Məhkəmə qərarları › İş №2(103)-4045/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4045/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4045/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər İddiaçı Əbülfəz oğlu və Cavabdeh2 qarşı “behin qaytarılması və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: Qətnamədən apelyasiya şikayəti verilməsi müddəti 1 aydır, həmin müddətin axımı qətnamənin işdə iştirak edən şəxslərə rəmi qaydada verilməsi ilə başlayır. Qətnamənin surəti xx.xx.2020-ci il tarixdə Cavabdeh2 rəsmi qaydada verilib, apelyasiya şikayəti isə 2 ay 26 gün sonra - xx.xx.2020-ci il tarixdə verilib. Müddət keçdiyinə görə 1-ci instansiya məhkəməsi xx.xx.2010-ci il tarixdə qərardad qəbul edərək apelyasiya şikayətinin geri qaytarılmasını qərara alıb. Lakin Cavabdeh1 bu qərardaddan şikayət verərək bildirib ki, qətnaməni xx.xx.2020-ci il tarixdə alsa da ölkədə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildiyinə görə apelyasiya şikayətini vaxtında verə bilməyib. 1-ci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadı ilə qərara alıb ki, şikayət təmin edilsin, apelyasiya şikayətinin qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərardad ləğv edilsin və Cavabdeh1 qətnamədən verdiyi apelyasiya şikayəti mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Apelyasiya qeyri-mümkün hesab edilməlidir. 1-ci, ölkədə xüsusi karantin rejimi xx.xx.2020-ci il tarixdən qüvvəyə minib. Cavabdeh1 isə qətnaməni xx.xx.2020-ci il tarixdə alıb, karantin rejimi qüvvəyə minənə qədər onun ixtiyarında 27 gün (fevralın 26-dan martın 24-dək) vaxt olub. 2-ci, xüsusi karantin rejimi apelyasiya şikayətinin tərtib edilməsinə və poçtla göndərilməsinə mane olmurdu. Buna baxmayaraq əgər 1 aylıq müddətin qalan 3 günündə xüsusi karantin rejimi Cavabdeh1 həqiqətən də apelyasiya şikayəti verməyə mane olubsa, o, apelyasiya şikayəti verilməsi müddətinin bərpası üçün ərizə ilə müraciət edə bilərdi. Lakin o, ərizə verməyib. Beləliklə, qətnamədən apelyasiya şikayəti verilməsi müddəti ötürülüb, onun bərpası üçün ərizə verilməyib. Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə belə halda apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apelyasiya qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnməsindən Cavabdeh2 tərəfindən verilmiş apleyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilsin. Mülki iş Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar