Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-405/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3722/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 02/6725 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir.
2. ünvan 1 ünvanı üzrə Cavabdeh **********00020 nömrəli abonent hesabına qazdan sitifadəyə görə 2012-ci ilə 1898 manat borc yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 6914,64 manat məbləğində zərər, təbii qazdan istifadəyə görə 1898 manat borc, iddiaçı tərəfindən ödənilmiş 113,4 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 400 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02/6725 saylı qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00020 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1202AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 6914,64 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 1898 manat təşkil edir. Cavabdeh iddiaçıya cəmi 8812,64 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3722/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia tələbi təmin edilməmişdir. 6.Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, sayğaca baxışın aparılmasına dair heç bir video görüntü, dəymiş ziyanın müəyyən edilməsi və aktlaşdırılması prosesinin keçirilməsinə dair isə heç bir video görüntü, fotoşəkil iş materiallarına əlavə edilməmişdir. Əgər həqiqətən də cavabdehin mənzilində sayğacdan kənar xətt aşkar edilmişdirsə, İddiaçı İB-nin əməkdaşları həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparmalı idilər. Hazırkı iş üzrə bu halları təsdiq edən sənədlər (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını təsdiq edən və sonradan qazın verilməsinin bərpa olunmasını təsdiq edən, istehlakçının iştirakı ilə tərtib edilmiş aktlar və bu aktların bir nüsxəsinin istehlakçıya təqdim edilməsini təsdiq edən sübutlar yoxdur) mövcud deyildir. İddia ərizəsində cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının iddiaçı tərəfindən aşkar edildiyini, bu barədə aktlar tərtib edildiyi qeyd edilsə də, birinci dəfədən, yəni xx.xx.2016cı ildən iddiaçının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mənzilində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı ümumiyyətlə mövcud olmamışdır. Hətta aktların əksər hissəsi hər ay üçün tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019- cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli aktlar qanunsuzdur və həmin aktlar əsasında hesablanmış borclar abunəçinin hesabına əsassız olaraq yazılmışdır və ödənilməsi cavabdehdən tələb edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, itirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 6914.64 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 1898 manat təşkil edir. Cavabdeh iddiaçıya cəmi 8812.64 manat pul ödəməlidir. İşə baxan Yasamal Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz xəttinə özbaşına qoşulma hallar iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, video çəkiliş aparılmamış, Cavabdeh aktları imzalamaqdan imtina etməsi barədə video görüntü, iki hal şahidinin iştirakı ilə akt tərtib edilməmişdir. Hesab edir ki, məhkəmə heç bir araşdırma aparmadan iddianın təmin edilməməsinə dair əsassız qətnamə qəbul etmişdir. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdeh tərəfdən sayğacdankənar təbii qazdan istifadə hallarına dair aktlar tərtib edilmiş, cavabdehə aktları imzalamaq təklif olunsada cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. Bundan əlavə, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda sayğacdan kənar təbii qazdan istifadə edildiyinin aşkar edilməsi qeyd olunmuş və aktlara müvafiq şəkillər əlavə edilmişdir. Həmin şəkillərdən də açıq-aşkar görünür ki, evin həyət darvazasının üst tərəfindən keçən ümumi qaz turbasına qeyri-qanuni şlanq vasitəsi ilə qoşulmuşdur. Bundan əlavə, məhkəmə tərəfindən iş üçün ən əhəmiyyətli olan hallardan birincisi cavabdehin qanunsuz qoşulmaqla təbii qazdan istifadə edib-etməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh bildirdi ki, bir neçə ildir ki, həmin evdə qardaşıgil qalır və təbii qazdan onlar istifadə edirlər. Məhkəmə aydınlaşdırmalı idi ki, həmin evdə yaşayış olduğu halda, cavabdeh niyə 2017-ci ildən təbii qazdan istifadəyə görə heç bir ödəniş etməmişdir? Hüquqi müəyyənlik prinsipi mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmələr qəbul etdikləri qərarlarla həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirməli, ziddiyyətli məqamları aradan qaldırmalıdır. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
14. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılmır.
23. Belə ki, mülki iş hazırki apellyasiya icraatında olarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6627/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki, trasoloji və mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3/1482, 10/6965, 9/7681 saylı, xx.xx.2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Tədqiqat obyektinə, yəni Cavabdeh məxsus Bakt şəhəri Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin, 2 saylı mənzilinə baxış keçirilən zaman sayğacdan kənar qoşulmaqla istifadə halı, eləcə də qaz borusu üzərində kənar qoşulmaya xarakterik izlərin aşkar edilmədiyini nəzərə aldıqda, qərardadın ikinci və üçüncü sualiarı üzrə tədqiqat aparılmadı. 24.Göründüyü kimi, məhkəmə-trasoloji ekspertizanın 06 dekabr 2022-ci il tarixli rəyi ilə ekspertiza qarşısında qoyulmuş 1-ci suala cavab verilsə də, həmin rəyin 2-ci hissəsində 2 və 3-cü suallar üzrə tədqiqat obyektinə, yəni Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin 2 saylı mənzilinə baxış keçirilən zaman sayğacdan kənar qoşulmaqla istifadə halı, eləcə də qaz borusu üzərində kənar qoşulmaya xarakterik izlərin aşkar edilmədiyini nəzərə aldıqda, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmadı göstərilmişdir. Lakin mühasibatlıq ekspertizası qarşısında qoyulan 2 və 3-cü suallarda sayğacdan kənar qoşulmaqla istifadə halı, eləcə də qaz borusu üzərində kənar qoşulmaya xarakterik izlərin aşkar edildiyi halda tədqiqatın aparılmalı olduğu göstərilməmiş, yəni həmin suallar üzrə ekspert tədqiqatının aparılması həmin hallardan asılı deyildir. Başqa sözlə, suallarda, Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin, 2 saylı mənzili(abonent kodu **********00020) ilə bağlı tərtib edilmiş aktlar üzrə hesablanmış məbləğin Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun düzgün hesablanıbhesablanmadığı, eləcə də tərtib edilmiş aktlar üzrə yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun hesablanmaqla nə qədər olmalı olduğuna cavab istənilmişdir. Ancaq xüsusi biliyə malik olan ekspertin qeyd olunan suallar üzrə faktiki olaraq rəy verməkdən imtina etməsi başadüşülən olmamışdır. Çünki, həqiqətin müəyyən edilməsi həmin suallar üzrə rəy verilmədən mümkün deyildir.
25. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(103)-6627/2022 nömrəli qərardadı ilə təyin olunmuş kompleks məhkəmə tikinti-texniki, trasoloji və mühasibatlıq ekspertizası üzrə yuxarıda qeyd olunan suallar üzrə ekspert rəyi verilməsi üçün mülki iş yenidən Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Bundan sonra, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 9/9381 saylı, xx.xx.2023cü il tarixli rəy verilmiş və həmin rəydə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-cİ, xx.xx.2020-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli Aktlarda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olub-olmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra mümkündür.
26. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə yenidən mütəxəssis (ekspert) rəyi alınmalı və rəyin verilməsi Energetika Nazirliyinin Enerji X1 həvalə olunmalıdır. Belə ki, məhkəmə iclasında Cavabdeh izahatından bəlli oldu ki, göstərilən ünvanda iki ayrı, yəni biri özünə digəri isə qardaşına məxsus ev və hər evin də ayrı sayğacı vardır. Evlər bir həyətdə olsa da, bölünüb, qoşulma olan sayğac onun yaşadığı evə aid deyil, qardaşının həyətinə aiddir. 27.Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2 Bakı Filialı tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu, M.D. Məmmədzadə küçəsi, ev 158, mənzil 2 (abonent kodu **********00020) ünvanına gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsi üzərində hər hansı bir iz(lər) (qaynaq yeri,deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar olunmamışdır. Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu, M.D Məmmədzadə küçəsi, ev 158 mənzil 2 (abonent kodu **********00020) ünvanına baxış keçirilərkən həmin abonentə aid qaz sayğacı aşkar edilməmişdir. Lakin abonentin saldosunda 26.05 2012-ci ildə həmin ünvana G-4 tipli, 1202AG**********4 nömrəli qaz sayğacının quraşdırıldığı qeyd edilmişdir. Həmin ünvan uzrə 2017-ci ilin yanvar ayından 2022-cı ilin may ayına kimi istehlak olunan qazın həcmi və dəyəri ''Azəriqaz" İstehasalat Birliyi tərəfindən tərtib edilmiş aktlar ilə (aylar uzrə itirilmiş qaz) hesablanmı, istehlakçı tərəfindən 2017-cı ilin yanvar ayından 2022-ci ilin may ayına kimi ödəniş edilməmişdir. Dəymiş zərərin (itirilmiş qazını dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə dəqiq norma müəyyən edilmədiyindən İddiaçı : İstehasalat Birliyi tərəfindən tərtib edilmiş aktlar uzrə itirilmiş qazın dəyərinin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır Bakı şəhəri Yasamal rayonu, M.D Məmmədzadə küçəsi, ev 158, mənzil 2-dən (abonent kodu **********00020) başqa həmin ünvanda olan digər evə dair Cavabdeh qardaşı X3 adına (abonent kodu **********00060) G-4 tipli 12520469 nömrəli mexaniki qaz sayğacının mövcud olduğu, sayğacın çıxış xəttindən sonra qaz xəttinin evə çəkilmədiyi və fərdi yaşayış evinin həyətinin giriş qapısının (darvaza) yanından keçən küçə qaz xəttindən həmin evə tərəf sayğacdan kənar ayırmanın (qaynaq vasitəsi ilə d15 mm-İik boru ilə qanunsuz qoşulma) olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayonu. M D.Məmmədzadə kuçəsı ev 158, mənzil 2-dən (abonent kodu **********00020) başqa həmin ünvanda olan digər evə dair Cavabdeh qardaşı X3 adına (abonent kodu **********00060) G-4 tipli 12520469 nömrəli mexaniki qaz sayğacı mövcuddur. Lakin 2017-cı ılın yanvar ayından 2022-ci ilin may ayına kimi istehlak olunan qazın həcmi və dəyəri həmin sayğac üzrə aparılmamışdır. Belə ki, sayğacın çıxış xəttindən sonra qaz xəttinin dayandığı (evə çəkilmədiyi) məlum olmuşdur(sayğacın göstəricisi 1 m3-dir). Qeyd olunan dövr üzrə “Azəriqaz" İstehasalat Birliyi tərəfindən tərtib edilmiş aktlar ilə (aylar üzrə) itirilmiş qaz hesablanmışdır. İstehlakçı tərəfindən 2017-cı ilin yanvar- ayından 2022-cı ilin may ayına kimi ödəniş edilməmişdir. Dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə dəqiq norma müəyyən edilmədiyindən "Azəriqaz" İstehasalat Birliyi tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. “Qaz təchizatı haqqında" Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailəıfə üzvlərindən birinə) bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növu maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin hal-hazırda təbii qazın talanması nəticəsində dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair "Qazdan istifadə Qaydaları”nda müvafiq norma müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər hüquqi aktlarının "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Qanununa uyğunlaşdırıması məqsədilə müvafiq normativ huquqı akt layihələri hazırlanmış, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış və qəbul edilməsi üçün norma yaratma orqanına təqdim edilmişdir. "Azəriqaz" İB tərəfindən tərtib edilmiş aktlar üzrə hesabat istehlakçının istifadə etdiyi qaz qurğularının maksimal saatlıq qaz sərfi və ilin mövsümü nəzərə alınmaqla aparılmışdır. Dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə dəqiq norma müəyyən edilmədiyindən Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu.M.D.Məmmədzadə küçəsi, ev 158, mənzil 2 ünvanında yerləşən ev ilə bağlı “Azərqaz” İstehasalat Birliyi tərəfindən tərtib edilmiş aktlar uzrə itirilmiş qazın dəyərinin nə qədər olmasını hal-hazırda müəyyən etmək mumkun olmamışdır.
28. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən 6914,64 manat qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi, 1898 manat isə 2012-ci ildən yaranmış borcun əvəzi kimi tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı iddiasında və apellyasiya şikayətində cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğuna görə təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını göstərsə də bu halı təsdiqləyən işdə bir neçə vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən yaxud qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkillər əlavə edilmişdir. Eyni zamanda işdə birincisi 09.2012-ci ildə(işdə mövcud olmayan), ikincisi xx.xx.2016-cı ildə, sonuncusu xx.xx.2022-ci ildə tərtib edilmiş 56 akt mövcuddur. Bu aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçının əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda aktlar tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da iddiaçının əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyriqanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktlarda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri sənədlərdə görüləcək tədbir kimi “sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Yəni, həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır. 29.Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış yuxarıda qeyd olunan ekspert və mütəxəssis rəyləri ilə də Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin, 2 saylı mənzili(abonent kodu **********00020) baxış keçirilərkən evə gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsi üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar edilmədiyi təsdiqlənmişdir. Ekspert və mütəxəssis rəylərində fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları(qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyi ona görə mötəbər hesab edilməlidir ki, əgər qanunsuz qoşulma olsaydı və qaynaq vasitəsilə yaxud hansısa texniki vasitə ilə qanunsuz qoşulma kəsilərək aradan qaldırılmışdırsa, mütləq ki, bunun da hansısa izi qalmamış olmazdı. Baxmayaraq ki, iddiasının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür, lakin istinad etdiyi halları sübut edə bilmir. Əksinə iddiaçının göstərdikləri qeyd olunduğu kimi iş üzrə keçirilmiş ekspert və mütəxəssisin rəyləri ilə təkzib edilir. Əksinə, Cavabdeh iddia tələbinə və apellyasiya şikayətinə etiraz olaraq gətirdiyi dəlillər, yəni qanunsuz qoşulmanın ona deyil, qardaşına məxsus evə aid olduğu Energetika Nazirliyinin Enerji X2 Bakı Filialı tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli mütəxəssis rəyindədə açıq-aşkar təsdiq olunur. 30.Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tarix baxımından 2016-ci ilin əvvəllərindən başlayaraq bu aktların tərtib olunduğu iddia olunur. Ancaq iddiaçı əgər 2016-2022-ci illərdə bu qanunsuz qoşulmaları görürdüsə bu vaxta qədər onlarla bağlı tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.
31. İddiaçı cavabdehdən 2012-ci ildən yaranmış borcun əvəzi kimi 1898 manat tələb etsə də tələbinin bu hissəsi üzrə də məhkəməyə heç bir sübut təqdim etməmişdir.Cavabdehin 2012-ci ildən istifadə etdiyi qaza görə 1898 manat borcu qalması isə ümumtda inandırıcı və ağlabatan deyildir.
32. Ən nəhayət , apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 oktyabr 2022-ci il tarixdə rəsmi olaraq İddiaçınə müraciət edilərək Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin, 2 saylı mənzili(abonent kodu **********00020) üzrə 2017-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin may ayınadək qanuni əsaslarla hansı məbləğdə (neçə kub) qaz istehlak olunmasına dair məhkəməyə məlumat verilmsi tələb olunsa da faktiki olaraq iddiaçı bu məlumatı verməkdən imtina etmişdir. Bu cür münasibətin özü də iddianın əsassız olmasına dəlalət edən amillər hesab edir. Çünki, cavabdeh istehlak etdiyi qazın dəyərini kart vasitəsilə ödədiyini, yəni karta pul yükləməsə qaz ala bilmədiyini israrla bildirir. Bu cür vəziyyətdə məhkəmə iddianı hansı əsasla təmin etməli idi ki, iddiaçı da bundan “razı” qalsın. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı tərəf buna cavab verməyə hazır olmalı idi.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3722/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3722/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci – 56(əlli altı) manat İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.