Məhkəmə qərarları › İş №2(103)-4041/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4041/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4041/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5155/2021 saylı, 05 oktyabr 2021ci il tarixli qətnaməsindən iddiaaçı İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 43650 ABŞ dolları məbləğində pulun və onun bir mislinin və 10000 manat mənəvi ziyanın, ümumilikdə, 87300 ABŞ dolları və 10000 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2017-ci ildən etibarən iddiaçıdan müxtəlif çeşiddə 132000 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları almış və iddiaçıya olan borcunu qaytarmadığı üçün ondan istintaq orqanlarına şikayətçi olmuşdur. İddiaçının şikayət ərizələri əsasında ibtidai istintaqda cinayət işinin başlanılması barədə qərar qəbul edilmişdir. Aparılmış ibtidai istintaq zamanı cavabdeh iddiaçıya olan borcu etiraf etməklə bu borc məbləğindən 50000 ABŞ dolları məbləğində ödədiyi üçün iddiaçı 38350 ABŞ dolları məbləğində pulu təmənnasız olaraq cavabdehə bağışlamışdır. Qalan 43650 ABŞ dolları məbləğində pulun iddiaçıya ödənilməsinə dair cavabdehlə aralarında notarial qaydada öhdəlik müqaviləsi bağlanılmışdır. Öhdəlik müqaviləsi 25 iyul 2019-cu il tarixdə bağlanılmaqla cavabdeh bu məbləği 24 iyul 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin iradəsi ilə bağlanan bu müqavilə cavabdehin barəsində olan cinayət işinin icraatına xitam verilməsinə səbəb olmuşdur. Lakin, cavabdeh öz hərəkətlərinə davam edərək qeyd edilən pul məbləğini ödəməməklə müqavilənin icrasına laqeyd yanaşma nümayiş etdirmişdir. İddiaçının dəfələrlə ondan pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh kobud danışıq üslubu ilə iddiaçını təhqir edərək nəinki pulu ödəmək, hətta iddiaçıya hörmətsizlik göstərmişdir. Cavabdehin bu hərəkətləri iddiaçıya maddi, mənəvi və fiziki iztirablar yetirib. Belə ki, iddiaçı da həmin pul məbləğinə görə başqası qarşısında öhdəçilik daşıyır. Bu qədər məsuliyyətsizlik və laqeydlik nümayiş etdirən cavabdehin hərəkətlərinə görə hər dəfə əsəb stres yaşayaraq səhhətində ciddi problemlər yaşanıb və hazırda da yaşanmaqda davam edir. İddiaçı ikinci qrup əlildir, səhhətindəki problemlərə görə dəfələrlə həkim müayinə və müalicələrində olmuşdur. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçı Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 25 iyul 2019-cu il tarixdə öhdəlik müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir. Müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “Cavabdeh və İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə aşağıdakı şərtlər əsasənda cinayət işinin barışıqla yekunlaşdırmaq razılığına gəldilər.” İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı cinayət işində yuxarıda qeyd edilən hallar mövcud olmadığından Cavabdeh ilə barışmaqla cinayət işinə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən müqavilənin birinci bəndi həm qanunsuzdur, həm də qanunvericiliyin tələbləri baxımdan icrası qeyri mümkündür. Bu bənddə İddiaçı icra edə bilməyəcəyi öhdəliyi üzərinə götürmüşdür və faktiki olaraq cavabdehə yalan vəd vermişdir. Müqavilədə qeyd olunmuşdur ki, “İddiaçı ərizəsində göstərdiyi 132000(yüz otuz iki min) ABŞ dolları məbləğində puldan Cavabdeh tərəfindən ona 50.000 (əlli min) ABŞ dolları məbləği ödənildikdən sonra qalan 82.000 (səksən iki min) ABŞ dolları puldan 38.350 (otuz səkkiz min üç yüz əlli) ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən Cavabdeh təmənnasız olaraq bağışlanılır və həmin İddiaçı tərəfindən tələb etməyəcəyi barədə öz üzərinə öhdəlik götürür. Çopurova X7 Zeynalovaya 43.650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulu 2 (iki) il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə xx.xx.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürür. İddiaçı Cavabdeh 132000 (yüz otuz iki min) ABŞ dolları məbləğində pulun verməsini təsdiq edən sənədlər mövcud deyildir. Öhdəlik müqaviləsinin 5-ci bəndində qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh tərəfindən müqavilə bağlamlanadək 50000 (əlli min) ABŞ dolları nağd şəkildə ödənildiyi və 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulun isə xx.xx.2021 ci il tarixədək ödəməyi öz öhdəsinə götürdüyü üçün Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaqı aparılan cinayət işi olmaması barədə aidiyyatı orqanlara ərizə verməyi öz öhdəsinə götürür. Öhdəlik müqaviləsi 25 iyul 2019-cu il tarixdə 11:03 radələrində notariat kontorunda qeydiyyata alınmışdır. Həmin tarixdə 11:06 radələrində isə İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkəmə istintaqı aparılan cinayət işi üzrə Cavabdeh ilə barışması, onun tərəfindən vurulmuş maddi ziyan ödənilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə vermişdir. İlk növbədə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi barədə cinayət işi olmamışdır. İddiaçının ərizəsi borcun ona tam ödənilməsini təqdim edilməsini təsdiq edir. Ümumilikdə notarius tərəfindən aidiyyatı orqanlara özündə yalan məlumatı əks etdirən ərizənin təqdim edəcəyi barədə şərtin müqaviləyə əlavə edilməsi qanuna ziddir. Öhdəlik müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdək İddiaçı vennəli olduğu 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulu ona vaxtında qaytannayacağı təqdirdə İddiaçı Cavabdeh 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Tərəflər arasında bu məzmunda müqavilə 25 iyul 2019-cu il tarixdə bağlanmışdır və icra vaxtı 24 iyul 2021 -ci il tarixədək müəyyən edilmişdir. Məlum olduğu kimi 2020-ci il mart ayından “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasında xtisusi karantin rejimi təyin edilmişdir. Xüsusi karantin rejiminin tətbiqi edilməsi ilə bağlı sərhədlər bağlanılmış, vətəndaşların xarici ölkələrə gediş-gəlişi məhdudlaşdırılmışdır. Cavabdehin əsas gəlir mənbəyi xarici ölkələrdən gətirilmiş malların alış-verişindən əldə etdiyi gəlirdir. Bu müddət ərzində heç bir ölkədən mal gətirmədiyindən ticarət fəaliyyəti dayanmışdır və iddiaçının pulunu ödəmək imkanı olmamışdır. İddiaçı isə yaranmış vəziyyətdən sui-istifadə edərək, 43650 ABŞ dolları məbləğində pulun və onun bir mislinin ona ödənilməsini tələb edir. Cavabdeh eyni zamanda onkoloji xəstəlikdən əziyyət çəkir və hazırda onun müalicəsi davam edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 43650 (qırx üç min altı yüz əlli) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və cərimə borcu üzrə 4365 (dörd min üç yüz altmış beş) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), cəmi 48015 (qırx səkkiz min on beş) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5155/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin cərimə məbləğinə dair hissədə dəyişdirərək, iddianın tam təmin edilməsi və cavabdehlə bağlanmış 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 43650 ABŞ dolları məbləğində pulun və onun bir mislinin və 10000 manat mənəvi ziyanın, ümumilikdə, 87300 ABŞ dolları və 10000 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə işin hallalrını ətraflı araşdırmayıb. Məhkəmənin qətnaməsi ilə, əsas borc məbləğinə dair hissədə tam razı olsa da, cərimə məbləğinə dair hissədə qismən razıdır. Belə ki, qeyd etdiyi kimi, müqavilə üzrə ona ödəniləsi pul məbləği 2017-ci il tarixdə cavabdehlə aralarında ticarət münasibətlərindən yaranmışdır. Yaranmış borc məbləğinin ona ödənilməməsi artıq xeyli müddətdir ki, onun başqa kreditorları qarşısında vəziyyətinin pisləşməsinə, müştəriləri ilə aralarında olan əvvəlki normal ticarət dövriyyəsinin pisləşməsinə səbəb olmuşdur. Bu səbəblərdən istər maddi, istərsə mənəvi məhrumiyyətlərə məruz qalmışdır. Ona görə də 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinə cavabdehin öhdəliyini vaxtında icra etməyəcəyi təqdirdə, onun 43650 manat pulu və bu pulun 1 mislini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin məhkəmə, onun 4 il ərzindəki maddi məhrumiyyətləri nəzərə almayaraq, yalnız cavabdehin əmlak mənafellərini nəzərə almaqla, onun vəziyyətini, maddi-mənəvi məhrumiyyətlərini ciddi qiymətləndirmədən cərimə məbləğini dəfələrlə azaltmışdır. Amma nəzərə alınsa ki, onlar hər ikisi (həm cavabdeh, həm də iddiaçı) mülki ticarət dövriyyəsinin subyektləridirlər, o zaman cərimə məbləğinin bu dövriyyənin iştirakçıları üçün cüzi olduğunu qəbul etmiş olarlar. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5155/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, tərəflər arasında 25 iyul 2019-cu il tarixdə öhdəlik müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir. Müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “Cavabdeh və İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaq şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə aşağıdakı şərtlər əsasında cinayət işinin barışıqla yekunlaşdırmaq razılığına gəldilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci (Cinayət təqibinin növləri) maddəsinə əsasən, “Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.” Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, “İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.” Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci (Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə) maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25 iyul 2019- cu il tarixli, notarial qaydada təsdiq olunmuş **********791 saylı ərizənin surətinə əsasən, İddiaçı Cavabdeh ilə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir. Qeyd etmişdir ki, Cavabdeh barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5155/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin cərimə məbləğinə dair hissədə dəyişdirərək, iddianın tam təmin edilməsi, yəni cavabdehlə bağlanmış 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 43650 ABŞ dolları məbləğində pulun bir mislinin tam və 10000 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5155/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsini ləğv edilərək iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ona əsaslanır ki, tərəflər arasında 25 iyul 2019-cu il tarixdə öhdəlik müqaviləsi etibarsız müqavilədir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25 iyul 2019- cu il tarixli, notarial qaydada təsdiq olunmuş **********791 saylı ərizənin surətinə əsasən, İddiaçı Cavabdeh ilə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir. Qeyd etmişdir ki, Cavabdeh barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası işin hallarına, tərəflərin izahatlarına, hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasındakı Öhdəlik müqaviləsi 25 iyul 2019-cu il tarixdə bağlanılmaqla cavabdeh bu məbləği 24 iyul 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin iradəsi ilə bağlanan bu müqavilə cavabdehin barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədi daşıması ilə bərabər cavabdehin müqavilədə öhdəsinə götürdüyü qalan borc məbləğini ödəməli olması iş materialları ilə təsdiq olunur.Bu həmçinin onunla bir daha təsdiq olunur ki, iddiaçı müqavilə üzrə öhdəliyin icrasını tələb etməyincə cavabdeh müqavilənin etibarsızlığını mübahisələndirməmişdir.Lakin, cavabdeh öz hərəkətlərinə davam edərək qeyd edilən pul məbləğini ödəməməklə müqavilənin icrasına laqeyd yanaşma nümayiş etdirir. Beləliklə, məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasındakı 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5155/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin cərimə məbləğinə dair hissədə dəyişdirərək, iddianın tam təmin edilməsi, yəni cavabdehlə bağlanmış 25 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 43650 ABŞ dolları məbləğində pulun bir mislinin tam və 10000 manat mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Apellyasiya şikayətinin göstərilən dəlilləri isə iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir.Odur ki, məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını qeyd edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin, Ağır Cinayətlərin İstintaqı şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı onun ərizəsində göstərdiyi 132000 ABŞ dolları borcdan 50000 ABŞ dolları məbləğində pul ödəmişdir. İddiaçı ərizəsində göstərdiyi 132000 ABŞ dolları məbləğində puldan Cavabdeh tərəfindən ona 50000 ABŞ dolları məbləği ödənildikdən sonra qalan 82000 ABŞ dolları puldan 38350 ABŞ dolları məbləğində pulun İddiaçı tərəfindən Cavabdeh təmənnasız olaraq bağışlanılması və həmin məbləğin İddiaçı tərəfindən tələb edilməməsini öz öhdəsinə götürməsi, Cavabdeh İddiaçı 43650 ABŞ dolları məbləğində pulu iki il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə xx.xx.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürməsi, İddiaçı Cavabdeh tərəfindən müqavilə bağlanılanadək 50000 ABŞ dolları nəğd şəkildə ödənildiyi və 43650 ABŞ dolları məbləğində pulun isə xx.xx.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürdüyü üçün Bakı şəhəri Baş Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin, Ağır Cinayətlərin İstintaqı şöbəsinin icraatında olan İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaqı aparılan cinayət işi olmaması barədə aidiyyatı orqanlara ərizə verməyi öz öhdəsinə götürməsi barədə razılıq əldə edilmişdir. Müqaviləyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixədək İddiaçı verməli olduğu 43650 ABŞ dolları məbləğində pulu ona vaxtında qaytarmayacağı təqdirdə İddiaçı Cavabdeh 43650 ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25 iyul 2019- cu il tarixli, notarial qaydada təsdiq olunmuş **********791 saylı ərizənin surətinə əsasən, İddiaçı Cavabdeh ilə barışdığını, onun tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir. Qeyd etmişdir ki, Cavabdeh barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli, ***-**** saylı cavab məktubuna əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən, əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilməsi, İddiaçı cinayət prosesində zərərçəkmiş şəxs qismində qalması üçün əsaslar aradan qalxdığından onun cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş X3 tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli Xəstənin ambulator kartası Çıxarışından görünür ki, xəstə, Cavabdeh xx.xx.2022xx.xx.2022-ci il tarixlərində onkoloji diaqnoz ilə qanın efferent terapiya (Plazmaferez) metodları ilə intensiv müalicə almaq üçün göndərilmişdir. Vəziyyəti diaqnozuna uyğun olaraq ağırdır. Qaraciyər çatmazlığı fonunda qarın boşluğunda assit (izafi maye) aşkar olunmuşdur. O cümlədən qanın laxtalanma sistemində də problemlər var. Onkoloji intoksikasiyasını azaltmaq və qaraciyərin funksiyasını artırmaq üçün 2 seans mümbranlı plazmaferez icra olundu. Hər seansda 1200 ml toksiki plazma atıldı və vena daxilinə 20% 100 ml albumin və uyğun hüceyrə protektorları vuruldu. Aparılan müalicə fonunda xəstədə nisbi yaxşılaşma qeyd olundu və müalicəsini ambulator olaraqdavam etdirmək məsləhət görüldü. Müəyyən olunduğu kimi, tərəflər arasında öhdəlik müqaviləsinə əsasən notarial qaydada razılaşma əldə edilmişdir. Müqaviləyə əsasən cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul vəsaitini xx.xx.2021-ci il tarixinədək iddiaçıya geri ödəməyi, ödəmədiyi təqdirdə iddiaçının bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu barədə razılaşma əldə edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən aidiyyatı orqanlara ərizə ilə müraciət edilmiş, ibtidai istintaqı aparılan işin cinayət işi olmaması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsi baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinə əsasən, Çopurova X5 Mehribana 43650 ABŞ dolları məbləğində pulu iki il müddətində depozit hesabı vasitəsi ilə həmin günün kurs üzrə dolların manata olan məzənnəsi ilə xx.xx.2021-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixədək İddiaçı verməli olduğu 43650 ABŞ dolları məbləğində pulu ona vaxtında qaytarmayacağı təqdirdə İddiaçı Cavabdeh 43650 ABŞ dolları məbləğində pulu və onun bir mislini tələb etmək hüququ vardır və bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Odur ki, iddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə kollegiyası dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 43650 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4365 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası İddiaçı 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə kollegiyası ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 43650 ABŞ dolları məbləğində pul və cərimə borcu üzrə 4365 ABŞ dolları məbləğində pul, cəmi 48015 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(004)- 5155/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar