və sərfiyyata görə 37,4 manat tələb etmişdir. Sonradan, xx.xx.2021-ci il tarixdə iddia tələbini artıraraq, qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə cavabdehdən 4855,68 manat, əvvəlki tarixə olan borca görə 92,2 manat, sayğac göstəricisinə əsasən isə 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayı da daxil olmaqla qazdan istifadə ilə bağlı 210,34 manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qazdan istifadə etmə ilə bağlı 210,34 manat borcun tutulması hissəsində haqlı olaraq baxılmamış saxlamışdır. Belə ki, qaz sərfiyyatı ilə bağlı iddiaçı cavabdehin borcunun yarandığını, üstəlik həmin borcun məhkəmə icraatı gedişində yarandığını bildirsə də, lakin bu barədə cavabdehə borc barədə xəbərdarlıq və s. etməmişdir. Həmçinin, cavabdeh qaz sərfiyyatı ilə istehlakçı tərəfindən borc tələb edilmiş olsaydı, bunu ödəməyə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddianı cavabdehdən qazdan istifadə ilə bağlı 210,34 manat pul məbləğinin tutulması hissəsində baxılmamış saxlayarkən düzgün hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi bununla yanaşı iddiaçıya həmin borcu məhkəmədən kənar tələb etmək hüququnu izah etmiş və bu barədə tərəflər arasında mübahisə olmadığını müəyyən etmişdir. Bu baxımdan, iddia tələbinə qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə cavabdehdən 4855,68 manat, əvvəlki tarixə olan borca görə 92,2 manat məbləğlərində pulun tutulması hissəsində mahiyyəti üzrə baxılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi haqlıdır. Göründüyü kimi, iddiaçı iddia tələbində cavabdehin abonenti olduğu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 39 ünvanda yerləşən evində qazdan istifadə qaydalarını pozduğunu və qanunsuz qoşulma həyata keçirməsini iddia edir. İddiaçı iddia tələbinin əsası kimi aktlara istinad edir. Belə ki, qaz paylayıcısının işçiləri tərəfindən bu barədə xx.xx.2019-cu il tarixdə (604,8 manat itirilmiş qazın dəyəri), xx.xx.2020-ci il tarixdə (885,6 manat irilmiş qazın dəyəri), xx.xx.2020-ci il tarixdə (295,2 manat irilmiş qazın dəyəri), xx.xx.2021-ci il tarixdə (885,6 manat irilmiş qazın dəyəri), xx.xx.2021-ci il tarixdə (424,8 manat irilmiş qazın dəyəri), xx.xx.2021-ci il tarixdə (338,4 manat irilmiş qazın dəyəri), xx.xx.2021-ci il tarixdə (712,8 manat irilmiş qazın dəyəri), xx.xx.2021-ci il tarixdə (708,48 manat irilmiş qazın dəyəri) aktlar tərtib edilmiş və müvafiq normativlərə uyğun olaraq, cəmi 4855,68 manat zərər hesablanmışdır. Lakin cavabdeh iddianı həmin hissədə qəbul etməmiş və bildirmişdir ki, onun tərəfindən qanunsuz qoşulma həyata keçirilməmiş və hər hansı talama olmamışdır. İddiaçı iddiasını tərtib edilmiş aktlardan başqa, həmçinin ona görə əsaslı hesab edir ki, cavabdehin saldosunda onun il ərzində qazdan minimal istifadə etməsi, üstəlik bu halın qış aylarında da özünü biruzə verməsi inandırıcı deyildir, bu fakt özlüyündə qanunsuz qoşulmanın olduğuna dəlalət edir. Cavabdeh isə qanunsuz qoşulma dəlilini ona görə qəbul etməmişdir ki, iddiaçının tərtib etdiyi aktlara əlavə edilmiş şəkillərdəki xətlər onun evinə daxil olmamış, ehtimal edir ki, iddiaçı qonşunun xətlərini onun xətti kimi göstərmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən 2 dəfə tikinti-texniki ekspertizası təyin edilmiş və iddiaçı tərəfindən üçüncü dəfə təkrarən ekspertizanın təyin edilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmişdir. Vəsatət ona görə təmin edilməmişdir ki, iddiaçının vəsatəti ekspert rəyinin əsassızlığı ilə deyil, onun rəyinin saxtalığı ilə bağlı olmuş, lakin bu barədə inandırıcı dəlillər irəli sürülməmişdir. Belə ki, iddiaçının nümayəndəsi ekspertin tədqiqat obyektinə baxış keçirmədiyini bildirsə də, vəsatətin əsaslılığına dair sübut təqdim edilməmiş və bildirdikləri formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2021-ci il tarixli 10/4276 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 39 ünvanda yerləşən fərdi yaşayış evini qazla təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olmuşdur. Həmin rəy məhkəmə iclasında tədqiq edilərkən ekspertin tədqiqat obyektinə baxış keçirmədiyi və rəyin iş materiallarında olan, iddiaçının istinad etdiyi aktların əsasında tərtib edildiyi müəyyən edilmişdir. Bundan sonra təkrar tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmiş, o cümlədən tədqiqat obyektinə yerində baxış keçirilməsinin zəruriliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 10/5694 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 39 ünvanda yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Ekspert rəyində qeyd edilmişdir ki, ekspertin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 39 ünvanda yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı aşağıdakılar müəyyən edildi: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 39 ünvanda yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametri 57 mm. olmaqla, torpaqdan 3 metr hündürlükdə çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 11,6 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 15 mm-lik polad qaz borusu vasitəsilə 57 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin, İddiaçı İB-yə məxsus 57 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar aşkar edilmədi. Tədqiq olunan sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı qanunsuz qoşulma halı müəyyən edilməmişdir və bu səbəbdən ondan həmin əsasla zərər tələb edilə bilməz. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (Mülki Məcəllənin 1096 və 1097-ci maddələri) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Sadalanan normaların məzmunundan da müəyyən edildiyi kimi, iddiaçı cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulan zərəri tələb edirdisə, bunu sübut etməli idi. Lakin iddiaçı bu halı sübut edə bilməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İddiaçı cavabdehdən əvvəlki tarixə qalıq borc kimi müəyyən edilmiş 92,2 manat pulun tutulmasını tələb etsə də, iddia ərizəsində həmin borcun yaranma səbəbini göstərməmiş, iddiaçının nümayəndəsi də məhkəmə iclaslarında bu barədə hər hansı məlumat verməmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən təqdim edilən və iş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, cavabdehin 2012-ci ilin 5-ci ayının sonuna 92,2 manat borcu qalmışdır. Bu baxımdan, iddiaçı cavabdehdən 2012-ci üçün yaranmış borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)- 99/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4040/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4040/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver